Tumgik
#keçirə
petr1chorr · 5 months
Text
Bu gün sözlü təcavüzə məruz qaldım. Bunu dilə gətirməkdən çəkinirəm? Açığı, çəkinirəm. Amma çəkinsəm belə yazmaq istəyirəm. Çəkinməli olanlar bizlər deyilik əslində. Hormonlarını və şəxsiyyətini itirmiş, özünü idarə etməkdə aciz olan, mənliksizlərdir hansı ki, belələrinə görə biz daim qorxmuş, özümüzü alçalmış hiss edirik. Belə yaşamaq məcburiyyətindəyik məgər? Mənim bu gün yaşadığım qorxu, təşviş, stress və həyəcanı kim keçirə bilər? Bütün bunları nəzərə almadan bunu mənə yaşadan şərəfsizin cəzası nə olur bəs? Heç nə. Ətrafımda o qədər insan olmasına baxmayaraq, bir nəfər belə həmin insanı susdurmaq üçün müdaxilə etmədi.
Hal-hazırda Azərbaycan cəmiyyətində kütləvi psixopatlaşma gedir. Seksual hissləri ifrat oyanmış, ehtirasını nəyin bahasına olursa olsun ödəməyə çalışan bu kimi məsuliyyətsiz şəxslərə görə biz daim qorxu və narahatlıq içində yaşamalı deyilik. Belələrinin qarşısını nə ictimai qınaq, nə də qanun ala bilir. Çünki bu problemin həlli üçün gərəkli tədbirlər görülmür. Artıq ölkədəki bir çox şəxsin "insanlıq" adlı meyardan aralanması çox canımı sıxır.
90 notes · View notes
aysuys · 2 months
Text
yatım keçər dediyim heç nəyi yataraq keçirə bilmədim
26 notes · View notes
zzalievva · 15 days
Text
Etkilendiyim eril xasiyyetler;
Sərt birisi olması
Sözünü keçirə bilən
Heyvan kimi yemek yeyen esla doymayan
Maşını çapmağı
Ağır başlı,heryerde hormetinin olmasi
Ciddi danışması
9 notes · View notes
miss-ays · 3 months
Text
Qəlbimə keçirə bilmədim heç söz,
Elə hey sən dedi, səni istədi.
Gedəndə nə dedin, nə söylədin ki,
Bu bədbəxt ürəyə kimsə girmədi ?
Gözündən yaş axsa selə dönərdi,
Sən orda ah çəksən yelə dönərdi,
Sənsiz bir gün belə ilə dönərdi,
Saatım, saniyəm dayanıb sənsiz,
Yatan kədərlər də oyanıb sənsiz.
Getmisən ara bir yada sal məni
Zəng elə, nigaran qalmışam yəni.
Mən səni sevmişəm yoxsa özgəni ?
Bu sual ağlıma dolanıb sənsiz.
Yatan kədərlər də oyanıb sənsiz..
9 notes · View notes
xancann · 2 years
Text
Gənclər, əslində mövzu tam olaraq bilirsinizmi necədir, biz hər hansı bi' münasibət istəməsək belə qarşımıza bizə özümüzü xoş və ya dəyərli hiss etdirən biri çıxan kimi biz sanki yelkənləri yavaşcadan edirik. Bunu, durub həmin insanla sevgili oluruq mənasında anlamayın qətiyyən, çünki münasibət sadəcə sevgililik və yaxud da sevgili olmaqdan ibarət deyil. Dönüb keçmişə baxdığımızda bir çox münasibətlərin "bu aralar hər hansı bir münasibət istəmirəm" dediyimiz zamanlara təsadüf etdiyini görə bilərik. Birinə az qədər bağlanan kimi beynimiz artıq onunla bağlı planlar qurmağa başlayır, bu bizdən asılı bir şey deyil. Sevgi bir insanı həyata bağlayan hislərin başında gəlir və məhz buna görə insan haradan sevgi, diqqət görərsə, o tərəfə doğru da yönəlir, hələ bir də bu mövzuda yaralıdırsa. Nə qədər münasibət istəməsək belə, bərabər zaman keçirə biləcəyin, söhbətindən həzz ala biləcəyin, yorğun keçirdiyiniz günün sonunda həmin günün dəyərləndirməsini edə biləcəyin birini istəyir bəzən insan, biz inkar etsək belə.
