#verməyib
Explore tagged Tumblr posts
Text
bir yetim uşaq kimi sevgi dilənirdim, ac-yalavac,
bir qram sevgi verməyib, əvəzində aç yaralar,
qırıntı tökərsən gözlədim,
qəlbimi qırıb tökdü, sözlərin.
20 notes
·
View notes
Note
Ah siz feminkalar bəsdirində ala, kimsə nəyisə düz deyirsə deyin ki belədi. Niyə axı səhvə səhv, doğruya doğru demirsiniz? Yəni bunu bir başa salın da. Bilmirəm yazan qaqaşdı, qadındı. Sən səhifə açmısansa kim istəyir olsun, dostun olsun lap, onun haqqında nəsə deyirsə obyektiv yanaşmalısan. Məsələn X adlı şəxs mənə yaxın ola bilər, amma ətrafa, kiməsə pis ola bilərdə. Sənə yaxşı olan biri bu o demək deyil ki hamıya yaxşıdır. Xahiş edirəm hər mövzunu birinci diqqətlə anlayaq, tərəzimiz də çəkək və yaxudda bunu edə bilmirsənsə zəhmət olmasa bu səhifəni idarə etmə, təşəkkürlər:)
O qədər obyektiv yanaşıram ki məsələyə. Sənin tərəzində yanlışdırsa, bu o demək deyil ki, mən yanlış düşünürəm. Mən burda oğlanları müdafiə etdiyim post da paylaşmışam. Və söhbət hər oğlana aid deyil. Diqqətlə oxusan görərsən ki, "bəzi" sözünü vurğulamışam. İndi sözü kim üstünə götürür özü bilər. O nəyi düz deyirdi ki? Desəydi belə çabaladım, elə elədim deyərdim ki, hə günah qızdadır. Şans belə verməyib. Gözləyirsə yazmağını, deməli sevir də. Burda anlamamalı nə var?
11 notes
·
View notes
Text
Paster demiş... Mənim atam mənə heçnə verməyib və zirvəyə qalxmaqda anam üçündür!
7 notes
·
View notes
Text
Mənim atam mənə heç nə verməyib
Və zirvəyə qalxmaq da anam üçündür
10 notes
·
View notes
Text
Doğrudan da, bizim bir çox rekasiyalarımız ətraf mühitin təsiri altında formalaşır. Məsələn, etirazlarımız və naşükürlüyümüzün əsas səbəblərindən biri ətrafımızdır. Belə ki, ətrafımıza baxmasaydıq, onların bizdən daha yaxşı yaşadığını görməsəydik, halımızdan məmnun idik, başımızı aşağı salıb "gül" kimi yaşayırdıq, başımızı qaldırdıq və gördük ki, paho, insanlara Allah nə nemət verməyib?! Camaat kefdə - damaqdadır ki! Bax, bu zaman bizim giley - güzarımız və narazılıqlarımız baş qaldırdı. Halbuki insanların tələbatlarını başqalarının imkanları deyil, onların öz daxili ehtiyacları formalaşdırmalıdır. Biz başımızı aşağı salıb öz daxili tələbatımız miqdarında olan (maddi və mənəvi) nemətlərlə yaşamalı olsaydıq, bəlkə də, indi hamımız xoşbəxt idik. Problem bizim bəhsə-bəhs etdiyimiz vaxtdan yarandı:
İlahi, 20 otaqlı villa? Allah qonşuma insaf versin, gör məni nə bəlaya saldı. Halbuki 2-3 otaqlı bir evimdə çox xoşbəxt yaşayırdım, haradan gəldi bunun ağlına ki, villa tiksin? Çox narahatam, çox gecələr yata bilmirəm, nəyin bahasına olur- olsun, mən də bundan birini ucaltmalıyam!
Orta statistik azərbaycanlının spesifik dərdi!
25 notes
·
View notes
Text
ümid verməyib amma yuxularıma girib, məncə bu daha pisdir
21 notes
·
View notes
Text
Oğlanların takib etməyinə qarşılıq verməyib ama qızlarınkinə naxadı qarşılıq verib + postlarını bəyənənlərə nə deyirdik..? Mən susum, siz cavablayın hahahaha..
22 notes
·
View notes
Text
• Allah niyə heyvanlara danışıq qabiliyyəti verməyib bilirsizmi? Sevgi və sədaqətin sözlərdən deyil, davranışlardan ibarət oldugu göstərmək üçün.
