#illərdir
Explore tagged Tumblr posts
Text
Əsl sevgini tapandan sonra sənə çatır ki,illərdir ,ağ - qara darıxdırıcı dünyada yaşamısan
54 notes
·
View notes
Text
Nə gözəl demiş şair: "Saçlarına sığal çəkmək, illərdir həsrət qaldığım evimə gəlmiş kimi hiss etdirir.
54 notes
·
View notes
Text
Çarpayımın altındakı o qorxulu, bilinməz varlıqdan qorxmamışam heç zaman, beynimin içində olan "canavar" daha dəhşətli gəlib mənə. Özümdən çəkinib qorxmuşam, çünki içimdəki canavarı bəsləyən də məhz özüm olmuşam. Və fərqinə varıram ki, mən böyüdükcə içimdəki canavar da mənimlə birlikdə böyüyür. Onu mən böyüdürmüşəm. Bəs ondan qorxuram? Həm də necə. Ən çox da qaçıb uzaqlaşmağa çalışdığım canavara çevrilməkdən qorxuram. Bəlkə də, artıq həmin qorxduğum "canavar"a çevrilmişəm. Gerçək özüm'ün hansı olması haqqında heç bir fikrim yoxdur. Özümdən uzaqlaşıram, yoxsa özümə dönürəm? Sualımın cavabı birincidirsə, bu qorxuncdur. İkincidirsə, bu daha da qorxuncdur. Çünki illərdir özümü tapmaq yolundakı ümidli addımlarımın nəticəsi olaraq mən adını belə qoya bilmədiyim xarakterdə birinə çevrilmişəm; soyuq, ümidsiz, səbrsiz, cəsarətsiz, nə istədiyini bilməyən və daha bir çox adını qoya bilmədiyim mənfi xüsusiyyətləri görürəm özümdə. Sən demə özümü tapmaq üçün qaçıb uzaqlaşdığım yeganə insan elə özüm imişəm. Ən dəhşətlisi də budur, deyəsən.
85 notes
·
View notes
Text
Yenə məni bir müddətdir düşündürən məsələni danışmaq istəyirəm. Mövzu günümüzdəki sevgi anlayışıdır. Bir az qəlibləşmiş cümlə olacaq "Sovetin vaxtında belə deyildi". Günümüzdə sevgi sırf çıxarları uğruna, göstəriş, "sevgilim var" cümləsini işlədib fors edə bilmək, istədiklərini aldırdıqdan sonra 2-3 gün danışıb, bir kənara atanlar və s. üçündür. Hanı o kitablardakı heyran olduğumuz eşqlər, noldu o illərdir birliktə olan ilk günkü kimi hiss edən cütlüklər? Onların yerlərini 3-5 günlük "sevgilər"doldurub. Ha hələ flört məsələsi də var. Günümüzdə heç kimin dilindən düşməyən söz. Flörtün ola-ola 5-6 insanla birliktə danışanları demirəm hələ
O gün çox acınacaqlı hadisəyə şahid oldun. İki dost olan qız bir-birilə danışır. Birinci qızın sevgilisi var. İkinci qız ona deyir ki, sevgililər günü gəlib çatır, o vaxtadək əlində saxla, görək sənə nə alacaq sonra ayrılarsan əsas hədiyyədir. Bu hadisəni şərh edə biləcək söz tapa bilmirəm. Sözün əsl mənasında mən bu dövrün insanı deyiləm
60 notes
·
View notes
Text
Bir terapistin dediyi söz illərdir hələdə ağlımdadır. Deyir ki, “ Travma bədəndə depolanır və münasibətlər zamanı üzə çıxır”. O qədər haqlı bir cümlə idi ki..
