Tumgik
mar1iamm · 5 days
Text
Fikir verirəm ki, mənim üzərimdə ağır yüklər olduqda mən heçnə yazmıram hisslərim barəsində. Çünki bunun gec fərqinə varıram. Nə vaxt ki, anidən ağlamaq istəyəndə, vaxtsız gözlərim dolanda, daxilimdə böyüyən qaranlıqdan danışmaq istəyəndə anlayıram ki, uzun zamandır yaxşı deyiləm və “yaxşıyam” deyib, özümə də yalan danışıram. Uzun zamandır ruhən boşluqda, fiziki baxımdan isə taqətsizəm və çox yorğunam. Hər şeyə qarşı içimdə böyüyən bir səs-küy var. Yığılıb qalan çarəsizliyə, böyük çabalara, atılan addımlara, verilən vədlərə qarşı içimdə böyük bir səs-küy var. Danışsam yoruluram, sussam zəif olduğumu hiss edirəm. Bilmirəm, hərkəsdən yorulmuşam, hər hadisənin doğurduğu nəticələri tərəziyə qoyub tarazılaşdırmaq isə ədalətsiz sistem üçün boşuna yorulmaqdır…
28 notes · View notes
mar1iamm · 17 days
Text
Kitab oxuyan biri nə qədər yorucudursa, kitab oxumayan biri onun iki qatıdır.
Kitab oxuyan şəxs dərin düşüncələrlə özünü yorar, kitab oxumayan biri isə cahil və inkişaf etməmiş düşüncələri ilə qarşısındakı şəxsi…
25 notes · View notes
mar1iamm · 22 days
Text
Əslində qurduğumuz xəyalların çoxusu, bizim xəyallarımızı sıradan bir həyat kimi yaşayan insanlara rəğbət hissi ilə baxıb düşündükdə yaranır. Xəyallarındakı həyata sahib olan insanları gördükdə anlayırsan ki, heç bir zaman fərqli insan olmamısan və hər zaman fərqində belə olmadan, birilərinə bənzəməyə çalışmısan. Kimilərinin həyatı, kimilərinin xəyalıdır. Ən sonunda hər kəs əks tərəfə doğru dəyişirilə bilər. Bu səbəbdən də, heç bir şeyin qalıcı olmadığının fərqində olmalısınız. Xəyallar gözəldir, gerçəkləşdiyini görmək isə daha gözəl. Günün birində xəyalınızı qurduğunuz ölkədə, sizdən əvvəl də minlərlə insanın addım atdığını və heç bir zaman, heç bir xəyalınızın fərqli olmadığını anlayacaqsınız. Sizi fərqli edən xəyallarınız deyil, həmin xəyalları qurduqda yaranan həyəcanınız və hiss etdiyiniz duyğulardır. Bax bu hisslər heç bir insanla eyni ola bilməz. Xəyallara deyil, nə hiss etdiyinizə fokuslanın. Çünki hər şey, ruhunuzdakı uşağı xoşbəxt etmək üçündür…
20 notes · View notes
mar1iamm · 25 days
Text
Tumblr media Tumblr media Tumblr media Tumblr media
14 notes · View notes
mar1iamm · 27 days
Text
Fərqli yaşda, fərqli saatlarda, fərqli fəsillərdə, fərqli illərdə və əsası da eyni yerdə dayanıb sadəcə bir yerə baxıram. Bu yerdə bir neçə il bundan əvvəl də olduğumu və düşüncələrimin dəyişib dəyişmədiyi haqda düşünürəm. Mən kim oldum və necə birinə çevrildim ? İnsan özünü tanımağa və yaşadıqlarını göz önündən keçirib, keçmişlə bugünü müqayisə edərkən heç bir şeyin əvvəlki kimi olmadığını və bugünün də gələcəkdən fərqlənəcəyini anlayır…
37 notes · View notes
mar1iamm · 30 days
Text
İnsan sevgiyə fokuslandıqda, sevginin qaranlıq tərəfinin fərqinə varmır. Bir növ, sevgi gözü kor edir, ətrafı al-əlvan, bəyaz işıqlarla canlandırırıq. Ətrafımızdakı insanlar bizə doğruları deməyə çalışdıqda, görməzdən və ya eşitməzdən gəlirik. Çünki bizim gördüyümüz parlaq işıqları onlar görə bilmir, onlar bizi yaralayan və bizi gündən-günə bitirən o məqamı görürlər. Biz isə, yenə bizi kor edən sevgiyə fokuslanırıq. Qarşımızdakı insanın bizi yaraladığını və qırdığını görməzdən gəlirik. Günün birində, parlaq işıqlar söndüyü zaman, olub bitənlərin fərqinə varırıq. Yaralarımızın böyüdüyünü, qəlb qırıqlarımızın bizi incitdiyinin fərqinə varırıq. Artıq ətrafımızdakı sevgini digər insanlar kimi görürük. Bizi məhv edən o qaranlığın gec də olsa fərqinə varırıq. Hər hadisənin olduğu kimi, bunun da doğru zamanı vardır. Bəzilərimiz gec, bəzilərimiz isə tam vaxtında fərqinə varır. Hər bir yaşanılan duyğu və hisslər təcrübədir, bəli. Sadəcə bəzən qara rəngin də olduğunu dərk etməliyik…
Günəş də parlaqlıq verir, ancaq onun da əvəz edən bir qaranlıq tərəfi vardır.
