#ağdam
Explore tagged Tumblr posts
Note

Ağdam, Azerbaijan
15 notes
·
View notes
Text

LAÇINA SƏFƏR: “BU DA DİALOQ VƏ ƏMƏKDAŞLIĞIN FORMASIDIR”
“Laçına səfərimiz çox möhtəşəm keçdi”. Bu sözləri “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Laçın Qərbi Zəngəzura açılan qapıdır:
“Həmçinin, çox böyük strateji əhəmiyyətə malik şəhərdir. Laçının gözəl təbiəti var. Səfər çərçivəsində ilk olaraq “Zabuxçay” su anbarı ilə tanış olduq. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Etibar müəllim bununla bağlı bizə ətraflı məlumat verdi.
“Zabuxçay” çox nəhəng su anbarıdır və demək olar ki, Laçın və ətraf regionlarımızın su ehtiyacını tam ödəyə biləcək. Ardınca Sus, Zabux və Laçına daxil olduq. Laçına həyat qayıdıb, artıq orada yaşayışın olması gözəl idi. Əsrarəngiz bir mənzərənin şahidi olduq. Quruculuq və bərpa işlərinin konkret nəticələrini gördük. Prezidentin Laçındakı xüsusi nümayəndəsi Məsim Məmmədov aparılan quruculuq işləri ilə bağlı bizə dolğun məlumatlar verdi”.
Siyasətçi vurğulayıb ki, bütün bunlar bir daha Azərbaycan dövlətinin gücünü göstərir:
“Torpaqlarımızın işğaldan azad olunmasından sonra birbaşa ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə başlayan bərpa və quruculuq işləri çox böyük uğurla davam etdirilir.
Uzun illər boyu doğma yurdlarından didərgin düşərgənlər artıq böyük sevinclə öz torpaqlarına qayıdırlar. Bu, həm də cənab Prezident İlham Əliyevin genişmiqyaslı və çoxşaxəli siyasətinin məntiqi nəticəsidir. Çox maraqlı və səmərəli bir səfər oldu. Çox məmnun olduq, dövlətimizin gücündən qaynaqlanan inkişafımızın sevincini yaşadıq”.
Fəzail Ağamalı diqqətə çatdırıb ki, belə səfərlər artıq ənənəvi xarakter alıb:
“Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə siyasi partiyaların nümayəndələri mütəmadi olaraq işğaldan azad olunan ərazilərə səfər edirlər. Bu da partiyalar arasında dialoqun və əməkdaşlığın formasıdır.
Siyasi partiyaların dəyirmi masalardan başlayan dialoqu bu cür səfərlərlə davam edir. Çünki artıq partiyalar arasında çox normal münasibətlər formalaşıb. İqtidarla müxalifət arasında konstruktiv əməkdaşlıq özünü bütün istiqamətlərdə göstərir. Əlbəttə, bu cür səfərlər siyasi partiyalar arasında əməkdaşlığın möhkəmlənməsinə və davamlı sistemli xarakter almasına ciddi töhfə verir”.
Xatırladaq ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə aprelin 29-da Laçın şəhərinə səfər həyata keçirilib. Səfərdə ümumilikdə 80 nəfər olmaqla, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, redaktorlar və jurnalistlər iştirak ediblər. Laçın səfəri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatlaçılığı ilə sayca 6-cı belə görüşdür. Bundan əvvəl birgə səfərlər Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Xocalı, Əsgəran və Xankəndiyə təşkil olunub.
“Cebheinfo.az” saytı
Elmir Mustafa
02 may 2025-ci il
https://www.cebheinfo.az/siyaset/lacina-sefer-bu-da-dialoq-ve-emekdasligin-formasidir_442

