#qalacağı
Explore tagged Tumblr posts
Text
05 dekabr 2022 (Yaşamaq..)
Valideyn olmadan öncə insanlar incələnməli və araşdırılmalıydı. Valideyn olmağa uyğun olmayanlar övlad sahibi olmamalıydı. O zaman bədbəxt, ağrılı-acılı və qüsurlu uşaqlar da olmazdı. Dünya belə daha gözəl yer olardı yaşamaq üçün. Sadəcə ailə qurmaq üçün, illərdir cəmiyyətin adət-ənənəsidir deyə evlənənlərdən uşaq olması gözlənildiyi üçün neçə milyon həyat zəhərləndi bu günə qədər, kim bilir.. Məsələ uşaq dünyaya gətirmək olmamalıdı, məsələ dünyaya gətirdiyin uşağa bir dünya verə bilmək olmalıdır, bir həyat verə bilmək olmalıdır. Yaşanılası bir həyat özü də. Sadəcə nəfəs ala biləcəyi, çəkinəcəyi, sıxılacağı, qorxacağı, qaçacağı, sevgisiz qalacağı, sevməyə qorxacağı bir həyat yox !
22 notes
·
View notes
Text
PAŞİNYAN BAKININ İKİ ŞƏRTİNDƏN İMTİNA ETDİ:
PROSESİN MÜHARİBƏ FAZASINA KEÇMƏSİ...
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
- Fəzail müəllim, Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında bir-birinə hücum etməməklə bağlı paktın imzalanmasını təklif edib. O hesab edir ki, sülh prosesi uzana bilər. Erməni tərəfinin sülhü növbəti dəfə arxa plana keçirməsi sizcə, nəyə xidmət edir?
- Bu, Ermənistanın baş nazirinin növbəti hiyləsidir. Görünən odur ki, Paşinyan xüsusən də Fransadan aldığı təlimatlara uyğun olaraq sülh prosesinə mane olur. Bununla da Azərbaycanla sülh sazişinin imzalanmasına əngəl yaradır. Məqsəd prosesi uzadıb hansısa möcüzəli günü gözləməkdir. Əslində bu, yanlış bir gedişdir. Paşinyan bunu etməmişdən öncə Ermənistan konstitusiyasında dəyişikliklər etməlidir. İstənilən pakt, saziş, müqavilə konstitusiyanın müddəalarından üstün hesab edilmir. Yəni konstitusiya hər bir ölkənin ana qanunudur. Bütün qanunlar, qərar və sərəncamlar, imzalanan sazişlər də ölkə konstitusiyasına uyğun şəkildə həyata keçirilməlidir. Əgər Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları varsa, keçmiş Dağlıq Qarabağ hələ də Ermənistanın tərkib hissəsi kimi təsbit edilibsə və bunların heç biri sıfırlanmayıbsa, bu cür təklif olduqca gülünc görünür.
- Azərbaycan tərəfindən bu kimi yanaşmalara adekvat reaksiya necə ola bilər?
- Sözsüz ki, Bakı heç vaxt buna getməyəcək. Bu əslində Ermənistanın Azərbaycanla münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasına İrəvanın maraqlı olmadığını təsdiq edir. Ona görə də, bu kimi məntiqsiz erməni xarakterindən qaynaqlanan yanaşmalar qeyri-ciddi qəbul edilir.
- Bakının sülhün sabotaj edilməsi fonunda əsas tələbləri nədən ibarət olacaq?
- Cənab Prezidet İlham Əliyevin də açıqladığı kimi Qazaxın anklav olmayan kəndləri Ermənistan tərəfindən heç bir danışıqlar aparılmadan boşaldılmalıdır. Daha sonra isə anklav olan kəndlərlə bağlı erməni tərəfi konstruktiv addım atmalıdır. Əgər İrəvan yenidən müharibə istəmirsə, Azərbaycanın "Dəmir Yumruğ"a söykənərək hərbi əməliyyatlarının nəticəsinin necə olacağını yəqin edirsə, konkret addım atmalıdır. Ona görə də, Ermənistan sülh sazişinin imzalanması üçün konkret addımlar atmaq əvəzinə müxtəlif bəhanələr gətirməməlidir. Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 bəndlik sülh sazişinin tələbləri qısa zamanda icra edilməlidir.
- Uzun müddətdir ki, bu şərtlər qarşı tərəfə təklif edilib. Amma hələ də ortada konkret nəticə yoxdur...
- Azərbaycanın təklif etdiyi 5 bəndlik sülh konsepsiyasının üçü Ermənistan tərəfindən qəbul edilib. İki şərt isə dövlətlərin birinin digərinə ərazi iddiasından imtina etməsi və hücum etməməklə bağlı öhdəlikdir. Məhz bu iki şərtdən Paşinyan imtina edirsə, deməli o da artıq maskalanmış revanşist kimi çıxış edir. Sadəcə olaraq o, özünü üzdə sülh göyərçini kimi göstərməyə çalışır.
- Sülh sazişi imzalanmadan dövlətlərin dinc şəraitdə yanaşı yaşaması ilə bağlı hansı presedentlər var?
- İkinci dünya müharibəsindən, yəni 1945-ci ildən sonra Yaponiya ilə keçmiş SSRİ arasında sülh sazişi imzalanmayıb. Amma hər iki dövlət özünün imkanları ilə fəaliyyətdədir. Bu xüsusda Ermənistan sülh sazişindən imtina edirsə, Zəngəzur dəhlizi və kommunikasiyaların açılmasına razı deyilsə, onun dalan vəziyyətində nə vaxta qədər qalacağı maraqlıdır. Sözsüz ki, Azərbaycan dövləti heç də bunun qayğısını çəkmir. Ermənistan bir dövlət kimi yaşamaq istəyirsə, birmənalı şəkildə sərgiləyib Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpası ilə bağlı qəti mövqeyini ortaya qoymalıdır.