30 notes · View notes
mar1iamm · 1 month
Text
Tumblr media Tumblr media Tumblr media Tumblr media
21 notes · View notes
mar1iamm · 1 month
Text
Tumblr media Tumblr media Tumblr media Tumblr media
22 notes · View notes
mar1iamm · 1 month
Text
Hər şeyin ilki ən gözəlidir. İlk addımların, ilk kəlimələrin, ilk qaçışın, ilk dostların, ilk sevgilər, ilk münasibətlər və.s. Birini ilk dəfə tanıyanda yaranan o ünsiyyət, birinə ilk dəfə sevgi etirafı edəndə yaranan o həyəcan, birindən ilk dəfə uzaqlaşanda yaranan o boşluq, bütün bunlar insanı dəyişdirir, başqa birinə çevirir. Həyatımıza daxil olan və həyatımızdan tamamilə çıxan həmin o insanlar bizə böyük dərslər verirlər. Arada qalan boş zaman və araya girən məsafələr isə, ilk gün yaranan xoşbəxtliyi və həyəcanı unutdurur. Zamanla insan soyuq birinə çevirilir, daha az səmimiyyət qurur, daha az sosiallaşır, güvən duyğusunu itirir, yeni tanışlıqlar və dostluqlar üçün yorğun hiss edir. Ən sonda isə, bütün bu duyğular tək bir insanda bütünləşərək insanı qarışıq bir ruh halına salır və səbəbini özün də bilmirsən. Zaman insanı yaşlandırır, ancaq bəzilərimizin ruhu günü gündən cavanlaşır, bəzilərimiz də isə tamamilə əksinə…
26 notes · View notes
mar1iamm · 1 month
Text
Kaş, istədiyimiz an lazımsız və yorucu düşüncələrdən azad ola bilsəydik…
20 notes · View notes
mar1iamm · 1 month
Text
Tumblr media Tumblr media Tumblr media
21 notes · View notes
mar1iamm · 2 months
Text
Tumblr media Tumblr media Tumblr media Tumblr media
29 notes · View notes
mar1iamm · 2 months
Text
Mənə ölüm hökmü də azdı cənab hakim
Mən sevgi və bütün hissləri öldürmüşəm
19 notes · View notes
mar1iamm · 2 months
Text
Tumblr media Tumblr media
15 notes · View notes
mar1iamm · 2 months
Text
“Sonunu düşünən qəhrəman ola bilməz” deyirlər…
…mən bir çox mövzuda sonunu düşünmədən addım ata bilmirəm. Addım atsam belə, davam edə bilmirəm. Çünki, həmin o “son” mənim üçün bəzi nəticələrin başlanğıcıdır və buna görə də yaxşı olmayacaqsa, davam etsin istəmirəm. Bəlkə də davam etsəm, çox xoşbəxt anlarım olacaqdı, ancaq mən yenə də sonunu düşünürəm. Sonda, sadəcə uzun müddət davam edəcək kədər və göz yaşı qalacaqsa, mən keçici xoşbəxtlikdən imtina etməyi gözə alıram. Yalnızlıq insanı məhv edir, risk ala bilməmək insanı geri plana atır, bilirəm. Amma mən yenə də, sağalmayacaq yara üçün çabalamaq yerinə, yalnız qalıb öz-özümə düşünmək istəyirəm. Bir nəticə uğruna yox, sadəcə sıradan məqamlar üzərinə düşünmək istəyirəm.
24 notes · View notes
mar1iamm · 2 months
Text
Tumblr media Tumblr media
27 notes · View notes
mar1iamm · 2 months
Text
Heyy Anonymous 👋🏻
22 notes · View notes