Photo
💭 Hər zaman, özümdən yaşca böyüklərdən nəsə öyrənirəm. Bu, məni, bütün çətinliklərə hazırlıqlı olmağa hazırlayır. Onların təcrübələri, mənim yolumu aydınlaşdırır.. 😊 ▫▫▫▫▫ ✒ Mənə, hər bir vəziyyətdə dəstək olan, dəyərli Məhəmməd müəllimə; Və, Şirkətimizin Masallı filialının direktoru, Cənab Zahir Əmənov'a baş ofisimizdəki dəyərli söhbətə görə təşəkkürlər! ➖➖➖ #interforce #ofis #meeting #azerbaijan🇦🇿 #baku #baratalizadeh #popular #travel #tourism #company #tour #hashtag #intagram #insta #instagood #instapic #instadaily #followers #instamood #keşfet #followme #instavinyl #instalike #followalways #instatag
0 notes
Photo
💭 Kappadokiya ! Cəmi, 350 Avro! (2 nəfər) 📅 2 gecə/3 gün (Tarixlər: 07.07.2018- 09.07.2018) ✒ Turun programı haqqında məlumat almaq üçün, şərhə (+) yazmağınız kifayətdir. Turpaketə daxildir: 🔸 Qidalanma: HB - Half Board 🔸 5 yemək; 2 səhər yeməyi, 1 nahar, 2 axşam yeməyi 🔸 Transfer ( Hava limanı - Otel - Hava limanı) 🔸 Oteldə gecələmə: 2 gecə / 3 gün Qeyd: 💎 Qiymətlər 2 nəfərlik otaqda 2 nəfər üçündür. 💎 Bakıdan İstanbula olan aviabilet qiymətə daxil deyildir. 💎 İlkin ödənişsiz, 2 ilədək faizli kredit götürmə imkanınız vardır. 💎 Müraciət etdiyiniz vaxtdan asılı olaraq qiymətlər dəyişə bilər. Yerlər məhduddur! #kappadokya #tur #interforce #turkiye #istanbul ------------------ Bizimlə əlaqə üçün: 📞 💼 Şirkət: Interforce Tourism Company ☎ Tel: +994 12 493 6 770 📱 Mob: +994 70 247 0 770 ; +994 50/55 988 4 770 �� #Sayt: www.interforce.az 🌐 #Face: facebook.com/interforcetourism/ 🌐 #Instagram: instagram.com/interforce_tourism/ 📌 Ünvan: AF Mall, 2-ci mərtəbə / Bakı şəh, Nəsimi ray, Səməd Vurğun, 34 (Heydər Əliyev sarayının yanı) 💼 Interforce - Masallı rayon filialı 📱 Mob: +994 50/70 322 75 23 📌 Ünvan: Masallı rayonu, Səməd Vurğun küç, 10 / Cümə məscidinin yaxınlığı
0 notes
Link
0 notes
Text
💭 "SƏN! Bu gün mutsuz hiss edən insan! Keçəcək, bu da.. Hər şey kimi! İnan mənə.." 😊
📝 Bilin ki, siz ancaq xoşbəxt ola bilməzsiz. Bilin ki, həyat ancaq gözəlliklər yaşamaq üçün deyil. Bəzən, acının zərrəsini hiss etməlidir insan. İnsan olduğunu anlaması üçün..
Həyat bir sınaqdır. Enişlidir, yoxuşludur. Düz deyil həyat. Kədəri də sevin. Ananızın sizi sevdiyi kimi. Tər-təmiz. Sorğulamadan. 'Niyə beləsən?!' -demədən. Sadəcə sevin..
✏ Məsələn, tam da sıxıldığınız bir anda, kədərli bir musiqi qoyun. Biraz dinləyin. Və, hal-hazırda olduğunuz yeri tərk edin. Parka gedin məsələn. Sevdiyiniz bir parka. Skamyaya əyləşin və həmin o mahnını yenə də, dəfələrlə dinləyin. Ağaclara baxın. Üzülün, gözləriniz dolsun. Sanmayın, bu hissin haqqını vermədən, xoşbəxt olacağınızı..
✒ Güclü görünməyi buraxın bir gün. Bəzən, gücü kədərdən toplayar insan. Mənim kimi. Bir çoxları kimi. Bu mutsuzluq, qoy, 1 gün boyunca qalsın sizdə. Yaşayın və xoşbəxt olun, mutsuzluğunuza görə. Sizə bu mutsuzluqları yaşadan insanları bağışlayın. Özünüzü bağışlayın, bu gün belə hiss etdiyinizə görə. Hər kəsi bağışlayın, tək olduğunuza görə. Tək hiss etdirdiklərinə görə..
Yaşayın bu hissi. Acını da, xoşbəxtliyi də, kədəri də, qəmi də sevərək və hər şeyin keçəcəyini bilə-bilə yaşayın. Sizin sahib olduğunuz hər hiss, sizə bir əmanətdir çünki..
