#əmi
Explore tagged Tumblr posts
yagubov · 10 months ago
Text
Səhər əmi nəvəsini dərsə apardım, işə yarım saat tez çatdım. Deyəsən işə gecikməməyin yolun tapdım. Təcili ata olmaq lazımdır..
32 notes · View notes
the-xediciii · 2 months ago
Note
Şəkildəki sənsən?
Ay dayı, ay əmi səhər açılandan hamının postunun altında bitibsən nolubdu nə lazımdı? Yaşıdların nəvə sahibidi sən hələ gəlib şəkil soruşursan utandım sənin yerinə mən şəxsən. Get işinlə məşğul ol nə bekar adamsaneee sən
11 notes · View notes
miss-ays · 3 months ago
Text
Nə xala, nə əmi, nə bibi, sonuna qədər dayı 👌
10 notes · View notes
yolbitmezgidenee · 8 months ago
Text
Ramazan ayının artıq qışa denk gəlməsi o qədər qeribə gəlir ki. Diyəsən hamımız üçün ən maraqlı era yaya düştüyü vaxtlar idi. Elə həmçinin mənin üçümdə. O vaxt uşaq idik və oruc tutma saatının ən uzun olduğu vaxtlar idi. Xatırlıyıram vaxt əsla keçməzdii, durmadan bir birimizdən saatı soruşardıq. Uşaq olduğumuz üçün bütün orucları tutmazdıq ama aramızda bir rəqabət var idi kim daha çox tutacaq diyə. Bütün gün əmi qızlarımla birlikdə olardım, axşama kimi meyvə yığardıq iftarda yemək üçün, gecədə yenə görüşərdik dondurma alıb həyətdə oturardıq. Hava çox gözəl olurdu ve bizdə ulduzları seyr edərək söhbət edirdik. İndi ne yay deyil nə də hamı evindədi. Bizə, mənə qalan isə sadəcə xatirələrdi. Bəlkə də mənə ramazanı bu qədər sevdirən o xatirələrdi….
7 notes · View notes
pistanthrophob · 2 months ago
Text
Mən niyə təriflənməyi sevmirəm? Niyə təriflənəndə özümə yer tapmıram? Niyə kimsə mənə təşəkkür edəndə sanki bunu etməyim adi bir şey imiş və təşəkkür yersizdir kimi hiss edirəm? Bu sualların üzərində uzun müddətdir düşünürdüm. Ağlıma gələn mümkün səbəblər:
1.Uşaqlıqda təriflənmək üçün həmişə bir şey bacarmalı idim. Ailəm isə doymurdu, hər zaman daha çoxunu istəyirdilər. İstəklərindən birazca fərqlisini etsəm də məni tənqid atəşinə tuturdular. Buna görə tərif = məsuliyyət ağırlığı əlaqəsi qurulub beynimdə.
2. Sonrakı yaşlarda ailəmin bu bitməyən istəklərinin əslində onların öz təkəbbürlərini doyurmaq üçün olduğunu anlamağa başlamışdım. "Mənim ağıllı oğlum bacardı", "Afərin mənim oğluma əhsən" kimi cümlələri çox eşitmişəm. Hamısının ortaq nöqtəsi "mənim oğlum" birləşməsidir. Buradan da beynimdə tərif = çıxar əlaqəsi qurulub.
3.Mənə uşaqlıqda heç vaxt təşəkkür edilməyib. Atam "Ay sağol" deyərdi ancaq anam onu belə deməyib ya da ki, mən xatırlamıram. "Sağol" sözünü çox eşitmişəm amma.Niyə? Həyətin maladoy əsgəri idim çünkü. Balacalıqdan bəri hər şeyə mən qaçırdım. Bibilər, əmilər, ata, ana hər dəfə bir şey istəyirdilər mən də edirdim. O qədər olub ki, eyni anda nəysə istəyiblər uşaq ağlımla arada qalmışam ki, "Görəsən hansını birinci edim? Atam deyəni eləsəm əmi inciyəcək, əmi deyəni eləsəm atam əsəbləşəcək". Yəni təşəkkür = maladoyluq əlaqəsi qurulub. Məni qulluqçu kimi böyüdüb padşah olmağımı gözləyirlər indi də...
