Tumgik
#əvvəlindən
madinaa17 · 10 months
Text
Yeni ili o qədər çox sevirəm kiii. Noyabr olmasına baxmayaraq ayın əvvəlindən yolkamızı qurmuşuq, 2024 yazılı eynəklərimizi almışıq, bircə qalıb dekabrda evdə tək izləməyimiz. Bir də qar yağsaydı, tam olardııı🫠
51 notes · View notes
dadaszdkh · 11 months
Text
Əvvəlindən salan olsaydı əgər başə bizi,
Cəhlimiz salmaz idi, məncə, dağa-daşə bizi.
38 notes · View notes
aydanja · 11 months
Text
Olan olub, keçən keçib bəlkə də
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox.
21 notes · View notes
huseynmammad · 6 months
Text
Bir yol təsəvvür edin, elə bir yol ki, o yolda sizdən qabaq və sizinlə bərabər övliyalar, övsiyalar, Allah dostları da yürümüş olsunlar. Bir yol təsəvvür edin, elə bir yol ki, əvvəlindən durub baxanda sonu, sonundan durub baxanda əvvəli görünsün, apaydın olsun, işıqlı olsun. Bir yol təsəvvür edin, elə bir yol ki, zirəklik edib sizi ötənlər sizi gözləməyə, tənbəllik edib arxada qalanlar sizə çatmağa məhkum olsunlar. Bir yol təsəvvür edin, elə bir yol ki, sizi əti dırnaqdan ayırarcasına hər şeydən, hər kəsdən ayırsa da, Allaha doğru aparsın...
15 notes · View notes
chocolatetacogalaxy · 7 months
Text
Rəsm nədir?
Rəsm tarixin əvvəlindən bəşəriyyətin ən mühüm ünsiyyət vasitəsi olub və insanların düşüncələrini həyata keçirmək funksiyasını yerinə yetirib. Rəsm insan təxəyyülünü reallığa çevirmək üçün ən mühüm və təsirli vasitədir və rəssamlığın əsasını təşkil edir. Rəsmin əsas aləti xəttdir. Xətt obyektiv olaraq həndəsi elementdir. Obyektiv olaraq, xətt vizual ifadənin əsas elementlərindən biridir və vizual dəyərə malikdir. Rəsm ilə üç ölçülü formaları iki ölçülü səthə köçürə bilərik. Bundan əlavə, rəsmdə uğur qazanmaq üçün təkcə rəsm texnikasını yaxşı tətbiq etmək deyil, həm də mövzunu müşahidə etmək, rəsmin əsas sxemini yaratmaq, mütənasiblik yaratmaq bacarığı lazımdır. Bu səbəbdən incəsənətlə bağlı hər mövzuda göz tərbiyəsi çox əhəmiyyətlidir.
Rəsm xətlərlə ifadədir. Bilinən, görülən, layihələndirilən və təsəvvür edilən bir mövzunu, anlayışı, obrazı, duyğu və düşüncəni xətlərlə şüurlu və qətiyyətlə ifadə etməkdir.
