#ForMaya
Explore tagged Tumblr posts
sillagen · 5 months ago
Text
Instagram'da story izlerken " Biz o şahane maçlara, o ay o hilal bayrağa, o ay yıldızlı formaya bak, bak, bak, bak doyamadık" oluyorum
39 notes · View notes
esger1i · 6 months ago
Text
İnsanlar həmişə başa düşür. Nə desən onlar 'başa düşürəm' deyəcəklər. Məncə bu qondarma 'başa düşürəm'i onlar məktəbdən öyrəniblər. Məktəb vaxtı sonuncu dərs yorğun və ac vəziyyətdə riyaziyyat dərsində müəllim onlara başa düşməyəcəkləri bir dərs haqqında uzun-uzadı leksiya söylədikdən sonra sonda 'başa düşdünüz, uşaqlar?' deyərkən 'yox' deyilsə daha bir saat danlanmaq və bir saat da yenidən eyni mənasız rəqəmləri axmaq formaya salmağı öyrədəcəkdi. Və başınızı yellədərək səslənən 'başa düşdüm' supermeni sizi o vəziyyətdən xilas elədi. Sonradan sizinlə birlikdə böyüyərək başqa sahələrdə də köməyinizə çatdı. Hər kəs bir-birini başa düşür, əla. Elə isə niyə hər kəs həyatında ən azı bir dəfə 'heç kim məni anlamır' 'heç kim məni anlamayacaq' ifadəsini işlədir?
23 notes · View notes
naifduygulublog · 1 year ago
Text
🇹🇷🇹🇷🇹🇷🇹🇷🇹🇷🇹🇷🇹🇷🇹🇷🇹🇷🇹🇷
❤️🤍❤️🤍❤️🤍❤️🤍❤️🤍
Biz o şahane maçlara...
O ay o hilal bayrağa
O ay yıldızlı formaya
Bak - bak – bak - bak doyamadık!
Kalplerimiz dört nala
Siz çıkınca sahaya
Biz bu büyük sevdaya
Hep bir – lik – te doyamadık!
👏👏👏👏👏👏👏👏👏
🇹🇷🇹🇷🇹🇷🇹🇷🇹🇷❤️🤍❤️🤍❤️
75 notes · View notes
rftdamir · 14 days ago
Text
Bəzən X, Telegram və ya başqa yerlərdə şərhləri oxuyuram, bu ölkə nə qədər cahildirsə, elmi məlumatı belə cahil bir formaya sala bilirlər.
13 notes · View notes
senisevdiginden · 11 months ago
Text
arkadaslar Galatasaray formasi giymeden once buna ihtiyacim oldugunu bilmiyodum artik bi formaya ihtiyacim var hıı
14 notes · View notes
cool4ever · 2 months ago
Text
iki enerji var, ağ və qara. cənnət və cəhənnəm dedikləri sənin hansı enerjini insan bədənində olarkən özündə cəmlədiyindir. enerji parçalandıqda (ölüm gəldiyində) cəmlədiyin enerjinin içinə çəkilirsən. bu gün bizi insan formasında cəmləyən enerji sabah bizi başqa formaya daşıyacaq.
6 notes · View notes
magnificentbluebirdtiger · 4 months ago
Text
Oxuduğum bir kitabda hərşeyi bizim yaratdığımız ı deyirdim Doğrudanmı həyatımız da olan bütün hərşeyi biz seçirik ?Bəli elədi,ama başımıza gələnlər də bizə boşuna olmaz,qəbul edirəm, bəzi insanlar bu dünyaya daha şanslı gəlir,ama əllərin də olanlardan nə nə dərəcədə istifadə etməyin önəmli imiş,bir plastirin misalı, istədiyimiz formaya salırıq,həyat da elədi.Bəzən insanı sənin doğduğun yer,anan atan bəlkə də mühitin səni təşviq etdiyin üçün bacarırsan,ama özün edirsiniz.
2 notes · View notes
azraasblog · 2 years ago
Text
Onun şəhid olmasından artıq iki il keçmişdi. İki il idir ki, onun ölümünü qəbul edə bilmirdim. Ölümünü qəbul etsəydim , bu həyatda olmadığını da qəbul etməli idim. Bunu isə edə bilməzdim , çünki onun həmişə yaşadığını, mənimlə olduğunu düşünmüşəm. Hər dəfə məzarına gedəndə yuxuma gəlməsini, bir gün belə olsa səsini eşitməyi istəyirdim. O mənim yuxuma gəlmirdi, mən isə istəyimdən vaz keçmirdim. Hər gecə yuxuya gedəndə onun silüetini, onunla keçirdiyim 4 ili, xoş anlarımızı yadıma salıb yuxuya gedirdim. O qədər inadkar biri idi ki, gəlməməkdə israr edirdi sanki. 2 il müddətində hər gün onunla danışmağı arzulayırdım, yuxu belə olsa...Mənim həyata tutunma səbəbim idi. Şəhid oldu, bu dünyadan köçdü, amma yenə də ona tutunuram. Bəs o kimdir? O Kərimdir. 44 günlük müharibədə qəhrəmancasına öz həyatından keçmiş igid...Sevərək evləndiyim adam...Kərimlə ilk tanışlığımız yadıma düşür. Universitetin ikinci kursunda oxuyurdum o zaman. 2016cı ilin yay imtahanları vaxtı idi. İmtahanı verib universitetdən çıxmışdım. Həmin gün atam məni gəlib götürməli idi. Mən də universitetin qabağında dayanıb atamın gəlməyini gözləyirdim. Gözlədim, gözlədim, amma gəlib çıxmırdı. Bu zaman bir oğlan mənə doğru yaxınlaşmağa başlamışdı. Üzərində də hərbi paltarı...İlk diqqətimi çəkən qolundakı xarıbülbül işarəsi idi. Onun səsi ilə fikirdən ayıldım:
-Salam xanım. Siz Asiya olmalısınız yəqin ki. Atanız mənə tapşırıb ki, sizi evə aparım. Özü təcili getməli oldu deyə məni göndərdi.
Elə bu vaxt atam yığıb onunla getməyimi bildirdi.
-Yaxşı, gedək.
Yol boyu nə o danışırdı, nə də mən. Fikrim isə elə ancaq xarıbülbüldə idi. Bu adam qoluna niyə onu çəkdirmişdi? Səbrim tükənirdi artıq...Mən danışmasaydım, o heç danışmazdı. Ona görə mən bu səssizliyi pozub danışmağa başladım:
-Bu imtahanlar da çox çətindire. İstinin cırhacırında oxumaq müşkül məsələdi.
