#bilmədik
Explore tagged Tumblr posts
Text
Hansı birimiz uşaqlığını düzgün yaşaya bildi ki? Uşaq ikən hər birimizin sonsuz xəyalları olub. Başqa uşaqlara özənərdik. Özəndiyimiz uşaqlar da başqa uşaqlara özənirdi yəqin. Kimimizin oyuncaq maşını yox idi, kimimizin Barbi kuklası, kimimizin də mişqası. Sanki gələcək hər daim bir addımlığımızda idi, bizlə birgə addımlayırdı. Xəyallarımızın gerçəkləşməməsi ehtimalını əsla düşünməzdik. Hesab edərdik ki, hər zaman hər şey istədiyimiz kimi olacaq. Bu, gələcəkdə bizi daha çox üzəcəkdi. Amma bizim bundan xəbərimiz belə yox idi. Gün keçdikcə ətrafımızda gördüklərimizdən daha çox şey qatırdıq gələcəyimizə. Əslində həyatımız eyni ilə bir dəftər kimi idi. Bu dəftəri yazmağa doğulduğumuz andan başlamışdıq. Uşaqlığımızda hər gün bu dəftərə onlarla səhifə əlavə edirdik. Xəyallarımızı, sevdiklərimizi, itirdiklərimizi... Böyüdükcə anladıq ki, bəzi səhifələri boşuna yazmışıq, dəftər artıq dolub. Yazmağa səhifə qalmadığı üçün yazdığımız bəzi səhifələrdən imtina etməli idik. İmtinasına boyun əydiyimiz səhifələr isə əslində gerçəkləşməsi mümkün olmayan xəyallarımız idi. Çünki yaşımız artdıqca anlamışdıq bu xəyallarımızın gerçəkləşə bilməyəcəyini. Artıq bu səhifələri silməyin zamanı gəlmişdi. Bəlkə, asanlıqla yazmamışdıq bu səhifələri, amma geridə qoymalı idik nəticədə. Yazdığımız o qədər səhifə, qurduğumuz milyonlarla xəyal bir anda yox olmuşdu. Yazdığımız həmin səhifələri bir-bir sildikcə, həyata qarşı sevgi və istəyimiz də yavaş-yavaş tükənirdi. Zatən yazmaq istədiklərimizin neçəsini yaza bilmişdik ki, o sətirlərə? Bəlkə 5, bəlkə 10. Yazdıqlarımız yazmaq istədiklərimizin yanında heç nə idi. Hər zaman bir şeylər əskik idi yazdığımız bu sətirlərdə. Nə sevgimizi tam tökə bildik bu sətirlərə, nə də nifrətimizi. Sözlərin kifayət etmədiyi yerlərdə hisslərimizlə görünməyə çalışdıq. Güldülər hər zaman. Anlamırdılar çünki. Dəftərə yazdığımız üç-beş sətri oxusalar anlayardılar, bəlkə, amma hisslərimizi anlamırdılar, anlamaq istəmirdilər. Bizi hər zaman yazdıqlarımız qədərilə gördülər, sadəcə yazdıqlarımızdan ibarətik zənn etdilər. Oysa görünməyən, amma mövcud olan hisslərimiz o qədər çox idi ki. Bizi güldürən, kədərləndirən, ağladan və sevindirən hisslərimiz... Sadəcə gülümədiyimizi, xoşbəxt olduğumuzu gördülər. Hər zaman xoşbəxtik zənn etdilər. Fərqinə vardıq ki, qaranlıq öz işini çox yaxşı görüb. Qaranlıq göz yaşlarımızı, dərdlərimizi, bütün üzüntülərimizi çox yaxşı gizlətmişdi öz qanadları altında. Qaranlıq haqqımızda hər şeyi bilsə də, istəmədiyimiz müddətcə əsla ən zəif nöqtəmizdən vurmazdı bizi. Sanki qulağı var idi, çox gözəl dinləyirdi, amma dilsiz idi, danışmırdı. Bir sözlə, dostu olmayanın ən yaxşı dostu idi qaranlıq. Bizlər bir gün gec də olsa həyatlarımızın xəyallarımızdan daha güclü olduğunu öyrənəcəkdik. Dopdolu xəyallarımızı bir şəkildə həyatlarımıza sığdıra bildik də, kiçik həyatlarımızı bu xəyallara sığdıra bilmədik əsla. Nə dünyaya sığa bildik, nə də xəyallarımıza. Özümüzə sığındıq, öz qaranlığımıza və oranı hər şeydən daha çox sevdik.
