#arzulayıram
Explore tagged Tumblr posts
esger1i · 5 months ago
Text
Birini sevmək özünüzü durduq yerdə gülümsəyərkən görməkdir. Siması gələr gözünün önünə, ya da nə bilim, bir gülüşü. Bəzən bir zarafatı, bəzən bir hərəkəti. Bir mesaj yazar, açıb oxumadan belə gülümsəyər üzün. Adını görmək bəs edər. Qəlb atışların sürətlənər bir anda. Mesaj yazarkən heç cürə ciddi dayana bilməzsən. Sevmək gözəl hissdir əslində. Gözəldir amma, ağrılı tərəfləri də çoxdur. Ən çətini birinci dəfə küsdüyünüz vaxt olur. Bilmirsən nə edəsən. Yazsan bir dərd, yazmasan bir dərd. darıxırsan, əsəbləşirsən. "kaş bu sözü deməsəydim, kaş bu hərəkəti etməsəydim" deyirsən. Bəzən onu günahlandırırsan. Özünü sakitləşdirməyə çalışırsan. Günahı onda görmək üçün özünü məcbur edirsən və s, və.s.. Sevilmək gözəl hissdir amma sonradan keçici həvəs olduğunu bilməyəsən. Olur axı hərdən. Elə bizim özümüzdə də, kimisə görürük, xoşumuza gəlir filan. Sonra tanıdıqca əslində axtardığımız insanın o olmadığını anlayırıq. Bu zaman elə də pis olmuruq, amma həmin insan biz olanda vəziyyət dəyişir. Kimin üçünsə xəyal qırıqlığı olmaq incidici vəziyyətdir. Biri də var, qarşılıqlı hisslər. Bax, bu ən mükəmməlidir. Nə qədər küssən də, dalaşsan da, incisən də barışdığın zaman hiss etdiyin o bir dəqiqəlik xoşbəxtlik günlərlə ağlamağını, pis olduğun, əsəbləşdiyin bütün saatları unutdurur. Hər birinizə varlığına uşaq kimi sevinəcəyiniz bir sevgili, sizi hər an eyni miqdarda sevib qoruyacaq ailə və hər zaman yanınızda olacaq ən az bir dənə sadiq dost arzulayıram.
22 notes · View notes
sanctasu · 1 year ago
Text
17.
Yenə ən emosional olduğum vaxtların birindəyəm. İllər əvvəl ailəmə birləşdirən doğulduğum avqust artıq mənə əvvəlkindən daha tez günlərin yoxa çıxdığını bildirir. Bilmirəm ya da mənə elə gəlir günlərin bu qədər sürətli keçdiyini. Uşaq vaxtı hər zaman bu avqust ayının sonlarını səbirsizliklə gözləyirdim. Çünki, sonda mənim üçün önəmli olan bir gün var idi. Təbii ki ad günüm. Digərləri kimi mənə başqa insanlardan, dostlardan hədiyyələr gəlməsə belə. Ad günümdə insanların bir araya toplaşmağı, bir-birlərinə can deyib can eşitməkləri məndə xoşahəng duyğular bağışlayırdı. Düzü, bu duyğular məndə uzun müddət sonra içimdə viran olmuşdu. Təbii ki, sonralar ad günlərimi adi günlər kimi qeyd etməyə başladım. Bu gündə mən o uşaqlıq illərimdəki ad günlərini xatırlatmaq istəməsəm belə öz içim yenə keçmişi xatırlatdıqda daha da rahatlaşır, ən azından o zamanlar bu saxta səmimiyyətlər, kobud tərzdə mübahisələr, olmasa belə geniş qəlbdən sevgi hissləri var idi. İndi olmasın. Sanki, ölüb o hisslər. Xalçaya büküb basdıranı yox. Nə zaman o hissləri tabuta yerləşdirmədikdən sonra xalçanı upuzun açıb içindəki insanlara paylasaq o zaman daha da dəyər görərik. Yoxsa indi..
Taleh Yüzbəyov demiş "Azərbaycan gəncliyi sevgisizlikdən əziyyət çəkir" deyə. Yaxşı, bəs bu sevgisizliyi necə bərpa edə bilərik?
Bu sual cümləsini yazıya yerləşdirməkdən zəhleyi zəhləm gedir. Cavabı müxtəlif insanlar tərəfindən olan ama o insanların buraya tamamən cavab yazmaması mənə təhqir kimi gəlir. İndi düşünürəmdə abituriyentliyimi yenicə yekunlaşdırsam belə mən cavabı olmayan sualın "bədii sual" olduğunu unutmuşdum. Yenə özüm özümlə inkar edərək danışıram.
