danyslow
19 posts
Ashkenazic cat
Don't wanna be here? Send us removal request.
danyslow · 3 years ago
Text
Tumblr media
2 notes · View notes
danyslow · 8 years ago
Audio
0 notes
danyslow · 8 years ago
Photo
Tumblr media
40K notes · View notes
danyslow · 8 years ago
Photo
Tumblr media
0 notes
danyslow · 8 years ago
Photo
Tumblr media
0 notes
danyslow · 8 years ago
Text
Hahaha, əsəbiləşdi. Mənə.
0 notes
danyslow · 8 years ago
Text
Xəstə gecə üçdə rep oxuyur. Öz-özünə gülür oxyanda. Ay Allah, özün köməy ol.
0 notes
danyslow · 8 years ago
Text
İstəyirəm burda da yazım indidən. Mən də hardasa qatıqlamalıyam ya yox? Düzü, digər yerlərdə də qatıqlayıram. Bax yenə də.
0 notes
danyslow · 8 years ago
Text
Öldüm.
0 notes
danyslow · 8 years ago
Text
"Humans of Qafqaz University xD"-nin ekzistensialist admini. Salam, Tamerlan.
1 note · View note
danyslow · 9 years ago
Photo
Tumblr media
Orion and the Horse-head in Infrared
This wide image of the Orion Molecular Cloud Complex features the Flame nebula (NGC 2024) and the Horsehead nebula (NGC 2023). In this infrared image, the Horsehead can be seen on the bottom right as a small wisp of gas protruding from the complex. The colors in this image do not represent visible light because it was imaged with the Spritzer Space Telescope - which can only see infrared light. As a result, scientist must map temperatures to colors. Cooler objects, such as the dust of the nebulae, appear green and red and hotter objects appear more blue. Astronomers are essentially “shifting” the infrared light into the visible spectrum.
Credit: NASA/JPL/Cal Tech
4K notes · View notes
danyslow · 9 years ago
Photo
Tumblr media
Our quote of the day is from the French author and poet Victor Hugo
99 notes · View notes
danyslow · 9 years ago
Photo
Tumblr media
Our ‪#‎EconEspresso‬ quote of the day is from the medieval Andalusian polymath Averroes (Ibn Rushd)
324 notes · View notes
danyslow · 9 years ago
Text
"İstehlak boom"u, DÇ, Vergilər, Rüsumlar, Sosial dövlət, Pulsuz təhsil və daha nələr...
Səhər saat 9-da ofisə işə gələn Aydan kompyuterini yandırıb, kompyuter tam açılana qədər stolunun üstünü sahmana saldı, gələndə aldığı meyvə şirəsini stəkana töküb qurtumladı. Həftəsonu dietasını pozub şirniyyatlar yesə də yenə də artıq çəki almadığını səhər tərəzidə ölçüb bu sevinclə işə yollandı. Ayağa durub 28Mall-dan alıb geyindiyi brend paltarının əyninə necə oturduğuna güzgüdə baxdı.
Tumblr media
 Budur kompyuter hazırdı, tələsmədən brauzeri açıb sosial şəbəkələri yoxlamağa başladı. Xəbər lentində dostların paylaşımlarını oxumadan “like” edib özünün “like bazarına” investisiya etdi. Aha birdən duruxdu, gördüyü xəbər onun marağına səbəb oldu. Nə baş verir?