66 notes
·
View notes
Text
Mənə dağı keçib, təpədə dənizi seyr edəcəkmişik kimi hiss etdirmişdin. Dağı aşa bilmədik..
39 notes
·
View notes
Text
Bəlkə də, sən mənə inanmalı idin. Mənə güvənməli mənə sığınmalı idi. Nə olur olsun getməməli idin, mənim olmayan səhvlərimə görə məni atmamalı idi. Unutmağa, silməyə çalışmamalı idin. Yadımdan bir an çıxmırsan çıxdığını düşündüyüm an yenidən xatırlayıram. Niyə axı? Ən çox sevənlər qovuşmuşlar deyəndə gülürdüm, yaşamamış bilmək olmur həyatı. Səndən sonra heçnə yolunda getmir cümləsi tanışdı mənə, çox eşidirdim gülürdüm onuda yaşadım hərşey gəldi başıma uduzdum mən bu həyatda sən yox mən günahkaram səni yetərincə sevə bilmədim, dəyər, qayğı göstərib əzizləyə bilmədim. Ona görə də itirdim səni sevgilim..
Qayıdıb gəlsən söz verirəm qəlbimdə ki yerin həmişəki istiliyini qoruyacaq.
Bağışlayıb barışsan çox şey dəyişəcək, artıq olduğumdan daha da olğunlaşmışam dibə batıb dibdən çıxmağıda bacardım mən. Bir dəfə olsa belə üz üzə danışa bilmədik dərdlərimizə şərik ola bilmədik. Həmişə hər zaman yanımda oldun qəlbimi öz qəlbinmiş kimi hiss etdin, uşağ kimi sevdin məni. Mən layiq oldum mu bilmirəm. Amma söz verirəm həyatıma yenə gəlsən daha gözəl olacaq söz... #08
9 notes
·
View notes
Text
![Tumblr media](https://64.media.tumblr.com/88b4d7d3f5ad1d92fbeff1db975330d3/c909112f34dbd4c2-ef/s640x960/90a439816620c2b29450468b1d94b443b95c633a.jpg)
![Tumblr media](https://64.media.tumblr.com/c0674dffc37940f606aa1badcd3e29b8/c909112f34dbd4c2-bb/s640x960/73c3ff103b7df74b9c0c374c7c96fc482520cfa3.jpg)
Şöyle dümdüz bir ilişki bugün də prenses ola bilmədik çox şükür
15 notes
·
View notes
Text
Verə bilmədik könlümüzü əsl sahibinə onun bunun əlində ziyan olub getdi.
40 notes
·
View notes
Text
rəngini seçdiyin xəyali evdə
bircə dəfə olsun yata bilmədik
yollar uzun idi, amma biryerdə
heç yolun yarsına çata bilmədik
4 notes
·
View notes
Text
- Bizə nə vaxt payız gəldi ki, belə? Bilmədik...
36 notes
·
View notes
Text
"Hər şey fərqli ola bilərdi, insanlar bu qədər sıradan olmasaydı. Məsələn, niyə insanlar evliliklərinin ilk gecəsində sevişirlər? Evlilik sözünə diqqət edin, bir Ev var o sözün başında. Niyə ilk gecəni mətbəxdə kofe içib, söhbət edərək keçirmirlər? Axı insanlar bir ömür, bir ev, bir yastıq paylaşacaqlarsa, bir-birlərini sevişərkən yox, danışarkən tanımalıdır. Sən mənimlə bir yastıqda yox gəl bir fincanda, bir kitabda, bir mahnıda, bir filmdə qocalaq. İlk ruhlarımı, tanışsın, sonra bədənlərimiz. Gəl qucaqlayım səni, ruhum ağrıyır, sonra sevişərik. Heyif, çox heyif. Ruhumuzu cismimiztək qoruya bilmədik. Adamlar ilk qadınlarını, qadınlar isə xətallarını qorumalıdır. Sonra maşınınızı, bədənlərinizi qoruyarsınız çirkli əllərdən. Çünki ruh yorulanda bir kafedə əyləşib “Ruh əkizim” gələn qədər bir fincan kofe gətirin deyə bilmir."
2 notes
·
View notes
Text
Ay və Sirius da qovuşdu bir biz qovuşa bilmədik zalım oğlu
12 notes
·
View notes
Text
Eynən Poladın Elifi sevdiyi qədər sevdim səni. Elif ömürlük poladın qəlbinə məskən salaraq dünyasını dəyişdi, sən isə əğyarə gedərək məskən saldın qəlbim də. İkimiz də qovuşa bilmədik. Nə Polad Elifinə, nə də mən sənə..