2 notes · View notes
handsomescorner · 2 years
Text
Yöndəmsiz Çəkilişləri Fürsətlərə Dəyişdirmək
Bəzi qolfçularımız üçün bu, bizim arzuladığımız daha tez-tez baş verən bir şeydir. Nədən danışdığımı bilirsiniz. Sizi tarazlığı pozan və ya təlimat videoları və ya peşəkarlar tərəfindən göründüyü qədər sadə olmayan kadrlar. Burada yöndəmsiz atışların öhdəsindən gəlməyin bir neçə gözəl yolu var. Yöndəmsiz bir vuruşunuz olduqda, necə yellənəcəyiniz, tarazlığınızı saxlaya biləcəyiniz və başınızı tərpətməmək barədə düşünün. Sonra klubunuzun səyahət etdiyi xətti təsəvvür edin. Atışınızı təyin etməzdən əvvəl, klub rəhbərinin düz xətt üzrə ən böyük məsafəni hara getməsi lazım olduğunu düşünün. Yadda saxlayın ki, top bir neçə düym üçün klub başı ilə təmasda olur. Bir neçə məşq yelləncəkləri etdikdən sonra, ayaqlarınızın xəttlə hansı əlaqədə olacağını görə biləcəksiniz və sonra duruşunuzu təyin edə bilərsiniz. Topa dəyən zaman yırğalanmamaq vacibdir. Yellənməzdən əvvəl balansınızı saxlamaqda problem olub-olmadığını yoxlayın. Əgər varsa, yelləncəkinizdə gərginliyin olmadığı rahat bir mövqe tapana qədər sürüşməyə davam etməlisiniz. Əzələlərinizdə və zehninizdə azadlıq axtardığınız şeydir ki, rəvan yellənə biləsiniz. Əgər siz topa müraciət edərkən hirslənirsinizsə, diqqətinizi topa yönəldə bilməyəcəksiniz. Ayaqlarınızı hərəkətsiz saxladığınızdan əmin olun. Yelləncəyinizin əvvəlindən sonuna kimi topu görə bildiyinizə əmin olun. Çətin bir vuruş olsa belə, topa diqqətinizi itirməyin. Bu, topu təmiz və möhkəm vurmağınıza kömək edəcək. Gözünüzü topa diksəniz, o zaman yelləncəyiniz qüsurlardan azad olacaq və topa düzgün vurulacaq. Əgər yelləncək başı topa yaxınlaşana qədər başınızı bütün yelləncəkdə saxlaya bilsəniz, yelləncəyiniz mütləq yaxşılaşacaq. Sonra yöndəmsiz bir vuruşunuz varsa, onu inamla və əminliklə vura biləcəksiniz. Pis və ya çətin hava istənilən atışı çətinləşdirə bilər. Külək əsəndə ayaqlarınızı bir-birinə daha yaxın tutmaq vacibdir. Sadəcə topa daha sərt vurmaq lazım olduğunu düşünmək təbiidir, amma külək topa düzgün vurmağı daha da vacib edir. Atış nə qədər yöndəmsiz olsa, atış etmək üçün əzələlərinizin kifayət qədər rahatlaşması lazımdır. Budur bir ipucu. Etməli olduğunuz atış nə qədər qısa olsa, ayaqlarınız bir o qədər yaxınlaşmalıdır. Topun sıçramaması və getdiyi məsafəni azaltmaq üçün bütün gücünüzlə deyil, doğru vurun.
3 notes · View notes
menemennpastirma · 2 years
Video
youtube
Çinarə Məlikzadə - Biri Vardı, Biri Yox
Sözleri: Olan olub, keçən keçib bəlkə də, İndi daha kövrəlməyin yeri yox. Ömrüm boyu belə gəlib mənimki: Əvvəlindən biri vardı, biri yox. Uzaqdaydı mən istəyən ocaqlar, Ürəyimdən gəlib keçdi sazaqlar. Atalıydı, analıydı uşaqlar Bizim evdə biri vardı, biri yox.
Gözlərimə doldurmuşam yağışı, Bir köynəklə çıxarmışam mən qışı. Şalvar, pencək geyinirdi tay-tuşum Məndə isə biri vardı, biri yox.
Üzüm güldü tələbəyəm deyəndə, Sıxılırdım dost pencəyi geyəndə, Müəllimlə dil tapa bilməyəndə Qiymətimin biri vardı, biri yox.
Qəlbim yandı, ilk sevgimdən, eşqimdən, Dara düşdüm, əl ummadım heç kimdən. Məclislərdə can deyib,can eşidən Dostlarımın biri vardı, biri yox.
Mən orduya nələr görüb getmişdim, Ürək alıb, ürək qırıb getmişdim. İki qıza könül verib getmişdim, Qayıdanda biri vardı, biri yox.
Uzaq gəzdi əmi, dayı, bibilər Sözarası mənə "evlən" dedilər. Nişan üçün iki şey istədilər, Məndə isə biri vardı, biri yox.
Vaxt gələcək bu günü görəcəksən, Çox suala gözünü döyəcəksən, Vaxt gələcək sən özün deyəcəksən, Deyəcəksən: "biri vardı, biri yox".
