#Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov
Explore tagged Tumblr posts
Text
Xarici işlər naziri: Ermənistan konstruktiv danışıqlardan əsassız şəkildə yayınır
Ermənistan isə bildirir ki, “sülh epoxasına” keçidi davam etdirməkdədir Ermənistan konstruktiv danışıqlardan əsassız şəkildə yayınır. APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Məlumatda qeyd olunur ki, nazir deyib ki, Ermənistan sülh prosesi üzrə danışıqların mahiyyətinə də ciddi zərbə vurub. “İndi belə demək olarsa, bu sahədə onlayn…
View On WordPress
#24 saat#24 saat xeberler#Aktual#Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov#Azərbaycan xəbərləri#bu günün xəbərləri.#butun xeberler#danışıqlardan#en son xeberler#ermənistan#Ermənistan danışıqlardan yayınır#işlər#konstruktiv#medialine.az xeberleri#naziri#QHT xeberleri#resmi xeberler#son xeber#son xeber az#son xeberler#xarici#xeberler#xeberler bu gun#yayınır#yerevan#şəkildə#Əsassız
0 notes
Text
Xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter ilə görüşünə dair mətbuat məlumatı
21 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və regional məsələlər, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və…
0 notes
Text
BAYRAMOVUN MÜHÜM ANKARA SƏFƏRİ –
MASADA BUNLAR VAR...
Rusiya prezidentinin Azərbaycana səfərindən sonra Türkiyə ilə məsləhətləşmələrə niyə ehtiyac yaranıb?
Xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-də Ankaraya səfər edib. Səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlərin müzakirə edilib. İstisna deyil ki, Rusiya prezidentinin Azərbaycana səfərindən sonra Türkiyə ilə məsləhətləşmələrə ehtiyac yaranıb.
Məlumdur ki, Cənubi Qafqazda təhlükəsizlik sisteminin qurulması yolunda Bakı və Moskva arasında davamlı məsləhətləşmələr, siyasi müzakirələr aparılır. Bu gün şimalda və cənubda baş verən qlobal müharibələr fonunda Cənubi Qafqazda nizamın qurulması müstəsna əhəmiyyətə malikdir. Rusiya Cənubi Qafqazda ənənəvi maraqlarını güdməsi ilə yanaşı, qardaş Türkiyənin də yeni reallıqlarda bu regionda mövqeyi çox möhkəmdir. Şübhəsiz ki, Rusiya, Azərbaycan və Türkiyənin Cənubi Qafqazda da etibarlı münasibətlər qurması kənar güc mərkəzlərini, böyük dövlətləri, qurumları narahat edir. Azərbaycan və Türkiyənin ortaq yanaşması, davamlı olaraq qarşılıqlı görüşlərin keçirilməsi, beynəlxalq texnologiya ilə ifadə etsək, saat əqrəblərinin tutuşdurulması indiki reallıqda müstəsna əhəmiyyətə malikdir. Görünür, tərəflərin bölgədəki mövcud durumla bağlı müxtəlif mövzuları müzakirə etmələrinə ehtiyac yaranıb.
Yada salaq ki, iyunun 10-da Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyəyə işgüzar səfər edib, Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirib.
VI Çağırış Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bu səfərin təsadüfi olmadığını qeyd etdi: “Ceyhun Bayramovun qardaş Türkiyəyə səfəri, əlbəttə, təsadüfi deyil. Baxmayaraq ki, iki qardaş ölkə arasında istənilən məsələlər ətrafında, xüsusi olaraq, dünyada və regionda gedən hadisələrlə bağlı intensiv məsləhətləşmələr aparılır. Bu həm ölkə prezidentləri səviyyəsində, qarşılıqlı səfərlər, telefon danışıqları və heç şübhəsiz ki, xarici işlər nazirləri arasındakı görüşlərlə həyata keçirilir. Bu səfər də bu baxımdan təsadüfi hesab oluna bilməz. Nəzərə alsaq ki, Cənubi Qafqaz ətrafında ciddi proseslər gedir. Amerika və Avropa Ermənistan vasitəsilə Qafqaza daxil olub orada möhkəmlənib, Rusiyanı sıxışdıraraq, eyni zamanda Türkiyəni kənarlaşdıraraq hakim mövqe tutmağa çalışır. ABŞ-ın son addımları da bu baxımdan ciddi mahiyyət kəsb edir. Cənubi Qafqazda ciddi nüfuz sahibi olan və həlledici mövqeyə sahib olan Azərbaycanın rəyi nəzərə alınmadan Cənubi Qafqaza gəlmək və burada möhkəmlənmək, sadəcə olaraq, problemlidir. Əlbəttə, biz Amerikanın beynəlxalq güc statusunu nəzərə almalıyıq. Ona görə də indiki situasiyada görünən budur ki, Azərbaycan, Rusiya və Türkiyənin Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində vahid cəbhədən çıxış etməsi daxili zərurətə çevrilib. Çünki Amerika və Avropanın regiona yerləşməsi hər üç dövlət üçün ciddi təhdidlər yaradır. Türkiyənin Cənubi Qafqazda mövcudluğu, onun strateji maraqlarının bu regionda əhəmiyyət kəsb etməsi və burada Orta Asiyanın türk dövlətləri ilə bir coğrafiyanın yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Burada yad qüvvələrin olması heç cür Türkiyəni təmin edə bilməz. Yad ünsürlərin regionun içərisinə girərək, Türkiyə və Azərbaycanın çox