#dediyinə
Explore tagged Tumblr posts
qasimov-a · 9 months ago
Text
Kimləsə danışmağa can çəkirəm uzun uzun söhbətlər sıxır məni birisi danışanda nə dediyinə diqqət etmirəm kimisə dinləməyə hövsələm çatmır
31 notes · View notes
aisel18 · 2 years ago
Text
Hər dəfə kombinim qəşəng olanda çəkib atdığım şəxs "mənasız, bir-birinə uymayan şeylər geyinib çıxırsan da" dediyinə görə hər güzgüdə baxanda boğazım düyümlənir. Napalım zövqsüz işte
36 notes · View notes
mysticaldream · 1 year ago
Text
Əgər bir şeyin sənin üçün doğru olub-olmadığını bilmək istəyirsənsə, bu barədə hisslərinin nə dediyinə qulaq as
13 notes · View notes
Text
Xəyallarımı, istəklərimi deməkdən çəkindiyim bir dönəmdən keçirəm. Onu belə oğurlayırlar çünki. Ən bərbad olan tərəfi isə, yaşlı tanışımın dediyinə görə bu dönəm ömrümün axırına kimi davam edəcək.
2 notes · View notes
kossit · 5 months ago
Text
Dostlarınızın nə dediyinə, nə etdiyinə baxmayın. Baxmalı olduğumuz bir şeylər varsa, onlar dostlarınızın nə oxuduğu, nə dinlədiyi, nə izlədiyi olmalıdır.
A. Hope
0 notes
politiciansstuff · 10 months ago
Text
Tumblr media
RUSİYA VƏ İRAN ERMƏNİSTANI ZƏLİL GÜNÜNƏ QOYACAQ
“Rusiya Ermənistanı cəzalandıracaq”
Son günlər Rusiyanın Ermənistanın Qərbə yönəlik hərəkətlərinə münasibətdə reaksiyası kəskinləşib. Bu xüsusda, əsasən də Rusiya xarici işlər naziri Sergey Lavrov və digər diplomatların İrəvana qarşı bəyanatları daha da sərtləşib.
Qeyd edək ki, Rusiya XİN-in rəhbəri Sergey Lavrov bildirib ki, Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin Zəngəzurda yerləşdirilməsini istəmir.
“Düşünürəm ki, 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatların qiymətləndirilməsinin vacibliyindən utanmaq lazım deyil. Zəngəzur bölgəsindən marşrutun açılması kimi Ermənistan üçün faydalı olan praktiki işin hələ də kağız üzərində qalması böyük təəssüf doğurur”, - deyə Lavrov vurğulayıb.
Onun sözlərinə görə, səbəb İrəvanın mövqeyindədir. Rusiya XİN rəhbərinin dediyinə görə, bu məsələ ilə bağlı İrəvana kimsə məsləhətlər verir:
“Gördük ki, Avropa İttifaqı, Fransa, Almaniya və ABŞ Rusiya-Ermənistan-Azərbaycan prosesinin marşrutların açılması, sərhədin delimitasiyası və sülh müqaviləsinin hazırlanması ilə nəticələndiyini anlayan kimi dərhal dəvət görmədən prosesə sızmağa başladılar”.
Görünən odur ki, Rusiya indilikdə Lavrovun timsalında Ermənistana Qərbə doğru istiqamət götürməkdən vaz keçməklə bağlı xəbərdarlıq edir. İrəvan bu xəbərdarlığa əməl etmədiyi təqdirdə isə, Rusiyanın ona qarşı cavabı birmənalı olaraq daha sərt və kəskin ola bilər.
Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, bir gün Rusiya Ermənistanı tutduğu mövqeyə görə mütləq cəzalandıracaq:
“Ermənistan hakimiyyəti çoxqütblü oyun içərisində yer alıb. Bir tərəfdən, İrəvan Rusiya əleyhinə ritorikasını davam etdirir, cəmiyyəti ona qarşı aqressiv ruhda kökləndirir, Kremlin ünvanına ən müxtəlif təhdidedici fikirlər səsləndirir, başqa bir tərəfdən də Avropadan özünə təhlükəsizlik zəmanəti almağa çalışır, NATO-nun yüksək rütbəli təmsilçilərini qəbul edir, onunla əlaqələri gücləndirməyə çalışır.
Hətta Fransanın Ermənistanda hərbi baza yaratmaq istəyi ətrafında da müəyyən söhbətlər gedir. Bütün bunlar Rusiyanın kəşfiyyat orqanlarına da bəllidir. Ona görə də Rusiya İrəvana son xəbərdarlıqlarını edir. Son vaxtlar bu özünü xüsusən də xarici işlər naziri Lavrovun timsalında açıq şəkildə göstərməkdədir. Məhz Lavrovun son açıqlamaları bu baxımdan xüsusilə diqqəti cəlb edib”.