0 notes
Text

"Azərbaycan Cənubi Qafqazın lider dövləti regionda yeni geosiyasi konfiqurasiya formalaşdırıb" - DEPUTAT
44 günlük Vətən Müharibəsi dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir.Azərbaycan torpaqlarının 20%-ni işğal edən Ermənistanla 30 ilə yaxın müddətdə danışıqlar apararaq münaqişənin sülh yolu ilə həllinə çalışdı. ATƏT-in Minsk qrupu fonunda beynəlxalq təşkilatların da iştirakı ilə aparılan danışıqlar prosesi heç bir nəticə vermədi, əksinə, rəsmi İrəvan vaxt qazanmağa hesablanmış addımlarla mövcud status-kvonu möhkəmləndirmək, daimi etmək səylərini daha da artırdı. Belə olduğu təqdirdə müharibə qaçınılmaz idi. Ölkəmiz işğalla barışa bilməzdi. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan ordusunun növbəti hərbi təxribatına qarşı başlayan və 44 gün davam edən "Dəmir Yumruq" əməliyyatı 10 noyabrda Ermənistanın məğlubiyyətini rəsmiləşdirən kapituliyasiya aktının imzalanması ilə başa çatdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimiz düşmən üzərində parlaq Zəfər qazanmaqla xalqımızın 30 illik vətən həsrətinə son qoydu, qürurumuzu bərpa etdi. Ölkə rəhbərimizin düşünülmüş strategiyası, qətiyyəti və sarsılmaz siyasi iradəsi nəticəsində xalq-ordu və Ali Baş Komandanın vəhdəti qələbənin təminatçısı oldu".
Şanlı Azərbaycan ordusunun gücü qarşısında müqavimət göstərməkdə aciz qalan düşmən dinc əhalini hədəf almaqla müharibə cinayətləri törətdi.Təmas xəttinə yaxın və ondan uzaqda yerləşən rayon, şəhər və kəndlərimiz- Mingəçevir, Gəncə, Bərdə, Tərtər, Füzuli, Ağdam, Ağcabədi və sairə ballistik raketlərlə, kasetli və fosforlu mərmilərlə atəşə tutuldu. Hərbi əməliyyatlar zamanı 100-ə yaxın mülki vətəndaşlarımız erməni terrorunun qurbanı oldu, 400-dən çox mülki vətəndaşlarımız yaralandı. Bununla yanaşı 5000-dən çox evə, dövlət müəssisələrinə ciddi ziyan vuruldu.
Müharibə dövründə hərbi əməliyyatlar zonasından kənar yaşayış massivlərinin atəşə tutulması və bunun nəticəsində mülki şəxslərin həyatını itirməsi müharibə cinayətdir. Rəsmi İrəvan Cenevrə Konvensiyanın tələblərini kobud şəkildə pozaraq işğalçı kimliyini bir daha sübut etdi.
Ermənistan hərbi-siyasi rəhbərliyi daxili auditoriya qarşısında uğursuzluqlarının kompensasiya etmək məqsədi ilə planlı şəkildə Azərbaycana qarşı müharibə cinayətlərinə imza atdı və rəsmi Bakı bu tip bütün faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Artıq tarixi qələbəmizdən 5 il ötür. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq hərbi, siyasi və iqtisadi gücü ilə regionda yeni geosiyasi konfiqurasiya formalaşdırıb. Dövlət rəhbərimizin diqqət və qayğısı sayəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, bölgədə həyat canlanır və hər birimiz illərdir həsrətində olduğumuz "Böyük Qayıdışa" şahidlik edirik.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini
"Sonxeber.az" saytı
07 Yanvar 2025-ci il.
https://sonxeber.az/354010/azerbaycan-cenubi-qafqazin-lider-dovleti-regionda-yeni-geosiyasi-konfiqurasiya-formalasdirib-deputat
0 notes
Link
[ad_1] Azerbaycan Savunma Bakanlığı’ndan yapılan açıklamada, bugün yerel saat 13.35’den 13.45'e kadar Azerbaycan ordusunun Nahçıvan Özerk Cumhuriyeti, Ordubad ili güzergahındaki mevzilerinin Ermenistan ordusuna bağlı birlikler tarafından ateş altına alındığı belirtildi. Açıklamada, açılan ateşe Azerbaycan ordusu birlikleri tarafından karşılık verildiği kaydedildi.Rus barış gücünün geçici olarak konuşlandığı bölgede bulunan Ermeni silahlı grupların Azerbaycan ordusunun Ağdam yönündeki mevzilerine yaklaşmak amacıyla yerel saatle 14.00 civarında yeni hendekler kazmaya çalıştığı belirtildi.Azerbaycan ordusuna bağlı birliklerin aldığı tedbirler sonucu çalışmaların engellendiği aktarıldı. Mehmet Küçükkahveci . Haber7.com - Gece Sorumlusu [ad_2]
0 notes
Text
Milli Savunma Bakanlığı; Kahraman Azerbaycan Ordusu, Karabağ’da elde ettiği zafer sonrası yapılan anlaşma kapsamında Ağdam’a girdi. Azerbaycan 30 yıl sonra işgale uğramış öz topraklarına kavuşuyor. Önümüzdeki süreçte de can Azerbaycanın yanında olmaya devam edeceğiz. 🇹🇷 🇦🇿
#türkiye azerbaycan#bozkurt#bozkurtlar#ağdam#şuşa#karabaghisazerbaijan#karabağ#karabağvatandır#dağlık karabağ
7 notes
·
View notes
Video
youtube
Şakir Məmmədovun arxivi 1. Ağdam, Qarabağ
1 note
·
View note
Text
"Ağdam və mən": Abdal-Gülablı - I hissə (yeni veriliş)
youtube
0 notes
Photo