91 notes · View notes
huseinli · 1 year
Text
Mən Qorxağam yoxsa Cəsarətli?
Bu suala cavab tapmaq istəyirsinizsə,
sizə təqdim etdiyimiz testi sinaqdan
keçirə bilərsiniz.
1. Axșam qaranlıq küçədə arxanızca
kiminsə gəldiyini hiss edirsiniz. Sizin ilkin
reaksiyanız necə olacaq?
a) Boș șeydir, yol hamı üçündür --1
b) Küçənin o biri tərəfinə keçərəm - 5
c) Tez uzaqlaşmağa çalışıram -- 10
2. Faciəli, qorxulu filmlərə baxmağa
marağınız varmı?
a) Bəli--1
b) Xeyr-10
c) Şəraitdən asılı olur -- 5
3. Qorxulu yuxular görürsünüzmü?
a) Tez-tez -10
b) Hərdən -5
c) Çox nadir hallarda -1
4. Sizdə <qarabasma> halları olubmu?
a) Heç vaxt olmayıb -1
b) Nadir hallarda olur - 5
c) Tez-tez olur - 10
5. Gecə qapının zəngi qəfil çalınır. İlkin
olaraq ağlıinıza gələn...?
a) Nəsə olub-10
b) Görəsən kimdi aecənin bu vaxtı...? -- 5
c) Ehtiyatla gedib kim olduğunu
yoxlayırsınız-1
6. Hər hansı bir nəqliyyat növünə
minəndə onun qəzaya uğrayacağı haqda
düşünüb qorxu hiss keçirirsinizmi?
a) Əlbəttə -10
b) Qətiyyən yox--1
c) Təyyarə və gəmi olanda -5
7. Gecə hara isə tələsirsiniz. Yolunuz
isə qəbristanlığın yanından keçir. Nə
edərsiniz?
a) Yolumu dəyişərəm -10
b) Birtəhər gedərəm -- 5
c) Əlbəttə gedərəm, ölülərdən qorxmağa
dəyməz -1
7 notes · View notes
eccedentesiast-27 · 2 years
Text
Dostlarımın yanında keçirə bilməyim gənclər gününü, bayramdan saya bilmirəmmm
#fev2/2023
28 notes · View notes
psixologiyaze · 2 years
Text
"Əgər, mən hərdən şikayət edirəmsə, eybi yoxdur, axı mən insan ürəyiyəm, bu mənim xüsusiyyətimdir. Biz hamımız ən əziz arzularımızın baş tutmasına qorxuruq, çünki bizə elə gəlir ki, onlara layiq deyilik, yaxud da onları heç zaman həyata keçirə bilmərik. Biz insan qəlbiyik, ona görə də həmişəlik ayrılan sevgililəri, xoşbəxt yaşaya biləcəyimiz, amma yaşamadığımız anları, tapa biləcəyimiz, lakin qumun altında qalan, tapmadığımız xəzinəni düşünəndə, qorxudan donub qalırıq. Çünki bunlar gerçəkləşəndə biz əzab çəkirik"
23 notes · View notes
Text
Həyatımda bir insan var.Bütün ömrümü onunla keçirə bilərəm.Gələcəkdəki bütün planlarıma o da daxildir.Onunla 7/24 danışmaqdan zövq alıram.Onu görəndə hər dəfə uşaq kimi sevinirəm, əlim titrəməyə başlıyır və bunu dayandıra bilmirəm.Onunla keçən heç bir saniyəni unutmaram.Ona hərşeyi çəkinmədən danışa bilərəm.O məni heç vaxt yarğılamır,dəstək olur və məni sevindirməyi bacarır.Onunla tanış olduqdan sonra artıq təsadüflərə inanıram.Onun məni sevdiyinə də inanıram və bilərəkdən məni qırmayacağını bilirəm.