Deputatın fikrincə, Ermənistan özünü elə bir labirintə salıb ki, onun oradan çıxması mümkünsüzdür:
“Rusiya Ermənistandadır. Həm onun hava məkanındadır, həm quru sərhədindədir, həm də iqtisadiyyatının idarəçiliyində həlledici dövlətdir. Ermənistanın enerji təminatı da Rusiyanın əlindədir. İrəvanı cəzalandırmaq üçün Moskvanın əlində belədə çoxsaylı variantlar var. Hələlik Rusiyanın başı Ukrayna məsələsinə qarışdığından, pişik öz ovu ilə oynadığı kimi, Moskva hələlik İrəvanla oynayır.
Bir gün Rusiya tutduğu mövqeyinə görə Ermənistanın başına qapaz endirəcək. Qərb İrəvanda müşahidəçilər deyil, silahlı dəstələrini yerləşdirməli olsa, Ermənistan birmənalı olaraq Suriyadan da daha ağır duruma düşəcək. ��ran da sərhədləri yaxınlığında Qərb qüvvələrinin yerləşməsinə heç cür razı deyil. Belədə, Rusiya-İran tandemi Ermənistanı zəlil gününə qoyacaq”.
“Bizim.Media.az” saytı
Rüfət Sultan
23 yanvar 2024-cü il
0 notes
Text
Videokaset lentinin kiflənməsi, təcrübəmizə görə, həqiqətən yayqın bir haldır. Müştərilərimizin dediyinə görə, belə kasetlər kənddə çardaqda, qarajda, mənzilin eyvanında yüksək rütubət və sabit temperatur dəyişiklikləri olan yerlərdə saxlanılırdı.
Kiflənmiş lentli video kasetlər rəqəmsallaşdırılmadan öncə təmizlənmə prosedurundan keçirilməlidir yoxsa avadanlığa geri dönüşü olmayan ziyan vura bilər.
Video kasetlərin ən düzgün saxlama üsulu güclü temperatur dalğalanmaları olmayan, orta rütubətli, quru və qaranlıq yerdə saxlanmasıdır.
Video kasetlər mümkün qədər toz və elektromaqnit şüalanmadan qorunmalıdır.
VHS, Super VHS, VHS-C, MiniDV, 8 mm, Video8 və Hi8 formatında olan videokasetlərin peşəkar şəkildə diskə köçürülməsinin qiyməti bir saatı 5 manatadır.
Audiokasetlərin rəqəmsəlləşdirilməsi xidmətimiz də mövcuddur.
Diskə yazılma bir saata qədər yuvarlanaraq hesablanır.
Videofaylları sizin USB fləş kartınıza və ya sərt diskinizə də köçürə bilərik.
Əlaqə telefonu: 070 650-84-35
WhatsApp: https://wa.me/994706508435
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
0 notes
kitabdan-inciler · 2 years ago
Text
"Mənə yalan dediyinə üzülmədim. Bir daha sənə əsla güvənə bilməyəcəyimə üzüldüm."
~Kafka
0 notes
metbuat · 2 years ago
Text
Froynd "Çelsi"nin yeni idman direktoru olacaq
Froynd “Çelsi”nin yeni idman direktoru olacaq
Bazar günü Kristof Froyndun “Çelsi”nin idman direktoru vəzifəsinə gələcəyi ilə bağlı tərəflər arasında razılıq əldə olunub.  Metbuat.org xəbər verir ki, informasiya insayder Fabritsio Romanoya məxsusdur. Romanonun dediyinə görə, yaxın günlərdə London klubu rəsmi olaraq Froyndu yeni idman direktoru kimi təqdim edəcək. Emin Metbuat.org
Tumblr media
View On WordPress
0 notes
ruslandavidov · 3 years ago
Text
Xəlil Cibran deyir: “Başqasının həqiqəti sizə izah etməsində deyil, izah edə bilmədiyi şeylərdədir. Ona görə də onu başa düşmək istəyirsənsə, dediyinə deyil, demədiyinə qulaq as”. İnsan susduğu şeylər qədərdir və insan izah edə bilmədiyi yerdən anlaya bilirsə, yaxındır.
66 notes · View notes
anar-abasow · 2 years ago
Text
Dünən az qalsın Fariz öləcəkdi...
Bir iş yoldaşım var qazidi, adı Fariz, siqaret çəkmir. Keçənlərdə işdəyəm beynimdə tonla şey var, öz problemlərim, şəxsi məsələlər hamısı bir birinə girib - birdə gördüm əsəbi halda Fariz gəldi, siqaret istədi, sonra yenə gəldi istədi, işdən çıxdım (onun növbəsi başlayırdı), çəkdim kənara deyirəm nolub, deyir heç nə. Tamam dedim. Bu məsələ 2 gün belə davam etdi, gecələr qonşu otaqdan bağırtılarına oyanıram, qapını dömədən içəri keçirəm, sakitləşdirirəm soruşuram nə olub deyir heç nə, ən sonda işdəykən siqaret çəkəndə dedi dayana bilmirəm, danışa da bilmirəm, dərdimi kimə deyim heç bilmirəm. Dedim danış, dedi yox danışa bilmərəm. Gözlərinə baxırdım dolmuşdu, bilirdim danışsa ağlayacaq. Mən başladım özümdən öz məsələmdən danışmağa, sonra bir gün keçdi gəldi. Dedi özümü öldürmək istəyirəm, özamü atmaq istəyirəm dənizə. Dedim nolub axı danış. Dedi 11 ildi münasibətdəyəm, düzdü dalaşmışıb barışmışıq ama mən işə qəbul olandan sonra dalaşdıq və bir ay kimi danışmadıq, sonra yenə barışdıq ama indi tamamən deyir səni istəmirəm. Hələ tutub ki “yox yox yox! Yıprandım” zad. Mən başa düşə bilmirəm bu “yıprandım” nə deməkdi? Nə istəyir axı!