ciddi, strateji xarakter daşıyan türk birliyi dövlətlərinin, Turanın yaradılmasına mane olacaq başlıca amillərdən biridir. Rusiyanın ənənəvi maraqları var. Rusiya da Qafqazdan getmək istəmir. Ermənistandan da çıxmaq niyyətində deyil. Deməli, eyni zamanda istər-istəməz Rusiyanın maraqları ilə Azərbaycan və Türkiyənin maraqları üst-üstə düşür. Bunların uzlaşdırılması baxımından Putinin Azərbaycana gəlişindən, Türkiyə və Azərbaycan prezidentlərinin telefon danışığından sonra görünür ki, məsələlərin masa üzərində xarici işlər nazirləri səviyyəsində müzakirəsinə ciddi ehtiyac duyulub. İstisna etmirəm ki, XİN rəhbərləri arasındakı görüşdə Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan məsələsi müzakirə mövzusu olub. Hesab edirəm ki, bu səfər Azərbaycan, Rusiya və Türkiyə arasındakı münasibətlərin strateji və geosiyasi maraqlarının uzlaşdırılması baxımından xüsusi məna kəsb edir. Amerika və Avropanın Ermənistan vasitəsilə Cənubi Qafqaza yerləşməsinin qarşısının nə dərəcədə alınmasının detallarının yaxın gələcəkdə şahidi olacağıq. Hər halda, Amerika və Avropanın Cənubi Qafqaza yerləşmək niyyəti Azərbaycanın strateji maraqlarına və milli təhlükəsizliyinə təhdid yaradan hadisə olardı. Çünki hazırkı dövrdə Azərbaycan-Rusiya münasibətlərində kifayət qədər qarşılıqlı etimad var. Qardaş Türkiyə ilə Rusiya arasında da qarşılıqlı etimada söykənən münasibətlər mövcuddur. Azərbaycanın burada əli daha güclüdür. Çünki özünün Rusiya ilə münasibətləri, digər tərəfdən, Türkiyə amili var. Bu üç dövlətin Cənubi Qafqazda fəaliyyəti məqbul hesab oluna bilər, nəinki Amerika və Avropanın Cənubi Qafqaza yerləşməsi...”
“Musavat.com” saytı
Cavanşir Abbaslı
28 avqust 2024-cü il
https://musavat.com/news/bayramovun-muhum-ankara-seferi-masada-bunlar-var_1096914.html
0 notes
Text
Rusiya və Türkiyə XİN başçılarının görüşünün nəticələri
Türkiyədə Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Mövlud Çavuşoğlu arasında görüş keçirilib. Bundan başqa, Qara Dəniz İqtisadi əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Türkiyədə keçirilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir daha beynəlxalq səviyyədə tanınmış sərhədlərin suverenliyinin, ərazi bütövlüyünün və toxunulmazlığının qarşılıqlı tanınması və hörməti əsasında Ermənistanla münasibətlərin normallaşdırılması əzmində olduğunu bildirib.
Bundan başqa, Ceyhun Bayramov üçtərəfli bəyanatın ardıcıl surətdə həyata keçirilməsinin zəruriliyindən danışıb. Çünki sənədin altında Rusiya prezidenti Vladimir Putinin də imzası var. Nəzərə alsaq ki, məhz Azərbaycan Ermənistanı sülh müqaviləsi bağlamağa çağırır, bu, ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması deməkdir. Bu da nəqliyyat dəhlizlərinin açılması işini asanlaşdıracaqdır.
Yeri gəlmişkən, RF XİN başçısı Sergey Lavrov Türkiyədə nəqliyyat kommunikasiyalarının açılması istiqamətində səylərin vacibliyini bildirib. O, regionda, o cümlədən Türkiyə və Rusiyada çoxplanlı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.
Moskva və Ankaranın Qarabağ kontekstində tərəfdaş olub-olmamasının sualına cavab vermək üçün Rusiyada siyasi qüvvələr nisbətinin necə olacağını anlamaq lazımdır. Orada kifayət qədər güclü erməni lobbisi var, o, ölkənin siyasi sisteminə dərindən və çoxdan inkorporasiya Olunub. Müvafiq olaraq, indi hər şey əsasən liderlərin, onların yaxın dairəsini təşkil edən bəzi siyasətçilərin mövqelərində qalmaqdadır.
Bu kontekstdə əsas məsələ Zəng��zur dəhlizinin açılması, eləcə də regionda dəmir yolu əlaqəsinin açılması perspektividir. Belə çıxır ki, bunda həm Rusiya, həm də Türkiyə tərəfi eyni dərəcədə maraqlıdır.
Rusiya prezidenti Vladimir Putin üçün Bakının mövqeyi tamamilə məqbuldur və müəyyən dərəcədə hətta əsaslıdır. Güman ki, sülh sazişinin imzalanması məsələsində Kreml Ermənistan rəhbərliyinə təzyiq göstərəcək.
Hamıya aydındır ki, bu, həm region ölkələri, həm də bütün dünya üçün həyati əhəmiyyətə malikdir. Bu müharibədə yağlı bir nöqtə qoymaq lazımdır, çünki bu günə qədər nöqtəli vergüldür. Hər bir halda Ermənistanda Nikol Paşinyan Partiyasının qalib gəldiyi seçkilərin siyasi nəticələri, deməli, onun özü, Şuşa Bəyannaməsi, həmçinin Bakının İrəvanla sülh sazişi imzalamağa hazır olması (Azərbaycan Prezidenti İlham əliyevin bəyanatını xatırlayaq) Cənubi Qafqazda vəziyyəti keyfiyyətcə dəyişir.
Bütün konstruktiv qüvvələr bu vəziyyətdən istifadə etməli və qeyri-regional destruktiv elementlərin nüfuz etməsinə yol verməməlidirlər.
