#deyilənlər
Explore tagged Tumblr posts
arcieree · 2 years ago
Text
Doğurdan,neylədiz mənə? Gülürəm ama xoşbəxt deyiləm,kefim yerindədi ama hüzurum yoxdu,insanları eşidirəm ama deyilənlər vecimə deyil, musiqiyə qulag asıram ama sözlərini eşitmirəm, kilometrlərlə gəzirəm ama yorulmuram,yaşayıram kimiyəm ama hər keçən gün daha da ölürəm.✨
13 notes · View notes
ilhameabbasyusifqizi · 2 years ago
Text
Tumblr media
DEDİM,UNUDUM SƏNİ... Dedim,unudum səni, dedin,unuda bilsən... Dedin,bu eşq başqadı, dedim,tanıda bilsən!... Elə bil,bu,söz oldu, həsrətim köz-köz oldu... Deyilənlər düz oldu, dedin,uyuda bilsən!... İllər axdı-çağladı, məni yolda saxladı... Bulud oldu,ağladı, dedi,qayıda bilsən!... Lalədi bağrım başı, od tutdu dağı-daşı... Yandı bağrımın başı, dedi,soyuda bilsən!........15.05.2016..(İlhamə Abbas Yusifqızı...)
0 notes
metbuat · 2 years ago
Text
Kristiano Cuntoli
“Napoli”nin direktoru Kristiano Cuntoli Gürcüstan millisinin vingeri Xviça Kvaratsxeliyanın “Mançester Siti”yə satılacağı ilə bağlı sualı cavablayıb. Metbuat.org xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun dediklərini sosial şəbəkə hesabı üzərindən belə çatdırıb: “Danışıqlar apardığımız barədə deyilənlər həqiqəti əks etdirmir. Belə şey yoxdur. Kvaratsxeliya 100 faiz toxunulmazdır.…
Tumblr media
View On WordPress
0 notes
yesmilletinsesiinfo · 3 years ago
Photo
Tumblr media
#Dənizdən meyiti tapılan tələbənin atası DANIŞDI: “Deyilənlər yalandır”
0 notes
snmqsmva · 4 years ago
Text
Önəmli olan deyilənlər yox edilənlərdir
16 notes · View notes
creansodaays · 4 years ago
Text
Və siz hələ də başa düşmürsüz ki, hansısa günlük bürc proqnozu, tarot zir zibil bunlara qulaq asanda başlayırsız şüuraltı olaraq sizə verilən “proqnoza” uyğun davranmağa və ona görə də orda deyilənlər hamısı çıxmış olur.
22 notes · View notes
elfati · 4 years ago
Text
son bakı
Sentyabr 17. Bakıya son gəlişim. İllər öncə də burdan küsüb getmişdim, bir də geri dönməmək düşüncəsiylə. Amma, şərait, zaman elə gətirdi ki, məcbur dönməli oldum bir müddətlik. Bakıda mənim xoş günlərim barmaqla sayılacaq qədər olub. İçimdəki bütün hüzünlərin səbəbi isə yalnız Bakıdır.. Hər bir xoş olmayan xatirəmin, hər bir kədərimin altında Bakı’nın imzası var. 