Qoruyun onu, və, yenicə doğulmuş bir körpə kimi yaşayın, o hissi.. Çirkli dünyaya tərtəmiz gəlmiş yeni biri kimi.. Yaşayın, bu hissi! 😊
-------------------------------
🆎 Əlizadə Barat Hamlet oğlu
🌐 Interforce Tourism Company
💼 Biznesmen, Təsisçi və Baş direktor
✒ Facebook: Barat Alizadeh
📩 Email: [email protected]
💻 Sayt: http://interforce.az/baratalizadeh/
✏ Instagram: https://www.instagram.com/barat_alizadeh_official/
#baratalizadeh #lider #motivasiya #uğur #inkişaf #interforce #turizm #şirkəti #direktor #ceo
0 notes
Text
💭 "Çünki, kədər və qəm, xoşbəxtlikdən öncə gələn, iki möhtəşəm qonaqdır!" 😊
📝 Bəzən, insan, nə qədər özünü müsbət düşünməyə və pozitiv olmağa adasa da, içində bir qəribə sıxıntısı olar. Bir türlü, anlam verə bilməz, bu sıxıntıya. Çünki, bu sıxıntının nədən yarandığını, özü belə tam bilməz.
Həyatında yolunda getməyən bir şey olduğunu düşünər. Ancaq, bunun nə olduğunu tapa bilməz uzun müddət. Bəlkə sevgi, bəlkə dost, bəlkə yalnızlıq həsrəti, - bu, hər nədirsə, çox çətin gələr, bunu düşünmək. Və, çarəni, yatmaqda görər bəzən. Səhərlər oyanmaq istəməz. İşdən tez qayıdıb, yatmağa tələsər. Və, bu sıxıntının keçməsi üçün, saatlarca yatmaq istəyər. Yatmağın, bu sıxıntıya çarə olduğunu düşünər. Uzun-uzun yatar. Oyananda, yenə düzəlməz. Bəs, nədən belə hiss edər insan?!
✏ Əvvəla, onu deyim ki, bu hiss, normal bir hissdir. Və, bunu yaşayan insan, ilk növbədə, bu hissi olduğu kimi qəbul etməlidir. Anlamalıdır ki, heç bir insanın həyatı ideal deyildir. Hamının zəif və güclü yönləri vardır. Və, bu hisslər, hər bir insanın yaşaya biləcəyi hisslərdir. Çünki, kədəri dadmadan, xoşbəxtliyin dadını hiss edə bilməz bir insan.. 😊
Bundan çıxış yolu isə, sadəcə bir qərar verməkdən ibarətdir. Və, təbii ki, bir qanunu bilməlisiniz. Bu, o qanundur ki, siz özünüz xoşbəxt olmasanız belə, xoşbəxtmiş kimi davranmağa başlamalısınız. Əgər, siz, indi sıxıntıdasınızsa, özünüzü xoşbəxtmiş kimi aparmaqla, doğurdan da, bir müddət sonra, xoşbəxt ola bilərsiniz.
Bəzi insanlar, onsuz da belə edir. Olmadığı bir insan kimi göstərir başqalarına özünü. Xoşbəxtmiş kimi göstərir. Amma, mənim dediyimdə bir fərq var. Mən, başqalarına qar��ı yox, özünüzə qarşı belə etməyin tərəfdarıyam. Başqası yox, sizin özünüz, öz halınızı xoşbəxt görməlisiniz. Özünüz üçün, belə davranmalısınız.
Bunun səbəbi odur ki, siz belə etməklə, öz altşüurunuza xoşbəxtlik signalı göndərirsiniz (altşüurla bağlı olan məqaləmi xatırlayın). Altşüur üçün, yalan və doğru olmadığı üçün, ona, nə versəniz, onu da alarsınız. Yəni, siz, hal-hazırda sıxıntıda olmaq siqnalını ona ötürməyə davam etdikcə, onun sizi xoşbəxt etməsinə ümid bəsləməyin.
Uzun müddətli xoşbəxt olmağın yolu "....mış kimi davranmaq"dan keçir. Yəni, "xoşbəxt-MİŞ kimi davranmaqdan!"
Siz xoşbəxtmiş kimi, zənginmiş kimi, yaxşı insanmış kimi davransanız, bir müddət sonra, həqiqətən, bu insanlara çevrilmiş olacaqsınız. Hərçənd, indi, elə olmasanız belə.
✒ Unutmayın ki, sıxıntılar, sizin beyninizdə yaranan bir oyundur. Siz, o oyunu, öz lehinizə çevirmədən, bu oyunda ömrünüzün sonuna qədər məğlub olacaqsınız. Həm də, bu sirri bilənlər, bunu istifadə edib, xoşbəxtliklərinə xoşbəxtlik qatarkən..
Və, çarəni yatmaqda axtarsanız da, tapa bilməyəcəksiniz. Çünki, qalib gəlmək üçün tək şansınız, hal-hazırda olduğunuz çətin vəziyyətin, tam tərsi görüntüsünü yaratmaqdır. Özünüzdə, olduğunuz mənfi vəziyyətin tam tərs görüntüsünü yaratdıqda, v��ziyyət və şərait, sizi, tam da o görüntüyə doğru çəkib aparacaqdır.