Tumblr media
Braziliyada keçirilən dünya çempionatına aid bir karikatura gördü. “Hamısı kapitalizmin oyunlarıdı” dedi öz-özünə,gecikmədən elə bu sözləri də şəklin altına şərh kimi yazdı, like edib öz səhifəsində də paylaşdı. Həmin xəbəri paylaşan sosialist səhifənin digər paylaşımlarına göz gəzdirdi, “filan şirkətin bəhmənkəs fəhləsi işdən qovuldu”. Ola bilməz, çox hirsləndi bu hala,tez buna da etirazını bildirmək üçün like etdi,həmfikir olduğunu göstərdi. Sevinc çökdü içinə, bu cür “like"larla dünyaya necə böyük köməklər etdiyini düşündükcə rahatlayırdı. Eyni zamanda dünən online shopping-də aldığı yeni çantasına baxır, ora-burasını nəzərdən keçirirdi. Eynilə filan aktirasının filanıncı gündə taxdığı çantadandı. Düzdü qiyməti baha idi, amma olsun,əsas odu buna sahib olub. Son model iPhone-ununda Whatsapp-a , İnstagram-a nəzər yetirdi. Yeniliklərə baxıb çıxdı. Sonra dünən baxdığı "deep throat” videosunun yaddaşda qaldığını gördü, tez yaddaşdan bunu sildi, “birdən kimsə görəydi ay amann” deyə düşündü. Saat 10-un yarısı olmuşdu. Son dəfə bayaqkı səhifəni izlədi, “İstehlak boom-u” , “Texnologiyanın inkişafının insani münasibətləri məhv etməsi” , “Braziliyadakı etirazlar” , “Kapitalizm öldü!” , “İşdən çıxarılan fəhlə” , “Sovetin dövründə hər şey pulsuz idi” paylaşımlarını like edib paylaşdı. Bu paylaşımları dostluğundakı xəbər saytında işləyən rəfiqəsi Günay da paylaşdı, Günayın paylaşımını dostluğunda eks sevgilisi (ayrıldıqdan sonra dost qalmağı qərara aldılar) maşın alveri ilə məşğul olan Kənan da paylaşdı. Eynilə bu zəncir müxtəlif fakultələrdə oxuyan tələbələr, müxtəlif işlərdə, biznes mərkəzləri və ofisdə çalışan dostlar like etdilər. (tələbələrin arasında isə SSRİ haqqında ağız dolusu danışanlara belə rast gəlindi,o dövrdə yaşamamasına rəğmən). Fəhlə sinfindən kiminsə like elediyi gördüyünüz kimi yoxdur. Əvəzində bazar iqtisadiyyatının, texnologiyanın nailiyyətlərindən istifadə edən,ancaq bunları gözardı edib əks ideologiyanı dəstəkləyən şəxslər aktivlik göstərir. Aydan daha sonra heyvanları qoruma dərnəyinin ,Feminizm və Vegeteryan səhifələrində aktivlik nümayiş etdirdi. Aydan həmçinin Qurban bayramında heyvanların kəsilməsinə də qarşıdı. Bütün bunlara baxmayaraq iki gün dalbadal bitki yeməkləri yedikdən sonra ürəyi bulanmış və normal qidaya keçmişdi. Buna baxmayaraq “obed"də Fasfood-a da gedəcəyini planlayan Aydanı, Facebook-da vegeteryan deyə tanıyırlar.  
Tumblr media
Doğrudan da bu hadisələr hər gün təkrarlanır, hər gün davam edir. Hələ də insanlar azad seçimləri ilə hərəkət edib istədiklərini alma azadlığının fərqinə varmırlar. Əlbəttə bu azadlıqlar, bu fürsətlər ölkədə sərhədsiz deyil,ancaq qismən də olsa var. Çünki Capitalizm-in "Crony Capitalism” qolu burda inkişaf edib,bəzi sahələrdə İmperialism-ə də meyllər var. (bu anlayışları ayırd etmək gərəkdir). 
Sol paylaşımlar edən sayt və səhifələri qınamaq bəlkə də olmaz, ən azında bu onların işidi, biznesdi. Kapitalizmi qınayıb, Facebook-da Sosialist səhifəni sponsored reklam vermək nə qədər absurddursa, bu populyarlıqla aylıq jurnal və qəzet nəşr edib satmaq (satmaq! pulsuz yox) son məqsədin göstəricisidir. 
Məsələn səhər durub ilk dünənki oyunun hesablarına baxan Məmməd, sonra da Braziliya oyunlarını qınayan karikaturanı bəyənirsə burda səmimiyyət yoxdur. Ya da vegeteryan görsənib gizli ət yeyənlər, məhəlləsindəki pişiyi təpikləyib qovanların heyvansevər səhifə like etməsi , ən sonda yaxın qohumuna yardım etməyib online xeyirxahlıq etmələr və s. Anarxo-kapitalistlər bu barədə maraqlı çıxış yolu göstərirlər : dövlətin yox olması və könüllü şəxslərin yaratdığı fondların ehtiyacı olan şəxslərə birbaşa köməyi. Onlar bunu dövlətin ağır vergilərinin yarıtmazlığı səbəbindən düşünürlər.
