#bilmədi
Explore tagged Tumblr posts
Text
Səndən niyə qaçdı bilirsən? Onu nə qədər çox sevdiyini dərk etdi. Sənin qədər sevməyə cəsarət edə bilmədi. Yanında qalmağa gücü çatmadı və sonunda qorxub qaçdı. Bax belədir insanoğlu, çox seviləndə qorxar.
32 notes
·
View notes
Text
bilirsən atacan övladın hər çətinlikdə ayaqda durmağı bacardı amma. xoşbəxt olmağı bacara bilmədi.
22 notes
·
View notes
Text
Yaxın saatlarda qardaşımın, əmim oğlunun və xalam qızının qəbul nəticələri açıqlandı. Hər üçü universitetə qəbul olub. Çoxdandır bu şad xəbəri gözləyirdik. Amma bu xəbərin bu vəziyyətdə gələcəyini heç ağlımın ucundan keçirməmişdim. Şənlik keçirəcəyimizi düşünərkən yasın ortasında qarşıladıq bu xəbəri. Sevinc və kədər qarışıq hislər keçirdim həmin an. O qədər xoşbəxt oldum ki. Canımdan dəyərlilərim bir pillə də yuxarı qalxdılar həyat nərdivanında, həm də gözəl nəticələrlə. Bir tərəfdən də kədər boğdu məni. Kaş babam da görərdi bu günü. Artıq 4 gündür bizimlə deyil. Hər dəfə soruşurdu, maraqlanırdı bu barədə. Çox heyif ki, görə bilmədi, şərik ola bilmədi bu xoş xəbərə. Çox ağladı qardaşımla əmimoğlu, hər kəsi də kövrəltdilər. Yaxınlarının üzündəki təbəssümə baxıb sevinəsən, ya qapıdan asılan yas lentinə baxıb kədərlənəsən? Atamı 20 ildir ilk dəfə babam öləndə ağlayan görmüşdüm. Atamın nəticələr açıqlandıqda otağa çəkilib gizli şəkildə ağlamasını gördüm bu gün, nənəmin babamın şəklini qucaqlayıb ağlamasını gördüm, qardaşımın, əmioğlunun hönkürtü ilə ağlamasını, əmimin sərt simasındakı kövrəkliyi, dolmuş gözlərini gördüm, bir çox kədərli sima gördüm bu gün. Mənim üçün heç unudulmayacaq bir gün idi. Yarı sevinc, yarı kədər. Yox, ən çox kədər...
Əziz babam, bizi görürsənsə kədərlənmə. Bunların hamısı sənin çox istədiyimizdəndir. Məkanın cənnət olsun, ən qiymətlim. Biz hamımız səni çox sevirik. Özün yanımızda olmasan da, xatirələrin həmişə bizimlə olacaq. Səninlə birgə mənim uşaqlığım getdi. Sən gedən gün böyüdüm mən. Sən gedən gün bildim ölüm nədir. Çarəsizliyin ən betər halını o zaman gördüm. Canından qiymətlin gözlərinin önündə əzab çəkir, amma sən onun üçün heç nə edə bilmirsən. Gözlərinin önündə ağrı çəkərək ölür, amma sən heç nə edə bilmirsən. Çox ağırdır çox. Çarəsizlik heç bu qədər ağır gəlməmişdi mənə. Həyat heç bu qədər dəhşətli gəlməmişdi. Ölüm, necə də dəhşətli imişsən... Yaxınların yanında olduğu müddətcə ölümdən qorxmursan, amma ölüm ən əzizini apardıqda anlayırsan ölüm qədər ağırı yoxdur. Ölüm qədər amansızı, qəddarı yoxdur... 27 avqustdan bəridir gözlərim hər yerdə babamı axtarır. Elə bilirəm harasa gedib, getdiyi yerdən nə vaxtsa qayıdıb gələcək. O qədər çətindir ki, gəlməyəcəyini bilə-bilə gözləmək... Ölümündən 2 gün öncə soruşmuşdum babadan ki, ürəyi nə istəyir. "Ölmək istəyirəm" demişdi mənə. Artıq çəkdiyi ağrıya dayana bilmirdi, ölümü arzulayırdı. Ən azından artıq əzab çəkmir deyərək özümü təsəlli edirəm. Əlimdən başqa nə gəlir ki... Onsuz yediyim yemək zəhər olub boğazımdan keçmir. Onsuz gülməyi haram bilirəm özümə. Qəbullana bilmirəm gedişini. Zamanla keçməyəcək bu hiss bilirəm, amma öyrəşəcəm onu da bilirəm. Onun yoxluğuna da, ölümün acımasızlığına da, həyatın faniliyinə də...
