Don't wanna be here? Send us removal request.
Text
Parçaları itmiş "puzzle" kimidir insanlar. Kiminin ruhu yox, kiminin ürəyi, kiminin də beyini.
1 note
·
View note
Text
“19 yanvarda xalqın heç nədən məlumatı olmasın deyə sovet diversantları AzTV-nin enerji blokunu partlatmışdı. O vaxtdan bəri 23 ildir o televiziya işləmir.”
— Zamin Hacı
121 notes
·
View notes
Text
Siz bilərsiniz, nə vaxt hər şey yaxşı olacaq?
4 notes
·
View notes
Text
Onlar məni başa düşmürlər...İzah etməyə də məcbur deyiləm...
48 notes
·
View notes
Text
Bağışlayasan gərək Paşam hələdə xəyanət edirlər əmanətinə..👁️
205 notes
·
View notes
Text
Adın nədi, neçə yaşın var, maraq dairəni nələr təşkil edir, hardasa oxuyursan ya da işləyirsən bunlardan xəbərsizəm, sənlə bağlı bildiyim tək bir şey var: Bir gün mənim həyatıma girəcəksən və əksik parçalar tamamlanacaq. Qarşımıza çıxan hər bir insanın bir birimizə doğru gedən yol üçün sadəcə bir pillə olduğunu görəcəyik. Bəlkə də hal-hazırda həyatında biri var, çox gözəl ya da pis gedən bir münasibətiniz var. Onu qucaqlayıb qulağına heç vaxt ayrılmayacağınızı, onu sevdiyini pıçıldayırsan, məndən xəbərsiz :) Onsuzda heç kim biriylə bir gün çıxıb getmək üçün sevgili olmur. Bəlkə də sən də mənim kimi təksən, yorğunsan, ətrafındaki bütün insanlardan bezdiyin halda geniş təbəssümlər, pozitiv enerji saçırsan. Ya da təslim olmusan, gücün qalmayıb insanlarla mübarizə aparmağa. Bəlkə biz çoxdan tanış olmuşuq, bir birimizin fərqində deyilik? kim bilir. Təsəvvür edirəm bir an, ayrı - ayrı həyatları yaşayırıq, bir-birimizdən xəbərsiz, amma bir zaman kəsiyində dönüş nöqtəsi olacaq, hər şey dəyişəcək və biz bir-birimizin hərşeyi olacağıq. Birlikdə qulaq asacağımız mahnıları, baxacağımız filmləri, gedəcəyimiz yerləri belə canlandıra bilirəm xəyalımda. Bir gün gələcəksən, səndən öncəki həyatımın yalan olduğunu mənə öyrədəcəksən, hər şey başlayacaq və o gün həyatımın ən müqəddəs günü olacaq. Hər şeyin tezliklə olması yox, ən doğru zamanda bir-birimizi tapmaq diləyi ilə..
306 notes
·
View notes
Text
“Mən qızımın toyunda dedim ki, hər bir abırlı Azərbaycan qadınının üç kişisi olmalıdır. Hamı pərt oldu. Sonra izah elədim ki, bəli, üç kişi olmalıdır – atası, əri və oğlu. Bu sevgi qadını mərhələli şəkildə inkişaf etdirəcək və daha da əxlaqlı edəcək. Ümumiyyətlə ata sevgisi qızı yönləndirir. Bunu əvvəl də demişəm ki, ay azərbaycanlı kişilər, bilirəm ki, hamınız oğlan istəyirsiz. Amma qızınız olanda biləcəksiniz ki, Allah sizə necə xoşbəxtlik verib.”
Çingiz Abdullayev
13.03.2019. 02:31
43 notes
·
View notes
Text
YUXU
Ayaqları əyri, gözləri də ki pişik gözünə oxşayır. O kimdi axı mən onu alım?
Əşşi yuxudu da.
Sənin qabağın alınmasa, bu gün yuxuda qaçırarsan, sabah da doğurdan qaçırarsan.
Bunun boyuna bax. Koroğluya oxşayır, əhəng satır.
Sən bildin, ves Bakı bildi.
Ondu, yüzdü, mindi, tərxun vitamindi.
Uzaqda durma, bığları burma.
-Az, Həcər, qumu nöş yeyirsən?
-Azər diyir ki, marojnadı.
