#bildiyini
Explore tagged Tumblr posts
Text
Yaşca böyük olan insanların səndən çox bildiyini düşünməyi, səndən nəsə öyrənməyi özünə yaraşdırmamağı qədər mənfi insan xüsusiyyəti daha yoxdur. İşə yeni gələn bir qadın var və davamlı mənə dərman tərkibləri və s ilə bağlı suallar verir, mən isə birindən yeni bir şey öyrənməyi və birinə nə isə öyrətməyi də çox sevirəm deyə qəbul edirəm. Qadın məndən bir dərmanın tərkibini soruşdu (5 molekulu var) mən də bu dərmanı yuxumda soruşsalar cavab verəcək qədər yaxşı bilirəm. ( çox bildiyimi sandığım dərmanları da bəzən alıcı deyəndə o qədər qarışıq beyində oluram ki başımı sıxıb sonra yenidən alıcıdan nə istədiyini soruşub ayılıram ahah insanlıq halıdır unutmaq) Cavab verdiyim an qadın qışqıraraq ola bilməz, düzgün cavab ver dedi. O an onsuz da məəttəl qaldım, dərmanı gətirib göstərdim sakit tonla hə, ola bilər dedi. Bu hadisə eyni ilə başqa bir neçə dərmanda da yaşandı və hər dəfə eyni reaksiya ilə. Mənim də bir insandan uzaqlaşmağım üçün yetəri reaksiyadır. Bilmədiyim hər şeyi öyrənirəm. Soruşmaq, ya da internetdə axtarmaq da bir üsuludur. O qadınınsa davamlı yaşını vurğulayaraq belə reaksiyaları qədər itici nə isə yoxdur. Yenidən sual vermək istəyəndə məşğul olduğumu dedim dəfələrlə, çünki artıq maraqlı deyil o insan.
7 notes
·
View notes
Text
Çoxumuzun eşitdiyi bir hekayə var. Hansı ki, ailə uşağının həkim olmasını istəyir, amma uşağın sənət ilə əlaqəli bir xəyalı olur ailə isə "ya biz deyən ya da öl" tərzində qarşılıq verir. Ya da nə bilim, "mən onu sevirəm, bu mənim həyatımdır, sevdiyim insanı istəyirəm" deyir ailə yenə razı olmur, uşağın istəyi olmasın deyə əlindən gələni edir, məsələn aylarla evə qapadır. Ya da ki, uşaq spesifik yer və iş seçir amma ailə yenə öz bildiyini edir yenə alınmır uşağın istəyi. Sonda uşaq bezir, daha mübarizə aparmır, mən bunu istəyirəm demir nə lazımdırsa, o an üçün nə " uyğundursa" daha onları edir. Fədakarlıq edir, uşaq ikən valideyn olur. Yeri gəlir ana olur, ata olur, müəllim olur, mühafizə olur, psixoloq olur. Gün gəlir kəskin söz sahibi olur. Hər şeyi edə biləcək gücdə olduğu halda yerində dayanır. Gözünün önündə ölüm olsa, susub sakit baxacaq vəziyyətə gəlir. Boş - boş mənasızca oturub ağlayır amma real hadisələr qarşısında reaksiyasızdır. Heç nə də etmək istəmir. Canından bezir. Canımdan bezmişəm.
09.07.
13 notes
·
View notes
Text
Bir ustadın belə dediyini eşitdim:
- Nəyi bildiyini bilsən, səndən öyrənərəm.
- Nəyi bilmədiyini bilsən, sənə öyrədərəm.
- Nəyi bildiyini bilməsən, səni həvəsləndirərəm.
- Lakin nəyi bilmədiyini bilməsən, deməli, ciddi problem var.
50 notes
·
View notes
Text
Bilirsən, T, mən onu hər zaman bağışlamışam. Bütün ərköyünlüklərini, nə bilim, yazmamaqlarını, mənimlə danışmamaqlarını, yoxa çıxmalarını, xırdadan tutmuş bütün böyük səhvlərinə qədər, hər şeyi bağışlamışam ona. Ətrafımda olan bütün insanları bir tək onunla görüşə bilməkçün “qırmışam”. Mən onu çox sevmişəm qısacası. Ayrılıq zamanı çatanda isə, çox ağıllı bir cümlə işlətmişdi, heç yadımdan çıxmaz. “Qulların sevilə bildiyini hansı nağılda oxumusan?” -deyə. Gec başa düşmüşəm, lakin indi, milyonlarca mənim kimi qadının yalnışını çox gözəl anlayıram.
28 notes
·
View notes
Text
Axı mən sənə dərdimi danışdım, yalvardım, getmə dedim... Amma sən yenə də öz bildiyini etdin. İndi susuram çünki, hər sözüm sənə dəyər, amma sən heçvaxt anlamazsan..