Mən geri dönüş biletini alanda, içimdə elə bir özləm var idi ki.. Onu son bir dəfə yaşayıb, ölmək istəyirdim. Fəqət, elədiyim şeyin doğru ya yalnış olduğunu sorğulasam, bilirdim ki, yalnış edirəm. Hisslər məni nə dərəcə doğru qərara sürükləyə bilərdi ki.. Bütün səhvlərim ürəyimi dinlədiyim üçün olur onsuz. Sadəcə, mən yalnış olmağa belə razı idim. Həyat məqsədim həmişə düz olmaq deyil, içimdən gəldiyini eləməkdi. Doğru olsam nə olacaq, səhv olsam nə olacaq.. Bir şeyi ‘niyə elədim?’ deməyəcəkdim axı, ‘niyə eləmədim? eləsəm, görəsən, necə olardı?’ deyəcəkdim. Bunu bilirdim, ona görə də son dəfə Bakı deyilən şəhərə bilet aldım. Ağlımda hər cür ssenari qurmuşdum, hər bir ehtimalı düşünmüşdüm. Birindən başqa.. Və sən demə, məni Bakıda həmin o ssenari gözləyirmiş. Mən hər şeyin yalan olduğunu öyrənmək üçün geri gəlməli imişəm. İçimdə hər zaman bilirdim əslində. Deyilənlər boşdur, insanlar daha da boşdur və yoxdur o sevgilər. Mən hər şeyə hazır gəlmişdim. Ürəyimə yol boyu yuxusuz olsam da, pıçıldayırdım ki, ‘qırılmağa hazır ol’. Məni artıq təəccübləndirmək o qədər asan deyildi, bu ürək nələr görmüşdü.. Bu gözlər nə yalanlara şahid olmuşdu. Amma, məyus olmamaq əlimdə deyildi. İnandığım şeyin yalan olduğunu bu cür öyrənmək istəməzdim. 
Başa düşə bilmirdim, bu qədər şeydən sonra niyə hələ də acı hiss edə bilirdim? Mən axı insani hisslərimi söndürmüşdüm. Bilmirəm, amma, ürəyim elə nöqtədən ağrıdır ki, orda artıq ‘sən’ deyə biri yoxdur. Mənim bütün yaşadıqlarım bir aldanış imiş. Mən bu qədər yolu sırf bunu öyrənmək üçün gəlmişdim. Bəli. Əslində üzbəüz danışıb hər şeyi bitirməyi düşünürdüm, amma, o qədər belə dəyərim yox imiş. Mən bir izahata, bir neçə kəliməlik həqiqətə belə layiq deyilmişəm. Olsun. ‘Həyatdı da’ deyib keçirəm yenə. Yenə böyük bir yalnızlığın üstünü ört basdır edirəm və bütün günahları öz boynuma götürürəm. 
İnsanın elədiyi çox şeyi anlayaram, amma, hiss eləmədiyi şeyləri hiss edirmiş kimi göstərib, yalan deməsini anlamıram. Nəyə lazım idi bu qədər söz əgər hiss edilməmişdisə və yalan idisə.. 
Bəzi insanlar var, onları anlamağa çalışmaq faydasızdır. Çünki, heç o insanlar özləri özlərini anlamır, tanımır və heç nə istədiklərini bilmirlər. Elə insanlardan sadəcə uzaq qalmaq lazımdır. Zərərdən başqa bir şey verməzlər. Mən bu yazını yazarkən, içimdəki çat səslərini eşidirəm, bir şeylər tamamən məhv olub gedir əllərimdə, amma, bilirəm ki, keçəcək.. Nə zamansa bu yazıya baxıb düşünəcəm ki, ‘bunu kimə yazmışdım’, ‘yaxşı ki, belə adam qalmayıb həyatımda’
Mən evə gəlmişdim.. Ev deyə sənə gəlmişdim, sən isə qapını açmadın.. Mən yenə də gəlmiş olum, qapını açmamağı sən seçmiş ol..
“Yalnışı keçdim, doğrunu da keçdim. Onların arxasında bir bağ da var idi, onu da gördüm. Amma, sən gəlmədin və səninlə orda görüşə bilmədik”
..yalan idin, sevgilim. indi gəldin mən deyənə, mən, amma, çoxdan orda idim. sənin ora gəlib çatmağını gözləyirdim.
