#şəbəkələrdə
Explore tagged Tumblr posts
Text
MAKE.AZ - PLATİN
Rəqəmsal dövrün tələblərinə cavab verən, müasir və innovativ həllər təqdim edən Make.az, bizneslərin onlayn mühitdə uğur əldə etməsi üçün geniş xidmət portfelinə malikdir. Biz, müştərilərimizin ehtiyaclarını dərindən anlamaqla başlayırıq və onlara özlərinə uyğun xidmətlərlə - meta, SEO xidməti, SMM xidməti və saytların hazırlanması - dəstək veririk. Hədəfimiz, brendinizi daha geniş auditoriyaya tanıdmaq və rəqiblərinizdən bir addım irəlidə durmağınıza kömək etməkdir.
SEO Xidmeti
SEO xidməti, veb saytların axtarış motorlarında daha yaxşı görünməsini təmin edən bir prosesi ifadə edir. Bu xidmət, saytın optimallaşdırılmasını, açar söz araşdırmasını, backlink yaradılmasını və content strategiyalarını əhatə edir. SEO xidməti, müştərilərin saytlarını daha geniş auditoriyaya təqdim etməyə kömək edir və beləliklə, onların online mövcudluğunu artırır.
Effektiv SEO strategiyaları, daha çox trafik çəkmək, müştəri cəlb etmək və satışları artırmaq məqsədini gözdən keçirir. Bunun üçün axtarış motorlarının alqoritmlərini yaxşı başa düşmək, dəyişiklikləri izləmək və müasir trendləri tətbiq etmək vacibdir.
SEO xidmətinin mühüm aspektləri aşağıdakılardır:
Açar söz analizi: Hədəf bazarını yaxşı tanımaq və müştərilərin istifadə etdiyi axtarış terminlərini müəyyən etmək.
On-page optimallaşdırma: Saytın strukturu, meta tag'lər, başlıqlar və məzmunun keyfiyyəti üzərində işləmək.
Off-page optimallaşdırma: Backlink strategiyaları, sosial media və digər veb resurslar üstündə çalışma.
Təhlil və hesabat: Saytın trafiki, müştəri davranışları və SEO strategiyalarının uğurları ilə bağlı statistikaları izləmək.
Bütün bu elementlər bir araya gələrək, saytların axtarış motorlarında daha yüksək nəticələr əldə etməsinə kömək edir. İllərlə təcrübəyə malik olan mütəxəssislərlə əməkdaşlıq etmək, SEO strategiyalarının səhvsiz və səmərəli həyata keçirilməsini təmin edir. Bu zaman, biz müştərilərin spesifik ehtiyaclarına uyğun fərdiləşmiş xidmətlər təqdim edirik.
SMM Xidmet
Sosial media marketinqi smm xidməti, müştərilərin markalarını daha geniş bir auditoriyaya təqdim etməyə kömək edən mühüm bir vasitədir. SMM vasitəsilə markalar, sosial media platformalarında etibarlarını artıraraq, daha çox müştəri əldə edə bilərlər. Bu xidmət, markaların hədəf auditoriyaları ilə əlaqə qurmağı və onların diqqətini cəlb etməyi asanlaşdırır.
Bizim SMM xidmətimiz aşağıdakı aspektləri əhatə edir:
Sosial media strategiyası hazırlamaq
İçerik yaradılması və yayımlanması
Rekabet analizləri
İltifatlar və münasibətlərin idarə edilməsi
Sosial media reklam kampaniyalarının yaradılması
Yaxşı planlaşdırılmış bir SMM strategiyası, markanızın sosial şəbəkələrdə tanınmasına və müştəri iştirakı yaratmasına kömək edir. Eyni zamanda, sosial media platformalarında etkileşiminiz artdıqca, “seo xidmeti” imkanlarını artıraraq, saytınıza yönləndirmələri artırmalısınız. Bu, uzun müddətdə müştəri bazasının artmasını təmin edə bilər.
Bizim komandamız, markanızın məqsədlərinə uyğun bir SMM strategiyası hazırlayacaq və müsbət nəticələr əldə etmək üçün mütəmadi olaraq performansı analiz edəcəkdir. Nəticədə, sosial media üzərindən markanızı daha da irəlilədəcəksiniz.
Saytlarin Hazirlanmasi
Saytların hazırlanması, müasir dövrdə hər bir biznes üçün vacib bir addımdır. Bu, yalnız onlayn mövcudluğunuzu təmin etməklə qalmır, eyni zamanda müştəri cəlb etməkdə, brend tanıtımında və satışların artırılmasında da əhəmiyyətli rol oynayır. SEO xidməti və SMM xidməti ilə birləşdirildikdə, saytların hazırlanması daha da təsirli bir strateji formalaşdırır.
Saytlarin hazirlanmasi prosesində ilk addım, məqsədli auditoriyanızı tanımaqdır. Hər bir sayt, müəyyən bir məqsəd üçün hazırlanır və bu məqsəd başa düşülmədən səhifənin strukturu və dizaynı yaradılması çətindir. Bu mərhələdə təhlil edilən faktorlar arasında istifadəçi təcrübəsi, məqsədli açar sözlər və bazar tələbləri ön plandadır. Burada SEO xidməti də devreye girir, çünki doğru açar sözlərin seçilməsi, səhifənizin axtarış motorlarında daha yüksək sıralanması üçün əhəmiyyətlidir.
Bir saytın dizaynı sadəcə gözəl görünüşdən ibarət deyil; eyni zamanda, istifadəçi dostu olmalı və ziyarətçilərin rahatlıqla məlumat axtara bilməsi üçün optimallaşdırılmalıdır. Bildiyiniz kimi, müasir saytlar mobil cihazlara da uyğun olmalıdır. Bu səbəbdən, saytların hazırlanmasında responsiv dizayna önəm verilməlidir. Həmçinin, yükleme sürəti, səhifənin optimallaşdırılması eynilə SEO bacarıqlarından asılıdır və bu, ziyarətçi məmnuniyyətini artırır.
Bütün bu mərhələlərdən sonra, saytın yayımı ilə yanaşı, onun mütəmadi olaraq güncəllənməsi də vacibdir. Bu, yalnız yeni məlumatların əlavə olunması məsələsi deyil; həm də axtarış motorlarında görünürlüğün artırılması üçün tələb olunan SEO strategiyalarının tətbiqidir. Beləliklə, saytların hazırlanması sadəcə bir başlanğıc deyil, həmçinin uzunmüddətli bir planın həyata keçirilməsinin bir hissəsidir.
