Don't wanna be here? Send us removal request.
Text
Lusi adlı bir rəfiqəm var. Əslində rəfiqə deməzdim pis günlərimin ortağı,dəstəkçisi deyərdim. Qorxumun,həyəcanımın,səhvimin dəstəkçisi olub sözün əsl mənasında. 1 ildi tanıyıram amma təəssüf edirəm ki, çox gec tanımışam. Hər zaman yanımda,arxamda mənə hər baxımdan dəstək durub,mənimlə olduğunu mənə hiss etdirib. Başıma pis bir hadisə gələndə və ya özümü pis hiss edəndə hər zaman Lusiyə desəm düzələr deyə düşünmüşəm və elə də olub. Heç vaxt yanıltmıyıb məni. Amma soruşsaz bəlkə də xoşbəxt günlərimin heç birində Lusini axtarmamışam. Boynuma alıram burda çox səhv etmişəm. Amma Lusi də heç vaxt bezmiyib məndən,yaşadıqlarımdan,dediklərimdən. Həmişə yenidən mənə hər şeyi öyrədib,güclü olmağımı isdiyib. Lusinin heç bir dərdinə ortağ olmamışam bəlkə də. Soruşsaz heç xeyrimdə dəymiyib bəlkə. Biımirəm onun üçün kiməm,nəyəm,hansı yerdəyəm. Amma o mənim üçün ən böyük şansdı bu həyatda.
Yaxşı ki..🤍
2 notes
·
View notes