#müzik #şarkı #türkü #azerbaycan #mahnı #canlı #akustik #piyano #nüsrətkəsəmənli #çinarəməlikzadə #birivardıbiriyox
(Kaynak: https://youtu.be/VnRxkV4kKf8)
0 notes
metbuat · 2 years
Text
Açıqlama
“Şamaxı” klubu komandanın çıxışı və qarşıdakı hədəfləri ilə bağlı açıqlama yayıb.  Metbuat.org xəbər verir ki, açıqlamada bunlar qeyd olunub: “Cari mövsümün əvvəlindən Şamaxıda məskunlaşan komandamız hazırlığını davam etdirir. Yeni klub rəhbərliyinin başçılığı altında mövsümə başlayan komandamızın əsas strategiyası gənc və yerli futbolçulara şans vermək, onları Azərbaycan futboluna…
Tumblr media
View On WordPress
0 notes
esmiramst · 2 years
Text
Gülürlər, danışırlar, sevinirlər və içlərində artıq əlaqəmin bitdiyi insanlar var. İndi fərqindəyəm nə qədər səmimiyyətsiz durum olduğunun bunun. Cümlələrin hər bir hərfinə qədər çox səmimiyyətsizdirlər. Deməli bu qədər zaman mənə də elə davranıblar. Sadəcə mən özüm bunu sevmişəm, mən özüm vaxt edib kənardan izləməmişəm bu durumu. Bəlkə saxtalaşmışam məndə, bəlkə mənimdə artıq səmimiyyətsiz tərəflərim var və etiraf etməkdən çəkindiyim qorxularım. Onların sonlarının əvvəlindən keçdim. Sevinc hissini unudub, gülüşlərimi gizlədib, cümlələrimi bitirmədən davam edəcəm. Birdə üzlərini görmədən, onlarla yaşamadan, tənha ölüm gözləyir məni.
25 notes · View notes
royalismayilove · 3 years
Text
Tumblr media
"Şeirlər və güllər"
7 il keçməyinə baxmayaraq ən çox da mart ayında yadıma düşürsən, bu ayda doğulmusan axı. Eyni hissləri təkrar-təkrar yaşayıram. Mən tez bezən insanam. Məsələn eyni filmi ikinci dəfə izləmirəm, eyni şeiri ikinci dəfə oxumuram. Amma sənə olan hisslərimi hər il təkrar-təkrar yaşayıram, bezmirəm. Elə bilirəm hər şey dünən olub.. Elə bilirsən həyatımda başqa qızlar olmayıb? O qədər.. Heç biri də bir qəpiklik deyil. Hərdən düşünürəm yaxşı ki, ilk məhəbbətim sən olmusan. Bunlara baxanda sən insaflı idin. Uşaq vaxtımda, saf vaxtımda belə qızların birinin əlinə düşsəydim indiyə ya qatil ya da intihar edərdim. Vallah da! Qınama məni. Elə arsız qızlar var ki, nə şeirə qiymət verirlər, nə də güllərə. Hamısı da öz eqosunun köləsidir. Dırnaq arası "Səni sevirəm"-lə başlayırlar sonunda da "sevirdim, amma daha sevmirəm". Bu necə absurd cümlədir. Heç əvvəlindən sevməmisən də, etiraf et! Heç kim özünü pis eləmək istəmir. İnanırsan bu yaxınlarda gülləri sevməyən bir qızla tanış olmuşdum, o da yarı yolda qoymaq işlərinə baxırdı. Bir qız necə gülləri sevməsin axı? Sən gülün sinonimisən.. Hələ sənin adınla eyni adda bir qızla tanış olmuşdum. Səni mənə unutduracağı ilə bağlı vəd vermişdi. Sonunda noldu bilirsən? Xəyanət elədi. Ağılsızam da inanmışdım. Səni kimləsə həmtay tutmamalı idim. Həyatıma girən qızlar da məni onu sevdiyin kimi sev deyirlər, amma gülləri sevmirlər.
28 notes · View notes
abbaszade0 · 4 years
Text
Qırmazdılar oxşadıb karandaşa bizi,
Əvvəlindən salan olsa idi əgər başa bizi...