3 notes
·
View notes
Text
Kəndlərin boşaldılması üçün konkret vaxt qoyuldu: Ordu hazır durumda – Kritik gəlişmə
Ermənilərin fərqli xüsusiyyətlərini nəzərə alsaq sakit formada hansısa bir məsələnin həlli mümkün deyil. Bu xüsusda Ermənistanın vaxtilə işğal etmiş torpaqlardan geri çəkilmədiyi faktı yaddan çıxmayıb. Nikol Paşinyan II Qarabağ müharibəsindən sonra verdiyi bəyanatlarda Qazaxın 7, Naxçıvanın Kərki kəndi ilə bağlı heç bir məlumat verməyib. Ona görə də, bu məsələlərin təzyiq olmadan, ciddi xəbərdarlıq edilmədən həlli mümkün deyil.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O qeyd edib ki, Ermənistan növbəti dəfə üzləşə biləcəyi itkiləri nəzərə alaraq həmin kəndlərin boşaldılması ilə bağlı addım ata bilər:
“Sözsüz ki, buna imidlər azdır. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri növbəti dəfə öz gücü ilə həmin torpaqları geri qaytarmalı olacaq. Bunun üçün Azərbaycan Müdafiə Nazirliyi müvafiq şərtlərlə çıxış edib Ermənistana vaxt qoya bilər. 3-5 gün, hətta bir həftəlik zaman verilməsi də mümkündür. Bu çağırışa cavab verilməsə, kəndlərin geri qaytarılması üçün konkret addım atılmalıdır”.
Partiya sədrinə görə, son günlər Zəngəzur dəhlizi ilə bağlı səslənən fikirlər də Ermənistanın ritorikasını dəyişməsinə səbəb olub:
“Dəhliz məsələsində Azərbaycanın mövqeyi olduqca unikaldır. Alternativ variant ortalığa qoyduqda Ermənistan məsələyə daha konkret yanaşmaq məcburiyyətində qalıb. Dəhlizin açılmasında Azərbaycanla bağlı problem yoxdur. Azərbaycan kommunikasiyaların dəhliz formasında açılmasında israrlıdır”.
Fəzail Ağamalı hesab edir ki, bu məsələdə Ermənistanın problemi Rusiya ilə bağlıdır:
“2020-ci ilin 10 noyabrında üçtərəfli razılaşma ilə kommunikasiyaların açılması fonunda ona nəzarətin Rusiya Sərhəd Xidməti tərəfindən olacağı qeyd edilib. Ermənistan isə bunu suverenliyinə təhdid kimi dəyərləndirir. Erməni tərəfi kommunikasiyaların ancaq özünün nəzarətində açılmasının tərəfdarı olduğunu bildirir. Burada mübahisəli məsələlər bunun üzərindədir. Amma buna baxmayaraq Zəngəzur dəhlizi gec-tez açılacaq. Bu olmasa, Ermənistan blokada vəziyyətində qalmalı olacaq”.
"Teleqraf.com" saytı
Tapdıq Qurbanlı
30 oktyabr 2023-cü il
https://teleqraf.com/news/siyaset/395836.html
Kəndlərin boşaldılması üçün konkret vaxt qoyuldu: Ordu hazır durumda –
0 notes
Text
mənim atam mənə heçnə verməyib,zirvəyə qalxmağ da anam üçündü !
34 notes
·
View notes
Text
EDİN... ... Hələ qulaq verin, Haqqın sözünə, Ağla və məntiqə etibar edin. Milli bir şüurla, dönüb özünə, Ədaləti mütləq, iqtidar edin... ... Nədəndir, dörd yanı saran cəhalət...? Nədəndir, dörd başı, məmur səfalət...? Nədəndir, üstünə çökən fəlakət...? Birazcıq düşünün, biraz ar edin.. ... Ağılsiz dünyaya,verməyib meyil, Yaxşıyla doğrulub, Rəbbinə əyil, Abad olmaq üçün, zalımı deyil, Alimi daima bəxtiyar edin... ... Saflaşdır ruhunu, qəlbin saflansın, Bu günün ümidi, yaxşı yarınsın, Sevginin yanında, aləm bağırsın, Sevgini, şəfqəti, könülə yar edin.........10.04.2020..(İlhamə Abbas Yusifqızı...)