19 notes
·
View notes
Text
Deyir:"Eşqdir mehrabı uca göylərin, qədrini bilmədik bomba şeylərin". Sağ ol, şair.
7 notes
·
View notes
Text
Bir dəfə olsun üz-üzə danışıb dərdlərimizi bölüşə bilmədik. Bəlkə də ona görə anlaşa bilmədik.
9 notes
·
View notes
Text
Biz bir yerdə olmağı bacara bilmədik, böyüməyi bacara bilmədik, ayrılmağı bacara bilmədik, hələ əlvidaları heç bacarmadıq ama bir cür uzaqlaşdıq bir birimizdən iki yad olduq birdən. Biz ən gözəl bir birini tanıyan, yad olmağı bacaran iki insan olduq..
2 notes
·
View notes
Text
Bir yerdə keçmişdi uşaqlığımız,
Duyğulu,qayğısız şirin çağımız.
Zəncirvari idi sevgi bağımız.
Sevgiylə keçərdi dəqiqələrimiz
Sonda daşa dəydi məhəbbətimiz.
Məktəbə bir gedib ,bir də gələrdik.
Biri-birimizə sevgi bəslərdik.
Sevinclərimizi yarı bölərdik.
Nur saçan vaxt üzümüzə bəxtimiz.
Sonda daşa dəydi məhəbbətimiz.
Xoşbəxt olmaq idi, arzularımız.
Elə ki, bilindi xoş rəftarımız.
Sinifdə yayıldı eşq məcaramız.
Çiçəklənən gündən bu istəyimiz.
Sonda daşa dəydi məhəbbətimiz.
Saf sevgi düşmüşdü ürəyimizə.
Hamı qibtə ilə baxardı bizə.
Həsəd aparardı sədaqətimizə.
Dildən dilə düşdü ülvi sevgimiz.
Sonda daşa dəydi məhəbbətimiz.
Məktəbi bitirdik dəyişdi zaman.
Əsdi başımız üstə çən duman.
Aramıza girdi ayrılıq,hicran.
Vüsala çatmadı heç qismətimiz.
Sonda daşa dəydi məhəbbətimiz.
Bilmədik, kimdədir bütün günahlar.
İkimiz də çəkdik fəryadlar,ahlar.
açılmadı eşqimizdə sabahlar.
Bizə qalan oldu öz həsrətimiz
Sonda daşa dəydi məhəbbətimiz.
Sevgilin unutmur xatirələri
Sevgilərlə keçən gözəl günləri.
Boş yerə sızlatdiq biz ürəkləri.
Ayrılıqla bitdi həyat dərsimiz.
Sonda daşa dəydi məhəbbətimiz
2 notes
·
View notes
Text
Çox gözəl xəyallarım var idi. Çox dərin, çox incə, çox gözəl xəyallarım var idi. İçim yanır, içim... gərçəkləşdirə bilmədik heç birini. Qismət olmadı deyib keçdik buna da. Çox haqsızlıq elədik biz bizə, Görəcəyimiz gözəl günləri əllərimizlə sonsuzluğa buraxdığ. Bir gün qismət olsa, qarşıma çıxsan, mən soruşmadan cavab ver bu sualıma-
Şeytanın gunahı qədər sevmişdim səni,
Sən isə bir körpə günahı qədər sevmədinmi məni?..
2 notes
·
View notes
Text
Köhnə dostlarımı xatırladım bu gün. Çörəyimi, suyumu böldüyüm. Böyüyəndə bir yerdə böyüdük çoxuyla, amma bir yerdə yaşlana bilmədik. Ürəyimdə böyük bir yemək masası var, stulları boş qalan. Onları xatırladıqca, bir bir durub getdikləri günlər yadıma düşür. Bu gün qarşılaşsaq bir yerlərdə qucaqlaşmaq əvəzinə ən çoxu quru bir salamdan ibarət olacağımız çox acıdır əslində. “Sənin üçün çox darıxmışdım”ın yetkin həyatda yeri yoxdur çünki. Uzaq və xəyali qəhrəmanlarıq artıq bir birimizçün. Gəlib çatdığımız yerlər, getdiyimiz yollar bir birinə çox uzaqdır. Ağ qara şəkillərin içinə atılmış, olduğu yerə aid olmayan başqa rəngdə kadrlarıq artıq, əzizlərim. Yenə də darıxıram sizinçün. Ümid edirəm yaxşısız. Gözlərinizdən öpürəm.
7 notes
·
View notes