17 notes · View notes
petr1chorr · 1 year
Text
Bəzi artıqlıqları həyatımdan kənarlaşdırmalıyam dedim, geriyə dönüb baxdığımda fərqinə varıram ki, həyatımda olanların əksəriyyəti elə artıq imiş. Çoxdan getməli olanları belə çox saxlamışam sən demə. İndi isə həyatımda bir əlin barmaqlarını keçməyəcək dərəcədə az insan qalıb. Bu vəziyyət məni bir yandan sevindirdiyi kimi, bir yandan da kədərləndirir. Artıq tələsmirəm heç kimə, heç yerə, heç nəyə. Kənardan həyatında çox insan olan, həyat dolu biri kimi görünürəm, bəlkə də. Bu qaranlıq yanımı insanlara göstərmək istəmədiyimdən də qaynaqlana bilər. Kənardan ruhum baharı qarşılamış, yaşıllıqlara bürünmüş, al-əlvan çiçəklər açmış kimi görünür, bəlkə də, amma içim qışın şaxtasını belə keçirə bilməyib sanki. Üstünə şiddətli qar yağdığı üçün qarın altından çıxmağa çabalayan boynubükük bənövşə kimi hiss edirəm özümü. Qar ona güc gələr, ya Günəş qara güc gələr bilmirəm. Sadəcə izləyirəm.
40 notes · View notes
cvdbrhm · 1 year
Text
saqqalımız olsa da, söz keçirə bilmirik ürəyimizə.
12 notes · View notes
aydanja · 2 years
Text
Artıq 26 aydır o yoxdu.. Normalda paxıl biri deyiləm ama atasıyla gözəl münasibəti olan qız görəndə içim çox ağrıyır. İstər istəməz paxıllıq edirəm. Düşünürəm ki, hələ yaşayacaq günlərimiz vardı. Onunla çox zaman keçirə bilmədən, ona doymadan çıxıb getdi. Valideynlərinizin qədrini bilin. Onlar hər zaman yanımızda olmayacaq.
17 notes · View notes
ogunbugundur · 2 years
Text
xəyali personajlarıma söz keçirə bilmirəm
11 notes · View notes
xancann · 2 years
Text
Münasibətdə olduğunuz insanla həyatdakı hər bir şeyi birlikdə etmək adlı bir məcburiyyətiniz yoxdur. Sizə özünüzü xoş hiss etdirən, artıq bir hobbiyə çevrilən maraqlarınızdan uzaqlaşmaq heç də yaxşı bir fikir sayılmaz, həmçinin onlara da zaman ayırın. Hər kəs məhz dost çevrəsi ilə bir araya gələrək zaman keçirə bilsin məsələn. Bunlar münasibətiniz adına çox daha bəsləyici olacaqdır. Əmin ola bilərsiniz ki, hər bir zaman "vıcık-vıcık" davranışlar əsasında o sevgi dolu münasibətlər qurulmur. Çox da uzaqlaşmadan türklər demiş ara-sıra "biraz salın bir-birinizi".
67 notes · View notes
azraasblog · 2 years
Text
Səninlə keçirə bilmədiyim günlərə heyfim gəlir. Sənin yanında ola bilmədiyim günlərə, səni tanımadığım günlərə, səninlə nəfəs almağın nə olduğunu bilmədiyim günlərə...Səninlə yaşamaq varkən, ruhunun göylərdə olduğunu qəbul edə bilmirəm. Bəli, yanımdasan, kaş cisminə də toxuna bilsəm. Səninlə olan söhbətlərimizi xatirə divarlarında həkk etmişəm, hansı ki nə qədər şey yaşanırsa yaşansın heç vaxt silinməz. Sənin olmadığın gündən bəri zamanın dayandığının fərqində deyildim. Günüm o qədər dolu keçir ki, əzizim, fərqinə varmıram heç. Fərqinə varmamağım həqiqətlərdən qaçmaq idi. Ümid edirəm, yaxşısan. Sən mənim göyüzüm, sən mənim cənnətim.
8 notes · View notes
brhml · 10 days
Text
Sizi yaralayan insanların sizinlə tanış etdiyi mahnıları dinlədikdə bir çox hissi eyni anda keçirə bilirsiniz və bu çox iyrənc bir hissdir.
0 notes