0 notes
Photo
25 iyun dəyərli ziyalı, savadlı və prinsipial azərbaycanlı dövlət və siyasi xadimi, şəxsiyyətinə böyük hörmətim olan insan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun doğum günüdür. Cənab naziri təbrik edirəm, Allahdan uzun ömür can sağlığı, firavan həyat, ailə xoşbəxtliyi, cətin və şərəfli peşəsində Azərbaycan Dövlətçiliyi naminə uğurlar arzulayıram. Əslən Gədəbəyin Nərimankənd kəndindən olan Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib. 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub. 2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini təyin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Təhsil Naziri vəzifəsinə təyin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 iyul 2020-ci il tarixli sərəncamı ilə Xarici İşlər Naziri vəzifəsinə təyin olunub. Evlidir, 2 övladı var. https://www.instagram.com/p/CQiIM8MB2b7/?utm_medium=tumblr
0 notes
Text
Ermənilər silahlanaraq yeni müharibəyə hazırlaşırlar" - Fəzail Ağamalı
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Antalya Diplomatiya Forumu zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistanla müzakirələr zamanı mövzulardan biri qarşı tərəfin qaldırdığı Qarabağda yaşayan ermənilərin hüquqları məsələsi olub:
"Burada xüsusi bir yanaşma gözləntiləri var idi. Azərbaycan isə buna dair yanaşma və təklifi ondan ibarət idi ki, sülh müqaviləsi Ermənistan - Azərbaycan dövlətlərarası münasibətlərini tənzimləyir. Azərbaycan ərazisində yaşayan ermənilərlə bağlı məsələ isə Azərbaycanın daxili məsələsidir”, - deyə nazir qeyd edib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı söylədi ki, bu, ermənilərin növbəti məkrli yanaşmasıdır:
"Onlar hiyləgər bir toplumdur, bu gün dediyini sabah inkar edən və qeyri-ciddi bir toplum olaraq hər zaman özünü başqa formalarda gündəliyə gətirənlərdir. Ermənistanın kapitulyasiya aktını imzalamasından üç ildən artıq vaxt keçib. Bu üç il ərzində müxtəlif bəhanlərlə Azərbaycanın irəli sürdüyü sülh sazişinin bağlanması təklifini normal qarşılamır, sülh sazişinin bağlanmasına maneçiliklər törədir, ən müxtəlif şəkildə olan maneələr yaradırlar. İndi bu da növbəti hoqqabazlıqdır, hiylədir. Əslində Ermənistan sülh sazişini bağlamaq niyyətində deyil, daha çox silahlanaraq yeni müharibəyə hazırlaşırlar. Paşinyanın (Ermənistanın Baş naziri Nikol Paşinyan -red.) özü də maskalanmış revanşistdir, özünü sülh göyərçini kimi göstərib, əməldə sülh sazişinin bağlanmasına maneçilik törədir. Fransadan, Hindistandan və dünyanın ayrı-ayrı ölkələrindən müdafiə və hücum xarakterli müasir silahlar almağa çalışır. Görünən odur ki, Ermənistan 2020-ci ilin noyabrında məruz qalmış olduğu ağır məğlubiyyətlə heç cür barışmaq istəmir. Bunların da yanında Qafqaza gəlib, Qafqazda strateji maraqlarını reallaşdırmağa çalışan Fransa, Amerika kimi ölkələr Ermənistana doğru stimullaşdırıcı addımlar atırlar, vədlər verirlər. Həmin ölkələrin hərbi qüvvələrini hansısa bir formada regiona gətirməyə çalışırlar ki, regiona tamamilə nəzarət etsinlər. Ermənistanın bu cür mövqeyinin arxasında təkcə erməni xalqının Azərbaycan torpaqlarına qarşı bitib-tükənməyən niyyəti dayanmır. Eyni zamanda rəsmi Ermənistanın da açıq və ciddi şəkildə revanşist qüvvələri öndədir. Ermənistan tərəfindən sülh sazişi bağlanmırsa, Azərbaycan üçün problem deyil. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Ermənistanın işğalında 8 kəndimiz qalıb, onların da hazırda geri qaytarmasıyla bağlı məsələ sülh masasının üzərindədir".
Deputat dedi ki, əgər Ermənistan 8 kəndimizi danışıqlar vasitəsilə geri qaytarmasa, öz silahlı qüvvələrini və insanlarını oradan geri çəkməsə, Azərbaycanın yenə də qəhrəman və igid silahlı qüvvələri bu missiyanı yerinə yetirəcək.
"Ermənistan anlamır ki, indi Qafqazda yeni müharibə başlayarsa, o, Azərbaycan və Türkiyənin silahlı qüvvələrinin, yüksək səviyyəli hərbi imkanlarının qarşısında dayanacaq və Ermənistan dövlətinin həqiqətən çökməsinə gətirib çıxaracaq. Necə ki, Ukraynanı bir cəbhəyə çevirərək onu Rusiyanın qurbanına çevirirlərsə, öz məqsədlərinə nail olmağa çalışırlarsa, Ermənistanı da eyni şəkildə qurban verib hansısa bir formada Qafqazda yerləşməyə çalışırlar. Belə bir niyyətləri var. Ona görə də Azərbaycan da öz gücünü artırmalıdır, necə ki, artırır. Biz dövlətimizin güclənməsi üçün əlimizdən gələni etməliyik, töhfələrimizi verməliyik. Xalqımızın həmrəyliyi yüksək səviyyədə olmalıdır. Dövlət, xalq Vətən müharibəsində olduğu kimi, yenə də hər zaman monolit şəkildə birləşməlidir. Silahlı qüvvələrimizlə bərabər olmalıyıq və heç bir qüvvə Azərbaycanı tutmuş olduğu yoldan döndərə bilməyəcək. Bu birmənalı şəkildə hər kəs tərəfindən qəbul olunmalıdır", - deyə F.Ağamalı vurğuladı.