🖊 Təklif edirəm ki, xoşbəxt hiss etmədiyiniz bir anda, xoşbəxtmiş kimi davranın. Bütün mənfilikləri, həmin anda unudun. Və, bir neçə dəqiqə, özünüzə belə rol oynayın. Eyni, aktyor və aktrisalar kimi. Çox səliqəli və dəqiq bir şəkildə oynayın. Yaxşı alınmadıqda, bu filmi yenidən çəkin.
Belə davranmaqla, qısa zamanda, sıxıntılı vəziyyəti, öz lehinizə çevirə bilərsiniz. Və, onu da qeyd edim ki, bu sirr, sadəcə dəyişmək istəməyi seçən insanlarda işə yarayar. Dəyişmək istəməyən insanın, yatmağa davam etməsini məsləhət görərdim.. :)
Yəni, xoşbəxtlik bir vərdişdir məncə. Vərdiş də, etdiyimiz hərəkətlərin təkrarıdır. Siz, yatmağı yox, xoşbəxtliyi vərdişə çevirin. Xoşbəxt olmağı təkrar edin. Gününüzü, hər gün, bir öncəki gündən, daha səmərəli keçirin.
"Siz xoşbəxt olduqda, ətrafa da, pozitiv enerji saçacaqsınız. Ətrafınızı, bu pozitiv enerjidən, məhrum etməyin. Axı, siz, təkcə öz dünyanızı yox, başqalarının dünyasını da işıqlandırmaq üçün, bu dünyaya gəldiniz!" 😊
-------------------------------
🆎 Əlizadə Barat Hamlet oğlu
🌐 Interforce Tourism Company
💼 Biznesmen, Təsisçi və Baş direktor
✒ Facebook: Barat Alizadeh
📩 Email: [email protected]
💻 Sayt: http://interforce.az/baratalizadeh/
✏ Insta: https://www.instagram.com/barat_alizadeh_official/
#baratalizadeh #lider #motivasiya #uğur #inkişaf #interforce #turizm #şirkəti #direktor #ceo #vərdiş #xoşbəxtlik
0 notes
Link
💭 Yazacaqlarınızı, ilk dəfə oxuyacaqmışcasına, həyəcanla gözləyirəm! 😊 (Sadəcə facebook səhifəmi izləyənlər üçün) (Facebook səhifəsi: Barat Alizadeh) 📝 Hörmətli, dostlarım! Bu gün, sizdən istədiyim, məni DƏYƏRLƏNDİRMƏYİNİZDİR! 😊 ✏ Bu vaxta qədər, mənim özümə, fikirlərimə, məqalələrimə, səhifəmə dəyər verməyinizi yüksək qiymətləndirirəm. Sizlərin dəstəyi çox gözəldir. İndi isə, səhifəmin dəyərləndirmə bölümündə, geniş bir şəkildə, ürək sözlərinizi yazmaqla, məni yeni-yeni izləyən, və ya, hələ izləməyən insanları da səhifəmi bəyənməyə təşviq etmiş və izləyici kütləmi artırmaqda mənə dəstək olmuş olarsınız.. 😊 ✒ Mən, sizin, mənə qarşı olan düşüncələrinizi bilirəm. Lakin, səhifəmin qiymətləndirmə bölümündə yazacaqlarınızı, sanki, ilk dəfə oxuyacaqmışcasına həyəcanla gözləyirəm! 😊 Sevgilər! PS: Qiymərləndirmə və rəylərinizi bu link vasitəsi ilə göndərə bilərsiniz: https://www.facebook.com/baratalizadehofficial/reviews/
0 notes
Photo
💭 Hamınızın bu suala cavab verməyinizi o qədər çox istəyirəm ki.. :) 📝 Əvvəla, onu deyim ki, düşüncələrimi və həyat tərzimi paylaşdığım, yol-yoldaşım olan bu səhifəyə göstərmiş olduğunuz diqqət başda olmaqla, mənə və düşüncələrimə verdiyiniz dəyərdən ötrü hamınıza ayrı-ayrılıqda təşəkkür edirəm. Sizin bəyənəcəyiniz məqalələr yazmaq qədər gözəli yoxdur.. Amma, mən, daha çox faydalı olmalıyam! :) ✏ SİZCƏ, MƏN DAHA ÇOX NƏ İLƏ BAĞLI MƏQALƏ YAZMALIYAM? :) ✒ Yəni, hansı məqalələr məndə yaxşı alınır? Hansı tipli məqalələrə daha çox yer verməyimi istərdiniz? Hansı tipli şeylər paylaşsam, sizə daha çox xoş gələr.. ? Və ya, necə yazsam, məni daha çox oxuyardınız? :) 🖋 Necə ki, mən bəzi yazılarımla sizə təsir edə bilirəmsə, siz də bu suala cavab verməklə mənim həyatıma pozitiv təsir edə bilərsiniz. Hər kəsi rəy yazmağa dəvət edirəm! Sizləri sevirəm! :) PS: Ən çox istənən mövzu növbəti məqaləm olacaq! :) Təşəkkürlər! ------------------------------- 🆎 Əlizadə Barat Hamlet oğlu 🌐 Interforce Tourism Company 💼 Biznesmen, Təsisçi və Baş direktor ✒ Facebook: Barat Alizadeh ✏ Instagram: @barat_alizadeh_official 📩 Email: [email protected] #baratalizadeh #lider #motivasiya #uğur #inkişaf #interforce #turizm #şirkəti #direktor #ceo #vərdiş
