#qaçın
Explore tagged Tumblr posts
Text
Mənə elə gəlir səhv etmək qəlbin işidi, doğrunun yolunu tapmaq isə ağlın. Çalışın nə ancaq səhv edin nə də doğruya tərəf qaçın. Ortalarda bir yerlərdə olun. Əsas odur ki, sonda geriyə dönüb baxdıqda özünüzə layiq gördüyünüz bir həyatı yaşamış olun.
31 notes
·
View notes
Text
İtirmədən anlamır insanlar xoşbəxtliyini, sağlamlığını, dostluqlarını. Xoşbəxt ikən heç nəyi düşünmür, həyat həmişə belə olacaq deyə düşünür. Dünyada pis şeylər yoxmuş, olmayacaqmış kimi. Hər zaman üzü güləcəkmiş kimi. Xəbərləri, filmləri izlərkən kədərlənir gördüklərinə, öz başına gələ biləcəyini belə düşünmür. Bir gün birini çox sevəcəyi gəlmir heç ağlına, onu itirib də izləməklə anlamayacağı bir ağrı çəkə biləcəyini düşünmür. Sağlığını itirmədən başa düşmür sağlamlığın qiymətini. Zənn edir ki, xəstəliklər həmişə ondan uzaqda qalacaq, bəlkə qalır da. Amma sevdikləri xəstələnir bu dəfə də. Gözlərinin qabağında hər gün ölür o sevdikləri. Sonra "kaş ki qucaqlasaydım dolu dolu, kaş ki səsimi yüksəltməsəydim, kaş ki daha yaxşı davransaydım" deyə düşünür, kaş ki deyərək özünü bitirir, peşman olur, içi ağrıyır, gözləri dolur. Axıtdığı göz yaşları dərdə dərman mı? Xeyr. Təxirə saldığınız işləri həyata keçirin. Ailənizə olan sevginizi bildirin hər fürsətdə məsələn, ya da çox darıxdığınız ama qürurdan yazmadığınız o insana yazın, ya da xəyallarınızın arxasınca qaçın gec olmadan.
22 notes
·
View notes
Note
Burda o sapıklardan o qədərdi ki 😂 qıraqdan ağırlı başlı kimi görünən ..
Həə, diqqətli olun. Çox ağıllı görünən insanlardan qaçın. Burdakı ağıllı görünənlər çox təhlükəlidir. Çoxbilmiş olurlar. Öz iç üzlərini gizlədirlər
4 notes
·
View notes
Text
Dünyada nə qədər insan bir-biri üçün darıxır , amma bir-birini axtarmır. Eləcə də son vaxtlarda olan insan itkiləri , hekayələri , həyatın verdiyi mesajlar deyir ki , sabah nə olacaq bilmirik. Mən də sizə demək istəyirəm . Varsa ürəyini qırdığınız insan , könlünü alın. Varsa bir sevgi etirafınız , edin. Varsa bağırmaq , hayqırmaq , arzularınızın arxasınca qaçmaq istəyi , qaçın. Varsa bir darıxdığınız ,onu axtarın. Ən çox ən çox da divarları yıxın , aranızdakı divarları. O divarların arxasında sizi nələrin gözlədiyini bilmirsiz. Ən əsası , sabah nə olacaq bilmirsiniz. Amma siz yenə də sabaha inanın , sabah yaxşı şeylərin olacağına inanın. Sabahı sevgi və həsrətlə gözləyin.
Doğacaq günəşi gözləyin.
26 notes
·
View notes
Text
• Günün axşam saatlarında, gecələr daha çox özümüz oluruq biz, həqiqi kimliyimizə dönürük, içimizin səsi, ürəyimizin döyüntüsünə qulaq veririk, vücudumuzu, qəlbimizin yerini hiss edirik. Çiynimizdəki yükün ağırlığını duyuruq. Duyğularımız dilə gəlir, onu gün ərzində susduran şəhərin hay-küyü, maşınların siqnalı, adamların çığırtısı, iş telefonunun zəngi... olmur bu saatlarda. Bir biz oluruq, bir də ruhumuza hakim kəsilən səslər. Birini o deyir, birini biz. Danışırıq, dalaşırıq özümüzlə. Nə xoş o insana ki, sonda anlayır özünü, barışır özüylə. Nə xoş o insana ki, sevdiklərinə əli çatır, ünü yetir, doğmalarıyla, bir evdə yaşadığı insanlarla arasında divarlar yoxdu, onlar bir-birini duyur, eşidir, başa düşür.
