a-socialjustice
a! sosial ədalət!
16 posts
bütün ölkələrin asosialları birləşsin !!!
Don't wanna be here? Send us removal request.
a-socialjustice · 5 years ago
Text
yenə işdən çıxıb evə gəldiyin sıradan bir gün. yenə erkən qaralmış hava. yenə günün erkən bitdiyi duyğusu. və uzun müddətdir heç ağlından keçməyən amma indi səni narahat edən duyğular və yaratdığı fikirlər cavabsız suallarla bərabər. qərarsızlıq. sonunda nə olacağını bilmədən gözləməli olman məcburiyyəti. gözləyişi asanlaşdıracaq kiçik ümidlər böyük xəyallarıyla bərabər və zamanın keçməsi üçün uydurduğun məşğuliyyətlər. elə bu yazı kimi. daha da səbr etməlisənmi? həyatın sənin həyatını bir gün yönləndirməsinimi gözləməli yoxsa işləri qaydasına salmaq üçün mübarizəmi aparmalı? yenə hadisələri doğru analiz edə bilmədiyini anladığın anlardan biri. doğrumu səhvmi etdiyini bilmədən özünü haqlı çıxarmaq üçün məntiqinə, duyğularına anlatdığın bəhanələr, bəlkə də yalanlar. bu qeyri-dəqiqlik, konkret nəticəni görə bilməmən. doğru bildiyin həqiqətlərinə qarşı çıxman və doğru olub-olmadıqlarını sorğulayacaq səviyəyə qədər özünü yorman. yenə gözləmək. həm də heç nə anlamadan və də anlaşılmadan. elə bu yazı kimi.
1 note · View note
a-socialjustice · 6 years ago
Text
beynimiz nәlәrә qadirdi?! yazıram, çünki bu an yaşadıqlarımı unutmaq istәmirәm. sәbәbi isә sadәcә bu gün dinlәdiyim 3 dәqiqә 59 saniyәlik bir mahnı. vә içindә sadәcә 6-7 söz. amma ritmlәr. o ritmlәr mәnә günlәri, hәftәlәri yada saldı, zamanda sәyahәt edirmiş kimi, yazmağıma sәbәb olacaq qәdәr möhtәşәm ritmlәr. avtobusda gecә 1-ә qalmış evә qayıtmağımı xatırladacaq qәdәr. bәlkә dә beynim indiki әhvalımla hәmin an evә qayıtdığım әhval arasında bir әlaqә yaratdı. ritmlәr yaddaşımı tәzәlәdi. vә hәmin an olduğum qәdәr sәrxoş etdi mәni. bizlәr musiqidәn bu zövqü alarkәn bir dә bu işi әrsәyә gәtirәn insan zehni var. bu an yaşanan duyğuların yanında insani tәmәl duyğular alt sәviyyәdә qalır. şüuraltıma enmiş vә yanıldığımı görmüş kimiyәm, sanki dәrinlәrdәn xәbәrsiz. anlatmaq çәtindi çünki tam subyektiv hisslәrdi, mütləq yaşanmalıdı :)
p.s. bir dәfә yaşca böyük, psixiatriya tәcrübәsi olan bir yoldaş demişdi. әgәr bir insanın xarakterini ifadә edәcәk söz tapmırsansa, böyük ehtimal hәmin insanın psixiatrik bir pozuntusu var. bir növ indi yaşanmışlar kimi.
16 notes · View notes
a-socialjustice · 7 years ago
Text
son zamanlar belә bir müşahidә aparmışam. xarakteri xarici görünüşә әsasәn әksәr hallarda müәyyәn etmәk olur. xüsusən dә ortayaşlı insanlarda. çünki yaşadığımız emosiyalar - kәdәr, sevinc, xoşbәxtlik, qısqanclıq vә s. mimikalarımızla ifadә etdiyimiz duyğular - üz cizgilәrimizdә bizdәn xәbәrsiz izlәr buraxır. gözәtrafı qırışlar çox zaman gülәrüz ömür sürәn insanlarda daha dәrin olur. bu, mәncә, hәmin insanın әtrafındakı insanlara verdiyi dәyәrdәn xәbәr verir vә etibar edә bilәcәyimiz anlamına gәlir vә ya kin, qısqanclıq iki qaşımızın arası dediyimiz yerdә (glabella) vә alnımızda zamanla özünü biruzә verәn dәrin xәtlәr. bir növ eqoistlikdәn doğan izlәr. daha bir nümunә, izlәrin kifayәt qәdәr az olduğu insanlar, әskәrәn özü üçün yaşayan, kәnardakılara zәrәri toxunmayanlar. siyahını tәbii ki uzatmaq olar, amma unutmayaq ki, bunlar sadә, subyektiv bir müşahidәdir vә mütlәq doğru deyә bir şey yoxdu.
