#Alçina Amilqızı
Explore tagged Tumblr posts
Text
Fiziki şəxslərin əmanətləri kəskin AZALDI – “Bank sektoru üçün arzuolunan deyil” - DEPUTAT
Fiziki şəxslərin əmanətləri kəskin AZALDI – “Bank sektoru üçün arzuolunan deyil” – DEPUTAT
Hazırda oxunan: Fiziki şəxslərin əmanətləri kəskin AZALDI – “Bank sektoru üçün arzuolunan deyil” – DEPUTAT“Fiziki şəxslərin əmanətləri bu ilin mart ayında əvvəlki aya nisbətən 232 milyon manat azalıb”. Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə fevral ayında vətəndaşların banklardakı əmanətləri 8 milyard 379 milyon manat olsa…
View On WordPress
#Alçina#Alçina Amilqızı#bank#Bizim.Media#bizimmedia#deputat#Fiziki ş#fiziki şəxslər#iqtisadiyyat#Vugar Bayramov#Vüqar Bayramov
0 notes
Text
NAZİRLİK UŞAQPULU ƏTRAFINDA MÜZAKİRƏLƏR APARIR –
“HƏR UŞAĞA 282 MANAT...”
“Azərbaycan dövlətinin ünvanlı sosial yardım paketi var. Ünvanlı sosial yardım paketi o ailələrə verilir ki, ailə başçılarından biri işləsin, minimum təlabata uyğun olaraq, qalan ailənin üzvləri də həmin paket vasitəsilə ehtiyaclarını ödəyə bilsinlər. Ünvanlı sosial yardıma ayrılan vəsait uşaqpulu kimi ailələrə transfer olunmalıdır. Yəni, sosial yardım ailələrə uşaqpulu şəklində verilsin”.
Bu təkliflə Bizim.Media-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı çıxış edib. Onun sözlərinə görə, ünvanlı sosial yardım uşaqpuluna çevrilsə, dövlət büdcəsindən əlavə vəsaitə də ehtiyac olmayacaq:
“Ünvanlı sosial yardımın şərtləri kifayət qədər sərtdir və bəzən ona əlçatanlıq da olmur. Ehtiyacı olan ailələrin uşaqlarına uşaqpulu verilə və məbləğ yeni meyara uyğun olaraq hesablana bilər. Yaxşı olar ki, uşaqpulu ehtiyacı olan ailələrə verilsin. Əgər ailədə uşaq yoxdursa, kişi 500 manat əməkhaqqı alırsa, özünün və həyat yoldaşının minimum ehtiyacı tamamilə ödənilir.
Bundan əlavə, bir ailədə kişi 1000 manatdan yuxarı, həyat yoldaşı isə təxminən 400-500 manat civarında əmək haqqı alırsa və evdə 4 nəfər varsa, bu ailələrin uşaqpuluna ehtiyacı yoxdur.
Əgər valideynlər övladlarının sosial təminatını qarşılaya bilirlərsə, dövlət büdcəsindən onlara müavinət verilməsinə nə ehtiyac var? O ailə heç ünvanlı sosial yardım da almır. Bir sözlə bu məsələni araşdırıb, təsnifatını aparıb, ehtiyacı olan ailələrə uşaqpulu tətbiq etmək lazımdır. Bununla da ictimai müzakirələrə son qoyulur, həm də uşaqların ehtiyacları ödənilir”.
Deputat xatırladıb ki, əslində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələ ətrafında müzakirələr aparır:
“Amma bunu sürətləndirsə və təklif etdiyim format üzrə tətbiq edilsə, yaxşı olar. Dövlət büdcəsi hamımızındır, ona nə qədər qənaət olunarsa, bir o qədər pensiyalara, aztəminatlı ailələrə dəstək olar. Hesab edirəm ki, ehtiyacı olmayan ailələr tərəfindən də bu format anlayışla qarşılanar”.
Qeyd edək ki, 2022-ci ilin yanvar ayında bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz artaraq 282 manata çatıb. Fəzail Ağamalının təklif etdiyi kimi ünvanlı sosial yardım uşaqpuluna transfer olunarsa, hər uşağa 282 manat məbləğində müavinət kəsilə bilər.
“Bizim.media.az” saytı
Alçina Amilqızı
16 noyabr 2022-ci il
0 notes
Text
Ceyhun Bayramov öz kadrlarını niyə XİN-ə aparır? “Elmar Məmmədyarov oranı elə vəziyyətə salıb ki...”- DEPUTAT
Xəbər verildiyi kimi, Təhsil nazirinin müşaviri Elnur Məmmədov vəzifəsindən azad olunub.
O, fəaliyyətini Xarici İşlər Nazirliyində davam etdirəcək.
Elnur Məmmədovun bir neçə gün əvvəl Təhsil naziri vəzifəsindən azad edilərək, Xarici İşlər naziri postuna təyin edilən Ceyhun Bayramovun müşaviri vəzifəsinə təyinat aldığı bildirilir.