+Hə, məncə də.
-Adınız nədir? Siz mənimkini bilirsiz, amma mən..
+Kərimdir adım, Kərim.
Artıq evə çatmışdıq. Onunla sağollaşmaq istəmirdim, çünki diqqətimi çəkən nüanslar var idi. Lakin görürdüm ki, o nəsə çox narahatdır. Ona görə də onu da yormadan sağollaşdım.
Bundan sonra ancaq onunla universitetə gedib gəlməyə başladım. Danışmırdı ki, danışmırdı. Bir gün möcüzə oldu sanki...Mənimlə kafeyə getmək istədi. Necə sevindim. Artıq suallarımı ona verəcəkdim. Təklifi qəbul etdim və universitetin yanındakı kafedə oturub möcüzəvi şəkildə söhbət eləməyə başladıq.
+Hər dəfə fikir verirəm ki, baxışlarını qolumdan çəkmirsən.
-Şey, xarıbülbül...Yəni sənin qolun yox, xarıbülbül diqqətimi çəkir.
+Niyə ki?
-Bilmirəm, heç kimdə görməmişəm. İlk dəfədir qarşılaşıram belə mənzərə ilə.
+Bilirsən, Asiya , mən millətimə , xalqıma bağlı böyümüşəm. Ona görə də hərbini seçdim elə. Hər dəfə qolumdakı xarıbülbülə, əynimdə daşıdığım bu formaya baxanda içimdəki intiqam hissi daha da şiddətlənir, torpaqlarımızı geri qaytarmaq arzusu daha da güclənir.
Heyran olmuşdum, həm də çox...
+Çox vətənpərvərəm hə? Üz ifadən onu deyir. Torpağına bağlı olan hər bir insan vətənpərvərdir. Çoxumuz eləyik. Sadəcə bu hiss bəzi insanlarda daha qabarıq göstərir özünü.
-Nə deyim, bilmədim.
+ Olar, Vətən sözü gələn yerdə bütün sözlər öz mənasını itirir. İstəsən belə öz hislərini ifadə edə bilmirsən.
-Niyə bu qədər narahatsan ?
+Torpaqlarımız namərdlərin əlində olduğu müddətcə rahat olmağımı gözləyirsən? Mən rahat ola bilmərəm Asiya, deyərəm gülərəm amma rahat ola bilmərəm. Deyib gülməyimə baxma əslində içim qan ağlayır.
Beləliklə , başladı bizim hekayəmiz. İndi gözümün qabağından xatirələr keçir..Hələ bir gün məni Aprel Şəhidlərinin məzarlarına aparmışdı. "Kişilər ağlamaz" deyirlər axı...Kişilər ağlayar. O ağlamışdı. Hər birinin məzarının üstündə hönkürtü ilə ağlamışdı. Həmişə döyüşdə iştirak edə bilmədiyi üçün pis olurdu..Mənim ağladığımı görüb gözyaşlarımı silərək demişdi:
+Ağlama, gözəlim mənim. And olsun Allaha, heç birisinin qanı yerdə qalmayacaq. Üzərində durduğum torpağa and olsun ki, hamsının qisasını alacam, alacayıq.
-Sən ölmə, sən getmə...Yaşaya bilmərəm.
+Şəhidlik mənim ən böyük arzumdur, bilirsən. Sən ağlama, ölməmişəm, getməmişəm hələ. Hələ sənə öz əllərimlə xarıbülbül gətirəcəm.
Bu cümlələr ağlımdan , qəlbimdən çıxmır...Artıq 2020dəydik. Döyüş başlamışdı, həlledici döyüş..Kərim yanıma gəlib gedəcəyini, çox xoşbəxt olduğunu dedi. Biraz eqoistcə çıxa bilər bəlkə amma getməsini istəmirdim. Kim gedir getsin, amma o getməsin...Bilirdim ki arzusuna çatacaq. Şəhidlik zirvəsinə ucalacaq, bəs mən onsuz necə yaşayacaqdım? Qışqırdım, ağladım, yalvardım. Xeyri olmadı...
+Bura Vətəndir, canım gözüm. Vaxt gəlib çatdı. İllərdir gözləyirəme bu anı. Bura Vətəndir, yeri gələr öz ailəndən vaz keçərsən, yeri gələr sevgindən, yeri gələr də öz canından. Mən getməsəm əgər bax onda canımdan can gedər. Sənə söz vermişəm axı. Öz əllərimlə sənə xarıbülbül gətirəcəm. İşdir gələ bilməsəm Allaha əmanətimsən. Sən mənim yarımsan, güclü olmalısan. Hər şeyə özünü hazır hiss etməlisən.
Düz deyirdi , Kərim getdi. Getməli idi və getdi. İşğaldan azad olunan torpaqlarımızı gördükcə sevinc gözyaşları axıdırdım. Kərim hər şeyin yaxşı olduğunu, ürəyimi rahat tutmağımı istəyirdi. Həmin günə qədər...Bir gün sms gəldi: "İstəyimə çatmağa az qalıb, səbr elə , ömrüm günüm". Sevindim, həm də o qədər çox...Ta ki saatlar sonra onun şəhid xəbərini alana qədər...Qapı döyülmüşdü, hərbi hissədən gəlmişdilər. Qapını açdım...
-Başınız sağ olsun.
Başım sağmı olsun? O , şəhid olmuşdu, o bu həyatdan köçüb getmişdi...Bir anlıq hər şey sükuta qərq oldu. Bir anlıq hər şey dayandı. Sanki bir boşluq yarandı və mən o boşluğa düşdüm. Elə bir boşluq ki...Çatmışdı, arzusuna, istəyinə çatmışdı. Bilirdim, hiss edirdi. Sonra dəfn mərasimləri...Onun əşyaları...Əşyaları arasında şəklimi gördüm. Şəklin arxasında : "Xarıbülbülü sevdiyim kimi sevdim səni, yarım." yazılmışdı. Gözyaşlarımı saxlaya bilməmişdim....
Yenə həmin şəkli götürüb arxadakı yazını oxudum. Bəlkə də mən onun yarımçıq qoyduğu şeyi tamamlamalı idim? Havanın qaralmasına az qalmışdı. Kərimin məzarına yollandım. Hər gün gəlirəm bura, hər gün də darıxıram...Gülərüz idi Kərim. Məzarının üzərindəki şəkildən ancaq gülümsəyir...