Nəticədə, peşəkar bir yanaşma ilə hazırlanan saytlar, müştəri məmnuniyyətini artırmağın və brendinizi daha geniş kütlələrə tanıtmağın ən effektiv yoludur. SMM xidməti ilə birləşdirən bir strategiya, saytınızın onlayn görünürlüğünü artıraraq, müştəri cəlb etmə prosesini daha da gücləndirir.
1K notes
·
View notes
Text
Burdan başqa heç bir sosial şəbəkələrdə aktiv deyiləm. Tumblr konkret həyatımın bir parçası olub. O birilər artıq yad gəlir mənə. Əvvəlkitək uyğunlaşa bilmirəm. Ya da bunun bir mənası var, bütün hər şeydən soyumuşam..
44 notes
·
View notes
Text
"Yaxçı oğlan” haqqında bir məqalə.
Mən özümü tanıyandan yaşadığım cəmiyyətdə həmişə "filankəs yaxşı oğlandır", "yaxşı oğlan olsa idi, belə etməzdi" kimi insanları məlum kateqoriyalara aid edən söhbətlər eşidirəm. Hətta özüm də bu tip söhbətlərdən çox etmişəm, çünki mən də bu "qazanın" (cəmiyyət) içində bir "düyüyəm" (üzvəm). Amma insan oturub düşünür, fikirləşir, müşahidə edir, müqayisə edir, müzakirə edir, mübahisə edir və belə qərara gəlir ki, Azərbaycan insanının beynində refreş əməliyyatına böyük ehtiyac var.
Niyə Nürnberqdə Tomas öz dostu Arnolda demir ki, gedək filan universitetin qabağına, bəlkə qız tutduq? Niyə İstanbulda Əmrə öz dostu Meteyə demir ki, bu nə sırğadı, taxmısan, "qoluboysan"? Niyə Qahirədə Zeyn öz dostu Yəyha ilə qəlyan çəkərkən tüstü buraxan anda şəkil çəkdirmir və ya çəkdirib həmin şəkli sosial şəbəkələrdə "bu da mən" adı ilə yerləşdirmir? Niyə Helsingborqda Qustav öz dostu Erikla avtobusda gözlərini kiməsə zilləyib digəri gözünü çəkənədək axıra kimi baxmırlar? Niyə Təbrizdə Azad öz dostu Şəhriyar ilə "Samand" markalı maşınının qabağını qaldırmır və həmin maşınla "protiv" yolda sürmür? Niyə Valensiyada Fernando yolda tanımadığı adamlara yaxınlaşıb "Görürəm belə, yaxşı oğlana oxşayırsan, 20 peson olmaz? Tarragonaya getməliyəm, pulum yoxdur." demir? Niya Salonikidə öz nişanlısı Olivia ilə elə qızın məhləsində oturan Vasileosa həmin məhlənin cavanları yaxınlaşıb "camaatın anası-baysı var” demirlər? Niyə Varşavada Matşiek və dostu Stefanın boyunları yolda qarşılaşdıqları hər qızın dalıyca 180 dərəcə fırlanmır? Niyə Tibetdə Jangbu təsbehini kiminsə başına vurub onu sındırmır, sonra sındırdığı adamın nəfəs almağına söyüş qoyub onu səhv çıxartmır?
6 notes
·
View notes
Text
Sosial şəbəkələrdə bəzən elə insanlar qazanırsan ki, bir çox bioloji doğmalardan daha doğma olur.
38 notes
·
View notes
Text
📌Riyaziyyat İmtahan Mərkəzi
🎯Telegram:
https://t.me/mathexamcenterofficial
🎯İnstagram: https://www.instagram.com/mathexamcenterofficial
🎯Youtube: http://www.youtube.com/@mathexamcenterofficial
🎯TikTok: https://www.tiktok.com/@mathexamcenterofficial
👉Bizi digər sosial şəbəkələrdə izləməyi unutmayın
2 notes
·
View notes
Text
Sükutumu pozmaq qərarına gəldim. Bu Sosial şəbəkələrdə Xeyirxah işlər görən bəzi insanlar haqqında əlbətdə burda pis birşey yoxdu deyə bilərsiz.
Amma *riya* var.! və *riya* haqqında dinimiz yetərincə bəs qədər bəhs edib.
Və gələk İslam peyğəmbərinin dediyu sözə sağ əlin verdiyini sol əl bilməməlidir. Kufənin Yetim uşaqlarının həzrət Əli üçün süd gətirməyini (Ramazan ayında zərbətlənəndə) xatırlayaq.! Dedilər ki, 2 gün gözlədik və anladıq ki, gecələr bizə süd və yemək gətirən Möminlərin tənha əmiri Əli ibni Əbu talib idi.
13 notes
·
View notes
Text
Sosial Media Xidmətlərinin Lider Platforması
Panel, panel vurmaq azeri xidmətləri ilə Instagram, Facebook, TikTok və digər sosial şəbəkələrdə tam avtomatlaşdırılmış, keyfiyyətli və münasib qiymətli xidmətlər təklif edir. Xüsusilə, ucuz panel instagram həlləri ilə populyar olan AzMediaPanel, istifadəçi məmnuniyyətini əsas prioritet olaraq görür.
1 note
·
View note
Text
Salam.Buraya yeni gəldim. Həvəskar yazıçıyam və sizinlə ilk hekayəmi paylaşmaq istəyirəm. Xoş oxumalar.
İlahi-ədalət
Hər kəs zala toplaşmışdı. Çünki bu gün yeni çıxmış bir kitabın təqdimat mərasimi və imza günü idi. Kitabın yazarını hələ heç kim tanımırdı. Bu səbəbdən də insanlar maraq içində idilər. Kimisi kitab haqqında danışıb fikir bildirirdi. Kimisi də yazarın kim olduğu haqqında təxminlər edirdi. Bəziləri artıq marağına güc gələ bilməyib elə oradaca kitabı oxumağa başlamışdı. Nəhayət ki, mərasim başlamış, redaksiya heyətinin rəhbəri Adil bəy sözə başlamaq üçün kürsüyə keçmişdi. Hər kəs diqqətini ona yönəltmiş, səbrsizliklə onun danışmasını gözləyirdilər. Nəhayət ki, Adil bəy tamaşaçıların ona zillənən maraq dolu baxışlarını görüb boğazını arıtlayaraq sözə başladı:
-Salam!Hər vaxtınız xeyir olsun!Hamınız xoş gəlmisiniz! Bu gün burada hamımız yeni çıxmış bir kitabın təqdimat mərasimi və imza günü münasibətilə toplaşmışıq. Bu kitabın yazarı hələ çox gənc olsa da, yazarlıq qabiliyyəti ilə illərə meydan oxuyan yazarlardan heç də geri qalmır. Yazı tərzi ilə özünü çox gözəl ifadə edir. Kitabı oxuyandan sonra özünüz də bunun şahidi olacaqsınız. Kitab onun ilk kitabı olsa da, çox maraqlıdır. Adının "İlahi-ədalət" olmasından görünür ki, yazar bu kitabda dünyada baş verən pis və yaxşı hadisələri özünəməxsus şəkildə qiymətləndirib və lazım olanı mükafatlandırıb. Lazım olanı isə cəzalandırıb. Bu cür kitabı nəşr etmək mənim üçün böyük şərəfdir. İndi isə alqışlarınızla gənc yazar Damla xanım Əliyevanı kürsüyə dəvət edir və onu sizin hüzurunuzda bir daha təbrik edirəm. Gələcək əsərlərində də uğurlar arzulayıram. Damla xanım, buyurun kürsüyə! Siz də öz ürək sözlərinizi deyin!