134 notes
·
View notes
Text
2. Hissə ( Son )
Göz altının şişliyi bir xeyli çoxalmış , yorğunluğu danışırmış kimi gözə çarpırdı.
Qalxdı addımladı hara gedəcəyini bilməzcəsinə . Addımlarındaki isdəksizlik onu yavaşladırdı . İri gözlərini səkidən ayırmırdı . Düşünməyi faydasız idi ama düşünməməyi bacarmırdı . Səhərin quru, soyuq küləyi üşüməkdə olan ruhuyla çarpışdı . Ruhsal üşümüşlüyü dərindən hiss etdi . Səssiz, qaranlıq və soyuq bir yerin içinə sovruldu . Boşluqda savruldu , yük oldu əlləri vücuduna, hara qoyacağını bilmədi . Cibinə qoymağı düşündü , cibləri düşünməyi ertələdiyi mövzularla doluydu . Köksünə qoymaq isdədi ama sıxışan qəlbini daha çox ağrıdacaqdı . İsdəksizləşdi , buraxdı qollarını sonsuzluğa buraxırmışcasına . Çiyinlərindəki yüklərlə bərabər çökmüşdü qolları . İndi ən çox ehtiyacı olan birisinin onu qaldırmağı , güc verməyi idi . Acizliyinin verdiyi qəzəb yavaş yavaş hüzünə dönüşdü . Artıq dayanmaq isdəmədiyini anladı və bir anda qərar verdi . Özünü ayırdı dünyadan vecsizcəsinə . Tək isdədiyi sonsuz zamanda sonsuz yuxuydu . Dəfələrcə düşünmüş və müxtəlif ssenarialar qurmuşdu bunun üçün . Heç birini etmədi . Yaşam isdəyindən əl çəkməyi və məsuliyyətlərdən qurtulma hissi bütün vücuduna yayıldı . Bir dəfə dərinlərdən gələn ilahi hisslərlə hüzurla gülümsədi . Bəlkə də bitişdə axtardığı başlanğıc ən yaxşısl olacaqdı . Özünü gözlənilməz bir şəkildə dənizin maviliyinə təslim etdi . Son gördükləri , sonsuz bir göy üzü və öldürən mavilik oldu .
8 notes
·
View notes
Text
Firon da bütün körpələri öldürtdürdü amma HZ.Musanın qarşısını ala bilmədi. Narahat olmayın Allah öz vədinə sadiqdir…
6 notes
·
View notes
Text
Bəs deyirdilər fevral ən qısa aydır, bir bitmək bilmədi
57 notes
·
View notes
Text
Külək məni uçura bilmədi amma telefonumu uçurdu,ikimizin də vəziyyəti ağırdı
10 notes
·
View notes
Text
Qısa qapanma.
Bölüşmək mənə görə deyil, mənə tərsdi, çünki bölüşmək paylaşıb çoxalmaqdı, mənimkisi isə təklikdi.
İllər əlimizdən alır ən gözəl adamları, ən gözəl çağları. Hərdən yaş da öz sözünü deyir. Həyatımdan gedən hər kəsə təbəssüm etdim, getməyib qalanları isə sevdim. Dəyişiklik təbiətin qanunudu ama mən dəyişməyin əksinə getdim. İllər keçdi ama dəyişmədim. Mən yenə həmən Anar’am. Düşünürdüm mənlə qalanlar da dəyişməz, məsələn 16 yaşından bəri tanıdıqlarımda varki, indi onlar ali təhsil alır, həyatında sevgilisi var, uğurlar qazanır, hətta ailə quranlar da var. Mənsə uzaqdan baxıram, uzaqdan seyirciyəm. İndi onlar daha da ciddiləşib, daha ciddi danışır, daha sərt olurlar, sanki biz mehriban deyildik. Sanki sadəcə böyüyən onlardı. Sevinclərinə sevinirəm, uğurlarına sevinirəm lakın məndən uzaqdadırlar deyə dəyişdi deyə incinirəm. Bu sadəcə yadlarla əlaqəli deyil, qohum əlaqələrim 0’dı lakın bir qohumum var ki çox dəyərlidi, o evlənəndə mən üzülmüşdüm, hətta kədərlənib gözlərimi doldurmuşdum. Mənim insanlara güvənim, yaxın bildiklərimlə aramda oluşdurduğum bağ çox möhkəmdi, ama di gəl ki, bu tək tərəfliymiş. Mən elə bilirdim bəzi insanlarla əlaqə saxlamasam da, onlar hər zaman qoyduğum yerdə dəyişmədən qalacaq, çünki mən də beləydim. Yanımda olmayanlar ağlımda oldu. Öz mənfilərimi o təmiz insanlara bulaşdırmaqdan çox çəkindiyimdən, və birdən tamamən itirmək qorxusundan özümdən uzaq tutdum. Mən hər kəsin qoyub getdiyi yerdəydim, illərdi dəyişməyən nömrə, dəyişməyən mən, dəyişməyən hisslər, dəyişməyən xarakter - xasiyyət və s. Bəzən birini yaşatmaqçun sırf onun adına adaş olanları həyatıma daxil etdim. O olmasa da ona adıyla da bənzəyən, onu yaşadacaq bişey olsun düşüncəsi. Hə axmaqcadı.