Ancaq bu yerdəyişmə, E.Məmmədovun yeni vəzifəyə gətirilməsi strateji sahələrdən olan XİN sistemində kadr dəyişikliklərinin necə aparılacağı barədə müzakirələrə səbəb olub.
Bəziləri bunu normal qarşılasa da, bir çoxları XİN sistemində peşəkar diplomat kadrlara üstünlük verilməsinin vacibliyini vurğulayıb.
İndiyə qədər XİN-nin fəaliyyəti barədə tənqidi fikirləri ilə dəfələrlə gündəmə gələn deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Cebhe. info-ya bildirib ki, Ceyhun Bayramovun özünə əvvəl çalışdığı nazirlikdən müşavir gətirməsi tamamilə normaldır: “Hər halda Ceyhun Bayramov öz səviyyəsində olmayan bir şəxsi təsadüfən müşavir gətirə bilməz. Gətirilən müşavir də yəqin ki, üstün keyfiyyətlərə malikdir. Bundan sonra da Ceyhun Bayramov bu və ya digər şəkildə diplomatik və xarici siyasətlə birbaşa bağlı olmayan insanları kənardan cəlb edə bilər. Bu hal mümkün və normaldır”.
Deputatın sözlərinə görə, bəribaşdan Xarici İşlər naziri vəzifəsinə yeni təyinat almış Ceyhun Bayramovu təftiş etmək doğru olmaz: “Ceyhun Bayramov kifayət qədər təcrübəli, idarəçiliyin müəyyən pillələrindən keçərək formalaşan, yüksək formada özünü təqdim və təsdiq edən, eləcə də dövlətçiliyimizə sadiq olan məmurlarımızdandır. Ölkə Prezidentinin kadr siyasəti olduqca uğurludur. 2018-ci ilin prezident seçkilərindən sonra onun ən yüksək vəzifəyə gətirdiyi məmurlar bu günə qədər həm ölkə prezidentinin, həm dövlətimizin, bütövlükdə xalqımızın etimadını doğultmaqdadır. Baxın, onlar haqqında hansı böhtan, xoşagəlməz fikirlər söylənilir? Mən rast gəlməmişəm, çünki buna onlar əsas vermirlər. Həm də unutmayaq ki, onlar müstəqillik dövründə formalaşan, bu dövrün məhsulu olan məmurlardır. Bu baxımdan, Ceyhun Bayramov da yüksək etimada layiqdir və əminəm ki, bu vəzifənin öhdəsindən gələcək.
Bəs, nəyə görə Xarici İşlər naziri postuna həmin nazirliyin daxilindən deyil, kənardan, yəni Ceyhun Bayramov gətirildi? Ola bilsin ki, Ceyhun Bayramovun beynəlxalq münasibətlər və beynəlxalq hüquqdan geniş mənada biliyi yoxdur. Bu, tamamilə mümkündür. Hər bir kəs enslopedik biliyə malik ola bilməz. Ancaq Ceyhun Bayramovun idarəçilik qabiliyyəti və bacarığı yüksək səviyyədədir. Orada əsas iş bir nazir olaraq nazirliyin işini koordinasiya edib onu yüksək səviyyədə qurmaqdır. Heç şübhəsiz ki, özünün müavinləri və müşavirləri ilə ölkə Prezidentinin vermiş olduğu tapşırıqları dərindən mənimsəməklə xarici siyasətdə də Xarici İşlər naziri kimi öz işini yüksək səviyyədə quracaq. Unutmayaq ki, onun həm də hüquq təhsili var”.
Deputat Ceyhun Bayramovun Xarici İşlər naziri postuna təyinatını daha vacib məqamla əlaqələndirib: “Elmar Məmmədyarov həmin nazirliyi elə bir vəziyyətə salıb ki, nazirlikdə çalışanlar bu və ya digər şəkildə bir-birlərinə o qədər bağlıdırlar ki, daxildən kiminsə nazir qoyulması ölkə Prezidentinin gözlədiklərini verə bilməzdi. Uzun illər bir yerdə çalışırlar, münasibətlər var və bu münasibətləri qırmaq ciddi psixoloji problemdir. Ona görə də elə bir insan nazir postuna gətirilməli idi ki, o, həmin nazirlikdə heç kimlə bağlı olmasın və bütün sistem dəyişilsin. Gəlin Ceyhun Bayramovu yaxşı mənada stimullaşdıraq. Ona imkan verilməlidir ki, yeni nazir postunda öz işini qura bilsin. Onu izləyərik, fəaliyyətinı diqqət yetirərik. Fəaliyyətində hər hansı nöqsan baş verərsə, yenə də tənqidsiz və qərəzsiz fikirlərimizi söyləyərik”.
"Cəbhə info" saytı
Alçina Amilqızı
23 İyul 2020-ci il
0 notes