Sosial dövlətlərdə də bu belədir (Azərbaycan kimi). Sosial dövlətə bəzi iqtisadçılar doğru olaraq vergiyığan dövlət də deyirlər. Vergi və digər rüsumlardan yığılanları əlillərə, uşaq evləri və məktəblərə verən xeyirxah dövlət modeli. Ən son belə tədbiri bir neçə Qarabağ əlilini yerli istehsal məhsulu avtomobil verəndə görmüsünüz. Dövlət bu məhsulun satışa çıxarılası olmadığı bilir,ona görə heyif olmasın deyə payladı bir neçə əlilə.  (artıq əlil necə sürəcək, gündəlik qidasınınmı avtomobilin olmasınınmı əsas olması, sürə bilməsə normal qiymətə sata biləcəkmi kimi məsələlərə dövlət qarışmır). 
Tumblr media
     Əksər insanlar da bu siyasəti elə olduğu kimi görür,araşdırmır, analiz etmir. Dövlətə ödənişlər edərək pulsuz nəsə təşkil etməyini gözləyirlər,amma nəticəni görmürlər. Məsələn qanuna görə icbari təhsil və səhiyyə xidmətləri pulsuzdur Azərbaycanda. Nəticə necədi? Hər il 200 baldan aşağı bal yığan abituriyent sayı rekordunu təzələyir. Müəllimlərin dərs keçmə həvəsi şagirdi öz yanına hazırlığa çağırma həvəsindən yüz qat artıqdı və buna maraqlıdı. İl ərzində fond pulu, peç, süpürgə, atapleniya üçün pul,  bayram pulu və digər rüşvətlər ,üstəgəl keyfiyyətsiz təhsil -  hamısı dövləti yaratdığı pulsuz icbari təhsilin bəxş etdikləridir. (dövlət universitetlərdə də demək olar belədir). Pulsuz səhiyyədən isə danışmağa belə dəyməz.
Hökümətlər insanları daha zəngin edə bilməz, amma daha kasıb edə bilər. (F. Hayek)
Bu eynilə Bastiat-ın Pəncərə hekayəsi kimidir. İnsanların hər seçimi fürsət maliyəti kimi dəyərləndirilməlidir. Hər seçim bir imtinadır,harasa xərcləyəcəyiniz məbləğ daha lazımlı bir sahəyə xərclənməməsi ilə nəticələnir.
Qıt qaynaqlardan pulsuz nəsə gözləmək özü qəbahətdir. Pulsuz nə ola bilər? Günəş enerjisi, bütün günü uzan günəş vannası qəbul et. Havadan doyunca qəbul elə,bu da pulsuzdu. Yoxsa pulsuz məktəb, universitet, klinika gözləmək gülüncdü. O tikililər,avadanlıqlar pulsuz deyil pulla alınır, xammalla hazırlanır. 
Friedman-ın təbirincə desək : “There’s no such thing as a free lunch”
Sizin bu gün dövlətdən pulsuz aldığınızı düşündüyünüz şeyin nəticəsində,özünüzə doğrudan lazım olan başqa bir şeyi ala bilmirsiz.
Tumblr media
                        Digər tərəfdən ölkədə olan özəl müəssisələrin də hamısı ideal deyil. (heç ölkədəki özünə liberal deyənlərin də hamısı ideal deyil,ən primitiv misal, məsələn, porno videosu çıxan liberal birisi orada qorunmamış əlaqəyə girirsə, sonra durub xalqa liberal dəyərlərdən danışmamalıdır ,çünki xalqa uğurlu nümunə olmamışdır). Özəl universitetlərin 90%-i rüşvət qaynayır, təhsil sıfır. Sırf xalqımızın ali təhsil marağı səbəbilə lazımi balı yığa bilməyən şəxsi pul ilə bu universitetlərə düzəltmək. Dünyada özəl sektor innovativ və inkişaf edən olduğu halda,burada əksinədir.