-Kərimim mən gəldim, bax. Xarıbülbülü sevdiyim qədər sevdim səni demişdin...Xarıbülbülü bəlkə də məndən çox sevdin. Bizi birləşdirən xarıbülbül oldu, bizi bir-birimizdən ayıranda. Sənin yarım qoyduğunu tamamlamalıyam, hə. Bəlkə də eləməmişəm deyə yuxuma gəlmirsən, incimisən məndən. Həmişə gülürsən mənə, bir dəfə də əsəbləş. Eh sevgim, sənsiz çətindi. Xarıbülbülə gedəcəm sevdiyim, söz ver ki, sən də mənə gələcəksən...
Ağlıma qoymuşdum, Şuşaya gedəcəkdim. Səhər Şuşaya yola düşəcəkdim. Necə gedəcəyimi bilmirəm, amma bunu edəcəkdim. Evə qayıtdım. Səhərə qədər getməyin yollarını axtardım. Tapdım da. Tur şirkəti ilə danışdım. Əşyalarımı , lazım olan hər şeyi yığdım. İki gün sonra yola düşəcəkdim. İki günü necə keçirəcəkdim bəs? Səbrsiz idim...
Beləcə iki gün keçdi, yola düşdük. Təqribən 487 km yol gözləyirdi məni. Ağlımda isə Kərim və xarıbülbül idi. Yol necə gəldi keçdi anlamadım. Şuşa çox hündürdə yerləşirdi. Ora hər maşın gedə bilməzdi. Yuxarı qalxdıqca insanın qulaqları tutulurdu. Ətrafdakı mənzərəni seyr etdikcə bu yerlər üçün canlarından keçən əsgərləri , eləcə də Kərimi çox yaxşı anlamağa başlamışdım. Dağları görsəniz, İlahi. Necə də gözəldir, əzəmətlidir, vüqarlıdır. Allah bütün gözəllikləri bura verib sanki. Ətrafa baxdıqca ətraf sanki dilə gəlirdi: "Ey insanlar, baxın bizə. Başımıza hər cür oyunu açdılar, amma biz vaz keçmədik. Onlara tabe olmadıq. Əyilmədik. Bir gün gələcəyinizi bilirdik. İnamımızı itirmədik heç vaxt."
Artıq Şuşan��n mərkəzinə çatmışdıq. Havası ...Heç yerdə belə hava yoxdur deyə bilərəm. O qədər təmiz idi ki. İllərdir belə havaya həsrət idim...İndi çox yaxşı başa düşürəm Kərimi... Havanı doyunca içimə çəkdim. Mərkəzdə biraz dayandıqdan sonra bələdçi gəldi və bizi gəzdirməyə başladı. İnternetdə həmişə Şuşa qalasının şəklini görərdim, maraqlı gələrdi. Kərim demişdi ki, səni ora aparacam. "Kərim, mən burdayam. Bəs sən hardasan?" deyə keçirdim içimdən. Sizə hislərimi ifadə edə bilmərəm..Qalanı görsəniz başa düşərsiniz. Hər qarışında bir tarix gizlidi. İnsanlar şəkil çəkdirir, bir birləri ilə söhbət edir, gəzirdilər. Mən isə gözlərimi zilləyib ətrafı izləyirdim. O qədər çox heyran olmuşdum ki. Gözlərimi ala bilmirdim. Bir də eşidirəm ki adımı çağırırlar. Avtobusa mindik və turumuza davam etdik. Şuşanın ən gözəl yerlərini gəzdim, amma hələ də xarıbülbülü görmürdüm. Şuşanın suyunu desəmmi sizə? Buz kimi suları var Şuşanın...Dadından doymaq olmur. Kaş həmişə bu suyu içsəm, buranın havasını çəksəm içimə, ölənə kimi burda yaşasam...
Ən axırda Cıdır düzünə gəldik. İçim doludur bura haqda. Ətrafdakı sal qayaların, yaşıl örtüklü dağların, Günəşin qızıl şüalarına bürünmüş zümrüd meşələrin gözəlliyini təsvir etməyə söz yetmir. Üçrəngli bayrağımızı görürəm, dalğalanır. Bu bayrağın dalğalanması elə də asan olmadı, çox əziyyətlərdən keçdik. İndi isə necə də qürurla dalğalanır bayrağım. Hündürdədir deyə burdan baxanda aşağıda Şuşa, uzaqdan isə Xankəndi görünür. Ağzım açıq halda ətrafı izləyirəm. Ərazi başdan başa çəmənlik və çiçəklərlə bürünüb. Dağların vüqarını görsəniz...Təsvir etmək düz olmaz, gəlib canlı şahidi olmaq lazımdır. Çiçəkləri qoxlayıram. Sizə deyə bilərəm ki, belə qoxu yoxdur heç yerdə. İnsanı məst edir. Bəs xarıbülbül hanı? Görə biımirəm. Bələdçidən soruşdum. O isə məni aparacağını dedi. Həyəcanlanmışdım. Həyəcandan əllərim əsir, gözlərim dolurdu. Budur bələdçi gəlir və gedirik. Xarıbülbüllərin olduğu yerə gəldik. Gülə yaxınlaşıram, baxmağa qorxuram. Necə də gözəldir axı. Toxunmağa qıya bilmirdim, birdən incidərəm deyə. Danışmağa başladım:
-Kərim səni çox sevərdi. Səni öz əlləri ilə mənə gətirəcəkdi. Səni sevdiyi qədər sevirdi məni...Gör necə də çox sevirmiş bizi. Səni qısqanırdım, bilirsən? Həmişə onun yanında olurdun. İndi başa düşürəm ki, qısqanılacaq qədər gözəlsən, xarıbülbülüm. Gəldim, sənə gəldim. Sən bizim sevgimizin rəmzisən. Onun tamamlamadığı şeyi mən tamamladım. Mənə bir söz de , xarıbülbül. Yuxuma gələcəkmi? Barışarmı mənimlə? İncikliyi keçərmi? Kaş danışa bilsən də, mənə bir söz desən. Bax sən də öz diyarından ayrı qala bilmirsən, mən də öz yarımdan. O sənin uğrunda canından keçdi. Mən də keçərdim onun yerində olsa idim. Haqq qazandırıram ona artıq. Sən həmişə sevdiyin bu torpaqda ol, mən dözərəm. Səni özümlə aparmaq istəyərdim, amma əlim gəlməz ayırmağa. Ölməyini istəmərəm. Sən yaşa , xarıbülbül. Sən həmişə yaşa. İcazə vermə səni torpağından, sevdiyindən ayırsınlar. Keçdi, hər şey keçdi. Xoşbəxt ol həmişə.