- Gürcüstanla Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında razılaşmanın xarakteri nədən ibarətdir? İrakli Qaribaşvilinin istefa ərəfəsində Paşinyanla belə bir saziş imzalamaqda məqsədi nə idi?
- Əslində bu, izlənilməli olan bir prosesdir. Gürcüstanla Ermənistan arasında imzalanan bu sənədin erməni tərəfinə hansı üstünlüklər gətirəcəyi burada əsas istiqamət izləniləcək. Avropadan, Fransadan göndərilən silahlar Gürcüstan ərazisindən keçməklə Ermənistana göndəriləcəksə, bu, Paşinyanın bir növ istəyinə nail olduğu anlamına gəlir. Sözsüz ki, burada Fransanın da moderatorluğu diqqətdən yayına bilməz. Çünki Gürcüstan hakimiyyətinə Fransanın xüsusi təsiri var. Avropa Ittifaqına daxil olmağa həvəs göstərən Gürcüstan üçün Fransadan gələn tapşırıqlara sözsüz əməl edilir. Belə olduğu halda Azərbaycan Gürcüstanla münasibətlərə yenidən baxmaq məcburiyyətində qala bilər. Gürcüstan neytrallığını saxlamalıdır. Bu olacaqsa, Ermənistanla sülh sazişinin imzalanmasının Tbilisi platformasında həyata keçirilməsi ümidvericidir. Amma Gürcüstanla imzalanan saziş Ermənistana əlavə üstünlüklər verəcəksə, Qafqazda sülh sazişinin imzalanmasında ciddi problem yaranacaq. Gürcüstanın Ermənistanı silahlandırmaq üçün platformaya çevrilməsi və digər məsələlərdə onların birgə hərəkəti sülh sazişinin imzalanmasının təxirə düşməsi deməkdir. Belə olan halda yeni müharibə təhlükəsinin yaranacağı qaçılmazdır.
“Teleqraf.com” saytı
Tapdıq Qurbanlı
30 yanvar 2024-cü il
0 notes
Photo
I Müsəlman, onu danışdıranın Allah olduğunu bilir və yalnız Onun razılığını qazanmağı düşünərək danışır. Hər an olduğu kimi, həmçinin danışarkən də insanların deyil, Allahın hüzurunda olduğunu düşünür. Danışığının ancaq Onun diləməsi ilə təsirli olacağını dərk edir. Sözlərinin təsirli və hikmətli olması üçün Allaha dua edir. Bu səmimiyyətinə görə Allah o insanın vicdanına ən gözəl və ən uyğun sözləri ilham edir. Buna görə də vicdanının səsini dinləyən hər kəs nəyə diqqət yetirməli, nəyin ön plana çıxarılmalı və ya deyilməməli olduğunu, hansı üslubun səhv, hansı izahatın təsirli olacağını asanlıqla tapır. Hikmətli danışa bilməyin insanın zəkası, mədəniyyəti, təhsili ilə heç bir əlaqəsi yoxdur. Bəzi insanlar bu xüsusiyyəti diqqət verərək əldə edə biləcəklərini güman edirlər. Buna görə də danışıqlarının ədəbi dil normalarına və ya kitablardan oxuduğu bədii təsvirlərə uyğun olmasına diqqət edirlər. Uzun və qeyri-adi cümlələr qurduqda və ya terminlərdən istifadə etdikdə danışıqlarının çox təsirli və xoşa gələn olduğuna inanırlar. Halbuki bunlar insana hikmətli danışıq qabiliyyəti qazandırmır. Çünki hikmət ancaq imanla, Allah qorxusundan qaynaqlanan səmimiyyətlə və təslimiyyətlə qazanılan xüsusiyyətdir. Quranın, “(Allah) istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir...” (Bəqərə surəsi, 269) ayəsi ilə hikmətin əhəmiyyətinə və insanlar üçün böyük nemət olduğuna diqqət çəkilir. Həqiqətən də hikmət verilmiş insan Allahın diləməsi ilə din əxlaqını ən gözəl şəkildə yaşayır və Allahın razı qalacağı söhbətlər edə bilir. İnsanlara Quran əxlaqını açıq-aydın və asan izah edərək xeyirlərə vəsilə olur. Belə insanla ünsiyyətdə olanlar da bu insanın hikmətli izahları vəsiləsi ilə hadisələrin görə bilmədikləri tərəflərini görür və gözəl əxlaqa yönəlirlər. #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #hüzur https://www.instagram.com/p/Cm8vRcusqdn/?igshid=NGJjMDIxMWI=
0 notes
Text
SON DURUM
Cari mövsümün sonunda PSJ-dən ayrılacağı deyilən Lionel Messi “Barselona”ya qayıtmaq üçün klub rəhbərliyinin qarşısına şərt qoyub. Metbuat.org xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən ispaniyalı jurnalist Mark Marba yayıb. Mənbə argentinalı superulduzun Jerar Pikenin komandadan göndərilməsini istədiyini vurğulayıb. Messinin İspaniya millisinin üzvü Kataloniya təmsilçisində…
View On WordPress
#arasında#Atletiko#Barselonada#bildirilib#çatdırılıb#diqqətə#etməyəcəyi#futbolçu#gərginləşib#informasiyanı#Kataloniya#keçəcəyi#Madridə#məlumata#millisinin#mövsümdə#münasibətlər#onların#qalacağı#qarşısına#qurmadıqları#təklifi#təmsilçisində#ünsiyyət#yayılıb
0 notes
Text
İnsanlar niyə pis bir münasibəti davam etdirir?