#Alpagut üzrə VI Azərbaycan Çempionatı. #Ağdam. @alpagutaz prezidenti @gnuriyev , 1ci vitse prezidenti @nur.shikaliyeva və Beynəlxalq Turan Oyunları Komitəsinin prezidenti @faridalizade . (at Agdam) https://www.instagram.com/p/CSPG5VVq-f7/?utm_medium=tumblr
0 notes
Text
Ağdama getmək istəyənlər saxlanıldı
Ağdama getmək istəyənlər saxlanıldı
Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Məlumata görə, mayın 12-də saat 18 radələrində Ağdam rayonunun Təzəkənd ərazisində qurulmuş nəzarət postundan yayınaraq xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərməklə UAZ markalı avtomaşında olan beş…

View On WordPress
0 notes
Text
Bu gündən Ağdam-Xankəndi və Laçın-Xankəndi yolu işlək vəziyyətə gətirildi. Ölkə prezidenti, cənab İlham Əliyevin qibtə olunacaq təmkinli, çevik və unikal siyasəti ermənilərin və onları himayə edən ABŞ-Fransa lobbiçiliyinin hay-küylü "blokada", "humanitar fəlakət" kimi əsassız şoularını iflasa uğratdı.
Dünya erməniliyi növbəti məğlubiyyətlərinin acı nəticələrini yaşamaqdadılar. Bu onların taleyidi, tarix boyu belə olub və belə də davam edəcəkdir. Çevrə tam qapanma ərəfəsindədir. İmkan tapan haylar böyük təşvişlə Qarabağ torpaqlarını tərk edirlər. Seperatçı xunta rejiminin və onları müdafiə edən qeyri-qanuni silahlı quldurların xaççəkmə anı yaxınlaşmaqdadır.
200 illik ekspansiya cənab prezident demişkən gorbagor olur. Millətimiz və ölkəmiz əbədi olaraq erməni məkrindən və hiyləgərliyindən azad olur. Xeyirin şər üzərində son, möhtəşəm qələbəsi uzaqda deyil. Onu təmin edən və müjdəsini verən Əlahəzrətin gur, qürurlu səsi üçün çox darıxmışıq!..
https://moderator.az/az/cemiyyet/681740/xeyirin-ser-uzerinde-son-mhtesem-qelebesi-uzaqda-deyil/
https://www.aznews.az/news/political_debate/321686.html
https://yenisabah.az/200-illik-ekspansiya-cenab-prezident-demisken-gorbagor-olur-fezail-agamali