Gözyaşlarımı saxlaya bilmirdim. Gülü öpüb geri qayıtdım. Səfərimiz sona çatmışdı və evə doğru yola düşdük. Evə çatana kimi yatmadım. Gördüyüm yerlər haqqında düşünür, Kərimi düşünürdüm... Artıq evə çatdım. Çox yuxum gəlirdi. Yatmamışdan yuxuma gəlsin deyə dua elədim və dərin bir yuxuya getdim.
Kərimin səsini eşitməyə başladım:
+Mən gəldim, Asya. Səni izləyirdim.
-Sən, Kərim, bu sənsən? Necə də gözəl olmusan. Üzünə nur gəlib.
+Burda hamı belədir inan ki. Yarımçıq qoyduğum işi tamamladın. İncimişdim səndən, getməyini gözləyirdim.
-Bilirəm, nur üzlüm, əvvəl getməli idim.
+İndi anladınmı ki niyə məhz xarıbülbül?
-Hə. Yenə də gülürsən, həmişəki kimi.
+Bu zirvədə olan insanlarda gözyaşı olmur.
-Xoşbəxtsən bəs?
+Sənə qurban, hə. Burda tək mən yox hamı xoşbəxtdir. Uzaqdan səni izləyirəm. Ağladığını görəndə incinirəm. Gəlmək istəyərdim sənin yanına, amma gələ bilmirəm. Bura çox yaxşıdır. Kim deyirsə ki mən ölmüşəm. İnanma onlara. Sağam varam. Sadəcə sənin yanında yoxam, o da cismən. Sənin xarıbülbüllə söhbətini eşitdim, fəxr etdim, yarım. Bağışla ...Amma bu ana kimi gəlməməliydim yuxuna. Bundan sonra həmişə görüşəcik yuxularda.
-Sən ölməmisən hə?
+Mən ölməmişəm, mən şəhid olmuşam. İndi səndən bir şey daha istəyəcəm.
-De hər şeyim.
+Daha ağlama. Xoşbəxt ol, yaxşı? Demişdim axı, sən mənim yarımsan. Ayrı ayrı dünyalarda olsaq belə xoşbəxt olaq.Söz verirsən indi?
+ Söz...
Yuxudan ayıldım. Artıq xoşbəxt olacaqdım....
Xarıbülbül Asya ilə Kərimi ayırmadı, onları yenidən birləşdirdi, fərqli dünyalarda olsa belə...
16 notes · View notes
ohwellbull · 3 months ago
Text
Yazmaq xoşdur, çünki nağıllar vasitəsilə fikirlərimi ifadə edə bilirəm
Siz yazmaqda ən çox nəyi sevirsiniz? Və beləliklə proses başlayır. İki seçimim var. Biri prosesi başlamaq üçün qələm, karandaş və ya klaviatura götürməkdir. Hər hansı bir yazı aləti kifayətdir.İkinci seçimim isə şeirlərimi nəsr formasına salmaqdır. İstədiyim hər hansı bir formu seçə bilərəm və formaya və oxunabilirlik qaydalarına uyğun olaraq həm qaydalar qoymağa, həm də onları pozmağa icazəm…
0 notes
wilderalison · 10 months ago
Text
Tumblr media Tumblr media
a cat occurs /n curse: hel/otrope shades—curls— 55.1" x 60.6" sl/pped—green—f/st \formaya\ dr/psdry 55.1" x 59.1"
Both: Dyed wool & thread, 2023 On view in Let the World In group show at Center for Maine Contemporary Art, Rockland, ME, US 27 January - 5 May, 2024
0 notes
pazaryerigundem · 7 months ago
Text
Başkan Alemdar’dan Sakaryaspor çağrısı
https://pazaryerigundem.com/haber/169088/baskan-alemdardan-sakaryaspor-cagrisi/
Başkan Alemdar’dan Sakaryaspor çağrısı
Tumblr media
Sakaryaspor’un 5 Mayıs Pazar günü saat 16.00’da Tuzlaspor ile oynayacağı karşılaşmaya tüm şehri davet eden Başkan Alemdar, “Evimizde TFF 1. Lig’deki son maçımıza çıkıyoruz. Sakaryaspor – Tuzlaspor müsabakasına, bu şehri seven, Sakaryasporluyum diyen, yeşil-siyahlı formaya gönül veren tüm hemşehrilerimizi davet ediyor, şehrimizin takımının yanında olmaya çağırıyorum. Haydi Sakarya. Süper Lig için hep birlikte şampiyonluğa” dedi.
SAKARYA (İGFA) – Sakarya Büyükşehir Belediye Başkanı Yusuf Alemdar, Sakaryaspor’un Tuzlaspor ile oynayacağı karşılaşma öncesi sosyal medya hesabından taraftarlara çağrıda bulundu. 5 Mayıs Pazar günü saat 16.00’da Sakarya Atatürk Stadyumu’nda oynanacak karşılaşma için tüm vatandaşları stadyuma davet eden Alemdar, ‘Süper Lig için hep birlikte şampiyonluğa’ mesajını paylaştı.
ALEMDAR’DAN TARAFTARA ÇAĞRI
Kısa sürede çok sayıda beğeni alan paylaşımında Alemdar, “Yarın saat 16.00’da Sakarya Atatürk Stadyumu’ndayız. Evimizde TFF 1. Lig’deki son maçımıza çıkıyoruz. Sakaryaspor – Tuzlaspor müsabakasına, bu şehri seven, Sakaryasporluyum diyen, yeşil-siyahlı formaya gönül veren tüm hemşehrilerimizi davet ediyor, şehrimizin takımının yanında olmaya çağırıyorum. Haydi Sakarya. Süper Lig için hep birlikte şampiyonluğa” ifadelerini kullandı.
Tumblr media
BU Haber İGF HABER AJANSI tarafından servis edilmiştir.