Nəticə olaraq Azərbaycan ailə quruluşu ucbatından mən təriflənməyi və mənə təşəkkür edilməsini sevmirəm. Bunu yarıbayarı aşmışam, ancaq balaca uşaq ikən beyinə yazılanlar asanlıqla silinmir təbii olaraq. Düşünsəm ailəmin psixologiyam etdiklərindən kitab yazaram ancaq bu postluq bəsdir sıxıldım.
6 notes · View notes
deelaaraa · 3 months ago
Text
qoy bütün aləm bizdən danışsın.. köhnə mahnılar.. o günlərin qoxusu bir anlıq burnuma gəldi mahnını dinlərkən..məktəb illərim, 6-cı saata qalmaq üçün qurduğumuz bəhanələr.. sinif oğlanlarımızı odun daşımaq üçün aparanda qızların sinifdə tək qalıb sakitçiliyin çökməsi.. o günlərə getdim, gəldim.
ən çox səhər sübhdən otağıma düşən günəş şüalarını xatırlatdı mənə.. hava soyuq idi, bizim balaca plitkamız var idi. paltarlarımı o plitkanın qabağında isidərdim, o aralıqda da yuxu aparardı məni. heç gecikməzdim dərslərə, heç.
çox vaxt avtobusla getməmək üçün gecikdirərdim özümü ki avtobus evin qabağından keçsin, mən piyada gedim.. piyada getməyin tək pis şeyi yolda inəklərin, qazların, xoruzların hücumuna məruz qalmağım idi.. amma yolda sinifyoldaşlarımdan birini görəndə mənə istəmsizcə cəsarət gələrdi, onların yanında heç qorxmazdım da.
bir əmi var idi, eyni məhəllədəydik, amma fərqli küçələrdəydi evimiz. o əmini həmişə dərsə gedəndə görərdim, “salam, əmi” deyib ötüb keçərdim yanından. arxamca həmişə dualar edərdi..(“səğ bi ,kinə, xudo tıni saxlamış bıkə”) bəli, bəli talışca..
günlərin bir günü dərsdən gəlmişəm, gördüm mamamgil nəsə danışır, kimsə rəhmətə getmişdi, azan oxunurdu. heç soruşmadım kimdir, nəcidir.. düzü soruşsa idim də deməzdilər mənə, uşaq idim. səhəri məktəbə gedəndə o əmini küçədə görmədim, məni də mama ötürərdi dayanacağımıza. qayıdıb mamamdan soruşdum, mamam da dünən ölənin o əmi olduğunu dedi.. bəlkə də ölümdən ilk qorxduğum anları yaşayırdım o an… içimdə nəsə qopmuşdu, ağlamaqmı istəyirdim, yoxsa ölümün ani olacağını dərk etməyim üçün Allah mənə ilk praktikasınımı yaşadırdı, bundan qorxmalı idimmi deyə elə hey düşünmüşdüm. o an düşün��- düşünə küçədə mamanın əlini tutub baxdığım hər künc bucaq yadımdadır… qonşu oğlunun əynindən düşmüş şalvarı, mamasının ondan vurma cədvəlini soruşması, inəkləri həmişəki kimi sahəyə aparan Şükür əminin çubuğu… hər şeyy… hərşey yadımdadır..
baxın mənə bunları xatırladır bu musiqilər.. bir an o qədər dalıram ki.. o qədər gedirəm ki o günlərə, bu yaşadığım zamanın fərqinə varmamaq üçün yuxudan ayılmaq istəmirəm. kimsə çimdikləməsin məni, toxunmasın mənə. mən o anlarla yaşamaq istəyirəm.
4 notes · View notes
aissia-resitali · 1 year ago
Text
Salam şair əmi!
Bağışla ki, sənə atəşli salam yollaya bilmirəm.
Bütün atəşlər burda məşğuldu.
Düzü, mən də çox məşğulam...
Bacım kuklasının qolunu itirib, ağlayır.
...sakitləşdirə bilmirəm,
Hələ öz ayağından xəbəri yoxdu,
onu da bir az olar itirib.
Demişəm, pişik aparıb.
Mənə çörəyin ətrini yollaya bilmərsiz?
Darıxmışam.
Əlli nağıl bundan qabaq anamı da
dəmir leyləklər apardı.
Ondan da çörək ətri gəlirdi.
Atamı axırıncı dəfə görəndə
öz saqqalının içində yoxa çıxdı.
Bir də sizdə yağışlar var deyirlər qurğuşunsuz yağışlar...
Suyundan barıt iyi gəlməyən yağışları deyirəm.