-Kül ağlıva. Azər deyir. Gözün yoxdu? Kor zadsan? Qumdan da marojna olur?
-Müəllimə, Ceyhun, atama yemişbaş dedi.
-Dedi, dedi də. Podumayeş. Guya öz atası Rasim Balayevdir.
Mənim qızımı qaçırdanın gərək 7 başı olsun.
Sən demə, ərəb qardaşlarımızda qeybət mejdunarodnu imiş.
Kaş elə iynə doğaydın sən.
Nə olub mənim qızıma? Aydan arı, sudan duru. Pirojnaya oxşayır.
Hansı qanunda, kitabda yazılıb ki, adamı yuxu üstündə türməyə bassınlar?
İtil o yana kəkilli fərə.
Yuxu görmək qadağandı bəyəm?
Neynəyək bundan sonra yuxu görəndə gəlib sizdən icazə alarıq.
P.S. Fotonun müəllifi - Soroush golpoor. Ağ-qara fotoya dedim rəng qatım :)
39 notes
·
View notes
Text
Hər şeyə acıq. Seksə ac, şəhvətə ac, yeməyə ac, hətda qeybətə belə acıq. Bircə elmə, kitaba, məlumata toxuq.
45 notes
·
View notes
Text
Öz xeyrini güdən insanlar, onların süni münasibətləri... Sayənizdə həyatı öyrənirəm. Saxta səmimiyyətinizi alıb, çıxın həyatımdan!
10 notes
·
View notes
Text
Belə biri olsun.
Kitab və filmləri müzakirə edəcəyi biri olmalıdı insanın həyatında. Kitabı oxuyub, bağlıyıb üz qabığına yenidən baxdığında danışmaq üçün ağlına o insan gəlməlidi. Altından xətt çəkdiyin cümlələri oxuyacağın biri. Film gözləmədiyin sonla bitdiyində təəccübünü bölüşəcəyin biri…
144 notes
·
View notes
Text
Aylar öncə bir ad günündə idim. Dostum oğlunun 7 yaşını qeyd edirdi. Bizi də çağırmışdı. Məclis də əsasən uşaqlardan ibarət idi. Nə isə…elə ki, kloun gəldi, balacalar cumdu onun üstünə. Bir xeyli əyləndilər. Amma… bir baxdım ki, uşaqlar üz alıb və…oğlanlardan ikisi klouna arxadan təpik vurur. O da bir şəkildə zarafata salıb bunları ha yola vermək istəyir, ha uşaq dilində danışır, ha ortalığa bir söhbət salıb vəziyyətdən çıxmağa cəhd edir. Fəqət alınmır ki, alınmır… Boynu yoğun valideynlərdən də bircəciyi uşağına təpinmir, qışqırmır, göz ağartmır… Əlqərəz, klounun proqramı bitdi. Sanki ona yox, təpiyi mənə vurmuşdular. İçim həqiqətən göynəyirdi. Yerimdə qərar tuta bilmədim, klounun arxasınca soyunub-geyinmə otağına girdim. Əvvəl məni görmədi. Baxdım ki, köynəyini başından çıxara-çıxara ağlayır. Dilinin də altında nəsə danışır. Astadan. Məni görçək tez özünü düzəltdi. Bir qədər səssiz qaldıqdan sonra isə qəfil səsləndi: “Pul çatıb müəllim…” - Yox əzizim, mən pula görə gəlməmişəm. Sadəcə o nadinc uşaqların əvəzinə üzr istəmək istədim… - Müəllim, mən hər gün bu həyatı yaşayıram…. ….Klouna gələn qəfil zəng söhbətimizi qırır. Qızıdı. Nəsə deyir. Mənsə sadəcə atanın verdiyi cavabı eşıdırəm: “Ağıllı balam, papa işdədi, sən mamanı qucaqla yat. Aha alacam. Söz. Sən istədiyin oyuncağı alacam. Papa canı alacam”
P.S ..Övlad üçün təpiklənməyi belə gözə almağın adıymış - ATALIQ!
Fərəcov Ramil.
170 notes
·
View notes
Note
Ugurlar. Ama men eylesine bloga baxib cixdim.
Yaxşı elədin, çox sağ ol :)
1 note
·
View note
Text
Sabah önəmli gündür mənim üçün. Biriniz "uğurlar" falan yazın anonim də olsa :)
8 notes
·
View notes
Text
54 notes
·
View notes