5 notes
·
View notes
Text
Mamam hər dəfə mürəbbə və ya turşu hazırlayanda youtube'dən baxır amma axırda öz bildiyini edir. Öz bildiyini edəcəkdinsə niyə baxırsan qadınnnn
37 notes
·
View notes
Text
Bildiklərini danış , amma ağıl verməyə qalxma!Danışılanları yaxşı dinlə, amma hamısını doğru zənn etmə! Səssiz qalmaq bir şey bilmədiyin mənasına gəlməz. Çox danışmaq da çox şey bildiyini göstərməz. Hər kim olursa olsun bir insanı kiçiltmək ağılsızlıq, çox böyük də görmək qorxaqlıqdır.
Cəsarət :
Ağıldan gəlirsə cəsarətdir, bilgisizlikdən gəlirsə cəhalətdir❕
28 notes
·
View notes
Text
Heç olmadığı qədər həssaslığın artmışdır. Qorxuların get gedə artır, məsləhət və sığınacağın bir yer yoxdu. Ən çox hər kəsə buna görə qırğınam. Güvənimi sarsdıqlarına görə gedib nəyəsə görə kimdənsə məsləhət, sevgi, motivasiya ala bilmirəm. Sonra deyirlər niyə öz bildiyini edirsən? Həmişə başqa bir seçimim olmadığına görə ola bilər? Hər şey yaxşı olacaq, bacaracam. Təmkinli və soyuqqanlı olmalıyam. Bu bir ilk deyil. Əlimdən gələni etdiyim müddətcə nələrinsə səhv səmtdə getməsi deyə bir ehtimal yoxdu.
15 notes
·
View notes
Text
Nəsə anlaşılmazlıq olanda oturub gic kimi 1 saat izah verdiyim halda yenə də öz bildiyini deyən adamı öldürmək məncə günah deyil.
19 notes
·
View notes
Text
insanlar mene bezen cox mistik gelirler. bir seyleri bildiyini iddia etmek ve bunu müdafie etmek cox böyük cesaret isidir!
bele insanlarla müzakire etmek de eylenclidir. ta ki, menbe sorusana qeder. axi menbe yoxdursa, bunlarin hamisi havada qalir axi. elelxüsus da, tarix mövzusunda menbeyi tötü olan insanlar, elelxüsus da tarixciler mene cox qeribe gelir.
yeni, senin buna verecek rasional cavabin yoxdursa, basini burax da bu mövzunun. axi ne vacibdir ki, uzadasan, danisasan ve bos bir seyin üstüne sexsi fikrini qurasan.
heqiqeten cox mistik varliqlariq, nece bezen vacib seyleri vecimize ala bilmirik göresen.
6 notes
·
View notes
Text
Çox güman ki, siz də indiyə qədər ən az bir dəfə də olsun öz "Bürc"ünüzlə maraqlanmış və ya gündəlik qoroskop paylaşımlarına diqqət yetirmisiniz. Təbii ki , buna skeptik yanaşanlar da olub. Amma,heyrət içərisində "Bu necə mümkün ola bilər,axı bu qədər dəqiqliklə mənə aid məlumatları necə müəyyən edirlər?!" düşünənlər də yetəri qədərdir . Qoroskop digər adla, "Horoscope" Astronomiyada rast gəldiyimiz əksər sözlər kimi Latın dilindən alınmadır və "Horo" (saat) " Scope" görünüş sözlərindən ibarət olub "Saatlıq görünüş " mənasına gəlir. Qoroskop'un digər növü ilə bağlı məlumatların hesablanması 3 əsas faktordan aslıdır : Doğum tarixi,zamanı və məkanı. Bu tip xarakteristikalar ümumi olmadığına görə, bir növ , hər bir fərd spesifikləşmiş "informasiya"ya malik olur və hətta bunun barmaq izi qədər spesifik olduğunu iddia edənlər də az deyil. Məlum məsələdir ki , bu tip informasiyaların heç bir elmi əsası yoxdur . Bəs bu necə mümkün olur? Necə ola bilər ki , bir insan barəsində verilən məlumat bu qədər doğru olsun ?! Deməli elm adamları bunu izah edə bilmir? 😦 O zaman onların " Mif" adlandırdıqları əksər qavramlar həqiqətdir?! - Əlbəttə YOX! Niyə?