0 notes
Photo
💭 "Ölməkdən deyil, yaşamamaqdan qorxun!" 😊 📝 Bu dəfə fərqli bir mövzudan danışacam. 6 başlıca qorxu hissindən biri - ölüm qorxusudur mövzumuz. Bəziləri üçün ölüm mövzusunu açmağın belə çox qorxuducu gəldiyinin fərqindəyəm, amma, sadəcə ölümdən qorxmayan insan, uğurlu bir həyat yaşaya bilər məncə. Necə deyərlər, bəziləri üçün dünyanın sonu qədər qorxunc olsa da ölüm, bəziləri üçün yeni bir həyat qədər başlanğıcdır.. Bəs, məncə, nədir ölüm?! 😊 ✏ İnanan kəslər üçün, ölüm - itirmək kimidir. İtirmək yeni bir başlanğıcdırsa əgər, ölüm də yeni bir başlanğıc olmalıdır. Yeni həyata, yeni yaşanmışlıqlara doğru gedən yeni bir başlanğıc həm də.. 😊 Ölüm - qorxulu deyil məncə. Vaxtımızın limitli olduğunu göstərən ən gözəl şeydir bu dünyada. Yaxşılıq və ya pislik etmək üçün nə qədər az vaxtımızın qaldığını bildirən bir xatırladıcıdır. Bəlkə də, yeni başlanğıclara aparan uzun bir sonsuzluqdur ölüm.. 😊 ✒ Mən düşünürəm ki, yaşadığımız bu dünya insan üçün son deyildir. Biz böyük bir məqsəd uğrunda dünyaya göndərilmişik. Bu, İlahi qüvvənin bizə vermiş olduğu bir şansdır. İnsanı yaşamaq istədiyi həyatdan ölüm ayıra bilməz ki.. 😊 Və ya, insanı sevdiyi bir insandan ayıran qəddar bir şey də deyildir ölüm. Əksinə, sevənlərə sonsuzluq bəxş edən bir hikmətdir. Bəli, sonsuzluqdur məncə. İnsan, öləndən sonra daha gözəl bir dünyaya getməlidir. Sonsuz və hər şeyə sahib olacağı bir dünyaya. Yoxsa, bu dünyaya niyə gəlirdik? Hər şey, bizim 60-70 il yaşamımızdan sonra bitəcəksə, o zaman niyə sevmək bu qədər gözəldir?! 😊 Məncə, bizim xəyal edə bilmədiyimiz bir sonsuzluq vardır. Bu dünyadakı qısa həyatında etdiyin pisliklərin davamının gələcəyi sonsuz dünya, ya da etdiyin yaxşılıqların əvəzinin sonsuzadək veriləcəyi ədalətli bir dünya.. Və, heç bitməyəcək ikinci bir başlanğıc! 😊 Bu dünyadakı yaşadığın və yaşatdığın hər şeyin qarşılığının olacağı bir dünyanı təsəvvür etmək belə, insanı rahatlatmağa yetərdir. Hansı ki, insan bu dünyada yaxşılıqlar etdikcə, ölüm, ona bir az daha qorxusuz gələcəkdir.. 😊 🖋 Mən, bu dünyada elə yaşamaq istəyirəm ki, ölümün məni nə vaxt tutmasından asılı olmayaraq, ölümdən sonrakı sonsuz yaşamım üçün yaxşı bir şeylər etdiyimin fərqində olum. Mən, çox çalışmaqla, günahlardan arınmış və ola bildiyimcə təmiz ola bilsəm əgər, məgər mənə yazıla bilməzmi, bitməyən bir ömür? Sevdiklərimlə birlikdə, və, bu dünyada yaşadığımdan daha gözəl şeylər yaşayacağım bir dünyada məsələn.. 😊 Yəni, - "Ölməkdən qorxarmı bir insan, bu dünyaya nə məqsədlə gəldiyini dəqiq bilirsə əgər..?!" 😊 ------------------------------- 🆎 Əlizadə Barat Hamlet oğlu 🌐 Interforce Tourism Company 💼 Biznesmen, Təsisçi və Baş direktor ✒ Facebook: Barat Alizadeh ✏ Instagram: @barat_alizadeh_official 📩 Email: [email protected] #baratalizadeh #lider #motivasiya #uğur #inkişaf #interforce #turizm #şirkəti #direktor #ceo #vərdiş
0 notes
Video
tumblr