"Redaktor.az" saytı
Humay İSGƏNDƏRLİ
04 mart 2024-cü il
0 notes
Text
KARDAŞYANLARIN HİMAYƏSİNDƏKİ SİYASƏTÇİLƏRİN MÖVQEYİNDƏN ASILI OLMAYARAQ...
“Hər birimiz böyük diqqətlə BMT Təhlükəsizlik Şurasının Azərbycanla bağlı dinləmələrini izlədik. Bu dinləmələrin gedişi, nəticəsi bizim üçün çox önəmli idi”. Bunu TNS-ə deputat Fəzail Ağamalı deyib.
O bildirib ki, toplantının sonunda heç bir sənədin qəbul olunmaması üçün kifayət qədər əsas var idi: “Bunun üçün ciddi arqumentlərimiz, ümidlərimiz vardı. Çünki dünya bir Fransa və erməni diasporundan ibarət deyil. Həm də BMT Təhlükəsizlik Şurasının ədalətinə az-çox ümid edirdik. Müzakirələrin gedişini mətbuatdan izlədik. Hətta əvvəlkilərdən fərqli olaraq, Fransanın belə nisbətən yumşaq mövqeyinin şahidi olduq”.
Deputatın fikrincə, BMT Baş katibinin köməkçisinin mövqeyi çox ədalətli olub ki, bu da çox böyük əhəmiyyət daşıyırdı.
“Digər ölkələrin nümayəndələrinin də çıxışları çox aqressiv deyildi. Müəyyən balans gözlənilməyə çalışılırdı. Doğrudur, balans gözlənilsə də, həqiqət olduğu kimi deyilmirdi. Çünki BMT-nin daimi üzvlərinin əksəriyyəti orada həqiqəti demək üçün oturmayıblar. Onlar orada bu platformadan öz məqsədləri, geosiyasi maraqlarının xeyrinə istifadə etmək üçün oturublar. Buna baxmayaraq, dinləmələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun arqumentlərə söykənən kifayət qədər səviyyəli, cəsarətli çıxışı diqqət cəlb edirdi. Ceyhun Bayramov Azərbaycan dövlətinin haqlı, ədalətli mövqeyini ortaya qoydu, Ermənistanı bir daha ifşa etdi. Hətta bu cür dinləmələrin BMT-nin Nizamnaməsinə zidd olduğunu önə çəkdi. Nazir Təhlükəsizlik Şurasının üzvlərini dolayısı yolla erməni kaprizləri ilə oynamağa son qoymağa çağırdı. Bu, həm də Azərbaycan dövlətinin gücünün nümayişi, ölkə Prezidentinin beynəlxalq səviyyədə nüfuzunun ifadəsi idi”, - o əlavə edib.
Fəzail Ağamalı xatırladıb ki, bunun qarşılığında Ermənistan tərəfi heç nə deyə bilməyib: “Bircə onu dedilər ki, hərbi əməliyyat zamanı xeyli ölən, yaralanan var. Növbəti dəfə Azərbaycan dövləti, diplomatiyası, xarici siyasəti Ermənistan üzərində çox ciddi qələbəni təmin etdi.
Bizim üçün vacib şərt Azərbaycanın daxilində ərazi bütövlüyünü təmin etmək idi. Bunu 44 günlük müharibədə təmin etdik. Ölkə Prezidentinin yüksək peşəkarlığı və ali diplomat kimi ortaya qoyduğu iradə qələbəmizi beynəlxalq səviyyədə qəbul etdirə bildi. Ayrı-ayrı dövlətlərin fərqli yanaşmasından asılı olmayaraq, Azərbaycanın Qarabağda suverenliyinin bütövlükdə təmin olunması, quldur dəstələrinin, Ermənistanın 10 minlik silahlı qüvvələrinin darmadağın edilməsi, beynəlxalq səviyyədə, xüsusilə BMT TŞ-də qələbəmizin, atmış olduğumuz addımların haqlı və ədalətli olmasının təsdiqlənməsi çox önəmli idi. Bundan sonra ayrı-ayrı dövlətlərin, xarici işlər nazirlərinin, erməninin pulu, Kardaşyan kimi qadınlarının himayəsində olan siyasətçilərinin nə deməsindən, Azərbaycana qarşı absurd mövqedə durmasından asılı olmayaraq, məsələ bitdi. Çox yüksək peşəkarlıqla 24 saatda həyata keçirilən antiterror əməliyyatının BMT TŞ səviyyəsində təsdiq olunması artıq məsələnin həm de-fakto, həm də de-yure həllinin ifadəsi kimi qəbul edilməlidir.
20 sentyabr günü 10 noyabr kimi millətimizin şərəfli tarixinə həkk olundu. Artıq bundan sonra Azərbaycanın qəhrəman polisləri, Daxili Qoşunlarımızın, dövlətimizin təhlükəsizliyinin təmin olunmasında böyük fədakarlıq göstərən Dövlət Təhlükəsizliyi Xidmətinin igid əməkdaşları kol dibində, daş arxasında, meşədə gizlənərək, terror törətməyə çalışanları məhv edəcək, onları bir-bir “dən”ləyəcək. Qarabağda, Şərqi Zəngəzurda bütövlkdə Azərbaycanda şeytan, iblis yuvasına biryolluq son qoyacağıq. Bu prosesin artıq geriyə dönüşü yoxdur”.
“Tns.az” saytı
22 sentyabr 2023-cü il
0 notes
Text
KARDAŞYANLARIN HİMAYƏSİNDƏKİ SİYASƏTÇİLƏRİN MÖVQEYİNDƏN ASILI OLMAYARAQ...
