#dəyişməyə
Explore tagged Tumblr posts
dadaszdkh · 2 months ago
Text
İnsan dəyişməyə başlayırsa, ya həyatdan yaxşı dərs alıb ya da çox əziyyət çəkib..
21 notes · View notes
whysoruthless · 1 month ago
Text
bir neçə ay əvvəl bildiriş gəldi ki, bu bloqun 10 illik yubileyidi. gördüm 10 il əvvəl hardaydımsa, elə indi də ordayam. əslində bəzi şeylər dəyişib, 10 il əvvəl yazdığım yerlərdən yazmıram indi. məsələn iş kompyuterimin qabağında oturub bu yazını yazmaq çox qəribədi. elə bilirəm əynimdə kostyum boğazımı qalstuk sıxır. amma mən onsuz da evdən işləyirəm, kostyum geyiniləsi işim də olmayıb heç vaxt. adətən dost-tanışın toyunda kostyum geyinməmiş o qəribə adam mən olurdum. arada anam pis olurdu qohumların yanında, sonra həmin qohumların başı qarışırdı boşanmağa, bizim də yadımızdan çıxırdı. hərdən fikirləşirəm ki, elə vəziyyətlərdə niyə anam mənim tərəfimi tutmurdu, amma öz azadlıq prinsiblərimi ondan da gözləməyim mənim səhvim idi yəqin ki. belə baxanda 2-3 saatlıq kostyum geyinsəydim də ölməzdim ki, kimə nəyi sübut eləməyə çalışırdım guya. elə sonra da bütün toylara eyni kostyumu geyinib getdim. son bir neçə il özümə kimə nəyi sübut eləməyə çalışırsan deyə-deyə bütün prinsiblərimdən əl çəkdim. noviembredə axırda deyir ki, dünyanı dəyişməyə çalışırdıq, uğursuz olduq. indi isə çalışıram dünya məni dəyişməsin. yəqin ki, bu səhnədən sonra kino qurtarmasa, mənə də bir səhnə versəydilər deyərdim ki, indi isə çalışıram dünya məni dəyişməsin, amma yenə də uğursuz oldum. hər şeyin başın o qədər buraxmışam ki, məni özümdən çıxartmaq indi çox çətindi. hər şeyə baş üstə deyib, yola gedirəm. arada da elə yerlərdə özümdən çıxıram ki, elə bil dünyanın ən əsəbi insanı mənəm. deyəsən bəzən özümü cəzalandırmaq istəyirəm, dəxlisiz yerlərdə insanların üstünə qışqırıb, hərdən təhdid də eləyirəm. indi mənə polislə hədə qorxu gəlirlər. oturub gözləyirəm ki, bəlkə bu dəfə çağırdılar, amma heç kim şikayət eləmir. yəqin onların da mənə yazığı gəlir, elə mənim özümün özümə gəldiyi kimi. sevgilim balkona çıxıb bir ayağını balkondan aşağı salanda bildim ki, bəzən mən də insanları özündən çıxarıram. sonra başa düşdüm ki, o böyük manipulyatordu, mən isə qurban. bütün situasiyalarda özümü qurban göstərməyi bacarıram. əslində heç bəlkə də sevgilim olmağını da istəməmişdim, prosto qəlbin qırmamaq üçün baş üstə deyib yola getmişdim. elə ən bərbad doğum günümü də, ən bərbad yeni ili də onunla keçirmişdim. amma hər dəfə gözündən axan bir yaşa ürəyim ağrayırdı. əslində onun da günahı yoxdu, insanlarla aram yaxşı deyil. istəmirəm heç kim daimi həyatıma girsin, buna görə onlara hər şey eləməyə hazıram. bəlkə də elə ən böyük manipulyator mənəm. özümün canı cəhənnəmə, əsas odu heç kim məndən qabaq ölməsin. hərdən başa sala bilmirəm ki, məndən əvvəl həyatıma girmiş insanlara heç nə edə bilmirəm, amma məndən sonrakıları istəmirəm. qazanmağın bir tərəfi də itirməkdi. nə vaxtsa itirmək qorxusundansa heç vaxt qazanmamaq daha xoşdu.
