#alikhayyam
Explore tagged Tumblr posts
Text
Yoxluğun qarlı qış günündə, qürbətdə qalmaq kimidir.
15 notes
·
View notes
Text
Ay və Günəş çox boş görünür, inan. Bir kafirin pəncərəsindən.
2 notes
·
View notes
Photo
Yenə əynimdə qara köynək Yenə gözlərim yorğun Yenə əynim qarışıq Yenə qapılır gözüm də Yenə ruhum səliqəsiz Yenə çirkli düşüncələr Yenə qarışıb saçım saqqalıma Yenə qatıb-qarışdırmışam dünyanı qabağıma Yenə Bakı qaranlıq Yenə səssizləşmir bir anlıq Yenə sakitləşmirəm Yenə istəmirəm Yenə dağılır əllərimə qara şeirlər Yenə olaq cavan Allah niyə yenilənmir? İnsan yenə? Satırıq biz gələcəyə bu günümüzü Yenə Nuh gələr ağlasam dərdlərimə Gəlib-gedən qadınlar içkimə məzə
Kölgə adamını aparıb atmısız günəşə Götürüb qaçammıram küsürəm şeirlərə Hava da pisdi tutub küləkdən gedəcəm şəmsə Rədd olsun hamı, gəlməsin kimsə Mən heçliyin müridi mən yenə qaraqabaq Mən suallarına cavabam vergüllər bağışladım bayaq Mən yenə çəkirəm gözlərinə sürmə Yenə soyunmuşam bədənimi məni belə kədərli görmə Mən yenə yazıram şeirlərdən bilərzik qollarına Səpirəm şeirləri gəlib-getdiyin yollara Divarlarına yazılıb daşların şeirlərimi Şeirlərim küçələrdə yenə tökülür yuxum Yerdən yığıb şeir yazıram Qurmuşam məhkəməmi günahlarımı bir-bir asıram. Düşüncələr, fikirlər beynim bağırır, qışqırır, uçur gedir gecələr Bu baş, bu baş bir gün başıma iş açacaq.
Yenə ulduz sürüşür Yenə qaranlıqdı qalaktika Yenə yorğundu atmosfer Yenə qarışıqdı süd yolu Yenə qapanır kainat Yenə Venera səliqsəiz Yenə ədəbsizdi Ay Yenə qarışıb Marsa küləklər Yenə birləşirəm səma rəqsində Allaha Yenə hər hüceyrəmdə kainatın sirrləri ilişib Qalmışam bu kəhkəşanda çıxa bilmirəm Mən nə sufiyəm, nə dərviş. Mən nə torpağam, nə bədən Mən nə Əliyəm, nə Xəyyam. Mən heçəm heçlikdən yazıram Bütün ruhdaşlarıma salam ola
Əli Xəyyam ©
54 notes
·
View notes
Photo
“Necə də saxta səslənirdi, mən Odlar diyarındanam cümləsi”
#baku#alikhayyam#sheir#bakunights#azerbaijan#night#view#highlandpark#dagustu#littlesad#sadness#likethis
1 note
·
View note
Photo
| Rəqsdir bu, sevgi üç bucağında, bir dərviş səngərində Şəmsin gözləri qədər gözəl,qaradır bu gecə. Aşiq,kimsəsiz.. #mesnevi #alikhayyam #artgarden (at Nazareth) https://www.instagram.com/p/BqPBYSCjXh5/?utm_source=ig_tumblr_share&igshid=1cwyc1fxgb9yh
0 notes
Text
Gitmediğimiz şehirleri siliyorum haritamdan. Senin gölgen benim ülkem. Adımlarınla çiziyorum yeni dünyamı. “Ben sendeyim...”
0 notes
Text
Soyuq qışda qürbətdə qalmaq kimi.. 💔
15 notes
·
View notes
Text
Rənglərimi itirmişəm elə bil
Saatlarım sənsizliyə beş dəqiqə işləyib
Bu səhər bütün musiqiləri yandırmışam
Susmuşam, susmuşam və susmuşam..
#alikhayyam
@mlygv
34 notes
·
View notes
Quote
-əvvəllər gəzdiyimiz park indi müvəqqəti narahatçılıq üçün üzr istəyir.. #AliKhayyam
23 notes
·
View notes
Text
#ulduzlarauzanmaq #alikhayyam
indi sənin adına ünvanlı statuslar yazıram yandıra bilmirəm evini
0 notes
Photo
Sən insanların dərinliyindən, Mən alçaqlığından qorxuram.. @alikhayyam
0 notes
Text
Sən gedəndən, neçənci payızdı bu?
Bilmirsən.
Bilmirəm.
Mən bakıda çox qocalmışam...
49 notes
·
View notes
Text
"Hərkəs-li" şəhərin heçkəsləri..
Bilirsən sən, balaca şəhərin adamlarının
Ümidləri böyük olur
Hər kəsi eyni taleh gözləyir hə?
Hamı çəkib gedir
Sonda adama qalan bircə ölüm olur
Təsəlli necə də bərbad bir xülya
Bircə sən demədin "döz, bu da keçər"
Gözlərindən oxunur, sən bilirsən ki:
Bizim halımız Vətəndən də betər...
Biz doğmalardan uzaqda
Saçlarını zamanın tumarladıqları
Biz, ürəyi parça-parça ayaqüstə
Hər içkidə səbəbsiz darıxan
Boşluqla baxışan və
"Bir gün"-lərə uşaq kimi inanan
"Hərkəs"-li şəhərin heçkəsləri..🌿
86 notes
·
View notes
Text
Mən insanların bir-birinə nərdivan kimi baxdığı şəhərdənəm.
Sən hardansan?
45 notes
·
View notes