Davam et dedim, dedi deyirəm danışaq nədisə həll edək deyir yox istəmirəm, yıpranmışam istəmirəm heç nə falan. Anar nə edəcəyimi bilmirəm, 2 gündü siqaret çəkməyə başlamışam, yatmıram, üzüm gözüm şiş içindədi, yuxusuzam, yorğunam, özümü öldürmək istirəm ki qurtulum.
Mən əslində Farizə inanırdım, çünki olduğu döyüş ona pis təsir etmişdi, dediyinə görə o qədər əsəbi olmuşdu ki 2 dəfə ruhi dispanserə yatırıb, açığı özünə nəsə edəcək deyə narahatdım. Gecələri yatmırdım deyirdim birdən özünə nəsə edər falan. Nəysə.
Mən ona dedim yıpranma çox dava dalaşdan irəli gəlir, “yıpranıram” demək bir növ ayrılığın kökündən qopmağın siqanalıdı, çıx işdən, icazəmi sən istifadə et, onsuz da mənim məsələm heç düzələsi deyil, özün öz məsələni düzəlt.
Yaxşı bəs necə düzəldim?
Öncəliklə bir günlük onunla görüş, bir yolun tap sənlə görüşsün ama son görüş olsun. O günü onu xoşbəxt etməyə başla, oyunlar oynayın, film izləyin, yeməyə gedin və s. ama fərqli olsun, əyləncəli olsun, gözlərindəki sevinci gör. Sonra isə oturun üz-üzə hər şeyi danışın ama üstələməyə çalışma, burax özünü ifadə etsin danışsın, sən sadəcə dinlə. Sonrası inan əla olacaq.
Fariz mənə inanmadı ama dediyim kimi etdi. 2 gün sonra gəldiyində üzündə güllər açırdı.
Bu məsələni sizə danışmaqda məqsədim qarşınızdakı əgər insandırsa onunla dil tapmağın yolu vardır. Yox əgər dil tap bilmirsizsə həqiqətən xətti çəkmək gərək. İnsanlar danışaraq anlaşırlar, anlaşaraq problemlərini həll edirlər. Ümumən problem yaradan və ya problemlərdən qaçan insanlar həyatda öz kimliyini tapa bilmirlər. Onlara güvənmək lazım deyil. Bu insanlarla hər zaman məsafəni qorumalısan, çünki onlar üçün maraqdan ibarət olursan. Lakın problemləri həll etmək istəyən, problem görəndə qaçmayandı və bu insanlar həqiqətən güclü olurlar. Bu insanlara güvənə bilərsiz çünki bu tip insanlar insanlardakı “yaxşı”ya inanır, hələ də yaxşı insanların olduğuna etiqad edirlər.
13 notes · View notes
nazrinyuzbay · 2 years ago
Text
anamın dediyinə görə mən xeyirli övladıymışam.
15 notes · View notes
selcansadiqqizi · 3 years ago
Text
Bayaq binamızın girişində illərdir alt qatımızda yaşayan, lakin əsla üzünü görmədiyim qonşumuzla rastlaşıb birlikdə liftə mindik. Hamımızın görməyə aşina olduğu oğlanlardan deyildi və mamamın dediyinə görə sırf buna görə heç kimlə birlikdə liftə minmirmiş, xüsusilə də başqa oğlanlarla. Söz atarlar, təhqir eləyər və ya şiddət göstərərlər deyə.
Dünyamız nə qədər də iyrənc bir yerdir.
19 notes · View notes
Text
Az əvvəl pişiyimə hirsləndiyinə görə anamla, Flora Kərimovaya "Allahsız" dediyinə görə gəlinbacımla dalaşdım. Deyəsən psixoloji problemləri var, Allah özü kömək olsun.
0 notes
purplequeen20 · 3 years ago
Text
qəlbin dediyinə ağıl qulaq asmaq istəmir,
ağlın da dediyinə qəlb qulaq asmaq istəmir
7 notes · View notes
fakhriia · 4 years ago
Text
Bir yerdə oxumuşdum: "Köhnələrin "yar" dediyinə indikilər "flört" deyir. Köhnələrin "naz" dediyinə indikilər "trip" deyir. Köhnələrin "eşq" dediyinə indikilər "münasibət" deyir. Köhnələr baxmağa belə qıya bilməzkən indikilər canına qıyır." o qədər haqlı ki...
58 notes · View notes