Nə başınızı ağrıdım, bu gün on yeddi yaşıma qədəm qoyuram sanki yenicə altı aylıq olmuşam. On altı yaşıma daxil olduqda da belə söyləmişdim. "On yeddi rəqəminin uğur gətirəcəyini səbirsizliklə gözləyirəm" deyə. On altıda da bir uğur olacağını ümid edirdim, lakin bu ümidlər yetərincə özünü doğrultmadı. Nə deyək, " Все будет хорошo" deyim çox zamanda elə deyirəm zatən. Bir olacağı da varsa yaxşı olar deyirəm. Belə deyərək də yekunlaşdırım. Yetərincə yekunlaşdırmağa imkan tapmasam belə yekunlaşdırmağa adət etmək gərəkdir. Zaman gələr bu sətirlər mənim udqunumu sussuzlaşdırsa belə çox quru gəlir bu yekunlaşdırmaq ifadəsi.
Oy, burada heç on altı yaşımda nələrdən keçdiyimi, nələr ilə üzləşdiyimi danışmadım, danışmasam belə yuxarıdakı kəlimələrim kifayətdir. Qoy bu yaşımın gördükləri mənim aramda qalsın digərləri eşitməsin. Şşş! sakit olaq bu yazını oxuyan belə bunu bəlli etməsə mutlu olaram. Nə isə sizə xoş günlər arzulayıram. Gecəniz xeyirə.
48 notes · View notes
thenrnn · 9 months ago
Text
Hərkəsə içindəki yaxşılıq qədər, bir həyat arzulayıram..
8 notes · View notes
verdiyevnihadofficial · 9 months ago
Note
Heç unudular mı bu balaca dostun ad günü?🫠
Sənə pişik qədər şirin, gözəl və sevgi dolu bir ömür arzulayıram. Üzündən təbəssüm əksik olmasın. Uğurların bol davamlı olması diləyi ilə ✨ . Yaxşı ki varsan 🫂
Ad günün mübarək. Neçə belə gözəl illərə 🥳🥧🎂
Çox sağol, bahəm inşə Allah. Allah sizləri var eləsin🫂💐
(səhəri belə mesajla açmağ🤌)
7 notes · View notes
anar-abasow · 10 months ago
Text
Mən sözü üzə deyənəm.
Arxamca danışanlara elə mənim kimi sözü üzümə demək cəsarəti arzulayıram.
13 notes · View notes
narminny · 11 months ago
Text
2024-cü ildə sevinciniz, sağlamlığınız, xoşbəxtliyiniz əskik olmasın. Hər gününüzün digərlərindən daha xoş keçməsini, hər şeyin ürəyinizcə olmasını arzulayıram.
13 notes · View notes
fidnn · 11 months ago
Text
Bəzən yox olmaq istədiyim, bəzən də var olmaqdan zövq aldığım 2023…
2024 pisi ilə, yaxşısı ilə dolu-dolu bir il olmağını arzulayıram🫶🏻
10 notes · View notes
khannvaa · 1 year ago
Text
'Mən heç kəsi sevmirəm, elə belə yaxşıdır, amma hamıya xoşbəxtlik arzulayıram, hamıya'
19 notes · View notes
madinaa17 · 2 years ago
Text
sabah imtahan verəcək bütün 11-lərə uğurlar arzulayıram. ümid edirəm hər kəs çəkdiyi əziyyətlərin qarşılığını görər✨
33 notes · View notes
1almondeyed · 2 years ago
Text
Bayaq ən yaxın rəfiqələrimdən biriylə söhbət edirdik söhbət arasında söz düşdü həyatımızda yaşananların bizə necə təsir etdiyindən, danışdı-danışdı dinləyirəm sonda da sən də bir şey de necə qurtulmaq olur yaşananlardan sualını verdi. Mən də həyatında yaşananları həzm edə bilməlisən, bir müddət özünə zaman ayırıb təkcə onları düşünməlisən və olanı həzm etməyə çalışmalısan. Həzm edə bildinsə təkrar yaşamağa başlayırsan dedim. Cavabında da sən bəs? Həzm edə bilmisən? Susdum, sonra həzm edə bilməsəydim burda, səninlə bunları danışa bilməzdim dedim.. Gülümsədik. Bəzən fərqində olmuruq amma biz olanları qəbul edə bilməsək həqiqətən yaşamaq çox ağır gələr. Həyatınızda baş verən hadisələrə qarşı dik durmağınızı arzulayıram hamınıza :)
32 notes · View notes
elsevar-hajiyev · 8 months ago
Text
Tumblr media
Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə 28 mart tarixi Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Bu əlamətdar gün münasibətilə,Bayram və istirahət günü demədən daim dövlətin və millətin təhlükəsizliyini qoruyan, dövlət təhlükəsizliyi orqanlarının əməkdaşlarını və veteranlarını təbrik edir, şərəfli xidmətlərində uğurlar arzulayıram!
