Text
Mən səndən uzağa getsəmdə bil ki,
Cismindən uzağam, ruhuna yaxın
Soyuqluq göstərdim o anda sanki,
Əllərim uzanıb əlinə yaxın
Qaldı xatirələrim keçmişdə sənsiz
Əllərim axtardı əlini sənin
Amma ki soyuqluq qaldı yerində
Yandı gecələri ürəyim sənsiz
Gözlərim gəzirdi yolunu sənin,
Ay səma gözlü sevgilim mənim.
Sən məndən kənara oldun həvəsli,
Sən demə səninki keçən həvəsdi.
Axtardı hər yerdə gözlərim səni
Səninsə gözlərin gəzdi hər yeri
Bizim limanda batdı o gəmi
Qurtara bilmədik xatirələri
11 notes
·
View notes
Text
Başını yuxarı qaldır, səmaya bax və dərindən nəfəs al… gülümsə və de:
“Həyat çox gözəldi”
Pozitiv düşün, müsbət enerjidən özünə bir marnitli şit qur, ancaq gözəl enerjini çəksin özünə. Və ən əsası buna inan. İnanmaq işin 50 faizidir.
22 notes
·
View notes
Text
Bir sorğu keçirmək istəyirəm…
Siz elə zamanlarınız olurmu ki, deyirsiz məni qoruyan bir varlıq var ?
27 notes
·
View notes
Text
Artıq kiməsə sevgi göstərəcək vəziyyət qalmayıb… çönüb baxanda anlayırsan bir adama o qədər sevgi göstərmisən ki, özün özünə artıq əsəb göstərə bilirsən. Çünki bitib artıq həvəsin, yaşam sevincin. Gül alıb belə sevgi göstərsəydim otağımı cənnətə çevirərdi artıq, indiki kimi cəhənnəmə yox.
25 notes
·
View notes
Text
İlk zamanlar həmişə bir həyəcan olur, ürəyin yerindən çıxacaqmış kimi döyünməyə başlayır, söhbətləşdikcə səsin əsməyə başlayır, çox sakit tonda danışmağa başlayırsan. Zamanla tanımağa başladıqca araya rahatlıq girməyə başlayır, artıq ürək döyüntüsü tezləşmir, səs tonu əvvəlki kimi olmamağa başlayır, toxunuşlar sakitləşdirmir artıq əksinə əsəb verməyə başlayır və bir də baxırsan ki, artıq zaman sizi elə bir yerə gətirib ki, aradakı həyəcan itib.
15 notes
·
View notes
Text
Yazılacaq planlardan, atılacaq addımlardan ən dəhşətlisi səssizlikdi. Bağır, çağır, qışqır, vur, sındır, parçala amma səssiz qalma. İnsana edilməz bu.
30 notes
·
View notes
Text
Əslində hər kəsin ürəyində gizlətdiyi bir məni var. Ona toxunmasını istəmədiyi, ona yaxın gəlməyə icazə vermədiyi. Qoruyub saxladığı bir məni var. Yarım deyə tapdığımız şəxslər isə bir başa o məni görən insanlardır ki, biz onlara yarım deyirik. Və o insanlar sadəcə şanslı şəxslərin qarşısına çıxır. O məninizi görən insan varsa buraxmayın. Sadəcə buraxmayın... Məninizi qoruduğunuz kimi onu da qoruyun...
28 notes
·
View notes
Text
Hər azadlıq tərbiyəsizlik olmadığı kimi, hər evdə oturan da tərbiyəli deyil!
34 notes
·
View notes
Text
Həsrətindən ölmədim, qəlbimə çilə göndər...
Sevgilimdən bir şəkil, bir də ki, sillə göndər...
©️
30 notes
·
View notes
Text
Səsimə səs verin. Mən kimin post-una kış demişəm ki, mənim postlarım heş kimin qabağına çıxmır? 😁
31 notes
·
View notes
Text
Sevdiyinin qarşısında sən lal, kar, kor olsanda səhv olacaqsan...
23 notes
·
View notes
Text
Hər hansısa suallarınız varsa buyura bilərsiz. Cavablamağa çalışacam.
17 notes
·
View notes
Text
İlham pərilərim belə çəkilib uzaqlara, səssizliyimdən həzz almağa başlayıb iblisin özü də.
16 notes
·
View notes
Text
Mən şeytanla danışmıram. Ondan planlar almıram. Mən heç bir yerdə axtarmıram onu. Onu tapmaq lazımdırsa daxilimdəki qaranlığıma baxıram. Hansı ki, hər zərbədə nurundan gözləri qamaşdıran ruhum qaralmağa başladı. Hər dəfəsində biraz daha. Artıq ümidlərim belə işıqlandıra bilmirdi ruhumu. Artıq işıq yox idi. Mələklərim öz yerini şeytanıma, günəşim isə gecəyə təhvil vermişdi məni. Mənsə bunu çox gec dərk etdim. Mən dərk edəndə artıq hissiyyatsız olmuşdum, artıq yaşarkən ölü idim. Daha da sakit idim. Çox az danışmağa başlamışdım. Bataqlıq kimi idi daxilimdəki zülmət. Məni özünə çəkməyə başlayırdı və mən hamıdan, hər kəsdən uzaqlaşaraq bataqlıqda boğulmağa başlamışdım. Və ruhumu eləcə o bataqlıqda özüm boğmuşdum....
17 notes
·
View notes
Text
İnsanın yox görəsən insanlığın dili olsaydı nə danışardı? Danışardımı görəsən anaların naləsindən, ataların səssiz hıcqırıqlarından? Körpələrin bir gecədə göylərə qalxmasından? Danışardımı görəsən öldürülən körpələrin həyatından, arzusundan. Görəsən o insanlara nə deyərdi? Vicdanını tapa bilərdimi? Bəs sən? Sən özün insanlığından öncə vicdanını tapa bilərsənmi? Vicdanınla dürüst ola, özündən belə gizlətdiklərini deyə bilərsənmi? Bəs sən öz özünə güc gələrsənmi? Bəs sən insanlığını azad edə bilərsənmi?!...
15 notes
·
View notes
Note
Katantin falan nə qədər davam edəcək sizcə? Sonda tam olaraq robot olmasaq da, fərqimiz az olacaq məncə 🙄
Bir fərqimiz olacaq, bizə yenilənmə gəlməyəcək. Və biz günəş enerjisi ilə işləyirik. İnşallah sonuncu 1 və 0 da yerlərinə qoyandan sonra tam robot olmağa imza atacağıq.
10 notes
·
View notes