Varsa, ondan da yollayarsız,
Yox, yox özümçün demirəm... bacım istəyir...
Mən kişiyəm! Qorxmuram!
Sizin Cırtdana da deyin ki,
burdakı divlər 60 ton ağırlığındadı.
Özü də hər güləndə bir dəmir dişi çıxıb bir evi yıxır...
Səsləri də qəribədi,
elə bil cənnətlə cəhənnəm bir birinə çığırır!
Hə, bir də ki, burda güllələr də çox ədəblidi,
böyüklü-kiçikli, kimi görsələr görüşürlər...
Nə isə, şair əmi...
Sən Tanrı ilə danışa bilirsən deyirlər.
Ona deyə bilərsən bacımın ayağını qaytarıb versin?
Özüm güclə ayaqda dayanmışam,
Artıq bacımı qollarımda tuta bilmirəm...
10 notes · View notes
eccedentesiast-27 · 2 years ago
Text
Eyyub əmi mənlə görüşmədən ölməsin
34 notes · View notes
ogunbugundur · 2 years ago
Text
dvareç, park, kaset mağazası, öldürülən oğlanın qanının olduğu o məhlə, vüsalə müəllimənin kursu, mirvari xala, qonşu elnarə, göyərçin saxlayan rövşən əmi, aysel, günel, rəhimə, hökümə, o qırıq yelləncək, rəqs kursu..
18 notes · View notes
yagubov · 1 year ago
Text
Kimsə mənə əmi diyəndə gijdıllağ oluram da..🚬
8 notes · View notes
alakhber0v · 2 years ago
Text
21 il kişi oğlu 21 il... Nə tez gəldi keçdi bu 21 il, ömür boyu qonum qonşudan sən haqda məlumat dinləmişəm,evdəkilərdən sormağa dilim gəlmiyib. Kim bilir sən olsan nələr olacaqdı kim bilir. Hər şeyin indikinən yaxşı olacağına əminəm. Səni tanımağı o qədər istərdim ki bir bilsən. Səni görməsəmdə tanımasamda həmişə qəlbimdə oldun olacaqsanda. Unutmayacam nədə unutdurmayacam səni. Bir gün daha yaxınıq Əmi, Bir gün daha yaxınıq...
2 notes · View notes
nasibbayli · 6 months ago
Text
Tumblr media
Əmi Şən turned 9 today!
0 notes
ilhameabbasyusifqizi · 2 years ago
Text
Tumblr media
BİR  AİLƏNİN  FACİƏSİ.....   Qarabağdan didərgin düşmüş, bir dəstə ac – yalavac, çılın – çılpaq insanlar küçədə qalmışdılar. Nəbi adlı bir kişi,arvadı və bir də 13 yaşlı nəvəsi ilə küçənin bir tərəfində idi. Nəbi kişi uşağın başını dizi üstə almışdı. Nənə uşağın üzünə baxıb hey ağlayırdı. Uşaq qızdırma içində idi. O, tez – tez deyirdi: - Ay nənə, bir az su.Uşaq titrək, arıq əli ilə su qabını tutub bir neçə qurtum su içdi. Öskürək onu lap əldən salmışdı.  Bir nəfər Nəbi kişiyə yaxınlaşıb dedi: - Əmi, bu uşaq sənin nəyindir, oğlundur?  Kişi bir ah çəkib dedi: - Uşaq mənim nəvəmdir, oğlumu, qızlarımı vəhşicəsinə öldürdülər. Mən başıbəlalı ancaq uşağı götürüb qaçdım.       Yaxınlıqdakı yataqxanaya onları yerləşdirdilər. Uşaq üçün həkim gətirdilər. Həkim uşağı müayinə edib, müalicə yazdı. Nəbi kişi çox narahat idi. O, həkimə dedi: - Həkim, yaşamaq ümidi var?   Həkim: - Xeyr, artıq gecdir...      Nəbi kişi yalvarmağa başladı. Həkim, böyük bir külfətdən bircə buna göz dikmişəm. Allah xatirinə, əgər mümkünsə müalicə edin.       Həkim fikrə getdi: - Dava – dərman edin, baxaq necə olur.   Nəbi kişi ayaq üstə quruyub qalmışdı. Nəvəsi yataqda dikəlib babasını çağırdı: - Baba bura gəl.      