0 notes
politiciansstuff · 1 year ago
Text
Tumblr media
Deputat: Vaşinqtonun Bakı üzərində rıçaqları çox azdır
Ermənilər boşuna həvəslənirlər
Azərbaycan cəmiyyətində ABŞ, Fransa kimi ölkələrin məkrli siyasətlərinə qarşı çox qətiyyətli mövqe ortadadır
“Azərbaycan öz yolu ilə gedəcək. Bizdən fərqli olaraq Ermənistan "xozeynini" dəyişir. Bu da Ermənistana böyük faciələr yaşadacaq"
ABŞ-Azərbaycan arasında yaranmış gərginlik Ermənistanı ruhlandırıb. İrəvan iki ölkənin münasibətlərinin kəskinləşməsini özü üçün fürsət kimi dəyərləndirir və ABŞ və Fransa kimi Qərb dövlətlərinin rəsmi Bakıya təzyiqinin artacağına ümid edirlər. Regional Araşdırmalar Mərkəzinin (RSM) direktoru, erməni ekspert Riçard Kirakosyan da hesab edir ki, müharibədən sonrakı yeni reallıq Ermənistan üçün nə qədər çətin olsa da, Azərbaycan da ABŞ üçün əvvəlkindən daha az əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətinin bu şəkildə azalması Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlıdır. Bu da o deməkdir ki, Pentaqonun Azərbaycanın əməkdaşlığına artıq ehtiyacı yoxdur. Buna baxmayaraq, erməni ekspert etiraf edib ki, ABŞ-nin Bakı üzərində rıçaqları azdır: "Bakı Türkiyədən dəstək almaqla yanaşı, Rusiya ilə də əməkdaşlıq edir. Amerika indi yalnız Bakıya siyasi təzyiq göstərməkdə davam edəcək. Qərbin Azərbaycana qarşı heç bir təsir rıçağı yoxdur”. Qeyd edək ki, ABŞ-Azərbaycan arasındakı gərginliyin səbəbi Vaşinqtonun ölkəmizə qarşı qərəzli siyasət yürütməsi, açıq-aşkar ikili standartlardan çıxış etməsidir. Erməni lobbisinin təsir dairəsində olan amerikalı konqesmenlər bu işdə xüsusi canfəşanlıq etməkdədir.
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ-nin Azərbaycana qərəzi açıq formaya keçib. Deputatın sözlərinə görə, son günlərdə ABŞ Senatı səviyyəsində aparılan müzakirələrdə Dövlət Departamentinin rəsmi nümayəndəsinin sərsəm açıqlamaları, 15 noyabr tarixində Senatın Azərbaycana qarşı “2023-cü il erməniləri müdafiə aktı” qəbul etməsi ölkəmizə qarşı atılan addımların sistemli xarakter daşıdığının göstəricisidir:
"Görünən odur ki, Azərbaycanın əldə etdiyi çoxsaylı uğurlar, xüsusən, 44 günlük müharibədə qazandığı Zəfər və 24 saatlıq antiterror tədbirləri ABŞ-ni çox narahat edib. Amerika bu uğurları həzm edə bilmir. Digər tərəfdən, Azərbaycan Prezidenti xalqımızın iradəsinə söykənərək müstəqil xarici siyasət yeridir. Bu xarici siyasətdə birmənalı olaraq Azərbaycanın milli və dövlət maraqları nəzərə alınır. Hər hansı bir ölkənin, eyni zamanda ABŞ-nin Azərbaycan üzərində bu və ya digər formada təsir imkanları, rıçaqları yoxdur. Düzdür, ABŞ ayrı-ayrı təşkilatları vasitəsilə Azərbaycanda özünün məkrli planlarını yerinə yetirməyə çalışır. Amerikanın müvafiq qurumları bir sıra QHT-yə, media təmsilçilərinə Azərbaycanda sosial gərginlik yaratmaq, 28 il didərgin həyatı yaşayan soydaşlarımızın öz yurdlarına qayıtmasına mane olmaq, onlar arasında əks-təbliğat apararaq prosesə əngəl törətmək və s. buna bənzər pozucu hərəkətləri reallaşdırmaq üçün maliyyə yardımı göstərirlər. O baxımdan belə təşkilatların Azərbaycanda fəaliyyəti qadağan edilməlidir. Vaxtı ilə SOROS və onun nümayəndəliyi Azərbaycanda "at oynadırdı", amma artıq o, ölkəmizdə yoxdur".
Parlament üzvü vurğulayıb ki, ABŞ və Fransanın Azərbaycana qarşı təzyiq və təhdidlərindən ruhlanan, özlərinə təskinlik tapan ermənilər ümidləniblər:
"Ermənilər bundan həzz alırlar. Düşünürlər ki, ABŞ və Fransanın ölkəmizə təzyiqləri Ermənistana imkanlar açacaq. Ermənilər də bu imkanlardan istifadə edərək sülh sazişinin bağlanmasında üstün mövqeyə çıxacaqlar. Əlbəttə, ermənilər kökündən yanılırlar. ABŞ və Fransanın Azərbaycana qarşı qərəzli, böhtan dolu fikirlərinə cəmiyyətimizdəki reaksiyalara baxaq. Milli Məclis, KİV, siyasi partiyalar dövlətin və millətin yanındadırlar və ABŞ, Fransa kimi ölkələrin məkrli siyasətlərinə qarşı çox qətiyyətli mövqelərini ortaya qoyurlar. Şübhəsiz ki, Azərbaycan dövləti də XİN səviyyəsində bu mövqeyini açıq və birmənalı şəkildə ifadə edir. Ədalətsiz yanaşmaya qarşı kəskin etirazını bildirir. Tam əminəm ki, ABŞ, Fransa, Kanada və digər ölkələrin bənzər bəyanatları, addımları güclü və qüdrətli Azərbaycanın mövqeyinə zərrə qədər təsir göstərməyəcək. Azərbaycan öz yolu ilə gedəcək. Daha güclü dövlət olaraq problemlərimizi aradan qaldıracağıq. Buna heç kimin şübhəsi olmasın. Bizdən fərqli olaraq Ermənistan "xozeynini" dəyişir. Bu da Ermənistana böyük faciələr yaşadacaq".
"Sherg.az" saytı
İsmayıl Qocayev
26 noyabr 2023-cü il
0 notes
rftdamir · 11 days ago
Text
Fikrimcə bu tip problemləri əksər qadınlar yaşayır cəmiyyətimizdə. Qadınlarımızın azadlıq istəyi onların cəmiyyətdə ki, rollarına dırnaq arası adlarla fərqli təsirlər edir. Təəsuf ki, bizim də cəmiyyətin strukturu bu dırnaq arası və lazımsız dəyərlər üzrə qurulub.
Kütlə onun dilini danışmayan hər kəsi məhv edir.
Azadlıq insanın na’tamam yaradılışının nəticəsi hisslərdən biridir. Azadlıq özünü və kainatı kəşf edəcəyin halda ən güclü və ən ilahi xoşbəxtlikdir. Şəxsiyyətimizi və obyektiv düşüncə və davranışlarımızı qorumağımızı bacarsaq, rəhm və ədalət anlayışını, mərhəməti dərk etsək, istər qadınlar, istər kişilər ilk öncə öz həyatlarını, daha sonra bütün cəmiyyəti daha yaxşı bir formaya sala bilər, əzizlərim.