Adil bəy sözünü bitirib kürsünün yanında qoyulmuş masa arxasına keçib oturdu. Daha sonra Damla tamaşaçıların alqış sədaları altında kürsüyə qalxdı. Üzündəki gülümsəmə tamaşaçıların qəlbini isidirdi. Hər kəs ona heyranlıqla baxırdı. Əyninə geyindiyi sadə, üçkünc yaxa, qolsuz don ona çox yaraşırdı. Üzündə yox dərəcəsində, sadə makyaj var idi. Bəzi qadınlar tünd makyajla gözəlləşib dəyişsə də, Damla tam əksinə, sadələşdikcə gözəlləşirdi. Yaşı 25 olsa da, istər görüntü istərsə də xasiyyət baxımından sadə insan olduğu üçün çox insan ona 17-18 yaş verərdi. Bu Damlanı çox sevindirirdi. Çünki o, qocalmaq fikrini özünə yaxın buraxmırdı. Sanki yaşı artdıqca daha da gəncləşirdi. Çox gözəl və zərif bir xanım idi.
Onsuzda həyəcanlı olan Damla tamaşaçıların heyran baxışlarını görüb birazda özünü itirmişdi. Lakin mütləq ürək sözlərini deməli idi. Nəhayət, birtəhər özünü ələ alıb danışmağa başladı:
-Hər vaxtınız xeyir olsun! Hər biriniz xoş gəlmisiniz! Çox sağ olun ki, əziyyət çəkib mənim kitabımın təqdimat mərasimində iştirak edirsiniz. Yazarlıq fəaliyyətinə başlamaq mənim ağlıma gəlməyən bir şey idi. Uşaq vaxtından bəri ədəbiyyat oxumağa çox böyük marağım olub. Ədəbiyyat oxumağı, xüsusilə də hekayə və nağıl oxumağı çox sevmişəm. Buna görə də 5 il əvvəl sosial şəbəkələrdə hekayə səhifəsində və qruplarında hekayə oxumağa başladım. Üzv olduğum qrupların istifadəçiləri çox gözəl insanlardı. Real həyatda tanımasam da, onların hər birini çox sevirəm. Çox olub ki, hekayə oxuyub aqressiv rəy yazmışam. Qəlblərini qırdığım zamanlar da olub. Əlbəttə ki, sonradan üzr istəmişəm. Nə qədər aqressiv də davransam mənə həmişə anlayış göstəriblər. Çünki əmin olublar ki, nə varsa dilimdədir. Ürəyimdə heç nə yoxdur. Aqressiv davranışlarımın səbəbi də budur ki, özümü oxuduğum hekayələrin qəhrəmanı olan obrazların yerinə qoymuşam. Çox həssas və emosional insan olduğum üçün də onların çəkdiyi əzabları öz qəlbimdə, ruhumda hiss etmişəm. Buna görə də çox aqressiv və qəddarcasına yazdığım rəylər olun. Ancaq qrup üzvü olan xanımlar mənim bütün şıltaqlıqlarıma dözüb, anlayış göstəriblər. Heç tanımadığım bu insanlar mənə ana oldu, böyük bacı oldu, dost oldu. Allah hər birindən razı olsun. Yenə də bir gün qrupda hekayə oxuyurdum. Hekayədəki bir obraz məni dəhşətli dərəcədə əsəbləşirdi. Çünki həmin xarakteri həm də adı mənim olduqca nifrət etdiyim bir insanla eyni idi. Hər zaman olduğu kimi yenə aqressiv rəylər yazırdım. Daha sonra hekayənin yazarı və qrupun admini olan xanımla söhbət etdim
Söhbət əsnasında ona həmin insanın kim olduğunu və ondan niyə nifrət etdiyimi danışdım. Mənə məsləhət gördü ki, yazmağa başla.Yazmaq səni rahatladacaq, nifrətini azaldacaq. Bu fikir ağlıma batdı. Beləliklə, artıq sadəcə hekayə oxumaqla kifayətlənməyib eyni zamanda hekayə yazmağa da başladım. Həqiqətən də yazmaq mənə çox gözəl təsir edirdi. Nisbətən sakitləşmişdim. Özümü yaxşı hiss edirdim. Yazdığım hekayələri həmin iki qrupda paylaşırdım. Oxunduğunu və bəyənildiyini gördükcə çox sevinirdim. Belə-belə yazdıqca yazdım. Daha sonra yazdıqlarımı bu redaksiyaya gətirdim. Redaksiyanın rəhbəri Adil bəy çox bəyəndi və nəticədə budur, bu gün mənim ilk kitabım "İlahi-ədalət"in təqdimat mərasimidir. Çox sevincliyəm buna görə.Bu sevincimin səbəbkarı olan, məni yazarlığa həvəsləndirən o gözəl insanı-Sevinc Ağayevanı sizin alqışlarınızla kürsüyə dəvət edib ona bir daha sizin hüzurunuzda öz minnətdarlığımı bildirmək istəyirəm.