Yəqin ki hamı ətrafında yaxşı getməyən bir münasibəti israrla davam etdirən dost, qohum, yaxın bir insan görmüş və ya özünü heç cür bitirə bilmədiyi bir münasibətin içində tapmışdır. Kənardan baxıldığında zərərli bir münasibəti niyə davam etdirdiyi üçün bəlkə o insanlara hətta hirslənmisiz də. Qınamağı bir kənara qoyub zərərli bir münasibətdə qalmaqda davam edən insanları anlamaq üçün bunun psixoloji səbəblərinə baxmaqda fayda var. Bu səbəblərə nəzər salaq:
1. Qorxu və ya təşvişdən qaçmaq – artıq bir münasibətin içində olan şəxs bu münasibət bitdikdən sonra həyatı ilə nə edəcəyini, onu nələr gözlədiyini bilmir və bu qorxu ilə üzləşmək istəmir. Gələcək təşvişi, bitirmək qərarı almağa mane olur.
2. Depressiya və üzüntüdən qaçmaq – münasibət nə qədər pis olsa da sevgi hissi asanlıqla bitmir və şəxs tək qalacağı zaman mövcud partnyoru üçün darıxacağını düşünür, tək olarsa bunun öhdəsindən necə gələcəyini bilmir və münasibəti davam etdirməyi seçir.
3. Utanc – bəzən yaxşı bir münasibətə sahib olmaq, cəmiyyət üçün özünü təstiq etmə mənası daşıyır və alınmayan, pozulan münasibəti yaxınlara, dostlara demək şəxsə utanc hissi verir, onlara xəyal qırıqlığı yaşadacağını düşünür və bu səbəbdən düzəlməyən problemlərə baxmayaraq münasibət davam etdirilir.
4. Günahkarlıq və borclu hiss etmək – bu hissləri keçirən şəxs ona qayğı, sevgi göstərən insana qarşı borclu hiss edir və onu tərk etmək düşüncəsi günahkarlıq duyğusu yaradır. Bir növ uşaqlıqda ona qayğı göstərən valideynlərinə olan borcunu ödəmək fantaziyasını daşıyır. Bir başqa deyişlə şəxs əsl borclu olduğu insanlarla üzləşmək yerinə partnyoruna bu hissləri köçürür.
5. Asılılıq – öhdəlikləri öz üzərinə götürən, nəyin doğru nəyin yanlış olduğuna həmişə qərar verən, məsuliyyəti alan bir partnyoru itirməklə bərabər şəxs öz həyatının məsuliyyətini almaq məcburiyyətində qalmaqdan, yəni böyüməkdən qorxur.
6. Aşağı olan özgüvən – şəxs, mövcud partnyordan daha yaxşısını tapa bilməyəcəyini, çünki buna layiq olmadığını düşünür.
7. Bezginlik – düşüncələrin içində itmiş şəxs sağlam düşünə bilmir və problem həll etmə bacarıqları azalır. Bu şəkildə o artıq problem ilə bağlı düşünməməyə başlayır, ancaq, düşüncələri eşitməzdən gəlsə də hissi səviyyədə buna nail olmaq mümkün olmur.
8. Partnyoru dəyişmək ümidi – baxmayaraq ki təcrübələr çox vaxt əksini göstərir, pis bir münasibətdə olan şəxs partnyorun dəyişəcəyi və hər şeyin yaxşı olacağı fantaziyasını qorumağa çalışır və bu fantaziyadan qurtulub münasibəti bitirmək üçün addım ata bilmir. Unudulmamalıdır ki bu sadəcə bir fantaziyadır.
Nəzərə alaq ki, cütlük terapiyasında həmişə məqsəd münasibəti düzəltmək deyil, bəzən bitən bir münasibət terapiyayanın uğurlu olduğunu göstərir.
31 notes
·
View notes
Text
Sizdə şəkildəki insanın bu sahildə qalacağı fikri yaranırsa, əngəllərdən qorxursunuz, çox vaxt hədəf sizə əlçatmaz görünür, heç bunun üçün mübarizə aparmağa cəhd də etmirsiniz, əksinə həyatın surprizlərindən də imtina edirsiniz. Bu haqda düşünün.
0 notes
Text
Heç bir qadın
Heç bir qadın çətinlik, problem, kişi önündə aciz qalmasın.Heç bir qadın şiddət qurbanı olmasın.Heç bir qadın həyatına son qoyulmağa məhkum olmasın.Heç bir qadın təhsilsiz qalmasın.Heç bir qadın ana olmaqdan məhrum olmasın.Heç bir qadın sevgisiz qalacağı ailəni qurmasın.Heç bir qadın bədbəxtliyin uçurumuna enməsin.Heç bir qadın saçlarına qıymasın.Heç bir qadın susdurulmasın.Heç bir qadının adına…
View On WordPress
0 notes
Photo
Əksər hallarda nikah pozularkən uşağın valideyinlərdən kiminlə qalacağı barədə tərəflər arasında mübahisə yaranır. Belə olan hallarda məhkəmə hansı məsələləri nəzərə almalıdır? Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən: Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Plenum həmçinin qeyd edir ki, valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. P.S. Hüquqlarınızın peşəkar müdafiəsi ilə bağlı müraciət edə bilərsiniz: +99450 777-19-99 #vekil #advokat #huquq #qanun #barrister #advokataskerov (at Vəkil Amid Əsgərov) https://www.instagram.com/p/BzgatPFhISF/?igshid=1lkj9hggmsfid
0 notes
Text
RUSİYA UKRAYNA BATAQLIĞINDA MƏĞLUBİYYƏTƏ MƏHKUMDUR
Bu gün Adalet.az saytı üçün Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə Rusiya-Ukrayna müharibsəinin görünən və görünməyən tərəflərini müzakirə edəcəyik.
