#söndürüb
Explore tagged Tumblr posts
Text
Mənim işıqlarımı söndürüb qaranlığımnan şikayət edirlər
41 notes
·
View notes
Text
Deməli mən keçən həftənin üçüncü günü başıma gələni danışım. Demək mən həmin günü səhər 5ə qədər sərbəst iş hazırladığım üçün gec yatmışdım. Səhərdə mamam məni oyatdı ki, biz evdə olmayasıyıq dur vaxtında sonra yatıb qalacaqsan. Təxmini saat 8 olardı anam məni oyadanda. Məndə heç cür oyana bilməzdim o saatda elə yuxulu -yuxulu whatsapa girib rəfiqəmə səs atdım ki, saat 10nun yarı mənə zəng edərsənmi. Bilirəm ki, özüm saatı söndürüb yatacam. Hətta rəfiqəmə səs atanda gözlərimi dahi aça bilmirdim. Nəysəə, onun yarı qız mənə zəng edər özüdə neçə dəfə, özü çata bilməyib digər qızlara deyib tək- tək hamısı zəng edib. Yetməyib teamsdən zəng ediblər. Məndə tık yox. Saat 10da dərs başlayırdısa on birə işləmiş nənəm gəldi ki, a bala dur dərsin yoxuydumu sənin. Heç deməyin nənəm bəkməz bişirirmiş həyətdə. İndi gəlirəm əsas yerə. Normalda belə yatıb qalmaq problem olmazdı amma bu müəllim biraz problemli müəllimdir. Ciddi mənada problemli. Sağlamlığı ilə bağlı problemləri var və dərmanlar əks təsir göstərir ona görə elədir fikirləri əsas gətirib heç kim də ona söz deməyə qoymur. Müəllimdə bizimlə qəti danışığını bilən müəllim deyil. Söyüş belə istifadə etmişliyi var ama yenə də heç nəyi qəbul etmirlər. İndi mən dərsə qoşulmayanda qızlar deyiblər bəs yatır zəng edirik səs yoxdu. Başlayıb deyib şah abbasın qızıdır hamınız əl ayağa düşüb zəng vurursuz, ayı kimi yatıbdı, səhərə qədər chatləşəndə nə bilirdiz və daha nələr nələr. Mən qayıb qoymağı sevmirəm deyən müəllim 15 20 dəqiqənin içində qayıbımı da qoymuşdu. İndi mən oyanıb açdım tez kompüterimi qoşuldum dərsə salam verdim. Dedi sənə artıq qayıb yazmışam. Məndə dedim heç nə olmaz müəllimə. İndi başladı mənə heç nə olmaz da bəs. Sən fil qulağında yat hələ o boyda sənə zəng edəndə sən hardaydın deməyə. Məndə o anda bilmirdim ki, qızlar deyib ki, Asiya yatıb. Məndə dedim set yox idi rayondayam. Zənglər də mənə gəlməyib indi megabayt götürmüşəm. Deməz olaydım başladı üstümə qışqırmağa ki, bu nə tərbiyəsizlikdi edirsən, sən kimsən mənim sözümün üstünə söz deyirsən, güya mən bilmirəm sən yatmışdın, hələ bir mənə cavab qaytarmağın bax dedi ki dedi. Mən yazıq da pərt olub qalmışam söz deməyə də imkan vermir. Çıxdım dərsdən. Ağlamaq tutub bir tur ağlamışam da. İndii bu müəllimi altıncı gün dərsinə qoşuldum hər şey okey idi deyəsən yadında deyildim. Hətta cavab verdim deyə dərs sonunda qızlara məni təriflədi ki, sizin cavablarınızdan qane olmadım Asiya kimi geniş danışın. Sabah bu müəllim bizdən sərbəst iş götürəcək. Məndən əvvəl təqdim edən hamıya ayrı cür söz dedi. Neçə nəfəri ağlatdı. Birinin vərəqini atdı, birininkini ortadan böldü birinə sıfır qoydu. Bir sözlə xeyri dəymədi. İndi mən sabah yadında qalmış olsam, bir tərs tərəfinə düşsəm balımı verməsə necə özümü cilovlayaram, necə sakit qalaram onu düşünürəm.
36 notes
·
View notes
Text
Bütün işığları söndürüb qaranlığda oturdum, kimin işığı yandırıb yanımda olduğunu görmək üçün. Amma mən həmişə tək qaldım
40 notes
·
View notes
Text
Evdən çıxdığın kimi çıxacaqsan dünyadan –
işığı söndürüb qapını bağlayandan sonra düşünəcəksən:
heç nəyi unutmadım ki,
heç kimi unutmadım ki?
Salam Sarvan
20 notes
·
View notes
Text
işığını söndürüb, qaranlığından şikayət edəcəklər
44 notes
·
View notes
Text
Biraz günümü yazmaq istəyirəm.