Ümid edirəm ki, Füruğ kimi, qısa həyatınız olsa belə, öz azadlığınız üçün, hər şeydən keçməyi bacararsınız.
"Əziz atam,
Vəziyyətinizin yaxşı olduğuna ümid edirəm. Uzun müddətdir sizə məktub yazmadığım üçün yəqin ki, məndən incimiş, sizi sevmədiyimi düşünmüsünüz amma elə deyil. Həmişə sizə yazıb dərdləşmək istəmişəm, lakin nə vaxt məktub yazmaq istəsəm öz-özümə nə yazacağıma və aramızdakı boşluğu necə doldura biləcəyimə dair suallar verirəm.
“Vəziyyətim yaxşı, sağlamlığım yerindədir, sizlər necəsiniz və nələr edirsiniz”, diyə yazmağı sevmirəm. Könül istərdi ki, bütün həyatımı, hisslərimi, dərdlərimi və bədbəxtliklərimi sizə yazım, amma bacarmadım, hələ də bacarmıram. Çünki inanc və düşüncələrimizin təməllərinin fərqli şəraitdə, fərqli iki cəmiyyətdə və iki fərqli zamanda atıldığını nəzərə alsaq biz aramızda necə anlaşma mühiti yarada bilərik?
Tumblr media
Əgər danışacaq olsam, söyləyəcəklərim bir kitab tutacaq qədər çox olar və deyəcəklərimin sizi incitməsindən qorxuram. Xoşunuza gəlməyəcək amma nə qədər ki bu sözlər ürəyimdədir, mən də rahat ola bilmirəm və sizi görəndə nə gülən, nə də danışan - heç bir mövcudiyyət göstərmədən bir küncə çəkilib büzülən biri oluram. Mənim ən böyük kədərim sizin məni tanımamağınız və tanımaq belə istəməməyinizdir. Hətta bəlkə də siz mənim eşq romanları və rəsimli Tehran dərgisinin hekayələrini oxumaqdan axmaqlaşan və yüngülxasiyyətli bir qadın olduğumu düşünürsünüz. Kaş ki elə olsaydım, bəlkə də elə xoşbəxt ola bilərdim! Belə halda ən kiçik məsuliyətdən, ilərləmək yolunda atılacaq hər addımdan qorxan və ömrünün sonuna qədər işçi qalmaq istəyən ərlə kiçicik bir komada yaşayaraq qaynanasıyla mübahisə edən, qonşu qadınların boş söhbətləriylə, qısacası bərbad şeylərlə kifayətlənən, ipək qurdu kimi öz baramasının içində - qaranlıq və məhdud dünyasında qıvrılıb yaş alan, daha böyük və daha yaxşı bir dünyanı tanımadan həyatını tamamlayan biri olardım. Amma mən bu formada yaşamaram, yaşamazdım da, mənim özümü tanıdıqca üsyankarlığım və dik başlılığım da həyatın bu axmaq yönüylə başladı. Mən böyük olmaq istəyirdim, hələ də istəyirəm, bir gündə dünyaya gəlib ertəsi gün bu dünyadan qalıcı iz buraxmadan gedən milyonlarla insan kimi yaşaya bilmərəm, mən beləyəm, ancaq bu indiyə qədər birinin mənə qarşı çıxmadığı və bitirdiyim şeylərin doğru olduğu mənasına gəlmir. Xeyr! Mən şəxsən həyatımda çox yanıldığımı bilirəm, kim həyatında davranışlarının, əməllərinin və düşündüklərinin bütünlüklə məntiqli və doğru olduğunu deyə bilər ki?
Tumblr media
Şair demişkən - “Bu dünyaya iki ömür gərəkli/ ilki təcrübə əldə etmək/ Digəri təcrübəni sərf etmək üçün”. Mən pis qadın deyiləm və əsla ailəmin utanc mövzusu olmasını istəmərəm. Əgər bu yolda gedirəmsə ailəm varlığımla qürur duysun deyə addımlayıram və hələ də eyni düşüncədəyəm, əminəm ki, bir gün hədəfimə çatacam. Heç vaxt və heç bir yerdə ruhən rahatlığı tapa bilmədiyim, ağzımı açıb danışmadığım, özümü sizlərə və başqalarına izah etmədiyim üçün nə edə bilərəm?
Yadımdadır, evdə fəlsəfə kitabları oxuyub ədəbiyyat fakültəsinin fəlsəfə professorlarıyla saatlarla şərq fəlsəfəsi mövzusunda danışanda sizlər cəfəngiyyat saydığınız dərgiləri oxumağımın təsiriylə düşüncəsi pozulmuş axmaq bir qız olduğuma inanırdınız. O vaxtlar içimdə küsürdüm və evdə bu qədər yadlaşdığım üçün gözlərimə dolan yaşları boğmağa çalışırdım, bəlkə də bunun çox da bir mənası yoxdur, ancaq bunun kimi bənzəri minlərlə nüansın hər biri tək başına ruhu və şəxsiyyəti məhv etməyə kifayət edirdi. Əgər danışsam bir çox şeyi söyləməliyəm, ilk öncə sizdən - sevgisiylə özünə yaxınlaşdırıb­ yol göstərmək əvəzinə kobudluğu ilə özündən ürküdüb bizi tək qoyan, kiçicik beyinlərimizlə həyatın böyük problemlərini həll etməyə sövq edən və bizi bu qədər yanıldan insandan başlamalıyam. Bəzən yadınıza düşdükcə danışmağa ehtiyac duyduğunuz, bizim isə dinləmək istəmədiyimiz vaxtlarda nəsihətlər etdiyinizi xatırlayıram. Ən əsası da, mövcud şəraitdən və vəziyyətimizdən asılı olmayaraq, sizin nəsihətlərinizi dinləyib idrak etmə gücündə olub-olmadığımızı diqqətə almadan (yataqda, yemək masasında, dənizdə boğulmaları oxuyarkən çağırdığınız anda) və heç bir açıqlama etmədən birbaşa nəsihətlərinizə keçirdiniz. Başınız öndə, qaşlarınız mütəmadi olaraq çatılmış vəziyyətdə sanki qorxurdunuz, əgər gözlərimizə baxıb üzümüzə gülsəydiniz və biz sizin sevginizi və emosionallığınızı sezsəydik bu yəqin ki sizin üçün pis olardı, bizi necə qorxudaraq özünüzə tabe etdirə bilərdiniz?!