- Rusiya-Ukrayna cəbhəsində hər gün hərbi vəziyyət dəyişir. Rusiya ordusunun hücum edərək işğal etdiyi ərazilərin bir çoxunu Ukrayna geri alıb. Bunun nəticəsində geri çəkilməli olan rus qoşunları dinc əhalinin kompakt yaşadığı əraziləri, evləri, binaları, xəstəxana və uşaq baxçalarını raket atəşinə tutur. Yaxud yenidən qovulduğu ərazilərə hücumlar təşkil edir. Fəzail müəllim, Rusiya konkret olaraq nə istəyir?
- Rusiya ötən ilin 24-də Krıma, Luqaniski-Donetskiyə hücumu da daxil olmaqla 3-cü dəfə Ukraynaya təcavüz etdi. Niyyəti də Ukraynada özünə sadiq olan oyuncaq hakimiyyəti yaratmaq idi.
- Ötən günün məlumatına görə, Rusiya indiyə qədər 139 770 hərbçi, 3290 ədəd tank, 6507 ədəd zirehli döyüş maşını, 2303 ədəd artilleriya sistemi, 466 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 236 hava hücumundan müdafiə sistemi, 298 ədəd hərbi təyyarə, 286 ədəd helikopter, 5161 ədəd avtomobil texnikası, 2 011 ədəd PUA, 857 qanadlı raket, 18 gəmi/qayıq, 219 xüsusi avadanlıq itirib.Rusiya hansı böyük məqsəd uğruna bu qədər itki verməyə razı olur?
- Rusiyanın məqsədi Ukraynanı tam təsiri altına salmaq olub. Müharibəsiz Rusiyaya tabe olan Belarusiya kimi Ukraynanı da özünü tabe etdirmək və 3 slavyan dövlətinin birliyini formalaşdırıb özü də bu birliyi idarə etməli idi.
- Yadınızdadırsa, ötən ilin fevralın sonunda ABŞ Prezidenti Co Bayden çıxışı zamanı dedi ki, Vladimir Putin Sovet İttifaqını yenidən qurmaq istəyir. Sonra da əlavə etdi ki, Putinin məqalələrini oxuyub, onun çıxışını izlədikdən sonra belə qənaətə gəlib. Demək, Putin “SSRİ-ni yenidən qurmaq istəyir” dedi-qoduları yalan deyil...
- Ümumiyyətlə, Putin hakimiyyəti bu platformadan istifadə edərək keçmiş sovet məkanında yerləşən bütün respublikalarını bu yolla özünə tabe etdirmək fikrini heç vaxt gizlətməyib. Onun düşüncəsinə görə, bu niyyəti həyata keçirdikdən sonra Rusiyanı dünyanın supergücünə çevirməyi qarşısına məqsəd qoyur.
- Səhv etmirəmsə 2 il əvvəl Putinin SSRİ yaratmaq istəyinə sizin də maraqlı münasibətiniz oldu...
- Bəli, mən hə zaman düşünürəm ki, bir qayda olaraq tarixin təkəri heç vaxt geriyə doğru inkişaf etmiyib, hər zaman iləriyə doğru işləyib.Ona görə də dediyiniz kimi onu bərpa etmək mümkün deyil.Tarixin keçmişidir ona qayıtmaq üçün nə müxtəlif cəhdlər edilsədə bunun reallaşması mümkün deyil.Tarixin özünün obyektiv inkişaf qanunauyğunluqları var.Bu qanunauyğunluqların mühim şərtlərindən biridə imperiyalar ayrı-ayrı situasiyalarda yaranmasıdır. O yarandığı gündən məhvə doğru addım-addım gedir və konkret tarixi situasiyada həmin imperiya çökür və həmin imperiyanın tərkibində yeni dövlətlər yaranır. İndi artıq XX əsrin axrından bu proses gedir, daha doğrusu başlayıb və davam edir. SSR-nin bərpası ya Rusiyanın ətrafında digər müstəqil dövlətlərin imperiya şəklində birləşməsi Rusiyanın tərkibinə daxil edilməsi mümkünsüzdür.İndi dünyanın tarixi ortaya qoyduğu reallıqlar tamam fərqlidir”.
- Sizin fikirlərinizi Rusiya-Ukrayna müharibəsinin gedişi də artıq ortaya qoymaqdadır.
- Bəli, artıq 1 ildir müharibə gedir. Qəhrəman ukrayna xalqı öz xalqının müstəqilliyini və suverenliyini qorumaq üçün səfərbərlik elan etdi və faktiki olaraq bütün ukraynalılar , necə deyərlər, sinəsini vətənə sipər edən əsgərə çevrildi.
- Rusiyanın qarşısında böyük bir əngəl Putinin gözündən qaçırdığı bir nüans oldu: Putin ABŞ və Qərb ölkəsinin müharibəyə müdaxiləsini ağlına da gətirmədiyi üçün Ukraynanı 72 saat müddətinə işğal edəcəyinə əmin idi.
- Vəziyyətin mürəkkəbliyi həm də ondadır ki, Ukrayna qərb dövlətləri ilə Rusiyanın maraqlarının toqquşduğu bir məkana çevrilib. ABŞ və Qərb fərqindədir ki, əgər Putin Ukraynanı ələ keçirsə o bununla kifayətlənməyəcək. Artıq Baltikyanı respublikalar, Polşa və digər şərqi Avropa dövlətləri Rusiyanın təcavüzünə məruz qalacağı dəqiqdir.