Məsələn tumblr’da 10 ildi varam, çox əla insanlar tanıdım, onlar indi uzaqlardadı, hər birinin ayrı ayrılıqda həyatları burdan uzaqda davam edir. Düşünürəm bəlkə bir gün gələr və gəldiklərində bəlkə mən də burda olaram. Bu sadəcə nağıldı və nağıllar gerçək olmur. Keçmişə bağlıyam? Bilmirəm lakın çox vaxt köhnə şəkillərdəki mən’ə boylanıb baxdığım olur. O illərin içindəki yoldaşlıqlara, xətri-hörməti hələ də məndə yaşayan insanlara.
İllərdi içki içmirəm, düşünürdüm mənlə qalanlarla bir gün oturub hər şeydən danışıb hər şeyə, gedənlərə yox qalanlara içəcəyik, bir birimizin şərəfinə içəcəyik. Ama bu gün ən son qalam da yıxıldı. Yavaş-yavaş dağılıram. İnsan çürüməyə içdən başlayır. Məsələn mən də hər kəs kimi hər şeyi rədd edib heç 0’dan deyil, qaldığım yerdən bambaşqa şəkildə davam edərdim, və ya edərəm. Ama mən dəyişməyi özümə xəyanət hesab edirəm. Axına qarşı gələnlərdənəm. Bu bir növ boğulmaq olsa da. İllərdi travmalarıyla boğuşan, hər şeyi zarafata vuran, bəzən vurdum-duymaz, daha çox öz ağrılarını ələ salıb öz ağrılarıyla zarafatlaşan adamam. Bu yerdə musiqilər və yazmaq daha doğma gəldi. Musiqilər insanlardan daha əziz, daha doğma. Yazmaqsa… Mənim yazılarım insanlardan daha ciddiydi və bunu kimsə bilmədi.
Uzun illər yazdım, harda 10 il’dən çox. Yazmaq özümü ifadə etməyin, özümü anlamağın bir yoluydu. Çünki mənə görə yazmaq dilinə möhür vuranların işiydi.
Bu post bəlkə də etirafdı bəlkə də əlvidalarımı paylamaqdı.
18 notes
·
View notes
Text
Onlarla adamın varlığı sənin yoxluğuna güc gələ bilmədi.
28 notes
·
View notes
Text
Bir vaxtlar geniş bir kruqumuz var idi. O kruqla vaxt keçirəndə, əylənəndə, saatlarla qrupda söhbətləşəndə heç kimin ağlına gəlmirdi ki, birgün bu kruq dağılacaq. İndi o kruqdakı adamlar hərəsi bir tərəfə səpələniblər. Kimisi evləndi, kimisi xaricə köçdü, kimisi kruqun varlığını unudub, kimisi də hələ də o kruqu yaddaşından silməyib. Küslüklər, ayrılıqlar olsa da o kruqda yaşananlar gənclik dönəmimizin ən qəşəng günlərindən idi. Hərşeyin bir sonu var və olmalı idi. Təəssüf ki, bu dostluq irəliləyə bilmədi
9 notes
·
View notes
Text
1. Hissə
Günəşin ilk işıqları şəhəri aydınlatmağa başlayarkən yorğun gənc bir siqar daha yandırdı . Onu boğan duyğulardan qaçmaq üçün dərin bir nəfəs aldı. Dolmuş beyni yenə onu qəfil ovlayaraq acizliyini xatırlatı . Bəyaz və sıralı dişlərinin arasından tökülən kəlimələr birdən sarsdı onu . Etdiyinin yalnış olduğunu bilirdi . Həqiqətən niyə bir başqasınln ona acımasına icazə vermişdi . Sanki kənardan özünün izləyirmiş kimi diz çöküb ağlamağını xatırladı. Peşman oldu . Özünə qəzəbliydi və bir növ cəzalandırma kimi kəskin biçaqlarını özünə yönəltdi . Şüursuzca etdiyi bu davranışlar özünə acımasına səbəb olurdu. Ama oda bilirdi ki, acımaq ən pis duyğuydu .