13 notes · View notes
a-socialjustice · 8 years ago
Text
əks��r vaxtlar sənədli filmlərdə erkəklərin dişi uğrunda mübarizəsi maraqlı gələrdi. niyə məhz erkəklər bir dişiyə görə bir-birinə rəqib olurdular? cəmiyyətdə də fərqli halın olduğunu demək doğru olmazdı.
deməli, nəticəsi son aylarda açıqlanan araşdırmada erkək cinsinin mübarizəsinin təkamüldə rolu təcrübi olaraq təsdiqlənib. müşahidələrin dərinliyə enmədən, o təsdiq olunub ki, bu mübarizə daha keyfiyyətli növləri təbiətə qazandırır. bir erkəyə bir dişinin düşdüyü, mübarizənin olmadığı durumda bir neçə nəsildən sonra hətta populyasiyanın məhvinə səbəb olurmuş.
qısacası, qadınlara tövsiyəm, daha keyfiyyətli cəmiyyət üçün doğru yoldaşı seçin :)
p.s. yaxşı şüar oldu :)
15 notes · View notes
a-socialjustice · 9 years ago
Text
ciddi olmayasane gərək. nəyisə, kimisə bütləşdirməyəsən gözündə. vaxtında, ürəyindən keçəndə radikal qərarlar verməyi bacarmaq lazımdı. soyuqqanlılıq, eqoistlik heç də həmişə birmənalı, sərt qarşılanmamalıdı. insanın özünü sevməyi niyə anormal qəbul olunsun ki? hətta tam normal olaraq, təbiətin bizə bəxş etdiyi özünümüdafiə instinkti kimi də qəbul etmək olar. bir müəllimimiz demişdi ki, sevməyə bir yerdən başlamaq lazımdı. özünü sevməyən insan başqalarını necə sevə bilər ki?
15 notes · View notes
a-socialjustice · 9 years ago
Text
reallıqdan nə qədər uzaqlaşsan, sakitliyini də bir o qədər itirəcəksən. sonra gəlib tumblr-da paylaşım edəcəksən :)
21 notes · View notes
a-socialjustice · 9 years ago
Text
dəyişəcəksiniz. ətraf mühitiniz, şərtlər, imkanlar dəyişəndə məcburi olaraq fikirləriniz də dəyişəcək. baş verməlidir. çünki bu instinktdir.
insan daima özünü yaxşı hiss etmək istəyir. ona hüzursuzluq verən nə varsa, uzaqlaşdırmağa çalışır özündən. aylar da çəkə bilər bu proses, illər də. indiki halınız dəyişməyəcək zənn edirsinizsə, zaman keçdikdən sonra bir də özünüzə diqqət edin.
çünki insan yalnızlığı, təklənməyi sevmir, o qədər güclü deyil. bu təklik o səssiz, qaranlıq gecələrin “təkliy"indən deyil heyf ki. cəmiyyətdən ayrı düşmüş insan özünü tənha hiss edir. ona görə zamanla düşüncələrini onlara uyğunlaşdırır.
təbiətdə də bu var. digər heyvanlar tərəfindən tez-tez ovlanan heyvanlar həyatda qalmaq üçün ətraf mühitin şərtlərinə uyğunlaşmalı olur.
dediyim odur ki, hələ çox mərhələ adlamaq lazımdı.
13 notes · View notes
a-socialjustice · 9 years ago
Text
ümumiyyətlə, ən çox sıxıntı verən duyğulardan biridir qərarsızlıq. qərarsız qalan adam anlamasa da, ən gərəksiz vaxt itkilərindən biridir. mən son günlər tamam təsadüfi şəkildə tanışlarımdan biri tərəfindən deyilən üsulla vəziyyətdən çıxıram. səhv qərar vermək, qərarsız qalmaqdan yaxşıymış. həqiqətən çox zaman işə yarayır, xüsusən də gündəlik həyatda. qərarsızlığın verdiyi sıxıntı, diqqəti toplamağa da imkan vermir, beləcə önəmli işləriniz anlıq bir seçimə görə növbədə gözləməli olur və ya ertələnir. ən azından gündəlik həyatınızı asanlaşdırmaq üçün yoxlaya bilərsiniz.
11 notes · View notes
a-socialjustice · 9 years ago
Text
bir rejissor var (adı sirr qalsın), filmləri geniş izləyici kütləsi üçün nəzərdə tutulmayıb. nə vaxt IMDb-yə baxsam, bu rejissorun filmləri 5,5-7 arası ballar alır. bax, yeganə rejissordu ki, bu rəqəmləri görəndə sevinirəm.