sevirdim əl uzatmağı, dəyişdim zərbəyə sevirdim sülh yaratmağı, dəyişdim müharibəyə sevirdim bayramları, dəyişdim faciələrə sevirdim şokoladı, dəyişdim fahişələrə sevirdim görüşləri, dəyişdim əlvidaya sevirdim arzuları, dəyişdim qəbirlə sevirdim dürüstlüyü, dəyişdim bəhanəyə
11 notes · View notes
aissia-resitali · 21 days ago
Text
Bir adam dünyanı dəyişməyə qərar verdi. Amma dünya çox böyükdür, o isə çox kiçik. Sonra şəhərini dəyişdirmək qərarına gəldi. Ancaq şəhər çox böyükdür, o isə çox kiçik. Sonra fikirləşdi ki, cəmiyyəti dəyişim. Amma cəmiyyət çoxdu, o isə tək. Sonra ailəsini dəyişdirmək istədi, amma ailə üzvü də çox idi, o isə tək. Beləliklə, bu adam çox kiçik olduğu üçün dəyişə biləcəyi yeganə şeyi anlayıb ona çatdı: " ÖZÜNƏ "
18 notes · View notes
huseynmammad · 9 months ago
Text
Yaxşılaşmağa ehtiyacın var, Qəlbim! Bunu ən çox özün üçün etməlisən. Sənin xəstə bir qəlbə deyil, başqalarına toxunan, mərhəməti ilə qucaqlayan bir qəlbə çevrilmən lazımdır, çünki dünyanın könlü ilə toxunan insanlara çox ehtiyacı var. Böyüməyə ehtiyacın var Qəlbim! Özünü balaca bir uşaq kimi görüb saatlarla acımaqla bir yerə çatmaq olmur. Necə deyirdi Şair? "Hamımız acı çəkirik, amma bunları dayanmadan düşünüb-dursaq irəliləyə bilmərik." Yola çıxmağa hazır olmalıyıq. Dəyişməyə ehtiyacın var, Qəlbim! Sərhədlərini, kəskin xətlərini, qırmızı nöqtələrini qırmağa və biraz da çevik olmağa. Sabit olmadan bəzən həqiqətən vecinə almamağa. Öyrənmən lazım olan şeylər var, Qəlbim! Saatlarla ağlamanın, emosiya yükünü sağaltmaqdan başqa heç bir işə yaramadığını dəfələrlə təcrübədən keçirdin. Yolda, balkonda, gecənin bir yarısı qalxanda, künc bucaqda. Dəfələrlə həmdə. Mən bilirəm, Qəlbim bilirəm! Qəlblərini qurumuş çölə çevirənlərin arasında sən vahə tapmışcasına sulayırsan könlünü göz yaşlarınla. Bilsəm də əlavə etmədən keçmək istəmədim. "Çox su hər çiçəyi soldurur Qəlbim." Unutma! Təslim olmağa ehtiyacın var, Qəlbim! İmkansız olan şeylərin olmayanı oldurana buraxmağa. Ona güvənməyə. Səndən gələn başımla gözüm üstə deməyə. Xeyir və şərrin Səndən gəldiyini bilərək həm də. Xeyir gəlsə şükrə, şər gəlsə səbr etməyə ehtiyacın var Qəlbim. Əl-Həmd deməyə, verdiklərinə, vermədiklərinə. Daha çox şeyə ehtiyacın var, Qəlbim! Sakit ol mən sənə tək-tək xatırladacağam bunları. Qətiyyən narahat olma, onlar çoxdan doymuş olsunlar, hər şeyi mükəmməl bilən bir dünyada sən öyrənməyə, bilgiyə ən çox da sevgiyə aclığınla doyacaqsan...🌿
27 notes · View notes
fffloweeer · 3 months ago
Text
Məqsəd bir insanı sizin istəyinizə görə dəyişməyə vadar etmək deyil, onunla birlikdə həyatı yaşamaq olduqda münasibətlər daha sağlam olur
8 notes · View notes
cvdbrhm · 11 months ago
Text
dəyişməyə çalışdım bəlkə sevəsən,
heçnə tapmadınmı məndə sevəsən?
ürəyin varmı ki sən də sevəsən,
allah deyilsən ki, bəndə sevəsən..
32 notes · View notes
esger1i · 1 year ago
Text
Səni səndən daha yaxşı tanıyan heç kim yoxdur bu dünyada. Etdiklərinin, yaşadıqlarının və qərarlarının səbəblərini səndən daha yaxşı heç kəs bilmir. Nə olursa olsun özünə inan. İlk öncə özünlə dərdləş. Nə qədər məsləhət alsanda, son qərarını özün ver. Dəyişməyə ehtiyacın olduğun zaman, bunu sadəcə sənin ehtiyacın olduğu zaman et. Və ən əsasıda özünə güvən, güvən ki, güvənilir ola biləsən. Özünü sev, sev ki, sevə biləsən, sevilə biləsən.