Digər yanlış qavramlara keçmək istəyirəm. Məsələn istehlak boom-u. Tez-tez istehlak boom-undan danışılır, gündə neçə min dənə mal-qara, toyuq kəsilir , sənayenin inkişafı ətraf-mühiti korlayıb filan. Heç nə yox, əgər kiminsə 7 milyard əhalini gündəlik qida ilə təmin etmək üçün normal yolu varsa buyursun təklif etsin. Əlbəttə planlı şəkildə, hər kəsə yarım kq düyü, neçə qram çörək verəcək, ya da saatlarla çörək növbəsində dayanacaq bir planlı iqtisadiyyatı nəzərdə tutmuram. Məsələ ondadır ki, elə bir mif yaradılıb, elə bir dəhşətli fon musiqilərilə videolar hazırlanır ki, sanki insan toyuq kəsməklə toyuğu nəsli kəsilməklə üz-üzə qoyur, ağac kəsməklə təbiəti məhv edir və s. İnqubatorlarla onlarla cücələr istehsal olunur, kəsilən hər ağacın yerinə onlarla ağac əkilir, əkilməlidir. Şoran torpaqların yuyularaq təmizlənməsi, normal hala salınıb yaşıllıqlara çevrilməsi kimi müsbət şeylər isə gözardı edilir. Ya da texnoloji yeniliklərlə qıt qaynaqların qeydinə qalınması kimi addımlar qabardılmır. Ən çox çirklənməyə gəldikdə isə burada ilk yerdə sosialist Çin dayanır.
Tumblr media
Başa düşülməli olan şey geri dönüşün olmamasıdır, sən yeniliklərdən imtina edib daş dövrünə qayıda bilməzsən. (Ya da bilərsən,bütün əşyalarını yığ, smartfonundan, notebook, planşetindən imtina et köç hansısa ucqar bir yerə,orda yaşa.)
Sadəcə iqtisadiyyatın necə işləməsini bilməlisən,bunu bilsən belə paradoksal vəziyyətlərə düşməzsən. Əmin ol 160 dollarlıq futbol topunu istehsal edən işçi 100 dollar almır. İqtisadiyyatın qaydası belə işləyir : Çox satılan malın qiyməti bahalaşır. Eyni məsələnin tərsini düşün, 300 AZN maaş alan işçinin məhsuluna tələb o həddə olur ki, onu 20 AZN-ə satmaq məcburiyyətindədir. Getdikcə bu tələb də enir və sahibkar müflis olub intihar edir. İşçi isə gedib başqa müəssisədə işləyir. Ya da daha sonra tələb artır məhsulun qiyməti olur 100 AZN.
Azad iqtisadiyyatda vəziyyət bu cür olur, azad ticarət ilə ölkə vergilərin, gömrük rüsumlarının minimum olması,  azad rəqabət mühiti, inhisarlaşmanın sonlanması nəticədə dövlətin daha az müdaxiləsi insanları yeniliklərə təşviq edir, əhalisi varlanır, rifahı yüksəlir,hər cür potensialı dəyərlənir. Braziliyadakı Dünya Çempionatı turizmdən gələn gəlirlə oranın iqtisadiyyatını canlandıracaq. Bunu hansısa aktivistlərin sözdə ölkə əhalisinin kasıb olması bəhanəsi ilə etiraz etməsi sadəcə ölkənin nüfuzuna zərər edə bilər. Sizcə bunu ordakı aktivistlər bilmirmi? Aydan “deep throat"ın nə olduğunu bilirsə aktivistlər də bunu bilir. =)
5 notes · View notes
danyslow · 9 years ago
Text
Sosial olmayan dövlәtdә yaşamaq
Azәrbaycan tarixindә istәr Sovet әnәnәsi,istәrsә dә Şәrq despotluğu tәsiri , inzibati tәnzimlәmә,şaquli struktur quruluşu,himayәdarlığa meyllilik onun әhalisinin gündәlik,siyasi vә iqtisadi hәyatına öz çalarlarını әks etdirir. 