0 notes
Text

Ağdam zəfəri: Hərbi gücün siyasi müstəvidə davamı
20 noyabr Ağdam Şəhəri Günüdür.
Ağdam şəhəri 23 iyul 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnamədə işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi.
ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu hücum qətiyyətlə pislənmiş, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdi.
Ermənistan tərəfi isə beynəlxalq qərarlara tabe olmaqdan illərlə yayındı. Lakin buna baxmayaraq, Ermənistan il ərzində danışıqlara məhəl qoymadı və işğal prosesini davam etdirdi. Nəticədə, Azərbaycan Ordusu 2020-ci ildə cəmi 44 gün ərzində Qarabağı işğaldan azad etdi.
Bu möhtəşəm Zəfərdən sonra Ermənistan kapitulyasiya aktına imza atdı, hətta Ağdam, Kəlbəcər və Laçın şəhərləri geri qaytarıldı. Beləliklə, artıq torpaqlarımızın işğal günlərini deyil, işğaldan azad olunma günlərini qeyd etməyə başladıq. Həmin günlərdən biri də məhz 20 noyabrdır.
Bu tarix Ağdamın işğaldan azad edilmə günüdür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı Sərəncama əsasən, hər il 20 noyabrın Ağdam Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunacaq.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Ağdam Zəfərini hərbi gücün siyasi müstəvidə davamı kimi qiymətləndirmək olar:
"Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan üzərində parlaq qələbə qazandı. Əldə olunan tarixi Zəfərimiz həm hərbi, həm də diplomatiya müstəvisində öz təsdiqini tapdı. Cənab Prezident İlham Əliyev işğalçı Ermənistanın Baş naziri Nikol Paşinyanı 10 noyabr Bəyanatı əsasında kapitulyasiya aktına imza atmağa məcbur etdi.
Həmin bəyanata əsasən, Azərbaycan işğal olunmuş üç rayonu- Ağdam, Laçın və Kəlbəcəri qeyri-döyüş şəraitində öz yurisdiksiyasına geri qaytardı. Noyabrın 20-də Ağdam rayonu düşmən tapdağından azad olundu".
Millət vəkili vurğulayıb ki, hazırda Ağdam yenidən qurulur: "Düşmən tərəfindən bütün infrastrukturu darmadağın edilmiş, “Qafqazın Xirosiması” adlandırılmış Ağdam indi digər işğaldan azad olunmuş ərazilər kimi yenidən qurulur və sürətli inkişafa şahidlik edir.
Əhalinin geri qayıtması və özünü məşğulluq proqramı ilə bağlı zəruri olan bütün addımlar atılır. Doğma Ağdamımıza həyat yenidən qayıdır. Ağdam, günün mübarək!"
Elmir Mustafa
"Cebheinfo.az"
18 Noyabr 2024-cü il.
https://cebheinfo.az/siyaset/agdam-zeferi-herbi-gucun-siyasi-mustevide-davami_801
0 notes
Photo

#DÜNYA #AZERBAYCANCEPHEHATTI #Azerbaycan'da #şehitaskerler ve yakınlarının #krediborçlarısilindi #CanAzerbaycan ordusunun #DağlıkKarabağ'da topraklarını işgalden kurtarmak için yürüttüğü operasyonda şehit olan 830 askerin kredi borçlarının silindiği bildirildi. 22.12.2020 #Bakü Azerbaycan Merkez Bankasından yapılan açıklamada, şehit askerlerin bankalara olan borçlarının faizleri ile silindiği belirtildi. Açıklamada, 286 şehit yakını ile 1323 yaralı asker, Hain Ermenistan'ın saldırılarında hayatını kaybeden 15 sivil ile yaralanan 9 sivilin de borçlarının silindiği kaydedildi. Azerbaycan ordusunun 27 Eylül'de başlattığı operasyonda 5 kent merkezi, 4 kasaba ve 286 köyün kurtarılması üzerine Ermenistan yenilgiyi kabul etmiş, işgal altındaki #Ağdam #Laçın Kelbecer illerini de boşaltacağını taahhüt eden anlaşmaya imza atmıştı. Azerbaycan ordusu savaşta 2 bin 800'den fazla şehit vermişti. @presidentaz 🤲❤️👏👋 (Kepez, Canakkale, Turkey) https://www.instagram.com/p/CJIDYSRB87A/?igshid=u3cgnb7y0dot
#dünya#azerbaycancephehatti#azerbaycan#şehitaskerler#krediborçlarısilindi#canazerbaycan#dağlıkkarabağ#bakü#ağdam#laçın
0 notes
Photo

Sitemize "Laçın'ı boşaltması için Ermenistan'a tanınan süre bugün doluyor" konusu eklenmiştir. Detaylar için ziyaret ediniz. Laçın'ı boşaltması için Ermenistan'a tanınan süre bugün doluyor Son Dakika Son Dakika Dünya
0 notes
Photo

Azerbaycan’da misyonlu yabancı diplomatlar Ağdam kentini ziyaret etti Azerbaycan Cumhurbaşkanı Yardımcısı Hikmet Haciyev ve Azerbaycan’da misyonlu olan yabancı ülke diplomatları, milletlerarası kuruluşların temsilcileri ve askeri ataşeler Ermenistan ordusu tarafından harabeye çevrilen ve hayalet kente dönüşen Ağdam’ı ziyaret etti.
0 notes