29 notes
·
View notes
Text
Qadın olmaq, bakirə olmamaq deyil. Qadın olmaq tək 18 yaşını keçmək də deyil. Qadın olmaq ayaqlarının üzərində dura bilməkdi, istədiyin seçimi seçə bilib, nəticələri ilə başa çıxa bilməkdi. İllərdir beyinlərə yerdilmiş, qanlara hopdurulmuş fikirlərə qarşı çıxmadı. İlk öncə sorğula. Qızını döyməyən niyə dizini döysün? Gəlin niyə evin süpürgəsidir? Hamilə olmaq niyə ayıbdır? Həyat yoldaşım demək çoxmu utanc verici haldır? Belədirsə niyə bu qədər təzyiq ilə evləndirildim? Bakirə olduğumun sübutunu atama göstərəndə, burnumun axdığını zənn edirdi o? Niyə 2 həftə sonra "bi şey mi şey var?", "vay deyəsən yoxdu" deyib seks həyatımı incələdiniz, özünüzə dərd elədiniz? Bizi bir otağa salıb qapıda durmağınız ayıb deyildimi? Deyəsən yox, deyildi, çünki ərim ilə birlikdə idim. Məni sahiblənən adam, gəlinliklə evə salıb bir də kəfənlə çıxardacaq adamla birlikdəydim. Cinsiyyət ayrımına qarşıyam amma belə fikirlər ilə formalaşan bu və bu kimi ölkələrdə kişi olmaq adətən asan olur. Kişisən, doğulduğun andan məsuliyyətin var. Bütün nəsil səndən ümidlidir, tez böyü birini al və nəslin sayını artır. Mütləq bir işin olsun yoxsa evlənməyin mümkünsüzdür. Niyə? Çünki "kişi evdə oturmaz arvad kimi" Gəzər, içər, şellənər, pul qazanar, evə baxar. Gecələr gələr boşalar və yatar. Bununla da həyat yoldaşına ideal ər olar. Kişi olmaq da bunlar deyil. Kişi olmaq, bakir olmamaq deyil. Üzünü qırxmaq, sünnət olmaq deyil. Ayaqlarının üzərində dura bilmək, istədiyi seçimi seçə bilib, nəticələri ilə başa çıxa bilməkdi. İllərdir beyinlərə yerdilmiş, qanlara hopdurulmuş fikirlərə qarşı çıxmaqdı. Qısacası qadınlar üçün yazdığım hərşey. Fərqi yoxdur sən kimsən. İstədiyin kimi yaşaya bilərsən. Qadın kimi, kişi kimi deyilən bir söz yoxdur əzizim. Bütün bunlar sadəcə biolojik olaraq ayrılan insan qruplarına aiddir. İstər qadın ol, istər kişi. Həyata istədiyin kimi davran, sorğula və istədiyini et. Yetər ki baş əymə.
22 notes
·
View notes
Text
Beynimin içindəki səsləri aparacaq bir səssizlik axtarıram illərdir tapa bilməyəcəyimi bildiyim halda.
44 notes
·
View notes
Text
İnsanın boğazında bir yumru vardır hər zaman. Yutquna bilmədiyi bir yumru. Kiminin yaşaya bilmədiyi bir uşaqlıq, kiminin yaşada bilmədiyi bir həyatdır boğazında böyük bir yumru. Kiminin yaşaya bilmədiyi bir sevdadır. Gec qalınmış, yox olmuş, uzun illərdir yığılan bir yumru. Kiminin qorxularıdır, narahatlıqlarıdır, gözləntiləridir boğazında böyük bir yumru. Kiminin yalnızlığıdır, kimsəsizliyidir boğazında böyük bir yumru. Kiminin ailədir, kiminin sevgi, kiminin həyat. Kiminin şəxsən özüdür böyük bir yumru insana. İnsan ən çox yaşaya bilmədiklərinin dərdinə düşür bu həyatda. Mən bunu anladım. Etdiyinə peşman az insan gördüm, amma edə bilmədiklərinə şikayət edən o qədər çox insan tanıdım ki, hamısı boğazımızda böyük bir yumru.
47 notes
·
View notes
Note
Salam. Mən öz fikirlərimi bildirmək istəyirəm. Tumblr əhalisi qəribədir. Qəribəliklər dediklərim şəxsi fikirlərimdir. Hər kəs öz fikrini bildirə bildiyi kimi mən də bildirirəm. Kiməsə səhv, kiməsə düz gəlməsi də başqalarının fikiridir.