- Yəqin ki, dünya bunu anladığı üçün Rusiyanın təcavüzünə susmadı.
- Əlbəttə, belə olacağı təqdirdə Rusiya öz hegemonluğunu təmin etmiş olur. ABŞ bunu anlayır və ona görə də Rusiyanı zəiflətmək, onu dünya üçün təsirsiz qüvvəyə çevrikmək amacı ilə müttəfiqləri ilə Ukraynanın yanında yer alıb.Görünən odur ki, 1 ilin ərzində düşünülmüş şəkildə Ukraynaya hissə-hissə , fasilələrlə hərbi , maddi və mənəvi yardım göstərməklə, müharibəni uzatmaq, Rusiyanı zəiflədərək onu diz çökdürmək istəyir. Qərb nə dərəcədə buna nail olacaq, Rusiya nə qədər tutmuş əraziləri əlində saxlayacaq təbii ki, bunu gələcək göstərər. Ancaq görünən budur ki, Ukraynanın ətrafında 50-dən çox ölkə birləşib. Bu ölkələr vaxtaşırı müdafiə nazirləri səviyyəsində görüşür, müzakirələr aparır və Ukraynanın hansı silaha-sursata ehtiyacı olduğunu müəyyənləşdirib Ukraynaya yardım göstərir. Başqa sözlə desək, Rusiya bu gün Belorusiyanın, İranın, Şimali Koreyanın məhdud sayda silah , sursat və digər yardımı ilə bəhrələnərək müharibəni davam etdirir.
- Bəs Çin?
- Bu sözləri Çin haqqında demək olmur. Hər halda Çin İran və Koreya kimi Rusiyaya açıq şəkildə nə dəstəyini ifadə edir, nə də silah-sursat göndərdiyi təsdiq olunmayıb.
- Sizcə, bu savaşda Rusiya məğlub olacaq, yoxsa Ukrayna?
- Aydındır ki, Rusiya dünya ilə döyüşür. Buna gücü çatacaqmı? Bunu demək çətindir. Daha doğrusu düşünmürəm ki, bununla qalib gəlmək mümkün olacaq. Dünyanın bir çox hegemon dövlətləri, Aİ, NATO və ABŞ-ın bəyanatlarında belə çıxır ki, sona qədər Ukraynaya nə qədər lazım olarsa, hərtərəfli yardım ediləcək, bunu rəsmi şəkildə də bəyan edirlər. Deməli, adıgedən dövlətlər sona qədər Ukryananın yanında Rusiyanın qarşısında olacaq. Nəticə belədir ki, Rusiya Ukrayna bataqlığında məğlubiyyətə məhkumdur.
- Fəzail müəllim, geniş və maraqlı söhbətə görə redaksiyamız və öz adımdan təşəkkür edirəm.
“Adalet.az” saytı
Əntiqə Rəşid
16 fevral 2023-cü il
0 notes
Photo
I Möminlər boş və mənasız danışıqlara məhəl qoymadıqları kimi, axirətləri üçün heç bir faydası olmayan, hətta onlara zərər verəcək boş işlərə də vaxtlarını sərf etməzlər. Möminlərin bu xüsusiyyəti ayədə belə bildirilir: ���Onlar lağlağıdan tamamilə üz döndərənlərdir”. (Muminun surəsi, 3) Allahın rizasının nəzərə alınmadığı hər bir iş Quranda bildirilən həmin lüzumsuz işlərə aiddir. İnsan hətta Quranda əmr edilən ən mühüm ibadəti də Allahın rizasından kənar, vərdiş olduğu və həmin anda ona asan gəldiyi üçün, əsas, lakin ona çətin olan bir işdən yaxa qurtarmaq üçün və ya hamının etdiyi bir iş kimi edərsə, bu, lüzumsuz ola bilər. Möminlərin Quranda müəyyən edilmiş və gündəlik həyatında yerinə yetirəcəkləri müxtəlif fərz ibadətləri var. Bunların xaricində qalan vaxtını mömin İslam üçün ən faydalı, Allahın ən çox razı qalacağı işlərlə məşğul olmağa, özünü həmin işlərdən maksimum faydalanacaq şəkildə inkişaf etdirməyə sərf etməlidir. Kəşf etdikləri əhəmiyyəti baxımından yerinə yetirilən işlərin ardıcıllığına fikir verilməlidir. Müəyyən vaxtlarda yerinə yetirilməli işlərin başqa vaxta təxirə salınması və vaxt itkisinə səbəb ola bilər. Çünki həmin işlər ola bilsin ki, o anda ən zəruri və əsas olan işlərdir. Bütün bu səbəblərdən mömin cahillərin bütün həyatı boyunca vaxt sərf etdikləri boş işlərlə maraqlanmamağı, yerinə yetirdiyi saleh əməllərə nəfsinin qarışmamasına, hər zaman Allah rizasının daha çox qazanmasına səbəb olan işləri üstün tutmağa diqqət yetirməlidir. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #din #fayda #faydasız #boş #iş #is https://www.instagram.com/p/CU5B7H8IzlZ/?utm_medium=tumblr
#quran#ayə#surə#ixlas#islam#iman#əxlaq#hzəli#tövbə#təqva#dinipaylasimlar#hədis#allah#evdəqal#namaz#din#fayda#faydasız#boş#iş#is
1 note
·
View note
Text
Ərdoğan Rusiyanı razılaşmanı pozmaqda ittiham etdi: "Səbrimiz tükənir, lazım olan addımı atacağıq"
Ərdoğan Rusiyanı razılaşmanı pozmaqda ittiham etdi: “Səbrimiz tükənir, lazım olan addımı atacağıq”
“Suriya münaqişəsi üzrə Rusiya ilə həm Astana, həm də Soçidə atəşkəs razılaşmaları əldə edilib. Rusiya bu razılaşmalara sadiq qalacağı təqdirdə, biz də razılaşmalara əməl edəcəyik”.
APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Lakin təəssüf ki, hazırda Rusiya nə Astana, nə də Soçi razılaşmalarına sadiqdir. Aidiyyəti üzrə danışıqlar aparılır. Danışıqlar…
View On WordPress
0 notes
Link
via Ancelina Colinin yatdığı kişi ilə BIÇAQ HƏZZİ... - Məşhurların qəribə GECƏ HƏYATI - FOTOLAR http://ift.tt/eA8V8J Hər dəfə ekran qarşısında heyranlıqla izlədiyimiz məşhurları görəndə onlara bənzəmək istəyir, beynimizdən onlar kimi geyinmək, onlar kimi olmaq fikirləri keçir. Hətta pərəstiş etdiyi, fanatı olduğu insanı öz idealı kimi görənlər də az deyil. Hər cəhətdən idealınız kimi qəbul etdiyiniz məşhurların da hər kəs kimi uşaqlıq illərindən bəri mübarizə apardığı, lakin qurtula bilmədiyi çox qəribə vərdişləri var. Bu barədə etiraf edən tanınmışların qəribə vərdişləri ilə agah edir. Ancelina Coli Ötən il Bred Pittdən boşanması xəbəri böyük səs-küyə səbəb olan Ancelina Colinin vaxtilə ölümə və qana qarşı xüsusi marağı varmış. Bundan başqa Coli bıçaq həvəskardır. Olduqca vəhşi qadın olduğunu deyən gözəl aktrisa yataqda da bıçaqlarla oynamağı sevir. Bəzi iddialara görə, aktrisa bıçaqla qollarını kəsərək qanını sorurmuş. Bu yaxınlarda Kolimbiya haqqında çəkdiyi filmin təqdimadı üçün həmin ölkəyə səfər edən aktrisa orada böyük hörümçək yeməsi ilə gündəmə gəlmişdi. Coli uşaqlarına da hörümçək yedirmişdi. Hülya Avşar Dəqiqliyi sevən Hülya Avşar bütün saatlarını 5 dəqiqə irəli çəkir. Beləliklə, gedəcəyi hər yerə ən az 5 dəqiqə tez çatır. Bill Qeyts Hər gün 7 saat yatan Bill Qeyts gecə yatmazdan əvvəl mütləq kitab, qəzet və ya məqalə oxuyur. Qəzet və jurnallarla yanaşı milyarder tərc��meyi-hal və fəlsəfə kitablarına da maraq göstərir. Barak Obama Əsl gecə quşu olan Barak Obama bəzən işə saat 02:00-də başlayırmış. Bəzi mənbələrə görə, bu amil onun rahat ola biləcəyi və həqiqətən tək olduğu yeganə fürsətdir. Bülent Ersoy Tək rəqəmlərə qarşı həsas olan türkiyəli primadonna hotellərdə heç vaxt tək rəqəmli otaqlarda qalmır, tək nömrəli maşınlara minmir və tək nömrəli lotereya bileti almırmış. Bülent Ersoya qapı nömrəsi tək rəqəm olan evi pulsuz versələr də, qəbul etməz. Haydi Klum Batil inancı olan digər bir məşhur Haydi Klumdur. Şans gətirdiyinə inandığı və bir kisənin içində gizlətdiyi süd dişini həmişə yanında gəzdirir. Şarlz Teron Səliqə-sahman xəstəsi olan Şarlz Teron isə dağınıq otaqda heç vaxt yatmaz. Eminem Dünya şöhrətli reper Eminem yalnız qaranlıq oataqda yatırmış. Rahat yuxuya gedə bilməsi üçün otağın tamamilə qaranlıq olmasını istəyir. Hətta səfərləri zamanı hoteldə qalacağı otağın bütün pəncərələrinin tamamilə tündləşdirilməsini tələb edir. Seren Serengil İtlərini də getdiyi hər yerə özü ilə aparan Seren Serengil onların yeməklərini çini qablarda verirmiş. Alfred Hiçkok Macəra filmlərinin usta rejissoru olan Alfred Hiçkok yumurtalardan qorxurmuş. Bunun səbəbi isə içindən yumurta deyil, başqa bir şey çıxacağını düşünməsidir. O, müsahibələrinin birində bunları deyib: “Yumurtalardan qorxuram, hətta məni dəhşətə salırlar. O ağ deşiksiz yumurtanı sındırdığınız zaman içindən girdə sarı şey çıxır. Yumurtanın sarısından daha dəhşətli bir şey gördünüzmü?" Cessika Simpson Dostlarının "dovşan" - deyə çağırdığı Cessika Simpsonun bu ləqəbi qazanmasının maraqlı səbəbi var. Belə ki, yerə hər hansı bir əşya düşdükdə Cessika onu ayaq barmaqlarını istifadə edərək qaldırırmış. Stiv Cobs Olduqca qəribə yemək vərdişi olan Stiv Cobs günlərlə eyni yeməyi yeyirdi. Xüsusilə də yerkökü! Hətta o qədər çox yerkökü yeyib ki, dərisi narıncıya yaxın rəng alıb. Onun fəlsəfəsi yediyiniz yemək növünə görə bədən qoxusunu azaltmaq idi. Stefan Kinq Məşhur yazıçı Stefan Kinqin yemək vərdişi də qəribədir. Kinq yazmağa başlamazdan əvvəl mütləq incə bir dilim çizkeyk yeyirmiş. Buna baxmayaraq, ideal çəkisini qoruyub saxlaya bilib. Devid Bekham Yaraşıqlı futbolçu Devid Bekhem obsessiv-kompulsiv pozuntudan (OKP təşviş yaradan sarışan fikirlərin (obsessiyalar) meydana ��ıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (komplulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur) xəstəliyindən əziyyət çəkir. O, müsahibəsində OKP xəstəsi olduğunu etiraf edib: “Hər şeyi yerində və düz saxlamalıyam, yaxud da hamısı iki sıra halında olmalıdır. Əgər əşyaların bir dənəsi belə artıq gələrsə, onu gedib başqa yerə qoyuram. Kameron Diaz OKP olan digər məşhur isə Kameron Diazdır. Gözəl aktrisa qapıları tez-tez əlləri yerinə dirsəkləri ilə açır. Ketrin Zeta-Cons Ketrin Zeta-Cons ağappaq olması üçün dişlərini çiyələkdən xüsusi olaraq hazırlanan diş məcunu ilə yuyur. Keti Perri Keti Peri də dişlərinə qarşı həssasdır. O, getdiyi hər yerə özü ilə 20 diş fırçası aparır və gündə 6 dəfə diş fırçalayır. Odur ki, müğənninin dişlərinin ağappaq olmasının sirri məlumdur. Demi Mur Demi Mur toksinləri təmizlənmək üçün orta əsrlərdə tətbiq edilən bir üsulu istifadə edir. Aktrisa qanəmici zəlilərin sağlamlıq gətirdiyinə inanır. Peris Hilton Batil inancları olan digər bir məşhur isə Peris Hiltondur. O, hər gün saat 11:11-də mütləq arzu tutur. Bundan başqa, göz dəyməməsi üçün taxtaya vurur. Meqan Foks Meqan Foks təyyarə ilə səyahət edəndə mütləq Britni Spirsin mahnılarını dinləyir. Cennifer Eniston Cennifer Eniston isə təyyarəyə hər zaman sağ ayağı ilə girir. Conni Depp Çox böyük gəlincik kolleksiyası olan Depp onlarla oynamaqdan da böyük zövq alır.
0 notes
Photo
“Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onların cəzasını gözlərin bərələ qalacağı günə saxlayır.” (İbrahim, 42) #QanlıYanvar #20Yanvar #Unutma #Unutdurma #GəncMuslim
0 notes
Photo
I Möminin bütün dəyər ölçüləri Qurana əsaslanır. Sevgi də bunlardan biridir. Mömin yalnız Allahı və Allahın sevdiklərini sevir. Allahın və möminlərin düşmənlərinə qarşı isə böyük kin və nifrət hissi bəsləyir. Bu, Allahın Quranda müəyyən etdiyi açıq və qəti hökm olmaqla bərabər əlbəttə ki, səmimi mömin imanının səmimi nəticəsi olaraq başqa cür hərəkət etməz. Bu, möminin duyduğu səmimi imandan irəli gələn hərəkətdir və o bunu sidq-ürəklə edir. İmanının dərəcəsi artdıqca, onun Allaha və möminlərə duyduğu sevgi hissi də artır. Lakin hər şeyə rəğmən bəzən Quran hökmləri, ümumiyyətlə, iman və İslamla yenicə tanış olmağa başlayan insanlarda keçmişdə yaşadıqları yanlış sevgi və dostluq anlayışlarının davam etməsi meyli ola bilər. Əsasən cahillikdən və imanla bağlı baxışların hələ tam olaraq qəlbə həkk edilməməsindən irəli gələn bu hərəkətin nə qədər yanlış olduğu Quranda belə bildirilir: Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də dost tutmayın! Siz onlara sevgi ilə yanaşırsınız. Halbuki onlar sizə gələn haqqı inkar edib Rəbbiniz olan Allaha iman gətirdiyinizə görə Peyğəmbəri və sizi yurdunuzdan çıxartdılar. Mənim yolumda və rizamı istəyərək cihada çıxdığınız halda ürəyinizdə onlara qarşı sevgi bəsləyirsiniz?! Mən sizin gizli saxladıqlarınızı da, aşkar etdiklərinizi də yaxşı bilirəm. Sizdən kim bunu edərsə, o, doğru yoldan azmış olar. (Mumtəhənə surəsi, 1) Ayədəki bu açıq və qəti xəbərdarlıqdan sonra hələ də əvvəlki sevgi anlayışını davam etdirən, Qurana uyğun xarakteri mənimsəməyən bir insanın yarı yolda qalacağı bildirilir. Əgər bu insan azğın ruh halını gizlədib müəyyən maraqları naminə möminlərin arasında özünü təmizə çıxarmağa çalışsa belə, Allah bunu gec-tez ifşa edəcəkdir. Bir ayədə belə bildirilir: Yoxsa Allah sizin içinizdən cihad edib Özündən, Peyğəmbərindən və möminlərdən başqasını dost tutmayanları ortaya çıxarmadan sərbəst buraxılacağınızımı zənn etdiniz?! Allah etdiyiniz əməllərdən xəbərdardır. (Tövbə surəsi, 16) #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #din #sevgi #munafiq #munafik #fasiq #kafir https://www.instagram.com/p/CUwicsesoEF/?utm_medium=tumblr
#quran#ayə#surə#ixlas#islam#iman#əxlaq#hzəli#tövbə#təqva#dinipaylasimlar#hədis#allah#evdəqal#namaz#din#sevgi#munafiq#munafik#fasiq#kafir
1 note
·
View note
Photo