70 illik sosialist sistem mәsәlәlәrin inzibati vә kökündәn,әn әsasl birbaşa dövlәtin әli ilә hәlli üsulu istәr-istәmәz insanlarda dövlәtә vahid,istisnasız güc kimi baxmağa sövq edir. Seçim azadlığının birmәnalı olaraq olmaması dövlәtin insanların yerinә seçim edib onlara tәqdim etmәsi ilә nәticәlәnirdi. Daha sonra müstәqilliyin ilk illәrindә ölkәdә hәr sahәdә hәrcmәrclik,xüsusәn maliyyә sahәsindә fırıldaqlar,biznes üçbucaqları,dırnaqarası banklar,yenicә müstәqil seçim edәn insanları xәyal qırıqlığına uğratdı. Daha sonra bazar iqtisadi sistemi,Kapitalizm quruluşu kimi sırınan,әslindә isә bunlardan çox uzaq olan qarışıq sistem insanlarda yenidәn güvәnsizlik oyatdı. İnhisar,vergi vә gömrük maneәlәri,sahibkarlığa maneәlәr heç bir halda azad bazar iqtisadi sistemi sayıla bilmәz. Doğrudur,planlı sistemdәn birbaşa tam liberal sistemә keçidin mümkünsüzlüyü,ortada sosialyönümlü bazar sisteminin olmasının vacibliyini çox iqtisadçılar tәsdiqlәsә dә,praktiki olaraq bu nәzәriyyәnin effektiv olmadığı göz qabağındadır. Özü dә tәk Azәrbaycan deyil,bir çox MDB ölkәlәrindә. Bitmәk bilmәyәn keçid dövründә dövlәtin iqtisadiyyatı,biznesi,yerli istehsalı tәşviq etmәli olduğu gözlәntilәri özünü doğrultmadı. Әvәzindә büdcә gәlirlәrinin 90%i paytaxtdan,95%i neft-qaz sәnayesindәn gәlәn qarışıq sistem quruldu. Hәr seçimindә dövlәtә inanan xalq artıq o qәdәr nikbin görünmür. Neft qiymәtindә tәlatümlәr sәbәbindәn doğan,amma öncәdәn inkar edilәn devalvasiya insanları çaşbaş saldı. Seçim etmәyә öyrәşmәyәn,himayәdarlığa arxalanan vәtәndaş ümidini itirmәsә dә narahatdır. Banklara güvәnmәyә-güvәnmәyә kredit götürür,şübhәli-şübhәlu hәr an aldadılacağını düşünür, şәxsi biznes,özәl işi dövlәt işindәn perspektivsiz görür,ona görә dövlәt işi daha daimidir,maaşı az belә olsa. Bәlkә doğrudan da bu insanlar sosial olmayan dövlәtdә yaşaya bilmәyәcәk?
Ölkә başçısına rәğbәt hökümәtin digәr nümayәndәlәrindәn daha çoxdur. Ciddi mәsәlәlәrdә prezidentin müdaxilәsi adamlarda rahatlıq vә inam yaradır. Bu bir yandan “himayәdar” keçmişdәn irәli gәlirsә,digәr yandan ölkә başçısının uğurlu PR-ından qaynaqlanır. Bәlkә dә daha azad qәrarlar vermәk üçün insanlar bundan azad olub,özgüvәnlәrinә qayıtmalı,risk etmәli,öz qalibiyyәt vә mәğlubiyyәtinә mәsuliyyәt daşımalıdırlar. Hәr uğursuzluğunda vergi işçisi, icra başçısını günahlandırmaqdansa özünü günahlandırması üçün dövlәt müdaxilәsi azaldılmalıdır. Bu anda vәtәndaş-dövlәt hәmrәyliyi yaranmalıdır,iqtisadiyyatda daha az dövlәt olmalıdır. Dövlәtin adından bir qrup bürokratın atdığı addımlar,kiçik vә orta sahibkarın addımlardan daha az çevikdir. Әgәr ixrac stimullamağı,yerli istehsal artımı әldә olunacaqsa bu manat devalvasiyası üçün bәhanә olaraq edilmәmәlidir. Ya da subsidiya olaraq verilmәsi planlaşdırılan mәblәğlәrlә bu baş tutmayacaq. Әsas olan insan kapitalı ilә sahibkarlıq bacarığı,mәsuliyyәti dәrk edib üstlәnmәk xüsusiyyәtlәri aşılanmalıdır. Әks halda heç bir uğur әldә olunmayacaq. Yuxarıdan-aşağı idarәetmә üsuluna öyrәşmiş insanlara dәstәk belә verilmәlidir.
2 notes · View notes
danyslow · 9 years ago
Video
Je suis Daniel. :D
youtube
Movies vs Life
What if you live in movies?
9 notes · View notes
danyslow · 10 years ago
Video
Troll of the Seagull. :D
youtube
Greedy Seagull Receives Instant Karma
What a troll
11 notes · View notes