“Hər birimiz böyük diqqətlə BMT Təhlükəsizlik Şurasının Azərbycanla bağlı dinləmələrini izlədik. Bu dinləmələrin gedişi, nəticəsi bizim üçün çox önəmli idi”. Bunu TNS-ə deputat Fəzail Ağamalı deyib.
O bildirib ki, toplantının sonunda heç bir sənədin qəbul olunmaması üçün kifayət qədər əsas var idi: “Bunun üçün ciddi arqumentlərimiz, ümidlərimiz vardı. Çünki dünya bir Fransa və erməni diasporundan ibarət deyil. Həm də BMT Təhlükəsizlik Şurasının ədalətinə az-çox ümid edirdik. Müzakirələrin gedişini mətbuatdan izlədik. Hətta əvvəlkilərdən fərqli olaraq, Fransanın belə nisbətən yumşaq mövqeyinin şahidi olduq”.
Deputatın fikrincə, BMT Baş katibinin köməkçisinin mövqeyi çox ədalətli olub ki, bu da çox böyük əhəmiyyət daşıyırdı.
“Digər ölkələrin nümayəndələrinin də çıxışları çox aqressiv deyildi. Müəyyən balans gözlənilməyə çalışılırdı. Doğrudur, balans gözlənilsə də, həqiqət olduğu kimi deyilmirdi. Çünki BMT-nin daimi üzvlərinin əksəriyyəti orada həqiqəti demək üçün oturmayıblar. Onlar orada bu platformadan öz məqsədləri, geosiyasi maraqlarının xeyrinə istifadə etmək üçün oturublar. Buna baxmayaraq, dinləmələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun arqumentlərə söykənən kifayət qədər səviyyəli, cəsarətli çıxışı diqqət cəlb edirdi. Ceyhun Bayramov Azərbaycan dövlətinin haqlı, ədalətli mövqeyini ortaya qoydu, Ermənistanı bir daha ifşa etdi. Hətta bu cür dinləmələrin BMT-nin Nizamnaməsinə zidd olduğunu önə çəkdi. Nazir Təhlükəsizlik Şurasının üzvlərini dolayısı yolla erməni kaprizləri ilə oynamağa son qoymağa çağırdı. Bu, həm də Azərbaycan dövlətinin gücünün nümayişi, ölkə Prezidentinin beynəlxalq səviyyədə nüfuzunun ifadəsi idi”, - o əlavə edib.
Fəzail Ağamalı xatırladıb ki, bunun qarşılığında Ermənistan tərəfi heç nə deyə bilməyib: “Bircə onu dedilər ki, hərbi əməliyyat zamanı xeyli ölən, yaralanan var. Növbəti dəfə Azərbaycan dövləti, diplomatiyası, xarici siyasəti Ermənistan üzərində çox ciddi qələbəni təmin etdi.
Bizim üçün vacib şərt Azərbaycanın daxilində ərazi bütövlüyünü təmin etmək idi. Bunu 44 günlük müharibədə təmin etdik. Ölkə Prezidentinin yüksək peşəkarlığı və ali diplomat kimi ortaya qoyduğu iradə qələbəmizi beynəlxalq səviyyədə qəbul etdirə bildi. Ayrı-ayrı dövlətlərin fərqli yanaşmasından asılı olmayaraq, Azərbaycanın Qarabağda suverenliyinin bütövlükdə təmin olunması, quldur dəstələrinin, Ermənistanın 10 minlik silahlı qüvvələrinin darmadağın edilməsi, beynəlxalq səviyyədə, xüsusilə BMT TŞ-də qələbəmizin, atmış olduğumuz addımların haqlı və ədalətli olmasının təsdiqlənməsi çox önəmli idi. Bundan sonra ayrı-ayrı dövlətlərin, xarici işlər nazirlərinin, erməninin pulu, Kardaşyan kimi qadınlarının himayəsində olan siyasətçilərinin nə deməsindən, Azərbaycana qarşı absurd mövqedə durmasından asılı olmayaraq, məsələ bitdi. Çox yüksək peşəkarlıqla 24 saatda həyata keçirilən antiterror əməliyyatının BMT TŞ səviyyəsində təsdiq olunması artıq məsələnin həm de-fakto, həm də de-yure həllinin ifadəsi kimi qəbul edilməlidir.
20 sentyabr günü 10 noyabr kimi millətimizin şərəfli tarixinə həkk olundu. Artıq bundan sonra Azərbaycanın qəhrəman polisləri, Daxili Qoşunlarımızın, dövlətimizin təhlükəsizliyinin təmin olunmasında böyük fədakarlıq göstərən Dövlət Təhlükəsizliyi Xidmətinin igid əməkdaşları kol dibində, daş arxasında, meşədə gizlənərək, terror törətməyə çalışanları məhv edəcək, onları bir-bir “dən”ləyəcək. Qarabağda, Şərqi Zəngəzurda bütövlkdə Azərbaycanda şeytan, iblis yuvasına biryolluq son qoyacağıq. Bu prosesin artıq geriyə dönüşü yoxdur”.