💭 Baş Sponsoru olduğumuz "FORTUNA" verilişinin 1-ci bölümündən olan görüntüləri təqdim edirəm! 📝 Artıq ilk qalibimiz məlumdur. Verilişi tam formada youtube-da izləmək üçün bu linkə daxil ola bilərsiniz: https://www.youtube.com/watch?v=GpIhg1la6sU&feature=youtu.be ✒ Xatırladaq ki, Şirkətimiz, ilk bölümü 18 May yayımlanan və bundan sonra hər Cümə günü, saat 23:00-da, təkrarı isə hər Cümə axşamı saat 12:00-da Lider TV-də yayımlanacaq "Fortuna" verilişinin Baş Sponsoru qismində çıxış edir. Artıq, ayda 4 dəfə olmaqla Lider Tv-də həm şirkətimizi izləyə biləcək, həm də hər bir iştirakçıya tur biletini şəxsən mənim tərəfimdən təqdim edilməsini görə biləcəksiniz. Hər birinizi ekran başında gözləyəcəyik! :) Uğurlu izləmələr! ---------------------------------------- Bizimlə əlaqə üçün: 📞 💼Interforce Tourism Company ☎ Tel: +994 12 493 6 770 📱 Mob: +994 50/55 988 4 770 📧 Email: [email protected] 📌Ünvan: AF Mall, 2-ci mərtəbə / Nəsimi, Səməd Vurğun, 34 #fortuna #başsponsor #gurcustanturu
0 notes
Photo
💭 "12 May - Dillər Universitetində keçirilən seminarımdan olan şəkilləri təqdim edirəm.. Ümid edirəm, faydalı olmuşdur!" 😊 📝 Seminar deyərkən, bu, xoş bir söhbət qədər maraqlı və əyləncəli idi. Vaxt probleminin olmasını nəzərə almasaq, mənim üçün çox gözəl keçmişdi.. Xüsusilə də, sakit klassik musiqi ilə, alfa modunda seminar keçmək maraqlı imiş.. 😊 ✏ Universitet tələbələri və orada məni dinləməyə gələn izləyicilərim başda olmaqla, bütün əziyyət çəkən insanlara, o cümlədən, - məni dəvət edən izləyicim Fidan xanıma, və təşkilatçılar - Sadiq bəy və Nihat bəyə təşəkkür edirəm. Ümid edirəm, nə vaxtsa yenidən görüşəcəyik. Bu səfər 17 nəfərlə yox, 17.000 nəfərlə.. :) PS: Seminarın sonunda sizə yazdırdığım, `dəyərləndirmə` qismini evdə oxudum və çox xoşbəxt oldum. :) Sizlərlə söhbət etmək xoş idi! Yaxşı ki, varsız.. :) ------------------------------ 🆎 Əlizadə Barat Hamlet oğlu 🌐 Interforce Tourism Company 💼 Biznesmen, Təsisçi və Baş direktor ✒ Facebook: Barat Alizadeh ✏ Instagram: @barat_alizadeh_official 📩 Email: [email protected] #baratalizadeh #lider #motivasiya #uğur #inkişaf #interforce #turizm #şirkəti #direktor #ceo #vərdiş #dilleruniversiteti #adu #seminar
0 notes
Link
💭 "Kitablara dəyər verin! Oxuduqlarınızdan biri, sizin uğurunuzun başlanğıcı olacaq.." 😊 📝 Bu gün, mənim ən sevdiyim kitablar haqqında yazacam. Kitablar haqqında yazmağı çoxdan düşünsəm də, bu günə qismət oldu. Ümid edirəm, bu kitablardan hansılarsa, sizin də həyatınızı dəyişər.. 😊 ✏ Başlanğıcda, onu qeyd edim ki, xaraktercə çox qısqanc biri olduğum üçün, kitablarımı da sevdiklərim kimi qısqanıram. Məsələn, öz şəxsi kitabımı, - hansı ki, ona ilk mən toxunmuşam, - adətən başqa bir insana vermərəm. Bir insana, özünə yeni bir kitab alması üçün pul verə bilərəm, amma öz kitabımı verə bilmərəm. Çünki, mənə aid olan bir şey, sonsuzadək mənim olmalıdır.. 😊 Kitabların hər zaman ən yenisini alıram və hər yeni kitaba başlayanda onun qoxusunu içimə çəkirəm. O səbəbdən də, PDF kitablar diqqətimi çəkmir. Kitabları pdf formatında da oxuya bilirəm, lakin, heç biri mənim evdəki kitabxanamda olan kitablar qədər dəyərli olmur mənim üçün.. Kitabın qoxusu nə deməkdir, başa sala bilmərəm. Sadəcə kitab oxuyanlar və ya birinə aşiq olanlar bunu bilə bilər. İnsan, necə ki, həyat eşqinin artması üçün, sevdiyinin qoxusunu içinə çəkməyə möhtacdırsa, kitab qoxusunu da içinə çəkmək eynidir mənim üçün.. 