Burda indi Yusif deyən qızlar 1-2 ay əvvəl Nicat deyirdilər. Onlardan da əvvəl başqaları var idi. Onlar da gedəcək və yerlərini başqaları tutacaq. İllərdir platformadayam. Gördüyüm bir şey var ki, oğlanları daş qalaq eləmirlər burda. Bəyənmədikləri oğlanları daş qalaq edirlər. Məsələn burda xoşa gələn oğlanlardan kimsə porno paylaşsa heç kəs tənqid etməyəcək, haqqında heç bir mənfi fikri yaranmayacaq. Amma hər hansısa tanınmayan biri eyni şeyi etsin başlayacaqlar qarayaxmaya.
Burda oğlanlar var ki, üzdə olan hər qızla danışır. Hamısı da dost ayağına verirlər. Hansısa fağır götürüb kiməsə salam yazır o dəqiqə başlayırlar ağlaşma qurmağa. Bu platforma əvvəllər mənə doğma, mehriban, isti gəlirdi. Sonradan fikrim dəyişdi. Sizin blogunuza yazılanlar sayəsində də lap iyrəndim. Buranı camaat eləyib tinder. Burdakilar bir biri ilə maksimum əylənə bilərlər. Bu ümumi hamıya aid olmasa da çoxuna aiddi. Buranın indikiləri ilə 2018/19 blogları, yazıları, paylaşılanlar, qurulan dostluqları çox fərqlidir. Ümumiləşdirmirəm nə də xüsusiləşdirmirəm amma indiki tumblr həqiqətən zaydır. Ona görə də hamı buranı unudur yaxud unutmağa meyillidir.
Sizin blogunuz və sizin özünüdən şikayətim falan yoxdu. Sadəcə camaatdan giley güzar eləyəsim gəldi. Gecəniz xeyrə
Salam, fikirləriniz üçün təşəkkür edirəm. Sizə qatılıram. Kitablardan, twitterdən gələn kütlə axını oldu bura. (Baxmayaraq ki, mən də kitab sayəsində tanımışam) Və elə düşüncə yarandı ki, burda kimisi İzmir'ini, kimisi isə Ege'sini tapacaq. Amma və lakin bu belə deyil. Burda dostluqlar qura bilərsiniz, evlənənlər də var. Fəqət, bu o demək deyil ki, hamı da belə olacaq. Siz demiş, əvvəl hərə öz işinə baxırdı burda. Öz düşüncələrini paylaşırdı, dərdləşirdi. İndi isə bir cümlə paylaşan kimi qınaq obyektinə çevrilir. Əvvəlki isti münasibətlər yox olub. Səmimiyyət də yoxdur. Əvvəl daha mehriban idik. Yadımdadır, mən yeni blog açanda neçə nəfərlə danışırdım, dərdləşirdim. Sevincinə, kədərinə şərik olurdum. İndi o insanların çoxu yoxdur burda. :')
Sizin də gecəniz xeyrə
18 notes
·
View notes
Text
Getmərəm deyənlərin hamısı gedəcək. Yanındakı dostların, ətrafdakı tanışların bir-bir azalacaq. Nə vaxt bu qədər tənha birinə çevrildiyinin fərqinə belə varmayacaqsan. Min əzab çəkib yaşadıqlarını çətin də olsa unudacaqsan. Eyni səhvləri bir daha təkrarlamayacağına söz verəcəksən, amma təkrarlayacaqsan. Hər dəfə güclə sağaltdığın həmin yerdən qırılacaqsan. Zamanla təkliyə öyrəşib sevəcəksən amma gözün hər yerdə, hər an kimisə axtaracaq. Gözlərin yol çəkəcək, fikrin tez-tez dağılacaq. Birinə baxarkən hiss etdiyin "sanki illərdir tanışıq" duyğusu sevindirməyəcək daha, çünki tanış gələnin ağrıların olduğunu biləcəksən.