Alqış sədaları altında kürsüyə gülər üzlü, hicablı, gözəl geyimli bir qadın yaxınlaşdı. Damlanı bağrına basıb öpdükdən sonra fəxrlə gülümsəyərək danışmağa başlayıb dedi:
-Mən də hər kəsi salamlayıram!Belə bir gündə burada olmaq çox gözəldir. Damla hər nə qədər bugünkü uğurunu mənə borclu olduğunu desə də, o bu uğuru özü qazandı. Mən sadəcə ona yol göstərdim. Özü istəməsə heç nə mümkün olmazdı. Mənə belə dəyər verdiyi üçün ona minnətdaram. İndi burada olmağım o deməkdir ki, Damla qədir-qiymət bilən, yaxşılıq itirməyən qızdı. Mənim bu cür hörmətimi saxlaması da bundan irəli gəlir. Əvvəllər aramızda mübahisələr də olub, düzdür. Amma Damlanın təmiz qəlbini gördükdən sonra ona əlimizdən gələn qədər anlayış göstərməyə çalışmışıq qrup üzvləri olaraq . O da sağ olsun bizə həmişə hörmət edib, dəyər verib. Damla, sənə bol-bol uğurlar arzulayıram. İnşallah daha gözəl əsərlər yazarsan və insanlar tərəfindən də, oxucular tərəfindən də hər zaman sevilərsən. Uğurların bol olsun.
Bunu deyib Sevinc Damlanı təkrar qucaqladı. Sonra Damla yenidən üzünü tamaşaçılara tutub dedi:
-"İlahi-ədalət" mənim ilk kitabımdır. Məni narahat edən,dünyada və cəmiyyətdə baş verən bütün pis hadisələri bu kitabda qeyd etmişəm. Pis şeyləri layiq olduğu kimi cəzalandırıb, yaxşı şeyləri isə çox gözəl mükafatlandırmışam.Arzum budur ki, bu kitabda olduğu kimi həyatda da hər zaman doğruluq və düzlük qalib gəlsin. Çox sevdiyim bir psixoloqun da dediyi kimi-Qaranlığı lənətləmək lazım deyil! Bacarırsansa, işıq yandırıb o qaranlığı aydınlığa qovuşdur! Mən də bu kitab vasitəsilə az da olsa qaranlığı aydınlığa çıxarmağa çalışdım. Ümid edirəm ki, bəyənərək və sevərək oxuyub lazım olan dərsi çıxarırsınız. Diqqətinizə görə təşəkkür edirəm.
Damla sözünü bitirib kürsüdən Sevinclə birlikdə düşdü. Daha sonra kitabın imza mərasimi başlamışdı. Damla kitabları imzalayarkən Sevinc yenə də yanında idi. Getmək istəsə də, Damla izn verməmişdi. O, bugünkü uğurunu Sevincə-onu yazarlığa həvəsləndirən bu gözəl qəlbli insana borclu idi. Ona görə də Sevincdən xahiş etdi ki, bu gün bitənə qədər onun yanında olsun. Damlanın təkidini görən Sevinc razılaşmışdı.
Təqdimat və imza mərasimi bitdikdən sonra bu gözəl gün restoranda davam edirdi. Ailəsi və yaxınları bu günün şərəfinə Damla üçün şənlik təşkil etmişdilər.Təbbi ki, sevimli qonaq qismində yenə də Sevinc iştirak edirdi. Hər kəs deyib-gülür, əylənirdi.
Qəfildən gələn səslə çalınan musiqi yarımçıq kəsildi. Hər kəs səs gələn tərəfə çevrilib nə baş verdiyini anlamağa çalışırdı. Gördükləri mənzərə qonaqları təəccübləndirmişdi.Ofisiant bir qadının qolundan tutub acıqla deyirdi:
-Ay xala! Bura girmək olmaz! Gəl çıx çölə! Müdir görsə mənə çox hirslənəcək! Tez ol! Çıx!
Bunu deyib ofisiant qadını az qala sürüyərək çölə çıxarmağa çalışır, eyni zamanda ona kobud sözlər deyirdi. Qadın isə getməmək üçün ofisianta müqavimət göstərir, onun əlindən çıxmağa çalışırdı.
Bu mənzərə Damlanı və eləcə də orada oturan hər kəsi məyus etmişdi. Ona görə də Damla dərhal ayağa qalxıb onlara yaxınlaşdı. Qadının qolundan tutub özünə tərəf çəkdi və bir qolu ilə qadını qucaqladı.
Ofisiant Damlanı görüb günahkar nəzərlərlə gözlərini ona zillədi. Üzünü Damlaya tutub narahatlıqla dilləndi:
-Üzr istəyirəm, Damla xanım! Çölə çıxarmaq istədim, əlimdən qaçıb bura girdi. Siz narahat olmayın. İndi bu dəqiqə onu çölə çıxaracam.
Bunu dedikdən sonra yenidən qadının qolundan tutmaq istəyəndə Damla qadını biraz da özünə sıxıb, ofisiantın əlini geri itələdi. Sərt şəkildə ona dedi:
-Siz nə edirsiniz belə?! Adam xanımla belə rəftar edər?! Heç utanırsan?! Anan yaşında qadındı. Adam belə edər?! Bəllidir ki, acdı. Nə olar ki, iki tikə bir şey versəniz?!
Ofisiant təəssüf və narahatlıqla cavab verdi:
-Damla xanım, Bunlardan gündə neçə dənəsi gəlir! Hamısına yemək versək, batarıq təmiz! Həm mənlik bir şey yoxdur. Müdirimiz tapşırıb ki, bunları içəri buraxmayaq. Xahiş edirəm, icazə verin onu çıxarım bayıra. Sonra müdirimiz mənə hirslənəcək.
Damla ofisianta etiraz olaraq qadının əlindən möhkəm tutub qəti şəkildə dedi:
-Bu qadın biz burdan çıxana qədər bizim yanımızda qalacaq! Yediyi-içdiyi hər şeyi mən ödəyəcəm! Lazım olsa əlavə ödəniş də edəcəm. Amma bu qadın heç yerə getməyəcək! Əgər bu qadını çölə çıxarsan, hamımız onunla birlikdə gedəcəyik! Elə edəcəm ki, bir də bu restorana heç kəs gəlməsin! Müdiriniz onda daha çox hirslənəcək, əmin olun!
Ofisiant həyəcan və narahatlıqla cavab verdi:
-Damla xanım, məni çətin vəziyyətdə qoyursunuz axı! Müdirimiz görsə, mənə çox acıqlanacaq! Başa düşürsünüz?! Mən işimi itirə bilərəm!
-Narahat olma! Lazım olsa, müdirlə özüm danışaram! Heç kim səni işdən azad edə bilməz. Məsuliyyət mənimdi. Əgər çıxarılsan, şəxsən özüm sənə iş tapacam! Söz verirəm! İndi isə gedə bilərsən!-deyə Damla fikrindən dönməyərək sərt şəkildə cavab verdi.
Ofisiant narazı halda başını yelləyib çölə çıxdı. O getdikdən sonra Damla qadını özü ilə bərabər masaya gətirdi. Stulu oturduqdan sonra qarşısındakı boşqaba yemək çəkib qadının qabağına qoydu. Mehribanlıqla gülümsəyərək dedi:
-Çəkinmə xala! Rahat-rahat yeməyini ye.Heç kim sənə zərər verə bilməz burda.
