merdimazar
merdimazar
70 posts
Don't wanna be here? Send us removal request.
merdimazar · 4 hours ago
Text
Yuxudan qabaqkı həyatın bir anlıq gözünün qabağından keçdi:
"Axı mən ən son piyada keçidində.."
Dayandın, tüklərin biz-biz oldu.. Sol tərəfində bir ağrı hiss elədin, bunu qapı hər tıkkıldıyanda bir sancı kimi bədənində duyurdun.
Ağrı yaranıbsa, yox olmağa da qadirdi.
Qapını açdın, salam aleykum. İl 1984.
- Qonşu, sizdə də atapleniya işdamir?
- Yox, işləmir
- Deyirlər, 1-ci mərtəbədə turba deşilibdi, ona göra işlamiyacak.
- Yaxşı, bağışla, çaynik qaynıyır, sağol
Çay süzmək istədin, huşun gedib, su da yoxdu, bəlkə kimdənsə su istəyəsən? Yoxsa sənin dərdin atepleniyadan suya keçib? Su lazımdı, yaşamaq üçün. Bəs yaşamaq lazımdı ya düşünmək? Düşünmək yoxsa özünü xatırlamaq? Xatırlamaq ya yenidən yatmaq? Özü də birdəfəlik
9 notes · View notes
merdimazar · 21 hours ago
Text
"Bəs mən nə ilə məşğulam? Bütün problemim atapleniya ola bilməz"
Artıq qaldığın - 20 ili tamam olmuş xruşşovka binanın da divarları çat verib. Yox, malyar deyilsən, santexnik də deyilsən, krantın işləmir. Suyun belə yoxdu çaynikdə. Yox, sən həmin o qazanxana işçisi də deyilsən.
Axır, qırmızı qalstuklu pioner şəklini tapmısan, gözlərin qara, əlində gül buketi. Onu musiqi müəllimin - İrina Petrovaya verəcəkdin. Bunu da şəklin arxasından oxudun:
"Мой сын поздравляет Ирину Петровну"
Qapının döyülməsi səni uşaqlıq şəklindən oyatdı, qapını döyəni tanımırsan...
14 notes · View notes
merdimazar · 22 hours ago
Text
Səhər saat 6:45 . Yuxudan oyanırsan və yuxuda gördüyün smartphone-u tapa bilmirsən. "Necə yəni yoxa çıxıb? Hamısı yuxu idi?" - deyib qalxırsan ayağa. Pəncərəni şaxta vurub, köynəyinin qol ağzı ilə silirsən biraz, bir əlinlə də köhnə atapleniyanı yoxluyursan, işləmir. Qazanxanada işçilər əmək haqlarının az olması ilə bağlı tətil edirlər.
İl 1984. Təbrik edirəm
15 notes · View notes
merdimazar · 1 day ago
Text
Bir pul mübahisəsindən zəhləm gedir, bir də ondan sonrakı münasibətdən
20 notes · View notes
merdimazar · 2 days ago
Text
Kiməsə atış soxuş gələndə bunu fəxrlə danışmaqları olmasın
15 notes · View notes
merdimazar · 3 days ago
Text
başımız su oldu təmiz
Sabah yağış yağsın biraz başımız qarışsın
53 notes · View notes
merdimazar · 5 days ago
Text
Sabah yağış yağsın biraz başımız qarışsın
53 notes · View notes
merdimazar · 8 days ago
Text
Görürsən ki, bəzi insanların nifrəti, kini, küdurəti siqaretdən daha zərərlidi
23 notes · View notes
merdimazar · 9 days ago
Text
Hamını uzaqlaşdırmaq xasiyyətimi bir kənara buraxa bilmirəm, bir də görürsən followdan çıxarıblar, day nə axtarırsan, nə də birşey.. elə belə də bitib gedir
37 notes · View notes
merdimazar · 11 days ago
Text
Bu posta ürəyimi buraxıram:
Bugün öz böyüdüyüm yetimxanaya getdim uşaqlara oyuncaq hədiyyələr almışdım bütün uşaqlar oyuncaqlarnan oynuyanda uşaqlardan biri pəncərə qabağında başını pəncərəyə söykəmiş yol gözlüyürdü yanına getdim nə qədər danışdırmaq istəsəmdə danışmırdı heçnə yox uşaqın gözünün içinə baxanda öz itmiş uşağlığımı görürdüm özümü sıxıb saxladım amma dayanmadım mənim ağladığımı gördü əliynən başımı oxşayıb səndə öz Anavı gözlüyürsən dedi özümü elə sıxmışdım ki danışa bilmirdim....
29 notes · View notes
merdimazar · 12 days ago
Text
Sabahın xeyir mesajını yazmamaq və ya ona günorta cavab vermək belə bir insanı səndən uzaqlaşdırır, bu qədər rahatdı yəni, çox sadədi
41 notes · View notes
merdimazar · 12 days ago
Text
günümün özeti: ayahuaska
12 notes · View notes
merdimazar · 14 days ago
Text
Sonra görürsən ki, bura da adama heçnə qatmır, onsuz da heçnə gözləmirsən, yenə də hərşey üst-üstə gələndə elə siləsin gəlir
30 notes · View notes
merdimazar · 15 days ago
Text
Azadlıq istədiyin şeyi etmək yox, istəmədiyin şeyi etməməkdir
34 notes · View notes
merdimazar · 16 days ago
Text
Zənnimcə, zehnimiz öz fikirlərini səs tellərinə sıçratmayanda daha dərin şeylər danışır, daha azad hiss edir. Təxmin edə bilirik özümüzlə olan dialoqların sonunu. Eşitdiklərimizi danışırıq, gördüklərimizi bir daha xatırladırıq özəyimizə. Hərdən yazılara tökürük bu söhbətləri və həmin yazılar bəzən bir roman olur, bəzən isə bəstə.
27 notes · View notes
merdimazar · 19 days ago
Text
youtube
Gecə çatır səhərə
29 notes · View notes
merdimazar · 20 days ago
Text
Bayramdan sonra dərs oxumaq yuxudan durmaq kimi şeydi
58 notes · View notes