#Tezliklə
Explore tagged Tumblr posts
justsky13 · 7 months ago
Text
Tezliklə bazar günü olsun lütfen
20 notes · View notes
cvdbrhm · 3 days ago
Note
inşallah tezliklə yoluna düşər hər şey, sənin üçün dua edəcəm
təşəkkürlər mən yaxşıyam
dualarln üçün, həqiqətən çox sağol, ümid edirəm düzələr hər şey, təki yaxşı ol sən də
8 notes · View notes
nesirov · 1 year ago
Text
Bakirə qadınlar istəyirsiz, çünki cinsi performansınızın müqayisə edilməsini istəmirsiz. Tez əldə edilə bilən və təcrübəsiz qadınlardan həyat yoldaşı istəyirsiz, çünki o sizin üçün xidmət edərkən sözünüz keçsin istəyirsiz. Hər qadının bədəninə sanki haqqınız varmış kimi baxırsız, amma sahib olduğunuz qadınlara başqa kişilər eyni şəkildə baxacaq deyə, öz qadınlarınızın həyatını zəhər edirsiz. “ Mən sənə güvənirəm də, ətrafa güvənmirəm ” deyənlər var hələ. Alçaltmaq kompleksinin adı dəyişib qısqanclıq olub bu dövrlərdə. Qısqanclığı isə sevgi edib bəzi axmaqlar.
Azad düşünən, güclü, iradəli qadınlardan qorxursuz, çünki nə qədər aciz olduğunuzla üzləşməkdən qaçırsız. Bir kişi hər qələti etdiyində görməzdən gəlirsiz, amma bir qadın “ Bədənim mənimdir, sənə nə? ” desə, onun adını çıxarmaqdan heç çəkinmirsiz. Əxlaqı öz mənliyinizdə itirib, qadınların ayaqlarının arasında axtarırsız. Sanki namusunuzu sizə qadın qazandırır, necə bir kişi olduğunuz qadına görə ölçülür. Utanmanız ancaq həyat yoldaşınız “ namussuzluq ” edərsə olur. Birdən edər deyə ürəyiniz partlayır və məhz bu səbəbdən faşizm'in kökü sizdən başlayır. Tezliklə zehniyyətsizliyinizin fərqinə varın. Həqiqətən, siz “kişi” qalanlar, hələ insan ola bilməyənlər, cinsi orqanından başqa heç yeri ilə düşünə bilməyənlər, siz bu dünyada niyə varsız ki? Öz cahilliyi ilə loğvalanan tək canlı olmaq, özünüzə qarşı necə bir təhqdir fərqindəsiz? Beş min ildir ki, Qadın : kölənin köləsidir. Pullu kölənin evindəki xadiməsi, kəndlinin namusu, kiçik Burjua üzvünün içki masasındaki əyləncisi və münasibət albomunda kiminsə bacarığının təqdiridir. Həmçinin qadınlar kapitalist bazarın cinsi materialı, dindarların oyuncağı, Tanrının şeytanı, ovçu kişilərin gülü, sözdə “ Eşq Mələyi ”dir. Halbuki qadın, doğurub dünyaya gətirən, əmizdirən, öz əməyi ilə böyüdən, yəni bütün insanlığın həqiqi sahibidir.
© J.Saul
107 notes · View notes
sejjjiz · 3 months ago
Text
Bu period tezliklə bitməlidir, yoxsa, bu gedişlə ağlımı itirəcəm.
6 notes · View notes
mahmudtofiq · 3 months ago
Text
۩Mərhəmətli, Rəhmli Allahın adı ilə۩
10.11: Əgər Allah insanlara, xeyri tezliklə istədikləri kimi, şəri də o tezliklə versəydi, şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdu.
Tumblr media
5 notes · View notes
dadaszdkh · 1 year ago
Text
sən ciddi sualları xoşlayırsan tezliklə məndən həyatın mənasının nə olduğunu soruşacaqsan xoşbəxt insanlar isə belə lənətli suallarla maraqlanmırlar.
33 notes · View notes
aysdeluna · 8 months ago
Text
Hamiləlikdə cüzi rahatsızlıq belə adamı panikaya salır. Normalda 1 reaksiya verəcəyin şeyə 10 min anlam yükləyirsən. Tezliklə körpəmə qovuşub onu sağlam xoşbəxt böyütmək istəyirəm 🥺
10 notes · View notes
fidnn · 7 months ago
Text
Tezliklə iyunın sonuna keçid etmək istəyirəm.😭
6 notes · View notes
rahimovaa · 8 months ago
Text
Tumblr media
Qüds yəni ikinci Kərbəla🥀
Bu gün Allah haqqın Qüds olduğunu tezliklə dünyaya göstərsin deyə çoxluca dua etməyi unutmayaq.