1 note · View note
5mertebe · 6 years ago
Text
Erkin Qədirliyə Gülən Adamların Müvəqqəti Diktatorluğu
Yoldaşlar, o bina nə Leylinin, nə İlkinin, nə yer "sahibinin", nə də ki, başqalarının dədəsinin malı deyil. Tarixi qoruyaq deyirik, bir zəbt ("occupation") olub (və siz bunu belə saymasaz da orada konkret occupation olub), insanlar da dəstək vermək üçün gəliblər. Və bəli, yoldaşlar, sizin nə dediyinizdən asılı olmayaraq bu siyasi bir hərəkat idi və ona görə də belə anlarda siyasi fəaliyyətlə məşğul olmaq tamamilə legitim bir hərəkətdir. Sizin etdiyiniz, necə etdiyiniz, aldığınız qərarlar, göndərdiyiniz məktublar hamısı siyasidir. Qeyri-siyasi ola bilməzsiz, demokratik və inklüziv ola bilərsiz, bir yerdə işləyə bilərsiniz fərqli qruplarla, o da belə görünür ki alınmayıb (məlumat azlığı ilə aşağıdakı qeydə nəzər salın). Gələnlərin siyasi aidiyyatını, hansı siyasi düşüncənin təbliğ olunub-olunmadığını redaksiya etmək heç kəsin işi ola bilməz, kimin hansı kitabı payladığı başqasının işi ola bilməz, bunun qədər anti-demokratik şey ola bilməz, bu avtoritarizmin özüdür. Ümumi koordinasiya olmalıdır, razıyam, adamlar bir-birinə zərər verməməlidirlər, və s. amma bu solçuları binadan qovaraq ola bilməz, bunun adı faşizmdir, başqa adı yoxdur, heç kəs də başqa ad uydurmasın buna. Tarixi qorumaq təkcə sizin missiyanız deyil, çünki bina sizin tarix deyil; hərə öz tarixini qoruyur, kimlərsə neft milyonçularının binalarına tarix deyir, kimlərsə Xruşşovkalara, kimlərsə binanı Molokan binası olaraq görür, kimlərsə Radio binası (məsələn, mənə görə ora şəhərin mərkəzində kinoteatrın yerləşdiyi və tarixən radio binası olan yerdir, molokanların o binanın tarixinə demək olar ki heç bir dəxli yoxdur), kim hansı tarixi qoruyur burda? Bu sualın cavabı ola bilməz, ona görə də heç kimin heç kəsi qovmağa haqqı ola bilməz. Əgər qovmusunuzsa deməli sizin konkret siyasi istiqamətiniz var və bitərəfliklə bağlı deyilənlər nağıl və yalandır. Yalan demək olar stratejik olaraq amma bu yalana özünüz inanmağa başlayanda problemlər əmələ gəlir. Əgər konkret siyasi istiqamətiniz varsa, və işi birlikdə aparmağın yolunu tapmaq istəməmisinizsə və ya bunu bacarmamısınızsa, sol tərəfdən ciddi tənqidə də hazır olmalısınız.
1 note · View note
shnesdxva-blog · 6 years ago
Text
Ölüm insanın həyatındakı yazan mürəkkəbin son damlası sayılır. Bununla da, hər şey sona çatır. “Olmaz” deyilənlər olur, “Ölməz” deyilənlər ölür.🍁
3 notes · View notes
bilinmeyen-heqiqetler · 2 years ago
Photo
Tumblr media
I Saffat surəsi, 12-ci ayə. “Xeyr, sən (bu möhtəşəm yaradılışa və onların inkarına) təəccüblədin.” Bunlar necə inkar edir. “Bu möhtəşəm yaradılışa təəccübləndin” deyir Allah. “Bu ehtişama, xromosomlardakı quruluşa, atomun quruluşuna, hüceyrənin quruluşuna, hamısına təəccübləndin”. “Və onların inkarına təəccübləndin” deyir. “Onlar isə lağ edirlər.” “Öz ağıllarına uyğun lağ edirlər” deyir Allah. “Onlara öyüd verildikdə, öyüd götürmürlər. Bir ayə (möcüzə) gördüklərində də, lağ mövzusu edib əylənirlər.” “Heç cür qəbul etmirlər”. “Bu, açıqca bir cadudan başqası deyildir” dedilər. “Biz öldüyümüz, torpaq və sümük olduğumuzda mı, həqiqətən biz mi dirildiləcəyik?” “Və ya əvvəlki atalarımızda mı?” De ki: “Bəli, üstəlik boyun bükmüş kəslər