0 notes
Note
Sual hər zaman var. Həyat məktəbində aldığın ən böyük dərs nə olub deyə soruşsam cavabın nə olardı çox maraqlıdır.
salam . iş orasıdır ki , həyat hələ mənə dərs verməyib , ya da bu dərsi online verir mənə keyfiyyətsiz alınır dərs . bir də birindən ötrü özümü alçaltdım , sayılmadığımı anlamaq 6 ilimi aldı və anladım ki , ən pis kar eşitmək istəməyənmiş .
0 notes
Text
Həyatımıza girən heç bir insan boşuna deyildi həyatımızda. Hətta həyatımızdan çıxanlar da. Hər kəsin müəyyən bir missiyası var bu Dünyada. Mənim əvvəlləri həyatla, sonra dünyayla, indi isə insanlarla olan dərdim elə ən çox özümü yorur. İnsanlardan şikayətlər etmək məni olduqca yorub, tükədirdi. Çox yaxın keçmişdə bu qərarı aldım ki, artıq nə insanlardan, nə olduğum yerdən şikayətlənməyim. Çünki, şikayət yox, nəyi nə qədər həyata keçirdiyin idi məsələ.
Ən son ifadə edə bilmədiyim doğruların məni həqiqi mənada boğanda gördüm ki, susduqlarım əslində yaraya çevrilir getdikcə. Danışmaq da mənasız gəlir bəzən. Çünki, dəfələrlə olub boğazım ağrıyana qədər qışqırdığım halda kar olmaqları.
İnsanlar belədir. Kar olmaq tək əlillik deyil ki. Həm də, bir seçimdir çoxları üçün.
Mən kar olmaq da bir seçim olduğu halda bəlkə də sonuna qədər sorğulamağı seçdiyim üçün bu qədər şikayətçiyəm. "az çoxa tabedir" sözü də olduqca yalandır. Çünki, az olan doğru olur çox zamanlarda. Mən azlıq içində olan o doğruyam bəlkə də.
Etdiyim yalnışların da sonu bir doğruya bağlanır bu həyatda. Yox, səhvlərimə bəraət qazandırmıram. Əlbət ki, mənim də qaranlıq, kirli duyğularım, düşüncələrim var. Ancaq onların da özlüyündən yaranmadığını düşünürəm.
Amma əgər özümə bu nöqtədə bəraət qazandırıramsa onda qatillər, təcavüzkarlara, oğrulara da qazandırmalıyam. Amma hər pis hadisənin arxasında yatan o dərin hekayənin də varlığını nəzərimdən çıxarmıram.
Bugün susmağı seçirəm. Özümü doğru ifadə edənə qədər, insanlar eşitmək istəyənə qədər susuram. Artıq susub, isyan etməməyi, Allah ilə savaşmamağı seçirəm. Çünki, o şübhəsiz ki, heç bir söz verməyib heç bir insan oğluna.
Sevanə Süleymanlı
24 notes
·
View notes
Text
İnstagramda şəbzül adamlardı ki yazır “direktə baxılmır”, mən heç görmədim qəşəng və bir o qədər cazibədar xanım biosuna “direktə baxılmır” yazsın. Bu nəyin eqosudu? Allah dəvəyə yaxşı ki qanad verməyib.
16 notes
·
View notes
Text
Uşaq olanda həmişə tv-də cizgi filmə baxmaq istəmişəm ki, tv-də cizgi filmə baxmağın marağı ayrı olur amma ailəm icazə verməyib məlum uşaq idim hər dəfə icazə verilməyəndə bildirməsəm belə pis olmuşam.İndi də o içimdə bir yerdə kiçikdə olsa bir boşluq yaradıb.Tv-yə indi ümumiyyətlə baxmıram amma arada kanalları çevirən də cizgi film kanalları rast gəlir səbəbsiz yerə ürəyim kıpır-kıpır olur görən də.Yenə də baxmaq istiyirəm amma bu səfər də evdəkilər “bu yaşınamı yaraşır cizgi filmə baxmaq” dedikləri üçün hələdə baxa bilməmişəm və hələdə o boşluq məndədi qalır…Nəysə elə belə bir anı idi bölüşmək istədim..
16 notes
·
View notes
Text
Qadın zərif ola bilər, zəif isə heçvaxt . Əgər bir qadın sizə cavab verməyib susursa, bu birinci onun tərbiyəsindən, ikinci isə sözlərini sizə israf etməməsindən irəli gəlir. Adam demirəm "adam olmaq hərkəsin qaldıracağı yük deyil" insan olun və insani hisslərə sahib olun. Sahib olun ki, qadın da sizi başına tac, ömrünə yoldaş etsin...
22 notes
·
View notes