😊 🖋 Yəni, kitab oxumaq çox fərqli bir vərdişdir. Çox gözəl bir maariflənmə yoludur. Elə bil ki, səndən çox savadlı insanlarla 300 səhifəlik və ya bir neçə saatlıq söhbət edirsən. Həmin kitabın sahibindən çox dəyərli fikirlər alırsan və öz uğurlu həyatını yaradırsan. Eyni zamanda, mən bir kitabı elə oxuyuram ki, elə bil, orda hansısa bir cümlə mənim həyatıma təsir edə bilər. Və, bu dəyəri kitablara oxumadan öncə verdiyim üçün, onlar da oxuduqdan sonra mənim həyatımı dəyişir. Çünki, dünyadakı hər şey, - sevgi də daxil olmaqla - diqqətdən və dəyərdən asılı olaraq dəyişir. Sevgi, necə ki, bir insanın digərinə verdiyi dəyərlə böyüyürsə, kitaba da verilən dəyər insanı o qədər böyüdür. Xatırladım ki, mənim ilk dəyər verdiyim kitab, mənim həyatımı dəyişdirə bilmişdi (Napoleon Hill - Düşün və Varlan). Biznesə olan marağımın artmasında - Varlı ata, kasıb ata (Robert Kiosaki) , uzunmüddətli planlar qurmağı bacarmağımda - `Yüksək effektli insanların 7 vərdişi` (Steven Covey) , şəxsi intizamımı gücləndirməyimdə - `Bəhanələrə yox` (Brayan Treysi) , arzu albomu düzəltməyimdə - `Mani və Pul Əlifbası` (Bodo Şefer) , təlqinlər edərək beynimi pozitivliyə kökləməyimdə isə - `Dünyanın ən dahi taciri` (Oq Mandino) kimi sehirli kitabların çox vacib rolu olmuşdu. Və, ən əsası, hal-hazırda bunlara bənzər (biznes, şəxsi-inkişaf və çox az bir qismi elmi kitablar olmaqla) 130-a qədər kitabım var. Dinlənilmiş, oxunulmuş neçə-neçə həyat dəyişdirə bilən dəyərli kitablar.. 😊 Siz də unutmayın ki, kitablara verdiyiniz dəyər, sevdiyiniz bir şəxsə verdiyiniz dəyərlə düz mütənasib olmalıdır. Çünki, sevgi, nə qədər gözəldirsə, sizi sevgiyə aparacaq yollardan biri, o kitablardan keçə bilər..! 😊 ------------------------------- 🆎 Əlizadə Barat Hamlet oğlu 🌐 Interforce Tourism Company 💼 Biznesmen, Təsisçi və Baş direktor ✒ Facebook: Barat Alizadeh ✏ Instagram: @barat_alizadeh_official 📩 Email: [email protected] #baratalizadeh #lider #motivasiya #uğur #inkişaf #interforce #turizm #şirkəti #direktor #ceo #vərdiş
0 notes
Link
💭 "FORTUNA" verilişinin Reklam Çarxını TƏQDİM EDİRİK! :) 📝 Hər həftənin Cümə günü, saat 23:00-da Lider TV-də Fortuna verilişini izləyə bilərsiniz. Verilişin sonunda şirkətimizin Rəhbəri Barat Alizadeh-in təqdimatında Gürcüstana 2 gecə / 3 günlük səyahət paketi hədiyyə etdiyimiz qalibin kim olduğuna baxa bilərsiniz. ✒ Xatırladaq ki, şirkətimiz, ilk bölümü bu həftə olacaq və bundan sonra Lider TV-də yayımlanacaq "Fortuna" verilişinin Baş Sponsoru qismində çıxış edir. Artıq, ayda 4 dəfə olmaqla Lider Tv-də həm şirkətimizi izləyə biləcək, həm də hər bir iştirakçıya biletini şəxsən şirkətimizin təsisçisi tərəfindən təqdim edilməsini görə biləcəksiniz. Hər birinizi ekran başında gözləyəcəyik! :) ---------------------------------------- Bizimlə əlaqə üçün: 📞 💼 Interforce Tourism Company ☎ Tel: +994 12 493 6 770 📱 Mob: +994 50/55 988 4 770 📧 Email: [email protected] 📌 Ünvan: AF Mall, 2-ci mərtəbə / Nəsimi, Səməd Vurğun, 34 #fortuna #başsponsor #gurcustanturu
0 notes
Photo
💭 "Unutmağı yaddan çıxarın! İzin verin keçmişiniz sonsuzadək sizinlə qalsın!" 😊 📝 Bəzi insanlar düşünürlər ki, keçmişdə çox qırğınlıqlar yaşadığına görə dəyişə bilməzlər. Amma, mən yaşayaraq öyrəndim ki, başımıza gələn hər bir əhvalat, yeni bir "MƏN" yaratmaqda bizlər üçün bir vasitədir! 