Səhər 5-də alarmsız, beynimdə dönüb dolaşan ssenarilərlə birlikdə oyandım. Normalda 6-da durub, 7-də işə gedirdim ama alarmı söndürüb, bu gün biraz gec getməyə qərar verdim ki, yatım. Yata bilmədim, 09:30-a qədər 4,5 saat beynimdə onu düşündüm, hələ arada bloklandığım WhatsApp-a onsuzda görməyəcək deyə sözlərimi yazmışam (hansı ara yazdığım yadımda deyil). Ssenarilər qurdum, nə hiss etdiklərimi düşündüm, birinci ona nifrət elədim, sonra darıxdım, arada Allah'a dua etmək istədim, aramız yaxşı olmadığı üçün etmək içimdən gəlmədi, bacarmadım. 4.5 saat beynim işlədi sadəcə.
Səhər əlimə nə keçdisə, heç geyimimə fikir vermədən geyinib, çıxdım evdən. Yolda düşünürdüm ki, "niyə baxımsız insan oldum?" sonra da "Əşi" dedim keçdim. Saat 10:30 olardı ki, Koroğluda avtobusların olduğu yerdə bir görmə əngəlli vətəndaşın avtobusları qarışdırdığını gördüm. Gedib yaxınlaşdım, "üzrlü sayın, kömək lazımdı sizə?" dedim. Axtardığı avtobusu, yeri dedi, kömək etdim. Kömək edərkən əslində nə qədər xoşbəxt olduğumun fərqinə vardım. Çünki biz xoşbəxtliyi nə qədər uzaqda axtarsaq da, əslində nə qədər sadə şeylərlə belə xoşbəxt oluna biləcəyini təkrar xatırladım.
Ruhsuzlaşmışam, heçnəyə həvəsim yoxdu. İnsanlarla uzun uzun söhbətlər edə bilmirəm, amma yaşayırıq. Əlimizdəkilərin, sahib olduğumuz dəyərlərin qədrini bilmədən yaşayırıq.
18 notes
·
View notes
Text
Telefonunu söndürüb 1 həftə heç kimlə əlaqəyə çıxmasan, səni kim axtaracaq?
9 notes
·
View notes
Text
Dayımın təzə uşağı olub, yaxın qalırlar bizə birazdan da xəstəxanadan çıxarıb evə gətirəcəklər, mən getmək istəmirəm ama getməsəm də mamam danışacaq ki niyə getmədin. Bilirəm ki, zəng edəcəklər ki, dur gəl falan amma özümə söz vermişəm bir şeyi eləmək içimdən gəlmirsə daha etməyəcəm nə qədər başqalarını düşünməliyəm daha özümü düşünəcəm. Telefonu da söndürüb yatacam. Çünki yuxunun verdiyi xoşbəxtliyi verə bilmir onlar.
16 notes
·
View notes
Text
Alarmı oyanacağın saatdan 1 saat əvvələ qoymaq və oyandıqdan sonra söndürüb yenidən yatmaq kimi gözəl hiss yoxdu.d
10 notes
·
View notes
Text
Ləzzət eləyirdə boşuna budilniki qururam durub söndürüb təzdən yatıram. Ürəyim istədiyi vaxt yuxudan dururam. Sanki illərin əvəzin çıxıram
30 notes
·
View notes
Text
Mama telefonla danışa-danışa fərqində olmadan evi yığışdırır, danışıb qurtarandan sonra söndürüb mənə deyinir ki, sənin edəcəyin işləri mən edirəm :D
12 notes
·
View notes
Text
Bu gün guya həvəslənib maşını mən sürmək istədim və həqiqətən də çox rahat sürürdüm ta ki qarşıdan gələn maşının işıqlarını söndürüb maşını üstümə sürməsinə qədər. O anı sizə sözlə açıqlaya bilmərəm də hava qaranlıq, qarşıdan gələn maşın işığın söndürür, çox az işıqla maşının sənin üstünə sürdüyünü görürsən, maşının idarəsi səndədi və bütün ailən maşındadı. Yaşadığım həyəcanı sizə izah edə bilmərəm. Elə bil bilərəkdən rolu üstümüzə fırlatdı. Bu hərəkəti etmək üçün gərək ağılsız olasan da bunun başqa açıqlaması yoxdu. Özüdə ara yol idi çox maşın yox idi elə ikimiz idik bəlkə də bu sağ qalmağımız üçün ən böyük şansımız olmuşdu. Nə bilim e cidden o an özümü itirib maşının istiqamətin dəyişməsəydim böyük ehtimal indi bu cümlələri yazır olmazdım. Çiçeeeekk gibi başlayan günün sonu belə bitməli deyildi də 🥲
22 notes
·
View notes
Text
Telefonu söndürüb, sosial şəbəkəni silib, ölkəni dəyişdirib ortadan yox olmaq istəyi, çıx ağlımdan.
0 notes