8 notes · View notes
a-socialjustice · 9 years ago
Text
bu tumblr-ın işləmə mexanizmi, deyəsən, ancaq kədər üzərində qurulub. daha çox rəğbət qazananlar ən çox kədərləndirə bilənlərdi :) arada bir dəyişiklik edin, əsəbiləşin, sevinin, təəccüblənin. bu qədər çox darıxmaq sağlamlığınız üçün təhlükəlidir :)
9 notes · View notes
a-socialjustice · 9 years ago
Text
axır ki, axtardığım musiqini də tapdım. musiqinin verdiyi hüzura yuxusuzluq da əlavə ediləndə, yorğunluq tamam unudulur. yuxululuqla ayıqlıq arasındakı o fazada ilişib qalırsan. ağıl yerini emosiyalara verir. ətrafdakı cisimlər real görünüşündən uzaqlaşır, duyğular daha çox önə çıxdığından real cisimlər, real hadisələr duyğusallaşır. yaradıcı insanların yazma istəyinin yarandığı andır bu. tək zövq almaq və yaxud duyğularınızı paylaşmaq sizin seçiminizdi. yuxu yoxsa yuxusuzluq? hər ikisi.
10 notes · View notes
a-socialjustice · 9 years ago
Text
bir vaxtların məşhur sualı ki vardı, həyatımız bir film olsaydı, izlənməyə dəyərdimi? məqsədsiz yaşamaq, həyatı axarına buraxıb, bu suala cavab axtarmamaq da bir seçimdi. amma ikinci yolu seçmisinizsə, qarşınıza bir məqsəd qoymusunuzsa, ilk diqqət etməli olduğunuz əlinizdəki imkanlara əsasən düzgün məqsəd seçimidir. bir uşağın yanında terminologiya ilə bol cümlələr qursanız, illərlə o uşaq dil açıb danışa bilməz. mimikalar, davranışlar, sadə cümlələr o uşağın anlama imkanları daxilindədir. indiki durumunuza da, gələcək halınızın uşaqlığı kimi yanaşa bilərsiniz. imkanlarınızı tanıdığınız müddətcə müvvəfəqiyyət həmişə mümkündür.
özümü fərdi-inkişaf kitablarının müəllifi kimi hiss elədim :(
13 notes · View notes
a-socialjustice · 9 years ago
Text
bir çinli rejissorun filmində deyilirdi. qaçıram. qaçıram ki, tərləyim. əgər tərlərsəm, ağlamaq üçün gözlərimə su çatmaz.
12 notes · View notes
a-socialjustice · 9 years ago
Text
saxta kədərli insanlar. yeni model telefonlar çıxdığında əlindəkini bəyənməyib, ehtiyacmış kimi yenisini alanlar. indi kədərlər də bu mexanizmlə işləyir. kədərlənməyə meyilli insanlar. optimist olmaq tələb olunmur. sadəcə bir az qərarlı olun. çətinlik, uğursuzluq və s. kədərə səbəb olacaq şeyləri bəhanə kimi gəzdirməyin yanınızda. insan elə bir növdü ki, fərq etməz istənilən şəraitə uyğunlaşa bilir. buna psixoloji situasiyalar da daxil. əgər kədərli olub, şikayətlənmək istəyirsinizsə, şəxsi işiniz. amma bu duruma görə heç kimi qınamayın. 
55 notes · View notes
a-socialjustice · 9 years ago
Text
adam bilmir, yuxusuz qalsın, sakitlikdən zövq alsın yoxsa yuxusunu almadığı üçün məhv olacaq sinir hüceyrələrinə görə heyfslənsin. hər halda nə qədər ki gəncdi, orqanizminin imkanlarından maksimum yararlanmalıdı insan. xüsusən də yaddaş. və ən əsası xəstələnməmək lazımdı. onsuz qocaykən xəstələnməyə yetəri qədər vaxtımız olacaq :) ona görə özünüzə diqqət etməyə çalışın.
19 notes · View notes
a-socialjustice · 9 years ago
Text
içimdən dəli bir istək keçir ki, paylaşım edim :) amma bu eqo doyurma vasitəsinə aldanmaq şəxsi düşüncələrimə uduzmaq olar. bu paylaşımın özündən belə aşkar qeyri-səmimilik sezilsə də, nə edək, belə paradoksal, absurd bir paylaşım alınır :) ilkləri önəmsədikcə, daha çox xətaya yol verirsən. sərbəst ol bacardıqca. çəkinmə. (komplekslidir :D)
10 notes · View notes