Professor B.Forer (amerikan psixoloqu ( 1914-2000) ) 1949-cu ildə öz şagirdləri arasında test etməyi qərara alır. O, şagirdlərinə absurd suallardan ibarət test verir və bunu şəxsiyyət testi (personality test) adlandırır. Həmçinin iddia edir ki , verilən cavablara uygun hər şagirdə öz'ləri barədə individual xarakteristikalarını bildirəcək. Şagirdlər də professor dediyi kimi suallara cavab verir. Bir müddət sonra Forer bütün şagirdlərə eyni xarakteristikalar olan vərəqlər paylayır ,həmçinin onlara bunun sırf onların verdiyi cavablara uygun hazırlandığını və burada neçə xüsusiyyətin onlara uygun olduğunu qeyd etməklərini tapşırır. Dərsin sonunda bütün cavabların uyğunluğu 1 və 5 aralığında olan şkala üzrə qiymətləndirilir. Nəticə inanılmaz idi ! Ortalama 4.35 nəticə alınmışdı. Təcrübənin maraqlı və gülünc tərəfi onda idi ki, professor verdiyi vərəqlərdə olan məlumatlar hansısa qoroskop jurnalından kopyalanmışdı və üstünlük təşkil edən ifadələr təxminən belə idi : " Sən özünü tənqid etməyə meyillisən " , "Digər insanların səni sevməsi və sənə heyran olmasına ehtiyacın var" , "Sən bunu kəşf etmisən ki, digərlərinə qarşı çox səmimi olmaq ağılsızlıqdır" və s.
Əslində Forer'in keçirdiyi təcrübə P. T. Barnum'un ( amerikan şoumeni) adı ilə bağlı olan (çünki Barnum bu effektin təsirlərindən istifadə edib insanlara onlar barədə məlumatlarını hiss edə bildiyini deyirdi ) fenomen idi. Bəs nədir bu Barnum effekti ? Bu effektin məğzi bundan ibarətdir ki, insanlar arzusunda olduqları iddiaları qəbul edir ,nəinki təcrübəyə əsaslanan , həqiqi olan digərlərini. Başqa sözlə desək, sənin beynin nəyi istəyirsə ,arzulayırsa ona da inanır.Və biz hər birimiz "heç bir zaman istifadə etmədiyimiz gücümüzün olduğuna " qətiyyətlə inanırıq .
Təəssüf ki, bu psixoloji fenomen-effekt əvvəlki dövrlərdən fərqli olaraq təkcə astrologiyada deyil, marketing , reklam sahəsində də geniş istifadə olunur və alıcı hansısa bir məhsulun sırf onun üçün istehsal edildiyini, alan şəxsin daha üstün olduğuna görə bu məhsulu almalı olduğu inandırılır. Təbii ki, bu alıcının xoşuna gəlir və budur , marketing qazandı.Əslində,sadaladığım sahələr bu fenomenin istifadə olunduğu sahələrin bir neçəsi idi. Yəni, gündəlik həyatımızda psixoloji zəyifliyimizdən istifadə edənlər kifayət qədər ola bilər.
Bu informasiyanı bölüşmək istədiyim də əsas məqsəd az da olsa bir kütlənin bəzi durumlarda qərar verərkən ibtidai mənlik'dən realist mənliy'ə keçid etməyə çalışması,buna cəhd etməsidir.Beynimiz mükəmməl deyil və bundan sui istifadə edənlərlə mübarizədə hər birinizə bol-bol zülal diləyirəm. )
14 notes
·
View notes
Text
mənim dediyim şeyi etmiyib, öz bildiyini edirsənsə, bilmədiyin bir şey var ki, mən onda bi şey demirəm.
12 notes
·
View notes
Text
Deyilənə görə bir dəfə qızıl balıq hardansa üç arzu yerinə yetirə bildiyini öyrənmişdi. Özündən istədiyi ilk şey isə üzə bilməməyi istəmək olmuşdu.
2 notes
·
View notes
Text
Bir başqasının onu necə sevə bildiyini, sevməyə haqqı olduğunu anlamıram. Çünki onu yalnızca mən o qədər ürəkdən və o qədər çox sevirəm ki, ondan başqa nə bir şey tanıyır, nə bir şey bilirəm; ondan başqa bir şeyim də yoxdu onsuzda:)
9 notes
·
View notes
Text
Bir başqasının onu necə sevə bildiyini, sevməyə necə haqqı olduğunu anlamıram. Çünki onu ancaq mən o qədər ürəkdən və o qədər çox sevirəm ki, ondan başqa nə bir şey tanıyıram, nə.də birşey bilirəm; ondan başqa bir şeyim yoxdu onsuzda.
15 notes
·
View notes
Text
•- Odurki öz həyatını yaşayacağsan, kim nə deyərsə desin, kim nə düşünərsə düşünsün, hərkəsi dinləyəcəksən hörmət əlaməti olarağ, ama öz bildiyini edəcəksən, çünki sənə cavabdeh özünsən,səhvdə etsən doğruda etsən bu sənin biləcəyindir, heçkəs qarışa bilməz, gözünü bağlayacağsan, heçkəsi görməzdən gələcəksən, kimsə nəsə deyərsə ona görə üzülməyəcəksən, hərkəs “yaxşı insanam” adı altında tənqiddən tutmuş, təhqirə qədər irəli gələndir, hərkəslə o pərdəni qoruyacağsan, sənində başına gəlməsin. Odurki Sənə heç bir kəsin qarışmağa heç bir halda haqqı yoxdur,həzz aldığın həyatı yaşa, insanların istədiyi həyatı yox.🪐🤍
3 notes
·
View notes