#həyəcan
Explore tagged Tumblr posts
Text
Eyni anda həm həyəcan həm də rahatlıq hisslərini duyduğum yer:
20 notes
·
View notes
Text
Hər şeyin ilki ən gözəlidir. İlk addımların, ilk kəlimələrin, ilk qaçışın, ilk dostların, ilk sevgilər, ilk münasibətlər və.s. Birini ilk dəfə tanıyanda yaranan o ünsiyyət, birinə ilk dəfə sevgi etirafı edəndə yaranan o həyəcan, birindən ilk dəfə uzaqlaşanda yaranan o boşluq, bütün bunlar insanı dəyişdirir, başqa birinə çevirir. Həyatımıza daxil olan və həyatımızdan tamamilə çıxan həmin o insanlar bizə böyük dərslər verirlər. Arada qalan boş zaman və araya girən məsafələr isə, ilk gün yaranan xoşbəxtliyi və həyəcanı unutdurur. Zamanla insan soyuq birinə çevirilir, daha az səmimiyyət qurur, daha az sosiallaşır, güvən duyğusunu itirir, yeni tanışlıqlar və dostluqlar üçün yorğun hiss edir. Ən sonda isə, bütün bu duyğular tək bir insanda bütünləşər��k insanı qarışıq bir ruh halına salır və səbəbini özün də bilmirsən. Zaman insanı yaşlandırır, ancaq bəzilərimizin ruhu günü gündən cavanlaşır, bəzilərimiz də isə tamamilə əksinə…
28 notes
·
View notes
Text
Bəzən elə bir nöqtəyə gəlib çatırsan ki, heç nəyə həvəsin, istəyin, marağın olmur. Heç bir şeyə həyəcan etmirsən. Nə heç kimlə danışmırsan, nə heç kimlə ünsiyyət qurmursan, nə də heç kimlə danışmaq istəmirsən. Sadəcə uzun bir səssizlik istəyirsən.
61 notes
·
View notes
Text
bir insan yatanda belə stress, həyəcan keçirər?
17 notes
·
View notes
Text
Arşivlenmiş yazısının yanında 1 görmenin verdiği həyəcan, mutluluk və şaşkınlık
10 notes
·
View notes
Text
Artıq yeni bir insan tanımaq belə insanı yorur. Əvvəlki həvəs yodu, insanın içində bir həyəcan yoxdu. Nə oldu necə oldu bilmirəm amma "ikili münasibət" qurmaq günümüzdə çox çətinləşib. Bilmirəm variant çoxluğundandır nədirsə, insanlar çox tez vazkeçə, qırıb tökə, ümumiyyətlə "net" belə ola bilmirlər. Sonra deyirlər ki, "Niyə evlənmirsən?" “Niyə sevgilin yoxdu?” “Niyə tək gəzirsən yanında kimsə yoxdu?” “Niyə sevmirsən?” Necə evlənək? Kiminlə evlənək? Kimə ürəyimizi verək? Kimi sevək? Kimə güvənib həyat əmanət edək? :)
Belə başa düşürəm ki, artıq sənin nə qədər "xarakterli, gözəl qəlbli, anlayışlı, sevgidolu" olman da artıq insanlara lazım deyil.
Belə yerdə deyirlər "Allah hamıya ürəyinə görə versin"
27 notes
·
View notes
Text
Hər il imtahan, ixtisas seçimi nəticələri gələndə başqalarının yerinə həyəcan keçirməyim heç keçmiyəcəkdə
34 notes
·
View notes
Text
Bu dəqiqə gözünüzdə böyütdüyünüz, qəlbinizdə həyəcan və qorxu hissi ilə yaratdığınız nə varsa, o qədər tez bir zamanda keçib gedəcək ki, sizin belə xəbəriniz olmayacaq. Zaman uçur və siz anı olduğu kimi yaşayın. Unutmayın : “Heç bir hiss qalıcı deyil, onu böyüdən bizlərik. Bizim şəkilləndirdiyimiz qədər dərin məna daşıyır…”
16 notes
·
View notes
Text
bura girəndən ilk dəfə bu qəədr həyəcan keçirdirəm.
5 notes
·
View notes
Text
Çox şeyə qəlbim qırılır,çox şey ürəyimə toxunur,çox darıxıram,çox həyəcan/stress içindəyəm..Hər şey üst-üstə gəlir və mən yenə bunları heç kimə deməyib bura yazıram..Nə istədiyimi də,nə edəcəyimi də bilmirəm,sadəcə tək bildiyim şey budur ki,bu halımı çox gözəl gizlətməyi,bildirməməyi bacarıram.Ətrafımdakıların gözündə "heçnə mənim vecimə deyil,məndən rahat insan yoxdu,mən heçnəyi ürəyimə salmıram.."Kaş hər şey göründüyü kimi olardı..
10 notes
·
View notes
Text
Hisslərim tez-tez dəyişir.. Bəzən özümü hədsiz dərəcə xoşbəxt hiss etsəm də, axşamı çiyinlərimdə dünyanın ağrısını daşıyırmışcasına yorğun oluram. Elə anlar olur ki, qarşımdakı insana canımı verəcək qədər sevgidən həyəcan keçirirəm amma o insandan uzaqlaşmağım da çox çəkmir, tez sönür işığım. Heçnəyə şiddətli istək duymuram fikrim tez dağılır. Bir mahnı eşidirəm, nəsə xatirəni yadıma salır, kədərləndirir, sevinirəm ki, ən azından kədərlənə bilirəm, amma o da uzağı 1 saat çəkir.. Donuq şəkildə günlər davam edir. Günəş çıxır, külək olur, fəsillər dəyişir, bunların sanki mənə bir aidiyyəti yoxdur, uçur gedir. Həyatımda nələrin olacağına dair təxminlərimi və ya fərziyyələrimi də bir kənara qoymuşam artıq, o da yorub,
23 notes
·
View notes
Text
Köhnə vərdişlərimə geri döndüm,məni mən edən vərdişlərimə,elə bilirdim ki yeni həyata başladım deyə köhnə vərdişlərimdən uzaqlaşmalıyam əslində uzaqlaşmalı olduğum həyatımdakı köhnə insanlar imiş,bunun bu gün fərqinə vardım çünki uzun zamandır gülməyən üzüm bu gün sadəcə əvvəllər sevdiyim bir oyunu oynadım deyə,əvvəllər oxumağa doya bilmədiyim kitabı oxudum deyə güldü,üzümdəki gülüş və o həyəcan hər şeyə dəyərdi
7 notes
·
View notes
Text
bu gün keçirdiyim həyəcan və stress məni 50 il qocaltdı
39 notes
·
View notes
Text
ceyn eyri təkrar 75ci dəfə də oxusam hiss etdirdiyi həyəcan ilk dəfəki kimi eyni qalacaq
21 notes
·
View notes
Text
Taksist gedəcəyim yerin harda yerləşdiyini bilmədiyim halda tərslikdən Məndən onun harda yerləşdiyini soruşub həyəcan yaratmalıdı da mütləq
29 notes
·
View notes