😊 ✏ Başımıza gələn heç bir şey təsadüf deyildir. Əgər kimlərdənsə ayrılmışıqsa, kimlərisə qırmışıqsa, və ya, kimsə bizi üzmüş və qırmışsa, bunu yaşamalı olduğumuz üçün yaşamışıq. Və məncə, təkcə "bir gün yenidən keçmişə qayıtsan, eyni şeyləri təkrar yaşayarsanmı?" - sualına heç düşünmədən 'Bəli' deyən insan, gələcəkdəki xoşbəxtliyə layiq ola bilər. Əgər insan təbiətən keçmişinə bu qədər bağlıdırsa, keçmişi beyindən atmağa çalışmaq təhlükəli deyildirmi?! Keçmişdə başımıza nə gəlir-gəlsin, - hər şey bizim onlara verdiyimiz dəyərdən asılıdır. Məncə, insan yaşadıqlarını unuda bilməz. Bir insan, bir əşya, bir hiss, - bu nə olur-olsun, əgər səndə pis izlər buraxıbsa, onu sadəcə qəbul etmək yetərlidir. O hadisələrə görə belə Şükür etməyi bacarmaqdır, böyük insanların payına düşən. ✒ Unudaraq yeni həyata başlamaq mümkün deyildir! Bunu bildirmək istəyirəm ki, bir insanı, bir əşyanı, bir hissi - unutmaq üçün bir ömür bəs etməz. Ancaq, bununla yaşamaq, buna təcrübə kimi yanaşmaq və yenidən xoşbəxt olmaq öyrənilə bilər. Keçmişi unutmağa çalışmayın! O, sizin bir parçanızdır. O, sizin həyatınızdır. Sadəcə, onunla yaşamağı öyrənin. Onu rahat qəbul edə bildiyinizə əmin olduğunuz vaxt, növbəti gözəlliklərə fürsət yaranacaq. O fürsəti qaçırmayın! Bəlkə, bu fürsət qarşınıza daha tez çıxacaqdı. Amma, indiyədək sizin keçmişə olan bağlılığınız buna əngəl olurdu. İndi isə, yeni bir həyat var qarşınızda. Bəlkə də, daha gözəl insanlarla, daha ağıllı, və daha müdrik bir şəkildə yaşamaq üçün. Daha çox sevmək üçün, və sevdiyinizdən daha da çox sevilmək üçün. Unutmayın ki, keçmişinizi unutmağa çalışdığınız vaxtı, gələcəyinizi qurmağa da sərf edə bilərsiniz. 🖋 Yeni həyatınıza keçmişinizin daxil olmasına izin verməyin. Nəyi unuda bilmirsinizsə, onu bağışlayın və onsuz yaşamağa çalışın. Və, o, hər nədirsə, - onu böyük sevinclə qəbul edin. Çünki, həyat siz qəbul etməsəniz belə, - yalnız sizə lazım olanı qarşınıza çıxarar! Və, bunların bəziləri sizi gücləndirmək üçün, bəziləri isə, ömürlük olmaq üçündür! 😊 ------------------------------- 🆎 Əlizadə Barat Hamlet oğlu 🌐 Interforce Tourism Company 💼 Biznesmen, Təsisçi və Baş direktor ✒ Facebook: Barat Alizadeh ✏ Instagram: @barat_alizadeh_official 📩 Email: [email protected] #baratalizadeh #lider #motivasiya #uğur #inkişaf #interforce #turizm #şirkəti #direktor #ceo #vərdiş
0 notes
Photo
💭 Dünən "FORTUNA" verilişinin ilk qalibini müəyyən etdim! :) 📝 Hər həftənin Cümə günü, saat 23:00-da Lider TV-də mənim çıxışımda qalibin kim olduğuna baxa bilərsiniz. ✒ Xatırladım ki, şirkətim, ilk bölümü bu həftə olacaq və bundan sonra Lider TV-də yayımlanacaq "Fortuna" verilişinin Baş Sponsoru qismində çıxış edir. Artıq, ayda 4 dəfə olmaqla Lider Tv-də həm məni görə biləcək, həm də hər bir iştirakçıya şəxsən biletini təqdim etməyimi və şirkətimi tanıtmağımı izləyə biləcəksiniz. Hər birinizi ekran başında gözləyəcəm! :) Fortuna verilişinin anonsu və verilişlə bağlı digər məlumatları - bir öncəki postdan izləyə və ya bu linkə daxil olaraq baxa bilərsiniz: https://m.facebook.com/story.php?story_fbid=1825117187545378&id=1595198417203924 -------------------------------------------- 🆎 Əlizadə Barat Hamlet oğlu 🌐 Interforce Tourism Company 💼 Biznesmen, Təsisçi və Baş direktor ✒ Facebook: Barat Alizadeh ✏ Instagram: @barat_alizadeh_official 📩 Email: [email protected] #baratalizadeh #lider #motivasiya #uğur #inkişaf #interforce #turizm #şirkəti #direktor #ceo #FORTUNA #BaşSponsor
0 notes
Link