Qadın Damlaya baxmadan dərhal yeməyi yeməyə başladı. Uzun müddətdir ki, ac olduğu bilinirdi. Paltarları köhnə, üst-başı pərişan halda idi. Ruhi xəstə olduğu hər halından bəlli idi.Yeməyini bitirdikdən sonra qadın başını qaldırıb Damlanın üzünə baxdı və gülümsədi. Danışa bilmirdi. Ona görə də yəqin ki, öz aləmində Damlaya minnətdarlığını bildirirdi. Damla da qadına gülümsəmə ilə qarşılıq verdi.
Lakin birdən Damlanın üzü dəyişdi. Rəngi ağardı. Heyrətdən gözləri böyüdü. Sanki şok olmuşdu. İlahi, axı bu necə ola bilərdi ?! Bu, yuxu deyildi. Qarşısında dayanan qadını çox yaxşı tanıyırdı. Ancaq onu illər sonra bu vəziyyətdə görməyi ağlına belə gətirməzdi. Həm də bu gün! İlk kitabının çıxdığı gün! Bu təsadüf idi yoxsa qismət? Bu suala cavab vermək çox çətin idi.
Damlanın şok olduğunu görən anası Dilbər xanım və atası Fazil bəy narahat halda ayağa qalxıb ona yaxınlaşdılar. Anası qızının əlindən tutub soruşdu:
-Nə olub, Damla?! Əlin buz kimidi! Niyə bu vəziyyətə düşdün?!
Bunu deyib Dilbər xanım da diqqətlə qadına baxdı. Az sonra o da qızı kimi heyrətə gəldi. Fazil bəy də təəccüb və heyrət içində idi. Hər üçü şok vəziyyətdə bir-birinə baxır. Lakin heç biri ağzını açıb tək kəlmə danışa bilmirdi. Hər kəs diqqətlə onlara baxır, bir açıqlama gözləyirdilər. Nəhayət ki, Damlanın rəfiqəsi Nur yaranmış sükutu pozaraq dilləndi:
-Damla! Bir söz de görək! Nə oldu sizə? Tanıyırsan bu qadını? Kimdi bu qadın?
Damla özünü biraz toplayıb göz yaşları içində sözə başladı:
-Hər birinizə maraqlıdır ki, görəsən bu qadın kimdi? Burada nə işi var? Niyə bu vəziyyətdədi? Elə isə cavab verim. Niyə bu vəziyyətdə olduğunu mən də bilmirəm. Amma o cür xasiyyətlə bu vəziyyətə düşmək normaldır. Bu qadın mənim həyatımda silinməz izlər qoyan, qəlbimdə və ruhumda sağalmaz yaralar açan ibtidai sinif müəllimim Mətanət müəllimidir. Onu heç bir zaman bağışlamayacağımı demişdim. Amma həyat mənim yerimə ondan çox gözəl əvəz çıxıb. Çünki ağıl qədər dəyərli bir nemət yoxdur. Ağlını itirmək həyatını itirməkdən daha əzablıdır.Bu qadın hal-hazırda yaşamır ki. Sürünür. Çox ədalətli cəza olub həqiqətən də. Bu qadın hər zaman yaxşı oxuyan şagirdləri sevdi. Şagird zəif oxuyanda onu az qala vətən xaini elan edirdi. Onun aləmində oxumayan və ya oxuya bilməyən şagird nəfəs belə almayaydı gərək. Onlara həm fiziki həm də psixoloji cəhətdən işgəncə verərdi. Təəssüf ki, mən də çox yaxşı oxuyan şagird deyildim. Ona görə də o işgəncələrə mən də məruz qalmışam. Ehh... Bu qadının zülmləri saymaqla bitməz ki... Hansı birini deyim?! Xətti səliqəsiz olan uşaqların dəftərini iplə boynuna keçirib qonşu sinifləri gəzdirərək o uşaqları biabır etməsinimi?! Sinfin əlaçılarını qaldırıb dağ başına qoyub, zəif oxuyan uşaqları onların ayaqları altına atmasınımı?! Əlli qəpik pula görə məni hönkür-hönkür ağlatmasınımı? Dərsini zəif oxuyur deyə uşaqları vəhşicəsinə döyməsinimi?! Saymaqla bitməz bu qadının zülmləri, günahları! Şagird zəif oxuyursa, uzaqbaşı 2 yazarsan olar bitər. Ya da valideynlərinə deyərsən ki, uşaq yaxşı oxumur. Daha onu vəhşi kimi qalıb çubuqla döyüb, təhqir edib qürurunu sındırmaq nəyə lazımdı?! Amma yox, bu qadının dərdi bizim oxumağımız, yaxşılığımız deyildi ki! O özünü başqalarına göstərmək üçün bizdən istifadə edirdi! Biz onun üçün həm də "yarış atı" idik. O biri müəllimlərlə bizdən istifadə edərək yarışmaq bu qadının dərdi! " Atlar" yaxşı qaçmayanda bu qadın onlara işgəncə edirdi! Ancaq Allahın işinə baxın ki, bu gün həyat onu "sinfin qaymaqları" adlandırdığı vaxtilə əlaçı olan şagirdlərinin yox, həmişə yuxarıdan aşağı baxdığı qızın-mənim yanıma gətirdi. İlahi-ədalət bax, budur!
Damlanın göz yaşları içində dediyi bu sözlər hər kəsi çox təsirləndirmiş, göz yaşına boğmuşdu. Qadın ağlını itirsə də, ruhu bütün bu olanların fərqində idi. Xəcalət hissi ilə Damlaya baxaraq göz yaşı tökürdü. Baxışları ilə Damladan sanki bağışlanmaq diləyirdi. Birdən dizləri üzərinə çöküb Damlanın ayaqlarını qucaqladı və ürəkdağlayan bir hönkürtü ilə ağlamağa başladı. İllərin peşmançılığı, bağışlanmayan günahların nəticəsi idi bu hönkürtü, bu çarəsizlik.