“Tns.az” saytı
22 sentyabr 2023-cü il
0 notes
Text
İRƏVAN ƏSL NİYYƏTİNİ ORTAYA QOYUR
Ermənistan nəzarət-keçid məntəqəsinin yaranmasından imtina edir
Ermənistan regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığa imkanlar açan bütün təşəbbüslərə mane olmağa çalışır
Prezident İlham Əliyevin Münhendə gündəmə gətirdiyi mühüm məsələlərdən biri də “Zəngəzur dəhlizinin, həm də Laçın yolunun giriş-çıxışında nəzarət-buraxılış postlarının qoyulması barədə təklif” idi. Dövlət başçısı bununla bağlı İrəvandan cavab gözlədiyini bildirmişdi. Prezident qeyd etmişdi ki, Ermənistan və Azərbaycanın öz keçid məntəqələrini yaratması yaxşı olardı: “Ermənistanla sərhəddə, Laçında və Zəngəzur dəhlizinin hər iki tərəfində olmalıdır. Bunun zərurətindən əvvəl də danışmışdıq”. Ölkə rəhbəri bu mövqeyin həm Avropada, həm də Amerikada məntiqli qəbul edildiyinə diqqət çəkmişdi. Dövlət başçısı vurğulamışdı ki, nəzarət-buraxılış məntəqələrini ikitərəfli qaydada Ermənistan-Azərbaycan sərhədində yaratmaq təklifini müzakirə etmək üçün onlara bir qədər vaxt lazımdır: “Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”. Lakin bir neçə gün sonra xarici işlər naziri Ceyhun Bayramov bildirdi ki, Ermənistan tərəfi dövlət başçısı İlham Əliyevin gündəmə gətirdiyi təklifi qəbul etməkdən boyun qaçırıb. Şübhəsiz, bu imtina İrəvanın əsl niyyətini bir daha ortaya qoyur. Çünki Ermənistan sərhəd məntəqələrinin mövcudluğunu özünün terror siyasətinə maneə kimi görür. Ermənistanın Azərbaycanla şərti sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılmasına “yox” deməsinin başlıca səbəbi erməni separatçılarının bölgədəki fəaliyyəti ilə bağlıdır. İrəvanın hakim siyasiləri yaxşı dərk edirlər ki, nəzərdə tutulan məsələnin reallaşması separatçılığı əngəlləyəcək, təxribatçı planlara zərbə vuracaq. İrəvanı qorxudan da məhz budur.
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Şərq”ə açıqlamasında bildirib ki, 2020-ci ilin 10 noyabrında bağlanmış, altında Baş nazir Nikol Paşinyanın imzası olan üçtərəfli bəyannamənin müddəaları İrəvan tərəfindən məqsədyönlü şəkildə yerinə yetirilmir. Deputatın sözlərinə görə, Ermənistan müxtəlif formalarda üçtərəfli sazişdə əksini tapmış müddəaların həyata keçməsinə maneçilik törədir: “Ermənistan sözdə sülh sazişinin bağlanmasının “tərəfdarı” kimi çıxış etsə də, əməldə buna mane olur. Əsassız bəhanələrlə manevr etməyə çalışır. İrəvan tərəfi bununla nə vaxtsa özü üçün əlverişli şəraitin yaranacağını düşünür. Daha üstün mövqe əldə edəcəyini zənn edərək Azərbaycanla bərabər statusda danışıqlar aparmaq niyyəti güdür. Digər yandan, içində Paşinyan olmaqla erməni cəmiyyəti Azərbaycana, Türkiyəyə, bütövlükdə türk xalqına düşmənçilik və nifrət düşüncəsiylə yaşayan bir etnosdur. Ermənilər Azərbaycana ərazi iddialarından hələ də imtina etməyiblər. Ermənistan tərəfi mövcud vəziyyəti “müvəqqəti” görür və bunu ümumi prosesdə bir fasilə kimi dəyərləndirir. Baxmayaraq ki, 44 günlük müharibədə erməni mifi darmadağın edildi, amma yenə də gecə-gündüz "Böyük Ermənistan" iddiaları ilə yaşayırlar. Bunun da səbəbini ermənilərin zəhərlənmiş düşüncəsində axtarmaq lazımdır. Ermənistanın dövlət siyasəti erməni xalqının xarakterinə, düşüncə sisteminə uyğunlaşıb. Bütün bunlar ermənilərə imkan vermir ki, onlar Azərbaycan və Türkiyə ilə normal münasibətlər qursun. Ermənistanın bu günu və gələcəyi iki dövlətdən - Azərbaycan və Türkiyədən asılıdır. İrəvan hökuməti bu iki ölkə ilə normal münasibət qurmağı bacarsa, ərazi iddialarından əl çəksə, özünü beynəlxalq hüquq normalarına söykənən qonşu ölkə kimi aparsa, Ermənistanın bütün problemləri, çətinlikləri aradan qalxacaq. Ancaq bunu etmək əvəzinə ya Fransanın, ya İranın, ya da Rusiyanın yanında yer alırlar. Özlərini bilə-bilə çıxılmaz “Bermud üçbucağına” salırlar”.
F.Ağamalı vurğulayıb ki, Ermənistan regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığa imkanlar açan bütün təşəbbüslərə mane olmağa çalışır: “İrəvanın mane olduğu təşəbbüslərdən biri də Münhendə dövlət başçısı İlham Əliyevin gündəmə gətirdiyi təklif idi. Həmin təklif Azərbaycan və Ermənistanın öz sərhədləri daxilində nəzarət-keçid məntəqəsi yaranmasını nəzərdə tuturdu. Ermənistan isə bundan imtina edir. Halbuki İrəvan hökuməti bunun gələcəkdə müzakirə oluna biləcəyini, indi buna hazır olmadıqlarını deyə bilərdi. Ancaq erməni tərəfi bunu da etmədi. Bu da onların dövlət siyasətindən irəli gəlir. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi Laçın yolunda, Ermənistanla sərhəddə özünün nəzarət-keçid məntəqəsini yaratmalı, orada sərhəd və gömrük xidmətlərinin, polisimizin nəzarəti təmin edilməlidir”.
