#əlimdən
Explore tagged Tumblr posts
asiya02 · 26 days ago
Text
Sadəcə bir mövzu var ki, gözlənilmədən gələn gözəl xəbəri gözləyirəm. Bir möcüzə. Sadəcə ən tez müddətdə həll olmağını istəyirəm. Ən pis tərəfi də əlimdən heç nəyin gəlməməsidir.
36 notes · View notes
miss-ays · 4 months ago
Text
" Qismət "
Məncə bu ifadə hər hansı bir şeyi etmək istəyib də, qorxudan edə bilməyənlərin sözüdür... Və ya etmək istəməyib başından edənlərin :)
Mənə elə gəlir ki, bir şeyi ürəkdən istəyirsənsə " Qismət " ə buraxmaq olmaz, doğru deyil. Əlindən gələni etmək varkən niyə axı qismət ?
Bilmirəm, bəlkə də yalnız mən beləyəm. Amma " alınmasa belə ən azından mən əlimdən gələni etdim " düşüncəsi varkən " Qismət " deyib dua etmək.. Mənə qəribə gəlir
29 notes · View notes
shikhaliyevv · 1 year ago
Text
Daha çətin illərim oldu. Amma heç bir il, bu il yaşadığım ağır günlər, ağır travmalar olaraq yaşama sevincimi əlimdən almadı.
77 notes · View notes
petr1chorr · 1 year ago
Text
Yaxın saatlarda qardaşımın, əmim oğlunun və xalam qızının qəbul nəticələri açıqlandı. Hər üçü universitetə qəbul olub. Çoxdandır bu şad xəbəri gözləyirdik. Amma bu xəbərin bu vəziyyətdə gələcəyini heç ağlımın ucundan keçirməmişdim. Şənlik keçirəcəyimizi düşünərkən yasın ortasında qarşıladıq bu xəbəri. Sevinc və kədər qarışıq hislər keçirdim həmin an. O qədər xoşbəxt oldum ki. Canımdan dəyərlilərim bir pillə də yuxarı qalxdılar həyat nərdivanında, həm də gözəl nəticələrlə. Bir tərəfdən də kədər boğdu məni. Kaş babam da görərdi bu günü. Artıq 4 gündür bizimlə deyil. Hər dəfə soruşurdu, maraqlanırdı bu barədə. Çox heyif ki, görə bilmədi, şərik ola bilmədi bu xoş xəbərə. Çox ağladı qardaşımla əmimoğlu, hər kəsi də kövrəltdilər. Yaxınlarının üzündəki təbəssümə baxıb sevinəsən, ya qapıdan asılan yas lentinə baxıb kədərlənəsən? Atamı 20 ildir ilk dəfə babam öləndə ağlayan görmüşdüm. Atamın nəticələr açıqlandıqda otağa çəkilib gizli şəkildə ağlamasını gördüm bu gün, nənəmin babamın şəklini qucaqlayıb ağlamasını gördüm, qardaşımın, əmioğlunun hönkürtü ilə ağlamasını, əmimin sərt simasındakı kövrəkliyi, dolmuş gözlərini gördüm, bir çox kədərli sima gördüm bu gün. Mənim üçün heç unudulmayacaq bir gün idi. Yarı sevinc, yarı kədər. Yox, ən çox kədər...
Əziz babam, bizi görürsənsə kədərlənmə. Bunların hamısı sənin çox istədiyimizdəndir. Məkanın cənnət olsun, ən qiymətlim. Biz hamımız səni çox sevirik. Özün yanımızda olmasan da, xatirələrin həmişə bizimlə olacaq. Səninlə birgə mənim uşaqlığım getdi. Sən gedən gün böyüdüm mən. Sən gedən gün bildim ölüm nədir. Çarəsizliyin ən betər halını o zaman gördüm. Canından qiymətlin gözlərinin önündə əzab çəkir, amma sən onun üçün heç nə edə bilmirsən. Gözlərinin önündə ağrı çəkərək ölür, amma sən heç nə edə bilmirsən. Çox ağırdır çox. Çarəsizlik heç bu qədər ağır gəlməmişdi mənə. Həyat heç bu qədər dəhşətli gəlməmişdi. Ölüm, necə də dəhşətli imişsən... Yaxınların yanında olduğu müddətcə ölümdən qorxmursan, amma ölüm ən əzizini apardıqda anlayırsan ölüm qədər ağırı yoxdur. Ölüm qədər amansızı, qəddarı yoxdur... 27 avqustdan bəridir gözlərim hər yerdə babamı axtarır. Elə bilirəm harasa gedib, getdiyi yerdən nə vaxtsa qayıdıb gələcək. O qədər çətindir ki, gəlməyəcəyini bilə-bilə gözləmək... Ölümündən 2 gün öncə soruşmuşdum babadan ki, ürəyi nə istəyir. "Ölmək istəyirəm" demişdi mənə. Artıq çəkdiyi ağrıya dayana bilmirdi, ölümü arzulayırdı. Ən azından artıq əzab çəkmir deyərək özümü təsəlli edirəm. Əlimdən başqa nə gəlir ki... Onsuz yediyim yemək zəhər olub boğazımdan keçmir. Onsuz gülməyi haram bilirəm özümə. Qəbullana bilmirəm gedişini. Zamanla keçməyəcək bu hiss bilirəm, amma öyrəşəcəm onu da bilirəm. Onun yoxluğuna da, ölümün acımasızlığına da, həyatın faniliyinə də...