Damla onun qollarından tutub ayağa qaldırdı. Qəzəb dolu baxışlarını qadının peşmançılıqla yaş axıdan gözlərinə tikib dedi:
-Mətanət "müəllim"! Sizi bəlkə 25 yaşlı Damla bağışlayar! Amma 50 qəpik pula görə lövhənin qarşısında göz yaşı tökdürdüyünüz, bəzən hətta günahsız yerə cəza verdiyiniz ,fındıq qabığını doldurmayan səbəblərlə döyməkdən çəkinmədiyiniz Damla heç vaxt sizi bağışlamaz! Hətta qəddarlığınız o yerə çatmışdı ki, ifadə yazanda ayın tarixini 2 dəqiqə gec yazdım deyə də məni döymək istəmişdiz! Necə keçsin o Damla sizin günahınızdan?! Hardadı indi məni günahsız olduğum halda üzr istəməyə məcbur etdiyiniz Aylin?! Niyə indi onun yox, mənim yanımdasınız?! Bilirsiniz niyə?! Çünki haqq və ədalət deyə bir şey var! Siz zamanında hər nə qədər bunu yaddan çıxarıb zülmlər etsəniz də, haqq və ədalət əvvəl-axır öz yerini tapır! Eynilə bu gün tapdığı kimi! Çətinliklə olsa uğur qazanmağı bacardım! Yazar oldum! Bu gün mənim ilk kitabım çıxdı! Sizin və həyatımdakı bir çox insanın etdiyi zülmlərə baxmayaraq mən bunu bacardım. Kitabımda olduğu kimi həyatımda da İlahi-ədalət gec də olsa öz yerini tapdı. Sizi bağışlamağımı istəyirsinizsə, onda mənə itirdiyim uşaqlıq zamanlarımı, əzab içərisində keçən məktəb vaxtlarımı geri verin! Verə bilmirsiniz?! Deməli, bağışlanmağı istəməyə də haqqınız yoxdur! Siz məni və sinfin digər zəif oxuyan uşaqlarını həmişə ayaqaltı etdiniz! Sonrakı illərdə ikiüzlü olmağı bacaranlar problem yaşamadı! Amma mənim vicdanım yol vermədi elə davranmağa! Buna görə də həmişə əzab çəkdim! Dəyərsiz oldum! Mənə həmişə sinfin əlaçıları ilə rəfiqə olmağı tapşırırdız! Amma onlara bir dəfə də olsun demədiniz ki, Damlanı incitməyin! O sizin kimi deyil! Çox həssasdı! Sizin üzünüzdən 11 illik məktəbli həyatım cəhənnəm əzabı kimi keçdi! Əslində xarakter olaraq mənə heç uyğun olmayan qızları gözümdə çox böyütdüm. Onlarla dost olmağa çalışdıqca da dəyərsiz oldum onların gözündə! Bunun tək səbəbkarı sizsiniz! Siz onları həmişə üstün tutdunuz! Beynimə yeritdiniz ki, onlar yüksəkdədi! Mən də daima o yüksəkliyə qalxmaq istədim! Amma alınmadı! Buna görə də çox əzab çəkdim! İllər sonra anladım ki, onlar yüksəkdə deyilmiş! Siz onları mənim gözümdə əlçatmaz etmisiniz! Özgüvənim olmadığı üçün də çox əzab çəkdim o qızlar üzündən! Madəm ki, mənim həyatımın ən gözəl günləri geri dönə bilməz, sizin də bağışlanmaq kimi bir şansınız yoxdur o zaman! Nə siz nə də başqa insanlar mənə acımadı! Amma mən nə olursa olsun mərhəmətimi itirmədim! Sırf sizin kimi olmaqdan qorxduğum üçün müəllim olmağı rədd etdim! Amma kaş ki, etməzdim. Bunun peşmançılığını ömür boyu çəkəcəm! Əslində bu iş üçün yarandığımı çox sonralar başa düşdüm! Amma sonrakı peşmançılıq fayda verməz təəssüf ki! Müəllim olub sizə əsl müəllim necə olur göstərə bilərdim! Sizi ömrümün sonuna qədər bağışlamaq fikrim yoxdur! İndi isə əyləşin! Şənlik bitdikdən sonra gəldiyiniz yerə gedə bilərsiniz!
Damla bunları deyib ağlayaraq çantasını da götürüb otaqdan çıxdı. Ardınca Dilbər xanım çıxsa da , ona biraz özünü toplayıb makyajını da düzəldib gələcəyini deyərək anasını otağa geri göndərdi. Ayaqyoluna gedib bir xeyli ağladıqdan sonra makyajını düzəltdi. Bu günü heç belə xəyal etməmişdi. Amma əslində yaxşı olmuşdu. Ürəyində artıq Mətanət müəllimə qarşı kin yox idi. Bütün ürək sözlərini demiş, ondan etdiklərinin hesabını soruşmuşdu. Sözsüz ki, onu bağışlamaq fikri yox idi. Amma içində qalan şeyləri demək onu olduqca rahatlatmışdı.
Damla özünü qaydaya salıb təkrar otağa qayıtdıqdan sonra hər kəsin diqqəti onun üzərində idi. Mətanət "müəllim" hələ də hönkürərək ağlamağa davam edirdi.
Gələn qonaqlar içində 15 yaşlı bir qız da var idi. Adı Zeynəb idi. Damla onu çox sevirdi. Damlanın yaş kompleksi yox idi. Ona görə də Zeynəblə yaxşı yola gedirdilər. Zeynəb də onu çox sevirdi. Damla lazım gələndə onun rəfiqəsi, lazım gələndə isə böyük bacısı ola bilirdi. Özü çox əzab çəkmişdi. Ona görə də özünə söz vermişdi ki, yaşı ondan az olanlara həmişə sevgi və şəfqətlə yanaşsın. Belə də edirdi. Azyaşlılar onu çox sevirdilər. Yaşını göstərmədiyi üçün çox vaxt onlardan seçilməzdi heç.
Damla masaya yaxınlaşıb Zeynəbin əlindən tutdu və özü ilə bərabər Mətanət "müəllim"in yanına gətirdi. Üzünü Zeynəbə tutub dedi:
-Zeynəb, mən sənin həm rəfiqən həm də böyük bacınam, düzdür?
Zeynəb başını razılıq əlaməti olaraq yelləyib dedi:
-Əlbəttə ki, eləsən bacı. Nə olub ki? Niyə soruşursan?
-Mənə düzünü de! Sən hələ də ibtidai sinif müəllimi olmaq istəyirsənmi? -deyə Damla soruşdu.
-Əlbəttə ki, istəyirəm.-deyə Zeynəb cavab verdi.
Damla dərindən nəfəs alaraq hər iki əli ilə Zeynəbin çiyinlərindən tutdu və gözlərinə baxaraq dedi:
-Elə isə bacına söz ver! Söz ver ki, ilk öncə əxlaqlı və gözəl ürəyə sahib insan olacaqsan! Şagirdlərinə hər şeydən əvvəl insan olmağı öyrədəcəksən! Savadlı şagirdlərdən əvvəl sinfin dəcəl, sözəbaxmayan, zəif oxuyan uşaqlarını sevəcəksən! Onlara iki qat artıq sevgi və şəfqət göstərəcəksən! Onların təkcə müəllimi yox, həm də mənəvi anası olacaqsan. Söz verirsənmi?