Tumblr media
Sözlərinizi ciddi qəbul etdiyimi xatırlamıram! Sizin mənə hərarətlə nəsihət etdiyiniz vaxtlarda başqa bir yerdə mənim kimi başqa uşaqların da bu cür beyinlərinin doldurulduğuna əminiydim və ertəsi səhər oyananda nəsihətlərinizin birinin belə ağlımda qalmadığını xatırlayıram. Əksinə çox vaxt ruhum günah və peşmançılıq duyğusu içində titrəyərkən yanınıza gəlib sizə nələr etdiyimi danışmaq və mənə nəsihət verməyinizi istəyirdim, amma hər zamankı kimi qorxdum və sizə yadlaşdığımı hiss etdim, niyə belə olmalıydı ki? Bu qədər psixologiyaya aid kitablar oxuyan siz, bunların səbəbini yaxşı bilməli idiniz. Keçmişimi, evinizdə keçən bir ili belə düşünəndə qəlbim qırılır, yaxşısıyla, pisiylə bütün işlərim bir cinayətkarınkı kimi gizli idi. Nəyə görə mənim üçün güvənilməz insan idiniz, nə üçün məni evdən qaçmağa məcbur etdiniz, nə üçün harda olduğunu, nə etdiyini, kiminlə danışdığını belə bilməyən, sanki yuxuda gəzən bir insan kimi idim?
Nə üçün dostlarımı evə gətirib sizinlə tanış edərək onların pis və ya yaxşı olduqları barədə xəbərdar edilməyə cəsarət edə bilmədim? İstər-istəməz səhv edirdim, həm də kifayət qədər çox səhv, amma indi bura niyə gəldim və nə üçün aclığa, dərəbəyliyə və bu qədər bədbəxtliyə dözürəm? Çünki mən evi sevirəm. Səhərdən axşama qədər küçələrdə məqsədsiz şəkildə gəzib onunla-bununla darıxıdırıcı və yorucu söhbətlərə dözmək gəlmir içimdən, lakin evdə özünü tanıya bilməyəcək qədər rahat hiss edən qəribə qadın oluram. İndi bura gəldim, azadam, sizin mənə verməyə qorxduğunuz azadlıq, mən isə sizdən bunu gizlicə əldə etməyə çalışırdım, istər-istəməz səhv edirdim, həqiqət budur ki, siz bu azadlığı əldə etməyim üçün mənə açıq şəkildə kömək edirdiniz.
Tumblr media
İndi burdayam amma kim mənim çöldə bir gecə keçirdiyimi deyə bilər ki? Xeyr, mən səhərdən axşama kimi otağımdayam və işləyirəm. Bayırdakı həyatla bir əlaqəm yoxdur. Düşündüyünüzün əksinə mən gəzib tozan bir qadın deyiləm, bəlkə də mən masasında oturub kitab oxumağı, şeir yazmağı və düşünməyi sevən bir qadınam. Soruşursan niyə? Çünki mənə aid olduğunu hiss edirəm, evdə rahat olduğumu hiss edirəm, artıq heç kim mənə nifrət edən və aşağılayan gözlərlə baxmır, artıq kimsə mənə heç bir işdən anlamayan bir uşaq kimi baxmır və mən özüm üçün varlığımı və şəxsiyyətimi qorumağın məsuliyyətini hiss edirəm. Bundan sonra səhv etmək mövzusuna gəldikdə isə, ki səhv etməyim mümkündür, heç vaxt bağışlaya bilmərəm, keçmişi düşünəndə özümü günahkar görmürəm, bəlkə də səhvlərimin səbəbkarı kimi başqalarını görürəm.
Təəssüf ki, hər şeyi danışa bilmirəm. Əgər mənə icazə verib inciməyəcəyinizə dair söz versəydiniz danışacaq çox sözüm olardı, həyatımın ən başından başlamaq, hər anını sizə danışmaq və nə düşünürəmsə sizə yazmaq istəyərdim. Mən həyatımı, bizim haqqımızdakı düşüncələrinizi və tərbiyə üsullarınızı çox düşündüm, amma indi nə edə bilərəm ki? Məndən inciməyinizin daha yaxşı olacağını bilsəm, hər zaman belə susqun dodaqlarla və sevgi axtaran gözlərlə sizə baxıb kədərlənməkdənsə vəziyyətinizi soraqlaşmaqdan özgə tərəfə keçməzdi sözlərim. Bunu bilin ki, mən də digər övladlarınız kimi sizi sevirəm və sizi narahat edəcək bir şey etmək istəmirəm, yenə də ana və ataların övladlarını sevməməsinin mümkün olmadığını bilirəm, bəlkə mənim sizi sevdiyimdən daha çox sevdiniz məni. Mən şəxsən Kamini düşündüyüm zaman kədərdən qışqırıb ağlamaq istəyirəm amma qarşılıqlı anlayış olmayanda hər ikimiz səhvə düşürük.
Tumblr media
Münhen şəhərinə gəlməyimdən 10 gün keçir, mən və Əmir burada uzun-uzun sizdən danışdıq, dünən gecə yuxum gəldiyindən sizə məktub yaza bilməyəcəyimi görəndə öz-özümə məktub yazmaq üçün 2 cümlə də yetərli olar deyə düşündüm. Sizə bütün düşüncələrimi yazacağıma dair Əmirə söz verdim, amma bacarmıram, o qədər bədbəxtəm ki, bacarmayacam da. Amma sizin mənim pis insan olmadığımı düşünməyinizi və siz sevdiyimi bilməyinizi istəyirəm. Mən hər zaman vəziyyətinizdən xəbərdaram, əsla dostluğu və sevgini bildirməyən, nəyi varsa ürəyində olan bir insanam. Mənə göndərdiyiniz pul üçün sizə minnətdaram, sizə yük olmaq istəməzdim, son günlərdə vəziyyətim çətinləşib amma 2 ay içində burda işləyəcəm və ondan sonra Tehrana pullu vəziyyətdə geri qayıdar və borcunuzdan keçərəm. Əgər mənə cavab yazsanız çox xoşbəxt olaram, son vaxtlar sıxıntılı və çətin günlərdən keçirəm. Mən əzab, sıxıntı verən düşüncələr və heç vaxt bitməyəcək bir yığın kədərin içində məzarda yatan tənha insan kimiyəm. Hələ də sizi inandıra bilmirəm, amma bəlkə də bir gün mənlimlə razılaşaraq mənə küsməz və digər övladlarınız kimi məni də sevərsiniz..
Sizləri uzaqlardan öpürəm.
Füruğ."