Mühtəviyyata keç Barat Alizadeh Businessman, Co-Owner and Director of Interforce Tourism Company Menyu Interforce – FORTUNA verilşi (Baş Sponsorluq) Barat Alizadeh Kateqoriyasız May 14, 20181 Minute 💭 Əziz, INTERFORCE izləyiciləri! 🙂 🔹 Sizlərə illər öncədən çox sevilən “FORTUNA” verilişinin təkrar yayına başlamasını elan edirik! 🔸 INTERFORCE TOURISM COMPANY olaraq bu ANONS-la FORTUNA verilişinin “BAŞ SPONSORU” olduğumuzu qürurla ifadə edirik. Bu layihə şirkətimizin Televiziyadakı ilk işi olacaq və ümid edirik ki, daha bir çox layihələrdə sizlərin qarşısında olacağıq. Bizi dəstəklədiyiniz üçün sizlərə MİNNƏTDARIQ! 🙂 💎 Qeyd edək ki, `Fortuna` verlişi hər Cümə günü, saat 23:00-da olmaqla, ən baxımlı kanal olan LİDER TV-də yayımlanacaq. Şirkətiminizin Rəhbəri Barat Alizadeh hər həftə 1 iştirakçını verilişdə qalib elan edərək, ona 2 gecə/3 günlük – hər şey daxil, GÜRCÜSTAN TURU paketi təqdim edəcək. Ay ərzində Interforce Turizm Şirkətinin Baş Sponsorluğu altında 4 şəxs bu zövqü yaşaya biləcək və hər biri 3 günlük tur əldə edəcək. 📌 Bu qaliblərdən biri siz də ola bilərsiniz. Şəhərdə gəzərkən Pasportunuz üstünüzdə olsun. Artıq ilk qalib məlumdur. Çəkilişdə olan şəkillər sizə gün ərzində çatdırılacaq. Verilişimiz tam realdır. Hər an qarşınıza çıxa bilərik! 🙂 ——————————– Bizimlə əlaqə üçün: 📞 💼 Interforce – Baş ofis ☎ Tel: +994 12 493 6 770 📧 Email: [email protected] 📱 Mob: +994 70 247 0 770 ; +994 50/55 988 4 770 📌 Ünvan: AF Mall, 2-ci mərtəbə / Bakı şəh, Nəsimi ray, Səməd Vurğun, 34 #interforcetourismcompany #veriliş #başsponsor #FORTUNA #LiderTv Edit"Interforce – FORTUNA verilşi (Baş Sponsorluq)" Published by Barat Alizadeh Businessman, Co-Owner and Director of Interforce Tourism Company Barat Alizadeh tərəfindən yazılmış bütün yazılara bax Yazılar üzrə naviqasiya Previous Post Barat Əlizadə – “Özgüvən necə artırıla bilər?” Bir cavab yazın Barat Alizadeh olaraq giriş edilmişdir. Çıxış? Şərh Yeni şərhləri mənə e-poçt vasitəsi ilə bildir. Axtarış:Follow Blog via Email Click to follow this blog and receive notifications of new posts by email. Digər 2 izləyiciyə qoşulun WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Independent Publisher 2 tərəfindən Raam Dev.
0 notes
Video
youtube
💭 #video10 Əziz, Dillər Universiteti tələbələri! 1 gün SONRA, yəni Şənbə günü, saat 14:00-da sizin qarşınızda çıxış etmək çox gözəl İDİ! 😊 📝 Yuxarıda yazdığım cümlənin qarmaşıq olduğunu və ümumiyyətlə, səhv yazıldığını bilirəm. Keçmişlə - gələcəyi birləşdirmək asan deyil, amma bacarıla bilər.. 😊 Ümid edirəm, maraqlı olacaq. Bu videoda siz bu suallara cavab tapacaqsınız: ❓Özünə güvəni necə artırmaq olar? ❓Mən özgüvənimi artırmaq üçün nələr edirəm? ❓Visualizasiya nələrə kömək ola bilər? ❓Ümumiyyətlə, mənim Dillər Universitetində nə işim var? 😊 ✏ Video-da anlatdığım medi-visualizasiyanın çox önəmli var. Gələcəyi görmək, onu hiss etmək, sizi o xəyala daha da yaxınlaşdırır. Siz artıq yaşamış olduğunuz bir həyatı təkrar yaşamış olursunuz. Onun üçün, nə olursa olsun, hadisələr sizə qorxuducu gəlməyəcək. Bunu edin və nəticələrindən bəhrələnin! 😊 ✒ "Qarşınızda" sözünü deməyə çalışarkən nitqimin pozulduğunun fərqindəyəm, bir sonrakı videoda bu olmayacaq! Uğurlu izləmələr! 😊 --------------------------- 🆎 Əlizadə Barat Hamlet oğlu 🌐 Interforce Tourism Company 💼 Biznesmen, Təsisçi və Baş direktor ✒ Facebook: Barat Alizadeh ✏ Instagram: @barat_alizadeh_official 📩 Email: [email protected] #baratalizadeh #lider #motivasiya #uğur #inkişaf #interforce #turizm #şirkəti #direktor #ceo #vərdiş
0 notes