Zeynəb gülümsəyərək Damlanın əlindən tutub dedi:
-Söz verirəm, bacı! Söz verirəm ki, əvvəl çox yaxşı insan sonra da çox yaxşı müəllim olacağam. Şagirlərimi çox sevəcəm.
-Bax!-Damla Mətanət müəllimi göstərib dedi - əgər onun kimi olub şagirdlərinə zülm edəcəksənsə xahiş edirəm, olma müəllim!Olma ki, mənim kimi şagirdlər əzab çəkməsin!
Bunları deyib Damla yenə ağlamağa başladı. Zeynəb onun göz yaşlarını silib dedi:
-Yox, bacı! Olmayacam! Söz verirəm! Mən şagirdlərimi incitməyəcəm! Onların çox sevəcəm. Görəcəksən!
Zeynəb bunu dedikdən sonra Damla onu bağrına basıb öpdü. Daha sonra üzünü orada otaqdakı hər kəsə tutub dedi:
-İnsanın həyatında üç nəfər çox önəmli rol oynayır: Ana, ata və müəllim! Əgər həyatınızdakı ibtidai sinif müəllimi yaxşı olarsa, gələcəyiniz çox parlaq olar. Yox, əgər Mətanət "müəllim" kimi olarsa, ortaya mənim kimi məktəb vaxtları əzab içərisində keçmiş insanlar çıxar. Müəllimlik çətin olsa da, çox şərəfli peşədir. Bu peşə ilə oyun olmaz. Çünki müəllim gələcək və cəmiyyət üçün bir insan yetişdirir. Allaha şükür ki, mən gec də olsa özümü bu həyatda təsdiq etdim. Uğur qazandım. Ancaq yaşanması mümkün ikən yaşaya bilmədiyim xoşbəxtliklər içimə dərd olub. Əgər bir gün onları yaşaya bilsəm, bu həyatda əsl xoşbəxtliyi dadmış olacağam. Çox xahiş edirəm ki, müəllimlik sənətinə hər kəs ciddi yanaşsın. Müəllimlər şagirdlərini hər şeydən öncə insan kimi sevsin, hörmət etsin, dəyər versin. Yalnız bunu etməyi bacaran insanlar müəllim olsa , heç bir şagird mənim kimi əzab çəkməz.
Damla sözünü bitirib yerinə əyləşdi. Şənlik bitdikdən sonra restorana təcili yardım çağırdılar. Onlarla birlikdə polislər də gəlmişdi. Sorğu-sual nəticəsində məlum oldu ki, Mətanət müəllim iki gün əvvəl Psixiatriya Mərkəzindən qaçıb. Yaxınları polisə xəbər verib. İki gündür ki, axtarışda imiş. Təcili yardım həkimləri və bir neçə yaxını zorla da olsa onu maşına mindnirib xəstəxanaya apardılar.
SON
1 note
·
View note
Text
Mosbet: Onlayn Kazino Və Idman Mərclər
Mosbet: Onlayn Kazino Və Idman Mərcləri Mostbet-27 O’zbekistonda Tikish Va Kazino: Qisqacha Ma’lumo Content Suallarınız Var? – Sosial Şəbəkələrdə Mostbet Azərbaycan Ilə Əlaqə Qurun Mostbet Mobil Və Proqramlar Mostbet” “27 Giriş Qumar Lisenziyası E-poçt Vasitəsilə No First Deposit Bonus At Mostbet In Bangladesh ✔ Mostbet-27 Bahis Şirketi Yeni Başlayanlar Için Iyi Bir Seçim Mi? 👉 Bir Oyuncu Kaç…
View On WordPress
0 notes
Text
Mostbet AZ İcmalı 2023 ️ Azərbaycanda mərc və onlayn kazino
Content Suallarınız var? – Sosial şəbəkələrdə Mostbet Azərbaycan ilə əlaqə qurun Mostbet-AZ90 Bukmeker və Kazino Azərbaycanda Minimum Depozit: Mostbet Azerbaijan Casino Bonusları Proqramı Android və ya iOS cihazları üçün necə yükləyə bilərəm? Virtual İdman 💳 Mərc oyunlarında nə qədər məbləğ qazana bilərəm? 💵 Mərc oyunlarından necə bonus qazana bilərəm? ❓ Mostbet AZ-90 nədir? Mostbet-də canlı…
View On WordPress
0 notes
Text
MostBet Azərbaycan bukmeker kontoru haqqında ümumi baxış-icmal Информация от компаний Баку
Content Mərc marketləri – hadisələrin nəticələri siyahısı Mostbet AZ bukmeker hakkında MostBet bukmeker kontorunun lisenziyası, güvənirliliyi və təhlükəsizliyi Bu yay Borussia Dortmund-u kim tərk edə bilər Rəsmi Mostbet saytına daxil olun Mostbet Aviator game: Necə Oynamaq olar What are the Peculiarities of the Mostbet Partnership? Sosial Şəbəkələrdə Bizi İzləyin Mostbet-də Game Aviator in veb…
View On WordPress
0 notes
Text
FƏZAİL AĞAMALI: “BİZ DƏ ƏLİMİZDƏN GƏLƏNİ ETMƏLİYİK Kİ, ƏRDOĞAN QALİB GƏLSİN” - KILICDAROĞLU ABŞ-IN LAYİHƏSİDİR
Türkiyədə mayın 14-də keçirilməsi gözlənilən Prezident seçkiləri Azərbaycanda da böyük maraq və həyacanla izlənilir. Ölkəmizdə hazırki Prezident Rəcəb Tayyib Ərdoğanı və onun əsas rəqibi Kamal Kılıcdaroğlunu dəstəkləyənlər var.
Hətta sosial şəbəkələrdə hər iki şəxsin fərqi barədə geniş izahatlar verilir.Bəzi Azərbaycanlılar iddia edir ki, Ərdoğan hakimiyyətdə qalmasa, Türkiyənin ənənəvi dəstəyindən məhrum olacağıq. Ancaq fərqli düşünənlər isə bildirir ki, Türkiyə tarixin bütün məqamlarında Azərbaycanın yanında olub.