2 fevral 1957-ci il. Münhen
27 notes · View notes
korkutkalkan · 1 year ago
Link
A Milli Kadın Voleybol Takımı'nın Avrupa ve Milletler Ligi şampiyonluğunda başrol oynayan Küba asıllı oyuncu Melissa Vargas'ın ay-yıldızlı ekibe uzanan hayat hikayesi dikkati çekiyor.Küba'nın en yetenekli sporcusu olarak gösterilirken 18 yaşında yaşadığı sakatlık sonrası, yeterli tedavi imkanı olmadığını ileri sürdüğü ülkesinde "istenmeyen" ilan edilen Vargas'ın milli takımla başarıya giden yolculuğu, 2021 yılında aldığı vatandaşlık kartıyla başladı.Melissa Vargas, 16 Ekim 1999'da Küba'nın az nüfuslu Cienfuegos kentinde doğdu. Voleybola küçük yaşta başlayan ve Küba'nın gelecek vaat eden en önemli yıldızı olarak gösterilen Vargas, ülkesinin genç milli takımlarında forma giydi.Vargas, Küba'nın transferine izin verdiği ülkelerden Çekya'ya 2015 yılında henüz 16 yaşındayken gitti. Burada Agel Prostejov takımının formasını giyen pasör çaprazı, Avrupa kupalarında Eczacıbaşı karşısında oynadığı etkili oyunla Türk voleybolunun dikkatini çekmeyi başardı.Bu takımda yaşadığı sakatlık sonrası ülkesine giderek tedaviye başlayan Vargas, Küba'nın sunduğu sağlık hizmetinden memnun kalmadı. Bunun üzerine ülkede "istenmeyen" ilan edilen genç yıldıza 4 yıl men cezası verildi.Voleybol aşkı engel tanımayan ve sığınmacı olarak İsviçre'ye gelmeye karar veren Vargas, bu ülkenin takımı Volero Zürih'e transfer oldu. Burada da başarılı olan Vargas'ın hayatını tamamen değiştiren olay ise 2018'de yaşandı.FENERBAHÇE KAPILARINI AÇTIHenüz 16 yaşındayken Eczacıbaşı karşısında gösterdiği performansla dikkatleri üzerine toplayan Vargas'a, 2018'de kapılarını Fenerbahçe açtı.Kulüp başkanı Ali Koç ile voleyboldan sorumlu yönetici Simla Türker Bayazıt'ın yoğun çabasıyla Fenerbahçe'ye transferi gerçekleşen Vargas, Türkiye'ye "merhaba" dedi.Vargas'ın Türkiye'ye gelmesinde büyük rol oynayan Simla Türker Bayazıt da bu transfer için "Fenerbahçe'nin Türk voleyboluna armağanıdır" diyerek tarihe not düştü.SIRBİSTAN İSTİYORDUMelissa Vargas, henüz 19 yaşında Fenerbahçe'de gösterdiği performansla bir anda tüm Avrupa'nın dikkatini üzerinde topladı.Vargas'ı özellikle o zaman Fenerbahçe'deki antrenörü olan Zoran Terzic, Sırbistan Milli Takımı'nı da çalıştırdığı için ülkesine kazandırmak istedi.Türkiye Voleybol Federasyonu Başkanı Mehmet Akif Üstündağ da Vargas'daki potansiyeli gördüğü için oyuncuya ay-yıldızlı formayı giydirmek için çaba gösterdi.Sırbistan'la anlaşmak üzere olan Küba asıllı oyuncu ikna edildi ve Türkiye Cumhuriyeti kimlik kartını 10 Nisan 2021'de alarak, rüya gibi milli takım hikayesine başlangıç verdi.İKİ YIL BEKLEDİ, MİLLİ TAKIMLA ZİRVEYE ÇIKTIMelissa Vargas, statü gereği vatandaşlığından sonra 2 yıl milli takımda forma giyemedi.Sürenin dolmasıyla Cumhuriyet'in 100. yılında ay-yıldızlı formaya kavuşan Melissa Vargas, ilk önce FIVB Milletler Ligi'nde Türkiye'yi zafere taşıyan isimlerden oldu.Vargas, Avrupa Şampiyonası'nda da gösterdiği performansla "En Değerli Oyuncu" (MVP) olarak "Filenin Sultanları"nı şampiyonluğa taşıdı."VARGAS HAVA YOLLARI"Yaptığı smaçlarla 3 metre 26 santimetreye kadar yükselen Vargas, Türk halkı tarafından "Vargas Hava Yolları" lakabını aldı.Vargas, özellikle final maçında Sırbistan'a attığı 41 sayıyla müthiş bir performans ortaya koydu. Milli oyuncu, şampiyonada bir rekora da imza attı.Kullandığı sert servislerle dikkati çeken Vargas, İsviçre'yle oynanan grup maçındaki bir servisinde 112 kilometre hıza ulaştı. Bu da kadın voleybolundaki en süratli giden servis olarak tarihe geçti.
0 notes
shahananasrin-blog · 1 year ago
Link
[ad_1] Filenin Sultanları ile Megastar Tarkan, bir markanın reklam çekimi için birlikte klip çekti. Öp şarkısının yeniden yorumlandığı o klip sosyal medyada beğeni yağmuruna tutuldu. Yayınlanma: 12.08.2023 - 23:47 Güncelleme: 12.08.2023 - 23:47 Abone Ol Şarkıcı Tarkan, Trendyol ile iş birliği yaparak Filenin Sultanları ile bir araya geldi. ‘Öp’ şarkısına reklam filmi çekilince şarkı yeniden gündem oldu.‘KALPLERİMİZ DÖRT NALA, SİZ ÇIKINCA SAHAYA’Sevilen şarkı ‘Biz o şahane maçlara. O ay, o hilal bayrağa. O ay yıldızlı formaya. Bak bak bak doyamadık. Kalplerimiz dört nala. Siz çıkınca sahaya. Biz bu büyük sevdaya. Hep birlikte doyamadık. Hep birlikte Milli Takım’ sözleriyle tekrar çekildi.Biz o şahane maçlaraO ay o hilal bayrağaO ay yıldızlı formayaBak bak bak bak doyamadık!??????Türkiye’nin Trendyol’u #MillilerinYanında!??#FileninSultanları @tarkan @TVForgtr pic.twitter.com/ZBus0JbOZe— Trendyol (@Trendyol) August 12, 2023 İlgili Haberler [ad_2]
0 notes
haber71net · 2 years ago
Link
Daltonlar Taraftar Grubu Başkanı Eray Ünver, Kırıkkalespor’un orijinal formasını açık artırma usulü ile satışa çıkardı.  Satışa çıkarılan formaya en yüksek bedeli veren Demokrat Parti İl Başkanı Tolga... ---------------------------- Haberin devamı haber71.net'te.
0 notes