25 notes
·
View notes
Text
Xoş gəldin yeni yaşım 🙂
Acısı sevinci çox qəribə il oldu😂. Bilirəm bundan sonra da elə olacaq. Ama baxır kimlərlə🥲.Düzdü bundan əvvəlki yaşımda çox şey itirdim 🥲. Sevdiklərimi, insanlara olan güvənimi. Bəlkə də itirdiyim qədər qazanmadım ❤️🩹. Amma itirdiyim insanlara görə daha doğrusu məni itirən insanlara görə heç peşman deyiləm 🥲❤️🩹. Çox insanların üzünü gördük gözümüzün içinə baxa baxa yalan danışanlar Çox insan itirdim az insan tapdım. Və bu məni çox dəyişdirdi hamıya qarşı. Çox insanlar dedi bacarmazsan bunu etmə onu etmə sənlik deyil bu işlər və s. boş sözlər amma düşünürəm hər şeyə istədiyim qədər nail oldum və olacam da. Ama mənə hər şeyin dünyanın acı olduğunu hamının xəyanətkar olduğunu ən yaxın sevdiklərim öyrətdi😂💔. Onlara ayrıca təşəkkürlərimi bildirirəm❤️🩹.Bu yaşıma qədər yanımda olan və olacaq hər kəsə təşəkkürlər. Neçə illərdir yanımda olmuş kimi insanlarda var 🙂. Sizdə gedəcəksiniz narahat olmayın☺️. Deyiləsi o qədər söz var🥲
57 notes
·
View notes
Text
Mənim adım okean, Məndə batır gəmilər.
Mən suyumda boğuldum, "Yenə yatır" dedilər.
Sahilim yox, limanım yox, Dincəlməyə zamanım yox.
Qasırğalar içimdədi, Heç kimsəyə gümanım yox.
Mənim adım okean, Dindirmə, çox dəliyəm mən.
Sular da etmir pak məni, İllərdir kirliyəm mən.
Atılma, üzə bilməzsən, Ağlın gedən dəniz deyiləm!
İnan ki, dözə bilməzsən. O mənəm - "okean" deyilən.
Mənim adım okean, Batıram öz içimdə.
Fırtınalar fəryadımdı, Bu gecə də içim dəm.
Mənim adım okean, Məndə batır gəmilər.
Öz içimdə boğuldum, Yaşamayan nə bilər?!
7 notes
·
View notes
Text
Hər şeyi eyni olan amma yenədə bir-birinə bənzəməyən günlərim, həftələrim, aylarım dolur. Mən elə bilirdimki başqayam, fərqliyəm… Mənim düşüncələrim hamı ilə eyni deyil, mən hamının güldüyü şeylərə gülmürəm, hamının etdiyi söhbətləri etmirəm, heç kimlə salamdan o tərəfə keçmək istəmirəm, fikrim tamamilə başqa yerlərdə gəzinir. Başqayam, o qədər başqayam ki hər gün eyni insanlarla hər səhər bəzən 1 stəkən çayımı belə içə bilmədən evdən çıxıb işə gedirəm, avtobusda gözlərindən yuxu tökülən, işinə görə köynəyini boğazına qədər düymələyən, qolunu dəmirə, başını qoluna söykəyib yuxulayan cavan oğlana baxıram. Hamı əziyyət içindədir. Hamı kimi səhərdən axşama qədər işdəyəm və bilirəm ki həyatımı qazanmaq üçün bu olmalıdır. Hər kəs səhər 9 dan axşam 6 ya kimi(və daha artıq) işləyir və bilirlər ki həyatlarını qazanmaq üçün çalışmalıdırlar. Amma bu cür olmağını qəbullana bilmirəm. Tez-tez vicdan əzabı çəkib sonra şükür edirəm, işim üçün, azad şəkildə maddiyatımı təmin edib ayaqlarım üstündə duracağım üçün, yaxşı bir kollektivlə işlədiyim üçün şükür edirəm, amma özümü başqa bir tərəfdən itirməyə başlamışam. Axşam tək dərdim özümü evə çatdırmaq olur. Bəzən o qədər yorgun oluram ki yemək belə yemədən yatıram və ayılıram ki səhərdi, yenə eyni şeylər. Düşünürəm, illərdir işləyən insanlar buna necə dözüblər?. Yenə çoxlu insanlar, onların həll olunmalı işləri, başqalarının dərdləri. Özümü başqa hiss edə bilmərəm artıq mən. Çünki mən olmasam da o işləri görəcək bir başqası olacaq. Mənim yerimə başqaları yorulacaq, qaçışacaq.