“Sherg.az” saytı
İsmayıl Qocayev
28 fevral 2023-cü il
0 notes
Text
Azərbaycan Silahlı Qüvvələrinin təlimləri və Ermənistanla sərhəddəki vəziyyət əlaqəlidirmi?
Sünikdəki Azərbaycan qoşunlarının sırf nəzəri bir “sıçrayışını” təsəvvür etsə də, bu, yalnız rus qoşunları ilə birbaşa silahlı toqquşmanın bir variantı olacaqdır. Və bu ssenariyə “xəyaldan” başqa cür zəng etmək olmaz. Əvvəlcədən elan edilmiş Azərbaycan ordusunun taktiki təlimləri Ermənistanın ərazi bütövlüyünü və təhlükəsizliyini təhdid etmir. İki ölkə arasındakı dövlət sərhədinin təsadüfən demarkasiyası (nişan və postların yerə qoyulması) dəqiq Sovet hərbi xəritələri əsasında və Rusiya liderlərinin üçtərəfli razılaşmasının nəticələrindən sonra baş verir. 10 noyabr 2020-ci il tarixli Azərbaycan və Ermənistan. Əlbətdə ki, hərbi manevrlər və sərhədlərin müəyyənləşdirilməsi bir-birinə “təcavüzə” yapışdırıla bilməyən iki fərqli tədbirdir. Azərbaycan ordusu 16-20 may tarixlərində planlı təlimlər keçirir. Sünik bölgəsindəki Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin müəyyənləşdirilməsi fonunda xarici siyasət təlatümləri ilə ayrıca bir intriqa yaradılır. Demarkasiya həmişə çətin, lakin zəruridir. Azərbaycan, Rusiya və Ermənistandan olan mütəxəssislər arasındakı danışıqlar, əvvəllər SSRİ xəritələrində inzibati olaraq təyin edilmiş sərhədin müəyyən hissələrindəki ziddiyyətlərin həllinə kömək edəcəkdir. KTMT tərəfindən bölgədəki hərbi əməliyyatları bərpa etməklə Ermənistanın daxili siyasi böhranını aradan qaldırmaq üçün uzaq bir bəhanə ilə edilən cəhdlər nəticə verməz və nəticəsizdir. Paris və Vaşinqtonun Ermənistan lideri Nikol Paşinyanın may ayında verdiyi emosional açıqlamalara operativ reaksiyası tamamilə sürreal görünür - Fransa dərhal İrəvana hərbi yardım göstərməyə hazırdır (BMT mandatı əsasında). Bəlkə bu Təşkilatı nüfuzdan salmaq sərhəd “birləşməsinin” əsas məqsədidir? Azərbaycan Silahlı Qüvvələrinin manevrlərində 15 min hərbçi iştirak edir - ümumi saydan 125 mindən, yəni şəxsi heyətin 12% -i. Zirehli texnika parkının üçdə birindən azı sahəyə girdi. Hava məkanı missiyaları ümumi təyyarə sayının üçdə biri tərəfindən həyata keçirilir. Bu qüvvələr və vasitələr ciddi problemləri həll edir, lakin priori Ermənistanın bütövlüyünü təhdid edə bilməz (xüsusən 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmadan sonra). Bahar bir çox ölkədə hərbi təlimlərin vaxtıdır. ABŞ-ın Yerevandakı səfiri Lynn Treysi mayın əvvəlində “Ermənistanın KTMT-də olması Amerikanın Ermənistana hərbi yardım göstərməsi üçün müəyyən məhdudiyyətlər yaradır” dedi. Buna paralel olaraq ABŞ Prezidenti Cozef Biden rəhbərliyi Azadlığı Dəstəkləmə Qanununa 907-ci düzəlişin təxirə salınmasını uzatdı, yəni Azərbaycana birbaşa hərbi yardım göstərməyə icazə verdi. Ermənistandan KTMT-dən çıxmağa, "cazibə orbitini" dəyişdirməyə həssaslıqla təhrik edildiyi təəssüratı yaranır. Digər tərəfdən, Parisin İrəvanı dəstəklədiyi səs-küylü bəyanatları Cənubi Qafqazdakı tamamilə dinc vəziyyəti Ermənistan-Azərbaycan silahlı münaqişəsinin yeni bir böyüməsinə sövq edir - hesabına iştirakçı sayının genişlənməsi ilə. Amerika Birləşmiş Ştatları, Fransa, Türkiyə, İran və digər ölkələr. Kim bundan fayda götürürsə, hadisələrin belə inkişafı Rusiyanın maraqlarına ziyan vurması qaçılmazdır. Yeri gəlmişkən, KTMT Sünik bölgəsindəki münaqişə vəziyyətinin qiymətləndirməsini “üç gün ərzində” təqdim edəcəyini vəd etdi, açıq təcavüzkar xarici təcavüz olmadığı üçün bu günə qədər Ermənistana hərbi yardımdan söhbət getmir. Bundan əlavə, Rusiya sülhməramlıları vəziyyətə nəzarət edirlər, lakin sərhədlərin müəyyənləşdirilməsi proseslərinə müdaxilə etmirlər. Bu fonda Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov 16 mayda Ermənistanın KTMT-yə müraciətini kifayət qədər mehribanlıqla "yerində" həll edilə bilən problemi siyasiləşdirmək cəhdi kimi qiymətləndirdi və Azərbaycanın sərhəd qüvvələrinin yerləşdiyini vurğuladı. "ölkələrinin ərazisi."
0 notes
Text
Prezident İlham Əliyevin gəncləri önə çəkməsində üç prinsip
Prezident İlham Əliyev gənclərdən ibarət komanda formalaşdırmağı davam etdirir. İndi hökumətdə milyonçu Fazil Məmmədov, Səlim Müslümov, Ziya Məmmədov, Eldar Mahmudov və sair kimiləri yoxdur.