AVP sədri, millət vəkili Fəzail Ağamalı Gununsesi.info-ya açıqlamasında qardaş ölkədəki durumdan danışıb. Partiya sədrinin sözlərinə görə, Azərbaycanla Türkiyə iki qardaş dövlətdir: “Ancaq Türkiyə Ərdoğanın hakimiyyəti dövründə olduğundan bizə daha yaxın olmayıb. Yəqin ki, xatırlayarsınız, Kəlbəcər işğal olunan zaman Elçibəy mülki əhalini köçürmək üçün Dəmirəldən helikopter istəmişdi, amma bunu vermədilər. Tarixdə belə məqamlar da olub.
Məşhur “Surix protoklu”məsələsində də bir xəyal qırıqlığı yaşadıq. O zaman hər iki ölkənin ictimi-siyasi elitası, sadə xalqı buna qarşı çıxdı. Ərdoğan Bakıya gəldi və parlamentdə söz verdi ki, Azərbaycan torpaqları azad edilməyənədək heç bir sərhədd açılışından söhbət gedə bilməz.
Sonradan yeni dövr başlandı. Bu prosesi isə İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti istiqamətləndirdi.
Məhz bu dövrdən sonra Ərdoğan ərəb dünyasından daha çox türk dünyasına kökləndi. İlham Əliyevin müdrik gələcəyə həfədlənmiş Türk Dövətlər Şurasının yaradılması təşəbbüsü və sonrakı proseslər Türkiyəni bizə daha da yaxınlaşdırdı”.
Fəzail Ağamalının sözlərinə görə, Azərbaycanın Ermənistanla son müharibədə Rusiyanın ciddi maneçiliyi ilə üzləşməməsinin səbəbi Türkiyə olub: “Ərdoğan Putinə açıq söylədi ki, əgər Ermənistanın yanında dayanaqsansa, biz də Azərbaycanla bərabər bu müharibədəyik. Onda Rusiya geri çəkildi. Ona görə də hesab edirəm ki, Azərbaycan xalqı üçün Ərdoğanın bu seçkini qazanması daha məqbuldur.
Kamal Kılıcdaroğlu ABŞ-ın layihəsdir. Əgər o seçilsə, Türkiyənin də müstəqilliyi təhlükə altına düşər. Biz də qanunların imkan verdiyi çərçivədə Ərdoğanın seçilməsi üçün əlimizdən gələni etməliyik”.
“Gununsesi.info” saytı
Pərviz
13 mart 2023-cü il
0 notes
Text
DÇ-2022:
Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşan Qətər yeni ideya həyata keçirməyə başlayıb. Metbuat.org xəbər verir ki, təşkilatçılar muzdlu azarkeş yığır. Bu barədə AP agentliyi məlumat yayıb. Qətər bir neçə ölkədən 1600 azarkeş “almağı” planlaşdırır. Niderland millisinin azarkeşlərinin nümayəndəsi Leon van der Vilk məlumatı təsdiqləyib: “Açılış matçı ilə bağlı planımız var. Bundan başqa,…
View On WordPress
#aparmalı#azarkeş#azarkeşin#etməlidir#Ərəblər#haqqında#iştirak#matçında#məlumat#məqsədi#müqabilində#müsbət#ödəyir#ölkəni#paylaşımlarla#Qətərin#qonaqlar#sahibliyi#şəbəkələrdə#tanıtmalı#təbliğat#təcrübəsi#təşkilatçılar#xərclərini#yaranacağından
0 notes
Photo
#ŞOK XƏBƏR: Sosial şəbəkələrdə təxribatçı dini çıxışlar edən qadın erməni əsilli imiş… - FOTOFAKT gönderdi
0 notes
Text
Buranı qorumaq lazımdır.
Əgər uzun müddətdir ki, Tumblr istifadə edirsizsə, nə demək istədiyimi daha yaxşı anlayacaqsız. Buranı dəyərli edən başlıca amillərdən biri, Tumblr'ın digər sosial şəbəkələr qədər aktiv istifadə olunmaması idi. Əvvəllər buradan istifadə edən insanlar, buranı evi olaraq görürdü. Sanki insanlar burada daha fərqli biri idi, real həyatda və digər sosial şəbəkələrdə daha fərqli. Bura onlara doğma gəlirdi. Çünki burada onlar fikirlərinə, əməllərinə, hərəkətlərinə görə dəqiqə başı qınanılmırdı. Burada öz fikirlərini bölüşmək tam sərbəst idi. Heç kim sənə anonim olub, səni təhqir etməz, nədə ki, boş-boş suallarla baş-beynini xərəb etməzdi. Əvvəl ki, Tumblr istifadəçiləri daha səmimi, daha içdən, daha hörmətcil idi. Amma indi Tumblr istifadə edən əksər insan, səmimiyyəti çox yalnış anlayır. Onlar heç tanımadığı blogların hər postunun altına mənasız rəylər yazıb, özlərini səmimi zənn edirlər. Hörmətə qalsa, yenilərinin əksəriyyətinin digər blogların fikirlərinə qarşı hörmət etməkdən, heç xəbəri belə yoxdur. Bu kütlənin əksəriyyəti Tumblr postlarının instagram, twitter, Tik-tok'da paylaşılmasından sonra buraya axın etdi. İndi isə onlarların sayı, əsl Tumblr istifadəçilərinin sayını ötüb keçir. Bəlkə fərqində deyilik, amma onlar bizim “ Evimizi ” İyrənc düşüncələri və hərəkətləri ilə xarabaya çeviriblər. Onlara görə artıq Tumblr əvvəl ki, kimi hiss etdirmir. Əvvəllər bura girər-girməz insana doğmalıq gələrdi. İndi isə sanki heç tanımadığın bir ölkədə, heç tanımadığın insanların arasına düşmüş qərib kimi hiss edirsən. Nəysə, çox danışdım. Bunu yazmaq istədim, çünki öz yuvamız kimi sevib, qoruduğumuz Tumblr öz əllərimizdən arasından yavaşca sürüşüb gedir. Sözüm bundadır ki, gəlin öz evimizə sahib çıxaq. Çünki, sayımız az qalıb. Biz unudulmaz Tumblr dövründən geriyə qalan sonuncu nəsilik...
170 notes
·
View notes
Text
Sanki bütün problemlərimi həll eləmiş kimi hiss eliyirəm. Yuxu rejimim düzəlib, təbiət, sakitlik, hüzur deyəsən mənə yaxşı gəlib. Beynimdəki düşüncələrin çoxu boşalıb, sosial şəbəkələrdə daha az vaxt keçirirəm. Bəlkə də doğulub, böyüdüyüm yerdən bir müddətlik uzaqlaşmaq, insanlardan uzaqlaşmaq və birdə çox düşünməmək yaxşı təsir eliyib mənə.
29 notes
·
View notes