#DTX #dövləttəhlükəsizlikxidməti🇦🇿
6 notes · View notes
whysoruthless · 11 months ago
Text
o qədər yoruldum ki, bezib özümü öldürdüm bir gün. gəlib üstümə torpaq atmaq yerinə niyə öldün deyə soruşdular. ilin ən uzun gecəsində ilin ən qısa yazısını yazıram. ilin ən uzun gecəsində bir butulka çaxırı ən sürətli mən bitirirəm. ilin ən uzun gecəsində ən çox tənhalığı mən arzulayıram. uzun sözün qısası, tələsən yerim olmasa da hər yerə tələsirəm. səhər sevgilimi ağlatmışam, indi ayrılmağa tələsirəm. hərdən fikirləşirəm ki, mən o qədər də pis insan deyiləm. sonra özümə ətrafımdakı insanların gözündən baxıram, onda görürəm ki, ölsəm, gəlib üstümə bir ovuc torpaq da atmaram heç. ölməyi çox da istəmirəm açığı, atamın ölümündən danışmağa başladığı vaxtdan bəri onun da bir mənası qalmayıb. ilin ən uzun gecəsində youtube reklamların vaxtın uzadıb. çaxırımın axırıncı stəkanında, nifrət olunan insanlar siyahısında birinci yerdə, yazımın da axırıncı cümləsindəyəm.
yığıb-yığışdırmaq olmur məni yəqin deyərlər nələr etmişəm. bir gün ömrüm gələr yetmişə bir də baxaram hədər getmişəm.
5 notes · View notes
eccedentesiast-27 · 2 years ago
Note
.Bilmirdim Doğum günün olduğunu. Mən insanları doğum tarixlərini yadında saxlaya bilmirəm yaddaşım zəifdi deyə. Hal hazırda təbrik eləməyədə utanıram. Çünki sən məni hər səfərində vaxtından öncə təbrik eləmisən. Ama mən postu görməmiş təbrik eləməy yadıma düşmür. Təbrikə gələndə də məndə Vallah belə mənalı qəşəy söz bazam elədə çox deyil, elə hər kəsin dediyi(yazdığı) kimi Doğum günün mübarək, sənə uzun olmasa da sağlam ömür arzulayıram tipli şeylər yazaraq təbrik edə bilərəm :D. Allah ailəvədə can sağlığı versin. Bundan sonrakı yaşların əvvəlki yaşlarındanda gözəl keçməsi diləyilə təbriklər 🎂
Heç problem deyil utanmağa gərək yoxdu Canınız sağolsun edənlərdə, etməyənlər də. Amin Təşəkkür edirəmm)
15 notes · View notes
huseinli · 2 years ago
Text
Həqiqətən də bəzən insan yorula bilər, hətta hər şeydən soyuya da bilər, amma bu o demək deyil ki, xəyallarınızdan əl çəkəsiniz, bu çətinliklər sadəcə Allahdan sizə qarşı göstərilən bir imtahandır. Bu imtahanda ya qalib gəlib xoşbəxt olacaqsınız, ya da məğlub olub pis hadisələrlə üzləşəcəksiniz, bu yalnız təhsil həyatında deyil, iş və digər sahələrdə də belədir. Unutmayın, bu həyatda sizi xoşbəxt edəcək tək insan özünüzsünüz, özünüz özünüzü sevməsəniz, başqası da sizi sevməyəcək, özünüzə dəyər verin, öz inkişafınızla məşğul olun. Başqalarının fikri, hərəkətləri önəmli olmasın. Müəllimim həmişə deyir ki, mənim vecsiz olan şagirdlərim, ən inkişaf etmiş və ən yüksək bal toplamış şagirdlərimdir. Deyir orda adam öldürsələr onu görməzdən gələr, sadəcə öz inkişafında çalışardılar. Unutmayın, Siz Sizə bəssiniz, uğurlar arzulayıram hərkəsə.
6 notes · View notes
arcieree · 2 years ago
Text
Sizinlə boş vaxtını dolduranla yox, sizi həqiqətən sevən və nə qədər dəyərli olduğunuzu 1 gün yox hərgün sizə göstərən insanla birlikdə olmağı hərbirinizə arzulayıram. Təkcə "14 fevral" yox hər gün özəl hiss ediləsiz, digər günləriniz "14 fevral"dan seçilməsin)
11 notes · View notes
zemo09 · 2 years ago
Text
Sənlə məcbur ayrıldıgıma görə məcidə gedib dua edirdim ki,qismətim deyilsə belə bir zəng eləsin səsini eşidim,əlimdən duadan basqa heçnə gəlmirdi.Amma zaman keçdikcə nə sən mənə gələ bilirsən,nədə mən Allahdan səni unutmagı arzulayıram....
2 notes · View notes