Yorğunluğumu da götürüb gəldiyim bir kafedə oturub bunları yazıram, birazdan qalxıb eyni yorğunluqla da evin yoluna düzüləcəm. Amma əvvəllər yazmaq məni nə qədər dincəldərdi. Nə qədər “özüncə” xəyalların, adətlərin olsa da onları bəzən onları geri plana atmalı olursanmış. Bəzi şeyləri udmağa, sanki heç yaşanmamış kimi başını aşağı salıb işini görməyə, bircə gündən, o günün xəyalından yapışıb özünə təsəlli verərək yaşamağa məcbur qalarsanmış. Kaş özümə aid bir dünyam olsa idi. Kaş həyatdaki tək maddi çətinliklərim bəzən pulunu çatdıra bilmədiyim kitablarım və yardım edə bilmədiyim ehtiyacı olan insanlar olardı. Kaş geri ödəməli olduğum öhdəliklərim olmazdı, kaş yaşamaq bu qədər maddiyat tələb etməsəydi. Kaş mən bu qədər şeyi nələrin uğruna alındırmağa çalışdığımı heç bilməzdim.
36 notes
·
View notes
Text
İllərdir axtardığım dost sən demə, snapchat robotu imiş
50 notes
·
View notes
Text
Sevgi elə bir hissdir ki. Nə zaman qəlb evinə girər bilməzsən. O qədər varlığından bixəbər qalarsan ki, bir gün ona mübtəla olmamaq üçün mübarizəyə başlarsan. Amma bir də baxarsan ki, artıq gecdir. Nədir onu görəndə vücudunu bürüyən titrəyiş, ürəyinin yerindən qopacaqmış kimi döyünüşü? Onu görüncə əlinin ayağının bir-birinə dolaşması. Gözlərini gözlərindən qaçırmağın adı? Sevgi deyilsə, nədir? Amma Qəbul etmək istəməzsən Onu sevdiyini. Axı sevgi bir tərəfdən insanın əl-qolunu bağlayır, asılı edir sevdiyindən. Həm də sevilməyi hər kəs istər, amma sevmək, təhlükəlidi. Sevdiyin səni sevəcəkmi, bəlli deyil. Güclü insanlar əlçatmaz olanı sevərlər. Bir gün sevdiyinə qovuşa bilməyəndə, "onsuz da mənim olmayacağını bilirdim" demək üçün. Kimi sevilər, kiminə də sevdiyini uzaqdan sevmək qalar. Toxunmadan sevmək. Bir yerdə oturub azacıq da olsa vaxt keçirmədən onu kənardan izləmək. Sonsuz gözlənti içində qalmaq. Hər gözlərinin uzaqlara dalıb getdiyi anda yanında sevdiyini təsəvvür etmək. Bir də bu işin daha betər tərəfi də var. Uzaqdan sevdiyin, baxmağa qıymadığın insan gedib başqasıyla birləşdirər həyat yolunu. Bax o... Bəzən insan çox istədiyi bir şeyin xəyalını belə qurmaqdan qorxar. Bax sənin qura bilmədiyin bir xəyalı onunla bir başqası yaşayar. Bürünərsən matəm libasına. Əvvəldə rola girərsən. Sanki onu da, sevgini də əbədiyyətə yola salmış kimi apararsan özünü. Sonra biri yanında onunla eyni adı daşıyan birini anar, sən tənhalığa çəkilib hönkür-hönkür ağlarsan. İllər ötər. Sonra kənardan izləyərkən anlarsan birdən. Kimsə qəlbini çox pis qırıb sevdiyin insanın. Əllərin əsər, illər ərzində artıq keçdi deyə-deyə etdiyin təsəllilərin özünü aldadış olduğunu