Yıxıcıydı , sevgi yox idi içində , fədakarlıqdan əsər yox idi . Sadəcə şıltaqlıqdı .Xatirindən silmək isdədiyi qovarcasına gözlərini ovuşdurdu . Uzun barmaqları alnında gəzindi bir müddət. “Bəzən” deyə mırıldandı . “Bəzən hiss etdiklərimi birinin almasını isdərdim”
Düşüncələrinin qarışıqlığı başını ağradırdı. Görüntü bulanlıqlaşır, mədəsindəki yanma yerini qusma hissinə buraxırdı . Qaralan dünyası onu sadəcə ruhsal olaraq zəhərləmir , bədəninədə müxtəlif işgəncələr verirdi .
Oturduğu yerdən qalxmaq isdəmədi , həyata qarışmaq isdəmədi, insanların olduğu hər hansısa bir yerə getmək isdəmədi , mənasını itirdiyi həyatı sonsuzdək orda keçirmək isdədi .
Puç olmuş xəyalları coşğun bir dəniz kimi canını yandırırdı. Bu duyğular tanış idi , bir uşağın anasının olmayışını hiss etdiyi kimiydi , 20’li yaşlarda bir gəncin sevdiyinin ölməsi hissinə bənzəyirdi, ən sevdiyin insanın sənə nifrət edişindəki o hiss idi. Yalın ayaqlar , cırılmış dizlər, dağınıq və kirli saçlar, aclıq və soyuq yağışların əsir aldığı 5-6 yaşındaki uşaqdaki həmin hislər idi . Bəlkədə hamısı. Hamısından daha artığı idi. Gənc yaşda həyatı öyrənmək idi, həyatı öyrənməyə məcbur qalmaq idi . Duyğularını izah etməyin yollarını axtardı biraz, tapmadı . Ağlamaq zənn etdi, deyildi . Çünki tək ağlamağın verdiyi ağrını bilirdi. Birinə sarılmağa ehtiyacı duydu . Sevdiyi bir qadının qollarında ağlamaq ehtiyacından daha artığı idi . Tanrının qayğısını isdədi , anasının mərhəmətini , atasının isti qəlbini . “Xəyalçısan, xəyalçı” dedi iç səsi . Beyni olmayacağını bildiyi isdəklərlə dolub daşırdı bu anlarda . Olduğu yer ilə , olmaq isdədiyi yer arasında sıxışıb qaldığını hiss etdi . Lakin nə olduğu yerdə xoşbəxt idi , nə olmaq isdədiyi yerə doğru addım ata bilirdi . Yanmış, yarısı istifadə edilmiş siqaret dənələrinə göz gəzdirdi . Özünü günahlandırmaqdan yoruldu və özünü bacarıqsızcasına müdafiə etdi özünə . İçində yanan alovların üzərini bağladı əvvəlcə . Heç vaxt fərqinə varmadığı , hər zaman qaçdığı, səssiz və çarəsiz ruhuna sığındı daha sonra . İşə yaramadı ağlamaq . Söndürə bilmədi alovlarını ….
11 notes
·
View notes
Text
Əslində hiss etdiklərim onun təxmin etdiklərindən daha çoxu idi. Mən heç anlatmadım,o da heç bilmədi. Bəzi hekayələr də belə bitərmiş..
9 notes
·
View notes
Text
Lənkərana wolt gəlib nəysə qızlarnanam bu dəqiqə rəfiqəm programı yükləyib qeydiyyatdan keçə bilmədi sonda da belə dedi ���cəhənnəm olsun wolt elə bil dədə baba vaxtımızda wolt var idi gedin çörəyin arasına kolbasa qoyun yeyin vapşey”
32 notes
·
View notes
Text
Bəzi şeylər əsla keçməz, keçdi deyə zənn etdiyin zaman düyüm olar boğazında. Gecəni səhər , gündüzü zəhər edərsən. Özünə verməyə bir təsəllin belə qalmır, əvvəllər "keçər" dediyin söz üçün belə darıxırsan. Artıq iliklərinə qədər hiss edirsən ki, heç bir şey keçmir. Necə varsa xatirələr elə də canlanır, sən demə xatirələr unudulmur, üstü tozlanır. Sonra xəfif həsrət küləyi əsir, gətirir bütün keçmişi göz önünə. Zamanın zəhər, illərin hədər olur. Sən ki, heç bir şeyi unutmursan. Məgər aldadırsan özünü, insanın özünü aldatması kimi pis bir şey yoxdur. Çarəsizliyi necə nəql edə bilərəm bilmirəm. Keçsəydi, adı keçmiş olmazdı ki. Keçmədi, keçə bilmədi. "Keçmiş" əcəb adı var, sanki deyir ki, sən adımı bil, mənasınını zamanla izah edəcəm, xoşbəxtliyini zəhər edəndə, biləcəksən adım, özümü əks etdirirmi..
20 notes
·
View notes
Text
Bəzən də deyir ki, onlarla insanın varlığı bir sənin yoxluğuna qalib gələ bilmədi
17 notes
·
View notes