olaraq (dirildiləcəksiniz).” “Həm də yazıq mövqedə qaldıracağam size” deyir Allah. “Məhz o, təkcə dəhşətli bir səs olacaq; artıq özləri (dirildilmiş olaraq) görməyə başlayacaqlar.” deyir. Bir qışqırıq səsi ilə, qorxudan qışqıracaqlar. Ayənin işarəsi də budur, bir də baxacaqlar ətrafa, dümdüz ərazi, ayaq üstədirlər. “Baxıb dayanırlar” Allah, təəccüblənir, heyrətlənirlər ətrafa nə oldu deyə. “Dedilər ki, vay halımıza! Bu ki, Haqq-hesab günüdür!” Nəzərdə tutulan bu imiş, həqiqətən deyilənlər doğruymuş deyirlər. “Bu, sizin yalanladığınız (mömini kafirdən, haqlını haqsızdan) ayırma günüdür. Zülm edənləri, yoldaşlarını və tapındıqlarını bir araya gətirib yığın” deyir Allah. Hər ölən insan zamandan çıxdığına görə, zamanın sonu olan qiyamətə düşür. Qiyamət sözünün mənası qiyam etməkdən gəlir, yəni ayaqda durmaq. Hər kəs buraya toplaşar, yəni ruhsuz zombilər. Qiyamət onların başına gələr və hamısı qiyamətdə ölərlər əslində. Ruh sahibi olanlar isə, qiyaməti cənnətdə ekranda görüntü olaraq izləyəcəklər, inşaAllah. https://www.instagram.com/p/Cexs3f4s4OB/?igshid=NGJjMDIxMWI=
0 notes
aliibrahimovofficial · 2 years ago
Photo
Tumblr media
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı islahatlara və dəyişikliklərə baxmayaraq hələ də, kadr siyasətinin düzgün qurulması istiqamətində ciddi boşluqlar davam edir. Kadr siyasəti hər bir müəssisədə şəxsi heyətin idarə edilməsi vəzifəsidir. Uğurlu kadr siyasətinin reallaşmasının səmərəliliyi istənilən sahədə peşəkarlığı, çevik fəaliyyət qabiliyyətliliyi, peşə fəaliyyəti ilə bağlı istənilən təcavüzə qarşı dayanmaq iradəsi, xidməti vəzifəsinin icrası ilə bağlı real təhlükə yarandıqda vaxtında və düzgün qərar verə bilən, möhkəm mənəvi-əxlaqi və psixoloji durumu ilə fərqlənən işcilərin məsul rəhbər vəzifələrə irəli çəkilmələrini nəzərdə tutur. Kadr siyasətinin reallaşdırılması mexanizmləri əsasən subyektiv amillərdən, tərbiyəsindən, təhsilindən, düşüncə tərzindən, ənənələrindən, təcrübələrindən asılıdır. Yaradıcı enerjiyə malik olan intellektualların sayının artması ona Azərbaycanda müasir cəmiyyət qurulmasına gətirib çıxaracaq başlıca qüvvə verə bilər. Əslində, bu deyilənlər ilk növbədə dövlət qulluğunda çalışanlara şamil edilməlidir. Çünki dövlət qulluğu dövlət idarəçiliyinin başlıca komponentlərindən biridir və dövlət quruculuğu və ümumiyyətlə, inkişaf proseslərinin avanqardı da məhz dövlət qulluqçuları olmalıdır. İlk növbədə onların kreativ düşünmək bacarığı, yaradıcılıq enerjisi sayəsində Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərə çataraq yeni innovativ-texnoloji təkamül möcüzəsi sərgiləmək olar. Təəsüf hissi ilə qeyd edim ki, bir çox qurumlar prezidentin çağırışlarına baxmayaraq ənənəvi bürokratik üsul idarəsindən əl çəkmək istəmir. Səriştəsiz kadrların bir çox qurumlarda rəhbər vəzifə tutması onlara rəqib ola biləcək alternativ kadrları məhv etməsi ilə nəticələnir. Əksər hallarda isə onlar həmin işçiləri daha aşağı vəzifələrdə çalışdırıb, nəzarətdə saxlayaraq onlardan istifadə edirlər. Həmin işçilərin aşkara çıxarılması rəhbərlər üçün əsas itki və qorxu mənbəyi olaraq qalır. https://www.instagram.com/p/CdqRToUNPaK/?igshid=NGJjMDIxMWI=
0 notes
davidsonsblog-blog · 6 years ago
Text
Deyilənlərə görə, deyilənlər elə doğru olur.