134 notes · View notes
dadaszdkh · 10 months ago
Text
Gör necə güclüsən, sənin yoxluğun,
Mənim varlığımı aldı əlimdən.
39 notes · View notes
qumarbaz · 6 months ago
Text
Məğlub olmaq deyil mənim ki, qəbullanmaq. Dəyişdirəmiyəcəyim şeylər var imiş. Gücümün çatmadığı şeylər, xoşbəxt olmasam da əlimdən bir şeylərin gəlməyəcəyi hadisələr varmış. Böyümək də deyilə bilər buna bəlkə formalaşmaq da. Ama hissizləşmək bunun adı. Hərkəsə, hər şeyə. Ən çox da özünə
22 notes · View notes
hvcsblog · 6 days ago
Text
Çox saf, hər sözə inanan, hər insanı özüm kimi bilən, güvəndiklərimdən cındırlıq gözləməyən biri idim. Sonra işlər dəyişdi dostlarımın içindən düşmanlar çıxdı, pula görə kiminsə yanına sığınanlar, arxasına və vesinə görə hərəkət edənlər, kiminsə sözünə görə səbəbini bilmədən mənə protiv gedənlər, sevdiyim qızdan gözləmədiyim şeylər gördüm.Ona görədə hər adama inanmıram, güvənmirəm. Yanımdakıların qədrini bilirəm, itirməmək üçün əlimdən gələni edirəm. Yanılmamaq üçündə hərgün dua edirəm. Mən kiminsə həyatında varamsa o insan məndən cındırlıq görə bilməz və dağ kimidə arxasındayam..))
12 notes · View notes
esmiramst · 8 months ago
Text
Nə tutdun əlimdən, nə atdın məni
Özgə əllərəmi tapşırdın məni?
22 notes · View notes
maryasgar · 1 year ago
Text
Atamın əlimdən tutub, məktəbə apardığı illərə qayıtmaq istəyirəm.
38 notes · View notes
gunel-25 · 2 months ago
Text
Tumblr media
Özüməm deyə demirəm, əlimdən hər iş gəlir də
16 notes · View notes
vvusein · 9 months ago
Text
Gələcəkdə bir gün uşağımın başqa ölkədə həyat qurmağı üçün əlimdən gələn hər şeyi edəcəm!!
22 notes · View notes
aysusydzde · 9 months ago
Text
Hal-hazırda tək bir məqsədim var onun da olmağı üçün əlimdən gələni edəcəm. Başqa çarə yoxdu
51 notes · View notes
pistanthrophob · 2 months ago
Text
Yaxşı deyiləm, bəli. Bunu mən də yaxşı bilirəm.Amma yaxşı olmağa, olmasam da özümə bunu təlkin etməyə məcburam. Çünkü heç kim mənim əlimdən tutmayacaq. Həmişə belə olub. Həqiqi tənhalığı yaşamışam ömrüm boyunca. Ancaq yenə qalxmışam davam etmişəm. Bir gün qalxa bilməsəm də artıq fikirlərimin, yazılarımın bir önəmi qalmayacaq.
7 notes · View notes
monaliza08 · 3 months ago
Text
"Ağlamaqdan bi ara eynəyə möhtac olmuşdum. Ama ağlamaqdan başqa heçnə gəlmir əlimdən."
10 notes · View notes
dadaszdkh · 5 months ago
Text
Mən heç olmadım zənn etsinlər. Məni kimsələr sevmədi ki, acımın üstünə basa-basa durdular. Yıxıldım, vurdular, durdum yıxdılar, mənim əllərimi, qollarımı, qanadlarımı qırdılar. Mən yara daşımıram içimdə, yaranın içində yaşayıram. Biri də əlimdən tutub, sonuna qədər gəlmədi mənlə. Sonuna qədər gəlmədilər, çünki sonunda getdilər. Məni kim anlar ki, bu küləyini, yağışını sevdiyimin dünyasında. Kimin qəlbində iz kimi qaldı ki adım. Heç kimsə həqiqətən acımı hiss edib də, başımı sıxmadı köksünə. Kimsəyə zərər verməyim deyə-deyə, özümü bitirdim mən. Canım çox yanır amma kimsəyə inandıra bilmərəm, danışa bilmərəm deyə susuram mən. Ondandır dilimdən iki kəlməni zorla almaqları. Mən dilimə gətirə bilməyəcəyim, bacarmayacağım şeyləri daşıyıram içimdə. Hələ də necə bacardığımı bilmədən həm də. Hələ də necə yaşadığımı bilmədən həm də.
28 notes · View notes
linda-zz · 3 months ago
Text
Əvvəl nəyəsə pis olanda saatlarca yata bilirdim sonra necə oldusa bu qabiliyyətim əlimdən alındı, indi fikirdən yata bilmirəm.
12 notes · View notes