Nəbi kişi nəvəsinin yanına gəlib, onun boynunu qucaqladı. Uşaq dedi: - Baba, mən bilirəm həkim sənə nə söylədi. Atamdan, anamdan sonra mən daha ölməyimi istəyirəm. Amma sənə vəsiyyətim odur ki, səbr elə, çox ağlama. Nə etməli, bizim üçün belə imiş...     Baba ağlaya – ağlaya: - Bala ölüm mənim üçündür. Qorxma, Allah qoysa sağalarsan.Uşaq dedi: - Baba, mən bilirəm axır nəfəsimdir. Ancaq səndən təvəqqem odur ki, məni özün qəbrə qoyarsan. Əgər bu şəhərdə qalmalı olsanız, tez – tez mənim məzarımı yad edərsən, bir də əmilərə deyərsən: - “ Atamla – anamın “ qisasını “ onlardan... ” alsınlar!     Nəbi kişi ağlamağa başladı. Uşağın əhvalı xarablaşdı. Qoca özündə deyildi. Nəbi görmürsən, heç olmasa yasin oxu, balam Quransız keçinməsin. Bədbəxt qoca çaşıb özünü itirdiyindən “ Yasini – şərif ” əvəzinə “ Həmd – surəsi ” oxumağa başladı.Uşağın nəfəsi kəsildi. Qocanın başına elə bil dünya fırlandı. Gecənin yarısı, qərib şəhərdə qoca ağlaya da bilmədi. Fəryadını sinəsinə boğaraq, soyumuş bədəni qucaqlayıb, nəvəsi ilə bərabər dünyasını dəyişdi....                                                             Müəllif:İlhamə Abbas Yusifqızı......26 fevral 2012 ci il...
0 notes
revan18 · 2 years ago
Text
Yaşam tərzi A.Y.E qışqırmaq olan "müasir" gənclərlə irəli gedən bir millətik. Özünü "cool" göstərmək üçün yola belə düşməyə can atan millətik. Bizdən kimə ziyan gələr axı?! Bir oğlanın tinlərdə, məktəblərin önündə duraraq oranın "palojenniyasına" baxması, az yaşlı uşaqların tanımadığı insandan "əmi mənə siqaret ver" dilənən ölkədənik. Və son olaraq başqasının "namusunun qeydinə qalıb", öz namusunu itirmiş "qaqaların" var olduğu bir ölkədənik.
1 note · View note
menemennpastirma · 2 years ago
Video
youtube
Çinarə Məlikzadə - Biri Vardı, Biri Yox
Sözleri: Olan olub, keçən keçib bəlkə də, İndi daha kövrəlməyin yeri yox. Ömrüm boyu belə gəlib mənimki: Əvvəlindən biri vardı, biri yox. Uzaqdaydı mən istəyən ocaqlar, Ürəyimdən gəlib keçdi sazaqlar. Atalıydı, analıydı uşaqlar Bizim evdə biri vardı, biri yox.
Gözlərimə doldurmuşam yağışı, Bir köynəklə çıxarmışam mən qışı. Şalvar, pencək geyinirdi tay-tuşum Məndə isə biri vardı, biri yox.
Üzüm güldü tələbəyəm deyəndə, Sıxılırdım dost pencəyi geyəndə, Müəllimlə dil tapa bilməyəndə Qiymətimin biri vardı, biri yox.
Qəlbim yandı, ilk sevgimdən, eşqimdən, Dara düşdüm, əl ummadım heç kimdən. Məclislərdə can deyib,can eşidən Dostlarımın biri vardı, biri yox.
Mən orduya nələr görüb getmişdim, Ürək alıb, ürək qırıb getmişdim. İki qıza könül verib getmişdim, Qayıdanda biri vardı, biri yox.
Uzaq gəzdi əmi, dayı, bibilər Sözarası mənə "evlən" dedilər. Nişan üçün iki şey istədilər, Məndə isə biri vardı, biri yox.
Vaxt gələcək bu günü görəcəksən, Çox suala gözünü döyəcəksən, Vaxt gələcək sən özün deyəcəksən, Deyəcəksən: "biri vardı, biri yox".
#müzik #şarkı #türkü #azerbaycan #mahnı #canlı #akustik #piyano #nüsrətkəsəmənli #çinarəməlikzadə #birivardıbiriyox
(Kaynak: https://youtu.be/VnRxkV4kKf8)
0 notes
deelaaraa · 1 year ago
Text
köşkdən o qədər krossvord almışam ki, əmi məni tanıyır :d
19 notes · View notes