32 notes · View notes
mancerra · 3 years
Text
Əvvəlindən günah imiş bu sevgi Bu nağılı keç, yadına düşmürəm Yolarımız təsadüfən kəsişir, Guya sənin heç yadına düşmürəm * Sevgilinem mənim kimi ovun var, Bu dünyada nəyin varsa sevin, var. Arxayınsan ürəyimdə evin var, İstəmirəm,köç, yadına düşmürəm * Söndürmüsən ürəyimin odunu, Unutmuşam yaşamağın dadını. Tapammırsan bu dastanın adını Fikirləşmə, seç, Yadına düşmürəm * İz axtarma,yollarıma sən düşüb O gəzdiyin cığırlara çən düşüb. Daha mənim saçlarıma dən düşüb, Səncə bir az gec yadına düşmürəm
3 notes · View notes
politiciansstuff · 4 years
Photo
Tumblr media
Fəzail Ağamalı: "Sərtləşdirilmiş karantin rejiminin müddəti koronavirusun yayılmasından asılıdır" “Dövlət tərəfindən atılmış addımlar kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, ağır itkilərin qarşısını almaq mümkün olmayacaq”. Bunu APA-ya açıqlamasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, bu, milli təhlükəsizlik məsələsidir və dövlət, yerli icra, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır: “Vətəndaşlarımız sadəcə üç adi qaydanı gözləməklə bu virusa qarşı mübarizədə dövlətə dəstək ola bilər. Yəni, həmrəylik, birlik nümayiş etdirdiyi kimi, məsuliyyət, nizam-intizam göstərilməlidir. Vətəndaşlar tərəfindən məsuliyyətsiz şəxslərə qarşı ictimai qınaq artırılmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı cərimə tətbiq edilməlidir. Eyni zamanda, qaydalara əməl etməyənlər vətəndaşlarımız tərəfindən tənbeh olunmalıdır. Çünki bu virusa yoluxan bir nəfər yüzlərlə, hətta minlərlə vətəndaşı yoluxdura bilər. Polis insanları virusdan qorumaq üçün gecə-gündüz fasiləsiz çalışır. Unutmaq olmaz ki, bir xəstənin müalicəsi üçün çox sayda həkim və tibb işçisi çalışır. Onlar gecə-gündüz kombinezonda, eynəkdə, maskada ağır durumda öz müqəddəs vəzifələrini yerinə yetirirlər. Müşahidələr göstərir ki, son dövrlər gənclərimiz arasında məsuliyyətsiz davranışlar artmaqdadır. Onlar elə düşünürlər ki, xəstəlik onlar üçün təhlükəli deyil. Ancaq onlar ciddi şəkildə yanılırlar. Bütün bu davranışlar aradan qaldırılmalıdır. Biz ciddi dövlət nəzarəti ilə bərabərinsanlarımızın yüksək məsuliyyəti ilə bu vəziyyətdən az itkilərlə çıxa bilərik. Unutmamalıyıq ki, sabah bu pandemiya daha geniş vüsət alsa, yoluxan insanlar harada yerləşdiriləcək? Yerləşdirilksə belə, həkimlərin sayı necə artırılacaq? Gərək hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün”. Deputat nəzərə çatdırıb ki, bundan öncə həyata keçirilən qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətdən qorudu: “Görülən tədbirlər nəticəsində sağalanların sayı yoluxanların sayından çox olduğuna görə, may ayının əvvəlindən yumşalma meyilləri başladı. https://www.instagram.com/p/CB3dIjzFXGl/?igshid=163kfunq9goz4
1 note · View note
huseyn7i · 5 years
Text
Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox.
-Nüsrət Kəsəmənli
64 notes · View notes
j-lyam · 5 years
Text
Olan olub,keçən keçib bəlkə də,indi daha kövrəlməyin yeri yox. Ömrüm boyu belə gəlib mənimki,əvvəlindən biri vardı,biri yox.)
(C)
15 notes · View notes
narminarh · 6 years
Text
fikirlərim elə əvvəlindən sənin hər şeyi inkar edən mühakimənin təsiri altına düşür; həmin fikirləri ifadə etmək, axıra çatdırmaq olmur.
12 notes · View notes