Bir insanın hər hansı bir şəxsə və ya bir varlığa sadiq qalması, bütün həyatını onun istək və razılığı üzərində qura bilməsi yalnız ona güclü və dərin sevgi bəsləməsi ilə mümkün ola bilər. Bir-birlərini saxta sevgi ilə sevən insanlar isə gerçək sədaqəti əsla yaşaya bilməzlər. Amma burada çox önəmli bir məqam var; bu insanlar bir-birlərini sevib bağlansalar da, bu bağlılıqları cahil cəmiyyətin meyarlarına görə formalaşdığı üçün Allahın Quranda bildirdiyi gerçək sədaqət və sevgi duyğusundan yenə də çox uzaqdır. Gerçək sevgi və bağlılıq insanın ancaq Allahın böyüklüyünü və imanı qavraması ilə yaşana bilər. İnsan dərin sevgi və sədaqəti əsas olaraq Rəbbimizə yönəltməlidir. Allaha qarşı bu dərin sevgi və bağlılığı duyan insanlar Onun razı qalacağı əxlaqı yaşayan insanlara qarşı da çox dərin və səmimi sevgi bəsləyirlər. Beləcə, gerçək sevgi də ancaq Allahdan qorxan, Ona qarşı dərin sevgi və hörmət bəsləyən insanlar arasında yaşanır. İnkar edənlərin sevgi anlayışları isə tamamilə dünyəvi dəyərlər üzərində qurulduğu üçün möminlərin yaşadığı dərinlikdən və daimilikdən çox uzaqdır. Möminlərlə inkar edənlərin sevgi anlayışları kimi, sədaqət anlayışları da bir-birindən tamamilə fərqlidir. İnkarçılar Allahın “Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!” (Həcc surəsi, 74) ayəsi ilə açıqladığı kimi, Allahın sonsuz gücünü və ucalığını, Onun insanlar üzərindəki rəhmətini və mərhəmətini lazımınca qavraya bilmədikləri üçün qəlblərini Allaha bağlamazlar. Allaha sevgi və sədaqətlə bağlanmayan insanlar isə nə özləri gerçək mənada sadiq ola bilər, nə də başqaları onlara sadiq olar. Buna görə güclü sədaqət üçün mütləq güclü Allah sevgisinə ehtiyac var. Allaha qarşı dərin sevgi bəsləyən insanlar isə yalnızca möminlərdir. Allah iman gətirənlərin bu xüsusiyyətini Quranda belə xəbər verir: ...İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür... (Bəqərə surəsi, 165) İman gətirənlərin çox sadiq və itaətkar olmalarının bir çox səbəbləri var. Möminlər həyatları boyu qarşılaşdıqları hər hadisədə Allahın yardımını, qorumasını və rəhmətini görə bilən insanlardır. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #sevgi https://www.instagram.com/p/CMFV8TjhUo9/?igshid=v5xd0s5na9o1
1 note
·
View note
Photo
I Müsəlman, onu danışdıranın Allah olduğunu bilir və yalnız Onun razılığını qazanmağa çalışaraq danışar. Hər an olduğu kimi, həmçinin danışarkən də insanların deyil, Allahın hüzurunda olduğunu düşünür. Danışığının ancaq Onun diləməsi ilə təsirli olacağını dərk edir. Sözlərinin təsirli və hikmətli olması üçün Allaha dua edir. Bu səmimiyyətinə görə Allah o insanın vicdanına ən gözəl və ən uyğun sözləri ilham edir. Buna görə də vicdanının səsini dinləyən hər kəs nəyə diqqət yetirməli, nəyin ön plana çıxarılmalı və ya deyilməməli olduğunu, hansı üslubun səhv, hansı izahatın təsirli olacağını asanlıqla tapır. Hikmətli danışa bilməyin insanın zəkası, mədəniyyəti, təhsili ilə heç bir əlaqəsi yoxdur. Bəzi insanlar bu xüsusiyyəti diqqət verərək əldə edə biləcəklərini güman edirlər. Buna görə də danışığının ədəbi dil normalarına və ya kitablardan oxuduğu bədii təsvirlərə uyğun olmasına diqqət edirlər. Uzun və qeyri-adi cümlələr qurduqda və ya terminlərdən istifadə etdikdə danışığının çox təsirli və xoşa gələn olduğuna inanırlar. Halbuki bunlar insana hikmətli danışıq qabiliyyəti qazandırmır. Çünki hikmət ancaq imanla, Allah qorxusundan qaynaqlanan səmimiyyətlə və təslimiyyətlə qazanılan xüsusiyyətdir. Quranın, “(Allah) istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir...” (Bəqərə surəsi, 269) ayəsi ilə hikmətin əhəmiyyətinə və insanlar üçün böyük nemət olduğuna diqqət çəkilir. Həqiqətən də hikmət verilmiş insan Allahın diləməsi ilə din əxlaqını ən gözəl şəkildə yaşayır və Allahın razı qalacağı söhbətlər edə bilir. İnsanlara Quran əxlaqını açıq-aydın və asan izah edərək xeyirlərə vəsilə olur. Belə insanla ünsiyyətdə olanlar da bu insanın hikmətli izahları vəsiləsi ilə hadisələrin görə bilmədikləri tərəflərini görür və gözəl əxlaqa yönəlirlər. #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #hikmətlisözlər https://www.instagram.com/p/ChSgMRZsT4p/?igshid=NGJjMDIxMWI=
0 notes