Hakimiyyət və onun elitası dünyagörüşlü, korrupsiyaya bulaşmamış, modern təhsilli, reputasiyası kristal, adı qalmaqallarda keçməyən ixtisaslı kadrlardan təşəkkül tapır. 2018-ci ildən başlanmış “yuxarıdan inqilab” siyasəti öz yüksək tempi ilə davam etməkdədir və bəzilərinin “köhnə qvardiya”dan qopmaq kimi dəyərləndirdiyi prosesin əslində, sistemli, proqramlı bir layihə olduğu göz qabağındadır.
Yəni ölkə başçısı komandasını sadə həyat tərzi sürən, oliqarx olmayan, özünü təsdiqləmək istəyən, karyera yüksəlişinə varlanmaq gözü ilə yanaşmayan gənclərlə qurmaqdadır. Elə son olaraq, təhsil naziri təyin edilən Emin Əmrullayevi qeyd etmək olar. Onun sosial mediada yayılan videolarından görünür ki, mənzil şəraitindən tutmuş məişət həyatına qədər sıradan bir gənc kadrdır. Eyni sözləri xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri İnam Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev haqda da söyləmək olar.
Şübhəsiz ki, bu son deyil, Nazirlər Kabinetinin tərkibində, komitələrdə kadr dəyişiklikləri davam edəcək. Hələ reforma gözləyən mühüm sektorlar var. Dövlət başçısı isə kadr islahatlarını həyata keçirərkən ictimaiyyətin gözləmədiyi, təəccüblə qarşıladığı təmiz gəncləri qabağa çəkir. Hətta iqtidarın siyasi opponentləri arasında da bu təyinatları yüksək qiymətləndirənlər, gələcəyə ümidlə yanaşanları görmək olar.
Dövlət rəhbəri açıq şəkildə bildirir ki, vətəndaşları incidən, cibinə girən, haqqını yeyənlər sərt cəzalandırılacaq. Ona görə köhnə sistem qaydaları arxaikləşir, gənclərlə yeni səhifənin açılması istiqamətində mühüm addımlar atılır. Bundan sonra heç bir nazirin kapital yığımı, şirkətlər, holdinqlər, xaricdə malikanələr, restoranlar əldə etmək şansı olmayacaq.
2018-dən sonrakı siyasətdə Elmar Məmmədyarovlara, Hacıbala Abutalıbovlara, rüşvətxor icra başçısı - Vilyam Hacıyevlərə, Nizaməddin Quliyevlərə yer olmayacaq. Bəs bu dəyişikliklərin effektiv olacağını, gənclərin etimadı doğruldacağını, idarəetmə sistemində müasir yanaşmaların ortaya qoyulacağını gözləməyə dəyərmi?
Fəzail Ağamalı: “YÜKSƏK VƏZİFƏLƏRƏ VƏTƏNPƏRVƏR VƏ KORRUPSIYAYA BULAŞMAYAN KADRLAR TƏYIN OLUNUR”
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə “Yeni Müsavat”a bildirdi ki, ölkə prezidenti 2018-ci ildən həyata keçirdiyi kadr siyasətində gəncləşməyə, müstəqillik illərində formalaşan vətəndaşlara üstünlük verməyə başladı. F.Ağamalının sözlərinə görə, bu zaman kəsiyindən iki il ötür və nazir, komitə sədri səviyyəsinə qalxan, etimadı qazanan həmin gənc məmurlar prezidentin etimadını doğrultmaqdadırlar. Deputat hesab edir ki, gənc nazirlər, məmurlar haqda indiyə qədər xoşagəlməz fikirlərin səslənməməsi, mətbuatda onların qanundankənar hansısa əməli barədə məlumat getməməsi də etimadı doğrultmalarını təsdiqləyir. “Son olaraq xarici işlər naziri və təhsil naziri kimi mühüm, strateji postlara gənc məmurların təyin olunması göstərdi ki, onlar kifayət qədər yol keçiblər, üstün təcrübə qazanıblar, işlədikləri sahədə özlərini doğruldublar. Xüsusilə Emin Əmrullayevin önə çəkilməsini prezidentin kadr siyasətində gənclərə göstərdiyi diqqətin yeni ifadəsi kimi qiymətləndirmək lazımdır. Əminəm ki, Emin Əmrullayev etimadı doğruldacaq”, - deyə deputat vurğuladı.
F.Ağamalı hesab edir ki, təhsil olduqca ciddi, ağır sahədir, bu sektorda Mikayıl Cabbarovla başlayan islahatlar Ceyhun Bayramovla davam etdirilib: “İnanıram ki, Emin Əmrullayev də bu sahədə töhfə verəcək. Eyni zamanda, demək lazımdır ki, icra başçılarının təyinatında da gənclər önə çıxarılır. Bütün bunlar bizdə qürur hissi doğurur və əminlik yaradır ki, Azərbaycan dövləti etibarlı əllərdədir, yüksək vəzifələrə vətənpərvər, rüşvət və korrupsiyaya bulaşmayan kadrlar təyin olunur. İnanıram ki, bu ənənə davam edəcək”.
“Yeni Müsavat” saytı
Emil Salamoğlu
29 İyul 2020-ci il
https://musavat.com/…/ilham-eliyevin-gencleri-one-cekmesind…
https://aqreqator.az/az/siyaset/915903
http://www.dia.az/8/257816-qtidarin-kadr-siyasetinde-uch-mu…
https://azerforum.com/…/iqtidarin-kadr-siyasetinde-uc-muhum…
0 notes