#işləyib
Explore tagged Tumblr posts
Text
Gələcəyini düşünüb 18 yaşında işləyib yorulmaq deyil, bu yaşların bir daha gəlməyəcəyini bilmək anı yaşaya bilməmək ağır gəlir insana
46 notes
·
View notes
Text
“ Lənət olsun, bütöv bir nəsil ya benzin doldurur, ya ofisiantlıq edir, ya da ki bəyaz yaxalı kölə olub. Reklamlara görə maşın və paltar arxasınca qaçıb, nifrət etdiyimiz işlərdə işləyib, gərəksiz şeylər alırıq. Bizlər tarixin ortancıl uşaqlarıyıq. Bir məqsədimiz ya da yerimiz yoxdur. Nə böyük savaş yaşadıq, nə də böyük böhran. Bizim savaşımız mənəvi bir savaşdır. Ən böyük böhranımız isə həyatlarımızdır...”
© Fight Club 🎬
41 notes
·
View notes
Text
Dünən qrup yoldaşımın xınasına gedirdim atam aparacaqdı, evdən çıxanda səni yanıma yaraşdırmıram səninlə adam çölə çıxmaz deyib məni aparmadı. Mən də özüm getdim. Yəni hər şeyi özüm edə bilərəm, lazım gələr unini dondurub özüm işləyib özümü idarə də edərəm. Bir qıza atası belə deyirsə, camaatın oğlu Allah bilir nələr edər. Eyni şeyi mən desəydim, uje evdən atmışdılar hər dəfə üzümə vurardılar sözümü. Amma onun dediyi şeyi heç kim umursamadı. Bir yerdə uje vazgeçmişdim getməyəcəkdim ama yaxınım idi deyə + atama inad olsun deyə getdim. Nolsun ki, yol boyu ağlayıb özümü pox gününə salmışdım əsas odu ki, o görmədi bunu. Ümumiyyətlə eyni evdə qalsaq da bir qram haqqımda heçnə bilmirlər, nəyə pis olmuşam, nələrə görə ağlamışam. Sonra da bizim qızımızın heçnəyi yoxdu, o çox yaxşıdı. "Onsuz bütün gün telefondasan da nə problemin olacaq sənin, telefondan vaxt var ki nəsə də edəsən" oysa telefon sayəsində çox şeydən qaçıram, başımı qatmağa düşünməməyə çalışıram, bəlkə elə unudaram, xatırlamaram. Buranı da gündəlik kimi istifadə edirəm 😔
37 notes
·
View notes
Text
sizcə master oxumaq? miqə hazırlaşmaq? ieltsə hazırlaşmaq? dövlət qulluğuna hazırlaşmaq? ixtisas dəyişmək? erasmus qazanıb xaricə getmək? bunları etmək üçün işləyib pul yığmaq? yoxsa vəsiyyətnamə yazıb halva seçmək?
40 notes
·
View notes
Text
Həyatımın ən marağlı yaşındayam, ama mən 12 saat işləyib günün geri qalanını yatıram..
23 notes
·
View notes
Text
Həyatımın ən marağlı yaşındayam, ama mən 12 saat işləyib günün geri qalanını yatıram..
18 notes
·
View notes
Text
iki işdə işləyib birdə imtahana hazırlaşmaq+ kəsrlərində olması yük olur insana
21 notes
·
View notes
Text
BismillâhirRəhmânirRəhîm
/ سْــــــــــــــــــمِ اﷲِالرَّحْمَنِاارَّحِيم
___________YA RABB"İM
Sen Ki Göz Verdin
Hakkı Görenlerden Eyle...
____________YA RABB"İM
Sen Ki Dil Verdin
Seni Zikr Edenlerden Eyle...
____________YA RABB"İM
Sen Ki kulak Verdin
Doğrunu Duyanlardan Eyle...
____________YA RABB"İM
Sen Ki kalp Verdin
Aşkın la Yananlardan Eyle..
____________YA RABB"İM
Sen Ki Peygamber Verdin
Sünnetine Uyğun Olanlardan Eyle...
____________YA RABB"İM
Sen Ki Cenneti Vəd Etdin
Gözəl Emeller İşləyib GireBilənlerden Eyle...
____________YA RABB"İM
Bizləri
Sana Layık Kul Olmayi Nesib Eyle..