22 notes · View notes
jacob77 · 1 year ago
Text
gec də olsa bunları biri sənə deməlidi və başa düşməlisən:
dərdli statuslar paylaşmaqla heç nə düzələn deyil çünki,heç kimin vecinə deyil sənin ruh halın və həqiqətən necə olduğun (istisna ola bilər)
özünü kiməsə niyə bəyəndirməyə çalışırsan? ona görə hər şeyini dəyişməyə hazırsan sanki. doğru insan üçün bir gülüşün,söz,hərəkətin belə seviləndi.
kimlərinsə təsdiqini gözləmə.eləmisən yaxşı eləmisən.yenə olsa yenə edərsən.çünki belə olsun istədin.kiməsə açot verməli deyilsən.açot uçot işləri yalnız mühasibatlıqda ay sonu hesabatda qeyd edirsən nə isə)
hər şeydən təcrübə çıxarmağa çalış.bunun faydalarını sonralar görəcəksən.
cəsarətli ol ya hə ya yox ömür qısadı bəzi şeyləri qürur etməyə dəyməz.
və ən əsası özünə inan və güvən.
amma unutmuşam sən azca qayğı və diqqəti sevgi sanırsan olsun yenə də uğurlar ))
30 notes · View notes
aysafhar · 22 days ago
Text
Mən hər zaman elə hesab edirdim ki, həyatımızda zamanın, çıxartdığımız nəticələrin və dünyagörüşümüzün formalaşdırdığı müəyyən şeylər kəskin şəkildə dəyişikliklərə məruz qala bilməz, amma sən demə, onlar nəinki tamamilə alt-üst ola, hətta, kökündən dəyişə və yaxud, ümumiyyətlə, sadəlövhlük, mənasız və dar düşüncə kimi görünə bilərlər. Bu halda musiqi zövqü haqqında nə demək olar ki? Sonda məlum oldu ki, heç bir zaman xəyanət etməyəcəyini düşündüyün musiqi zövqünü kiçik bir həb köklü şəkildə dəyişməyə qadirdir, bu halda artıq sən nəinki öz təəşşüqünü, bütünlüklə həyata olan baxışını dəyişirsən. Ekstazi. Gələcəkdə xoşbəxtliyin daimi axtarışlarına çıxdığın zaman artıq ən sadiq vasitəyə çevriləcək bu "vitamini" daxilə qəbul etdiyindən 40 dəqiqə keçər-keçməz özünü yer üzündə ən xoşbəxt insan kimi hiss etməyə başlayırsan. Keçirtdiyin hisslər o qədər güclü həzz bəxş edir ki, artıq onları sadə ifadələrlə izah etmək qüdrətində olmursan. Hətta, ətrafdakılar əhvalınla maraqlandığı zaman, onlara bəzi jestlər, mimika ilə hər şeyin qaydasında olduğunu, onların qayğısını dəyərləndirdiyini göstərməyə çalışsan da, eyni zamanda həmin anda onların səni özünlə baş-başa qoyub, şəxsi düşüncələrinlə tənha buraxmaqlarını istəyirsən. Ürək döyüntüləri getdikcə sürətlənir, bədən tərləyir, özünlə təklikdə qalmaq arzusu isə yeganə məqsədə çevrilir.
6 notes · View notes
hadeonn · 2 months ago
Text
"Məni olduğum kimi sadəcə torpaq qəbul edər." Bu sözün ağırlığını qaldırabilmirəm, diqqət etdim hamı məndə birşey dəyişməyə çalışdı biri belə olduğum kimi qəbul etmək istəmədi.
6 notes · View notes
aaydaneliyeva · 2 years ago
Text
Çağıranda qaça-qaça getdiyim insanlar, fəryadlarıma səssiz qaldığından bəri dəyişməyə başladım..
43 notes · View notes
javadovahzaynab · 10 months ago
Text
Bəzən bir şey olar və bütün həyatınız ondan sonra anidən dəyişər. İllərin yığılmışlıqları geri qalan bütün həyatınızı dəyişməyə qadirdi....