Bu yaxınlarda bir fikir oxudum. Deyir, bilirsənmi, dünyada nə qədər insan bir-biri üçün darıxır, amma bir-birini axtarmır... Eləcə də son vaxtlarda olan insan itkiləri, hekayələri, həyatın verdiyi mesajlar deyir ki, sabah nə olacaq, bilmirik... hər gün ağlımda. Mən də sizə demək istəyirəm. Varsa ürəyini qırdığınız insan, könlünü alın, varsa bağırmaq, hayqırmaq, arzularınızın arxasınca qaçmaq istəyi, qaçın. Varsa bir darıxdığınız, onu axtarın. Ən çox, ən çox da divarları yıxın, aranızdakı divarları... o divarların arxasında sizi nələrin gözlədiyini bilmirsiz. Ən əsası, sabah nə olacaq, bilmirsiniz. Amma siz yenə də sabaha inanın, sabah yaxşı şeylər olacağına inanın. Sabahı sevgi və həsrətlə gözləyin. Doğacaq günəşi gözləyin..🤍
49 notes
·
View notes
Text
Pessimist insan qədər adamı xərçəng edən, çürüdən ikinci bir insan tipi yoxdu. Nə qədər təsəlli verib pis düşüncələrdən qurtarmaq istiyirsən, sonda görürsən ağlıya ağlıya o sənin enerjini çəkib bitirib. Harda görsəz qaçın
13 notes
·
View notes
Text
Qadın.🩷 🫢 🫠
Siz siz olun bir Qadın'a hər zaman baş üstə deyin🫡.
Üzülməsinə səbəb olmayın🥹.
Üzündə təbəssüm yaradın🫣.
Əllərindən öpün. 🫂
Bir yerə gedərkən yeri gəlsə izin alın🫠.
İzin verməsə baş üstə deyin. 🫢
Səbəbsiz yerə iltifatlar edin(onlar iltifatla nəfəs alır)🥹.
Gözlərinə sevgi dolu baxın. 🤗
Qızınız kimi böyüdüb sahiblənin. 🥹
Rəfiqəsinə qaçmaq yerinə Sevdiyinizə qaçın. 🤨
Yarıda qoymaq yerinə əlinizi saçına qoyun. 🤌
1 note
·
View note
Text
Yıxılan ümidlərinizi qoyun bir kənara.Qaçan yuxularınızın arxasınca qaçın...
1 note
·
View note
Text
harda snapchat istifadə eliyən oğlan gördüz tüpürün dabanınıza qaçın
72 notes
·
View notes
Text
Heç vaxt keçmişə qayıtmayın . Bu qiymətli vaxtınızı öldürür. Kiməsə dəfələrlə şans verməyin,insanlar dəyişmir . Heç vaxt kimisə gözləməyin və dayanmayın . Sadəcə arxaya baxmadan irəli gedin . Sizə özünüzü pis hiss etdirəcək xatirələrdən, keçmişinizdən uzaqlaşaraq qaçın . Qaça bilmirsinizsə yeriyin , yeriyə bilmirsiniz, sürünün . Amma yenə də orada durmayın . Sizə ehtiyacı olan insanlar sizə yetişəcəklər .
(c)
10 notes
·
View notes
Text
İnsanların bir birindən güddüyü ən mundar mənfəət heç vaxt pul olmayıb. Mənfəətin pul olduğu münasibətlərdə bu bəlli olduğu üçün insanlar buna görə davranır. Və ayrılıq yaşandığında bu o qədər də çox incitmir. Amma mənfəət sevgi olduğunda bu ən mundarı olur. Çünki insan sevgiyə qarşı qoya bilmir. Əlindən gələni edir amma alınmır. Bu münasibət bitdiyində isə ağlasığmaz bir acı qalır geriyə. Ona görə çalışın mənfəətin sevgi olduğu münasibətlərdən qaçın.
5 notes
·
View notes