anlarsan. Divarlar üstünə-üstünə gələr, ətrafındakı yad insanlar belə hiss edər nəsə olduğunu. Yad baxışlar da üstünə-üstünə gələr hər şey kimi. "Kaş dərdini bölüşəcək qədər yaxınında olsaydım" arzusu qopar ürəyindən. Quş olub yanına uçmaq istərsən. Bəlkə də, "bütün dərdlərini mənə ver" demək üçün danışmaq istərsən onunla. Əlinə aldığın telefona baxarsan dəqiqələrcə. Sadəcə bir zəng bəs edərdi əslində. Amma onu belə edə bilməzsən. Ağlarsan çarəsizliyinə. Şəkillərini izlərsən, yanında doğmaları. Yerində olmaq istərsən doğmalarının. Onunla zaman keçirməkçün. Amma sən uzaqsan. Eyni səma altında, eyni sərhədlər daxilində, amma uzaqdan-uzaq. Yenə də bir arzu bitirər səni. Bir kitabda oxuduğun cümlədən doğulan arzu. "Kaş ki, səma güzgü olsaydı". Arzusu.. Sən onun gözlərinə həsrətkən, başqalarının onu incidə bilməsi bitirər səni. Əgər səma güzgü olsaydı ən azı görərdin onu, bu qədər həsrət qalmazdın. Hər gecə ağlayaraq yatarsan, amma səhər gülərək oyanmağa məcbursan. Çünki kimsə bilmir onu. Özlüyündə "kaş bir gün heç olmaya bircə saat danışa bilsəydik..." deyə düşünərsən. Bilirsən ki, ötüb keçən zaman bu şəhərin dəli xəzrisi kimi səni ondan uzaqlara sovurur. Zamanla yarışacaq gücün olmadığını anlarsan. Bir gün bir fotoşəkli çıxar qarşına. Alnında yer eləmiş qırışları ox olub batar qəlbinə. Yaşlanıb sevdiyin. Ağlarsan. Sonra illərlə unutdum, əvvəlki tək sevmirəm artıq deyə aldadarsan özünü. Bir gün qəflətən qarşılaşarsan. Anlarsan. Sən həmin illər öncəki saf aşiqsən hələ də. O isə.. Gözləmədiyin halda ən böyük zərbə elə illərdir qəlbində gəzdirdiyin o insandan gələr sənə, amma yenə də nifrət edə bilməzsən ona. Bütün hisslərin əsəblə hüdudlanar. Dayandıra bilməz qəlbini. Qəlb vurduqca sevər yenə. Bir gün anlarsan boşuna çabaladığını. Bir kitab oxuyarsan, qəhrəmanda özünü taparsan. O qəhrəman deyər ki, "həyat bir dəfə oynanılan qumardır, mən onu uduzmuşam". O gün bitər çabalamaların. Boş verərsən artıq. Boğulduğun niyələri də, içində boğulduğun hekayəni də qəlbinə gömərsən. Anlarsan ki, qumar dedikləri həyatda, sən sevgini uduzmusan. Artıq haradadır, kimlədir, necədirlərlə özünü yormadan davam edərsən. Haradan baxsan sevmək bilə istəyə uçurumdan aşağı atılmaqdı, əminsən, amma peşman deyilsən. Çünki, illərdir böyütdüyün o sevgiylə bir nəfəri deyil, bütün insanlığı sevə bilirsən. Sevgi dediyin budur.
18 notes
·
View notes
Text
Dostum illərdir karaokeyə getmək istəyir. Həmişə də necəsə olur unuduruq. Qərar verdim doğum günümdə gedəcəyik nə qədər ürəyi istəyir oxusun 😂
Elə mən də həmçinin bir " I'll always love you" nə gedəəər sjsjs
7 notes
·
View notes