11 notes · View notes
naf1la · 2 years ago
Text
Həyatımı dəyişən, yeni bir Nafilə yaradan 18 haqqında yazmaq istəyirəm. 18ə çox xoşbəxt şəkildə girdim. Ama içimdə qəribə bir hiss var idi. Sanki nələrinsə baş verəcəyini və bunun mənə müsbət təsir etməyəcəyini hiss edirdim. Ama buna fikir verməməyə çalışırdım. Bir müddət həyatıma çox xoşbəxt şəkildə davam etdim. Sonra həyatım bir qədər dəyişdi. Yeni işim,yeni insanlar,yeni dostlar. Hər şey çox gözəl idi ya da mən müsbət tərəfindən baxırdım. Zamanla bəzi şeylər dəyişməyə başladı. Doğmalarım,çox sevdiyim insanlar gözümün qarşısında son nəfəslərini verdi. Artıq həyatın necə acımasız olduğunu anladım. Sonra bütün sevdiklərim bir bir həyatımdan çıxdı.Günlərlə yemək yemədiyim, yuxu yatmadığım, bütün gecəni səhərə qədər ağladığım,ürəyimin ağrısından nəfəs ala bilmədiyim günlər yaşadım. Əgər ona yaşamaq demək olardısa.. Zamanla toparlanmağa çalışdım və sözün həqiqi mənasında böyüməyə başladım. Bir qədər sakitləşdim və oturub həyatımdan çıxan insanlar haqqında düşündüm. Dəfələrlə özümə "Mən bu insanlarla necə münasibətdə olmuşam?" sualını verdim. Cavab tapa bilmədim. İlahi, necə iyrənc insanları həyatıma almışam. Nələr yaşamışam, nələrə dözmüşəm, nələrin şahidi olmuşam...Elə bir hadisələrin şahidi olmuşam ki, danışsam belə heç kimin mənə inanmayacağını bilib susmuşam. Zatən hər zaman susmuşam. Çünki bu axmaq,iyrənc insanlara nə isə izah etmək gülüncdür. Özümü qucaqlayıb "halaldır sənə" demək istəyirəm. Bütün bunlara rəğmən həyatımı yaşamağa davam edirəmsə,həqiqətən də mənə halaldır. Yaşadığlarımın ağırlığını,acısını hələ də üzərimdə hiss edirəm. Nəfəs aldıqca qəlbim ağrayır. Bu yaşımda gördüyüm, yaşadığım hər bir hadisənin beynimdən silinməsini istəyirəm. Həm də hər zaman xatırlamaq istəyirəm. Xatırladıqca daha da güclü oluram. Həyatımın ən böyük səhvini etdim. Eyni zamanda ən doğru qərarı verdim. Bir sözlə,həyatı dərk etdiyim bir yaş oldu. Gələcək heç bir ilimin həyatıma bu qədər təsir edəcəyinə inanmıram.
29 notes · View notes
anar-abasow · 1 year ago
Text
Münasibətlərin müxtəlifliyi insanlara bir-birini daha yaxşı başa düşməyə və birlikdə yeni təcrübələr yaşamağa imkan verir. Zamanla maraqların və məqsədlərin dəyişməsi münasibəti canlı saxlaya bilir. Ancaq ünsiyyətin olmaması, biri-birinə açıq olmamaq və dəyişməyə qapalı olmaq, əlaqənin darıxdırıcı bir rutinə çevrilməsinə səbəb ola bilər. Birlikdə böyümək, açıq ünsiyyət qurmaq və bir-birinə dəstək olmaq sağlam münasibətin təməlidir.
10 notes · View notes
gulchinus · 2 years ago
Text
Telefonumun kodunu hamı bilir amma dəyişməyə əlim gəlmir :D
26 notes · View notes
esger1i · 9 months ago
Text
Bəzən eyni hadisələr o qədər çox başına gəlir ki, artıq bir nöqtədə ‘Bu ssenari mənə çox tanış gəlir.' -deyirsən. Yenə həmin səhvlərin təkrarlandığı bir səhnəcikdə görürsən özünü. Bütün öyrəndiklərin, aldığın dərslər yalan olur bir anda. Sonra anlayırsan əslində “təcrübə” adı altında öyrəndiklərindən hələ də dərs almadığını. Bəzən səhvlərin təkrarlanmaması üçün dəfələrlə cəzasını çəkməyimiz belə bəs etmir. Biz dəyişmədikcə nə bu ssenari, nə də nəticə dəyişmir. Fərqli başlıqlar altında eyni səhnələrin təkrarlandığı bir axına qoşulursan. Kimisi eyni insanlarla davam edir, kimisi isə hər dəfə başqa insanlara şans tanıyaraq. "Təbii ki, eyni insanlarla, eyni səhnəciyi dəfələrlə oynamaq daha acınası haldır." Beləcə davam edirik, günlər, aylar, hətta illər ötür. Və hər şeyin fərqində olduğunda nələrinsə dəyişməli olduğunu deyir içindən bir səs. Ya o səsi dinləyib cəhd edir və sujetin gedişatını dəyişdirirsən, ya da özündə nə bu oyunu oynamağa, nə də axının istiqamətini dəyişməyə taqət tapmayıb yavaş addımlarla səhnədən enərək tamaşaçılar arasında yerini alırsan. Hansı tamaşanı izləyəcəyinə isə sən qərar verirsən.
18 notes · View notes