4 notes · View notes
nurieva · 1 year ago
Text
+ Sən tezliklə gedəcəksən?
- Hə , necə bəyəm?
+ Məni də özünlə apar , apar da nə olar?
- Heç bilirsən hara gedirəm?
+Yox...
8 notes · View notes
mmar1ia · 2 years ago
Text
Bu sıralar üzərimdə bir çökmüşlük hissi var. Bütün günü yatmaq istəyirəm, ancaq hazırlaşmalı olduğum imtahanlar var. Heç kəslə ünsiyyət qurmaq istəmirəm, insanlar neqativ aurası ilə mənə yaxşı təsir etmir. Zaman donsun istəyirəm. Bəzən də istəmirəm. İmtahan stressi ilə sadəcə həmin gün gəlib çatsın və tezliklə bitsin istəyirəm. Rejimim bərbatdır. Gec qalxıram, yeməyimi gec yeyirəm, gec yatıram. Ruhdan düşmüş kimiyəm, ancaq yenə də hər şeyə qarşı ümidli və səbrliyəm. Bəlkə də sadəcə rahatlamalı və daha az düşünməliyəm məni narahat edən mövzularda. Çətindir mənim üçün, ancaq düşünməməliyəm…
24 notes · View notes
fikamal9 · 9 months ago
Text
Bir nəfəri sevirsən. Qarşı tərəfdə axtardığın hər bir şeyi o insanda tapırsan. O da səni sevir. Gözəl münasibət yaşayırsınız, gəzirsiniz, əylənirsiniz. Xoşbəxtsiniz. Hər ikiniz əminsiniz ki, sona qədər belə də davam edəcək. Amma bir gün dalaşırsınız və ayrılırsınız. İlk öncə düşünürsən ki, bu da həmişəki mübahisələrdən olacaq, tezliklə barışacaqsınız. Lakin zaman keçir və daha da uzaqlaşırsınız. Məsafə çoxalır, hisslər kütləşir. Artıq hər gün yox, bir neçə gündən bir yada salırsan onu. Adını eşidəndə əvvəlki tək həyəcanlanmırsan, ürəyin əsmir, nəfəsin kəsilmir. Və sanki həyat da onu unutmağını istəyir. Bir yerdə dinlədiyiniz mahnılar, baxdığınız filmlər keçmişdəki qədər qarşına çıxmır. Görüşdüyünüz məkanlar bir-bir bağlanır, yaddaşdan silinir. Münasibətinizi xatırladacaq heç bir şey qalmır. Nə ağlında onunla bağlı bir fikir var, nə də ürəyində bir duyğu.
Hər şey unudulur. Hər kəs unudulur. 💔
2 notes · View notes
nesirov · 2 years ago
Text
“ Mən xüsusi biri deyiləm. Sadəcə hərkəslə ortaq düşüncələrə sahib olan və onlarla eyni həyatı sürmüş adi bir insanam. Mənə həsr olunmuş heç bir şey yoxdur və adım tezliklə unudulacaq. Amma bir mövzuda, indiyənə qədər yaşamış olan hərkəsdən daha şanslıyam, çünki mən birini bütün qəlbimlə və ruhumla sevdim. Və mənim üçün bu, hər zaman yetərli olmuşdur... ”
© Nicholas Sparks - Xatirə dəftəri 📚
49 notes · View notes
mahmudtofiq · 1 year ago
Text
۩Mərhəmətli, Rəhmli Allahın adı ilə۩
44.16: Onları lap möhkəm yaxalayacağımız gün, şübhəsiz ki, Biz (onlardan) intiqam alacağıq!
19.84: Elə isə onlardan ötrü (onların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq.
Tumblr media
6 notes · View notes
dadaszdkh · 1 year ago
Text
Münasibətlər artıq rahatlıqla başlayıb bitə bilir. Bir şeylər yolunda getmədiyində onu həll etmək yerinə söküb atmaqla həll olur. Tezliklə başqa biri ilə əvəz olunub, "Getməliyəm", " sənin yaxşılığın üçün", "daha yaxşısına layiqsən" və s. sözlərlə əvəz olur. Sevgi əslində necə də mənasızlaşır.
31 notes · View notes
mavisuleymanova · 2 years ago
Text
Bir rəngi təmsil etdiyimi, rəngarəng olduğumu unutmuşam və bunu tezliklə xatırlamalıyam :)
17 notes · View notes