10 notes · View notes
nergiz-camal · 3 years ago
Text
@NərgizCamal:20 sentyabr gecə saat 11-12 radələrində Şəmkirdə düşmənə məxsus PUA-nın vurulmasıyla artıq müharibənin başlayacağını hiss etmişdim.Uşaqlıqdan "müharibə olacaq" sözündən çox qorxmuşam.O gecə səhərə qədər dua etmişdim ki,bu deyilənlər əsassız bir xəbər olsun...Yolların kənarında hərbi texnikaların
0 notes
fatyatde · 8 years ago
Text
İlk dəfə yalan dediyiniz günü xatırlayırsız? Görəsən ilk dəfə nə səbəb olmuşdu saflığımızın pozulmağına. Həmin an yalan deməklə kimə pislik eləmiş olmuşduq görəsən. Özümüzəmi yoxsa qarşımızdakınamı? Bəlkə də ilk yalanı ilk dil açdığımız vaxtlarda demişik. Anamız divarı karandaşla kim yazdı soruşanda bacımızın üstünə atmışıq, ya da bəlkə də ilk dəfə müəllimə dərsi niyə öyrənməmisən soruşanda xəstə idim deyib yalana üz tutmuşuq. Bəs ilk dəfə bizə nə vaxt yalan deyilib görəsən? Yəqin ki, ilk yalanlardan biri uşaq vaxtı iynədən qorxanda ağrıtmır deyəndə olub, ya da bu yeməyi yeməsən şaxta baba sənə hədiyyə verməyəcək deyiblər. Şaxta babanın olmamasımı əsas yalan idi, yoxsa yemək yeyib yeməməyimizin hədiyyə ilə bir əlaqəsi olmamasımı. Hansı ilk yalan hesab olunur qərar verə bilmədim. Bəs həyatımızı məhv edən yalan nə vaxt deyilib? Bizi özümüzə qapadan,insanlardan soyudan,hər şeyi içimizə atmağı öyrədən növdən olan. Onu xatırladız hə? O yadda qalır. Onun başlanğıcı var amma sonu yoxdur. O yalan sənə deyildisə sən də dəyişirsən,hisslərin dəyişir,düşüncələrin dəyişir. Nə şirin idi uşaq vaxtı deyilən yalanlar. Hər gecə divanda yatıb, öz yatağımda oyanardım . Atam deyərdi ki, dovşanlar səni aparır otağına. Sonra bir gecə atam məni otağıma aparanda oyanıb bilmişdim ki dovşanlar deyilmiş, atam imiş. Onda yalan deyirsiz demişdim. İndi deyilənlər nədi bəs əgər onlar da yalanidisə.Onlar heç kimi ağlatmırdı. Əksinə xoşbəxt edirdi bizi.
52 notes · View notes
6thinking · 5 years ago
Text
Sənə deyilənlər + Sənin özün üçün dediklərin = İndiki sən.
0 notes
todaysazerbaijan · 5 years ago
Text
Bakı polisindən Fatimə Mövlamlının saxlanılması barədə xəbərlərə reaksiya
Bakı polisindən Fatimə Mövlamlının saxlanılması barədə xəbərlərə reaksiya
“Blogger Fatimə Mövlamlının polis tərəfindən saxlanılaraq, ona təzyiq göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yaydığı məlumatlar tamamilə əsassızdır”. Elşad Hacıyev
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, Fatimə Mövlamlı polis orqanları tərəfindən saxlanılmayıb: “Deyilənlər həqiqəti əks etdirmir. Bu kimi…
View On WordPress
0 notes