Amin...Amin..Amin..
SEVGİ VƏ DUALARIMLA
12 notes
·
View notes
Text
Gün boyu işləyib 5 dəqiqə fasilədə belə sizə yazırsa, gecə evə gəldikdə çox yorğun olduğu halda yatmayıb sadəcə sizinlə danışmaq istəyirsə, doğru insanı tapmısınız deməkdir.
41 notes
·
View notes
Text
Turançılıq məfkurəsinin böyük siması, üçrəngli bayrağımızın ideya müəllifi Görkəmli ictimai xadim, pedaqoq, həkim, jurnalist, yazıçı-publisist, rəssam, musiqişünas Əli bəy Hüseynzadədir
Əlibəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyan şəhərində anadan olub.
O, Qafqaz Şeyxülislamı Axund Əhməd Hüseynzadənin nəvəsidir.
Tiflisdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində altısinifli məktəbdə (1870-1875), birinci şəhər gimnaziyasında (1875-1883) oxuyub, Peterburq Universitetinin Fizika-riyaziyyat (1885-1889), İstanbul Universitetinin Hərbi tibb (1890-1895) fakültələrində ali təhsil alıb.
Əmək fəaliyyətinə 1897-ci ildə İstanbulda Heydərpaşa xəstəxanasında həkim olaraq başlayıb, 1900-cü ildən İstanbul Universitetində Dəri-zöhrəvi xəstəlikləri kafedrasında professor köməkçisi (dosent) vəzifəsində çalışıb.
Eyni zamanda bu illərdə bədii və elmi yaradıcılıqla da məşğul olub. Hələ təhsil illərində Peterburqda tələbə siyasi dərnəklərində fəallıq göstərib, İstanbul Universitetində oxuyarkən isə tələbə yoldaşları ilə Osmanlı sultanı Əbdülhəmid rejiminə qarşı məşhur “İttihad və tərəqqi” partiyasının yaradılmasında iştirak edib.
Siyasi fəaliyyətinə görə sultan xəfiyyələri tərəfindən təqib edilən
Əli bəy 1903-cü ildə Bakıya köçməyə məcbur olur.
Xarici ölkədə təhsil aldığına görə Rusiya ərazisində həkim işləməsinə icazə verilmədiyindən Əli bəy Hüseynzadə jurnalistika sahəsində çalışır, “Kaspi” və “Bakı” qəzetlərində yazılarla çıxış edir.
Əli bəy Hüseynzadənin çoxşaxəli fəaliyyətinin təməlində turançılıq məfkurəsi dururdu.
O, türk xalqlarının milli birliyi, milli dövlətçilik ideyasını ilk dəfə irəli sürüb, onun elmi-nəzəri əsaslarını işləyib hazırlamışdır.
1905-ci il inqilabından sonra türkçülük məramnaməsini “Həyat” qəzetində, “Füyuzat” jurnalında dərc etdiyi “Türkçülük kimdir və kimlərdən ibarətdir?”, “Yazımız, dilimiz”, “Türk dilinin vəzifeyi-mədəniyyəti” və digər məqalələrində geniş surətdə şərh edib.
Eylər dili Çin səddinədək hökmünü icra,
Bir ucudur Altay bu yerin, bir ucu səhra.
misralarında O, türk dilinin yayıldığı geniş əraziləri göstərib.
Bu xüsusda Əli bəy Hüseynzadənin redaktorluğu ilə nəşr olunan (1906-cı il noyabın 1-dən) “Füyuzat” (ərəbcədən «gerçəyi dərk etmək» mənasını verir) jurnalının maarifçilik missiyasını, ictimai-siyasi və ədəbi fikir tariximizdə rolunu xüsusi qeyd etmək lazımdır.
Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə nəşr olunan jurnalda Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və digər qabaqcıl ziyalılar çıxış edirdilər.
1907-ci ildə “Füyuzat” jurnalı bağlandıqdan sonra Əli bəy Hüseynzadə pedaqoji fəaliyyət göstərib, Bakıda “Səadət” məktəbinin müdiri olub, “Tərəqqi” və “Həqiqət” qəzetlərində çalışıb, məşhur “Siyasəti-fürusət” əsərini hissə-hissə nəşr etdirib.
Türkiyədə Sultan Əbdülhəmid taxtdan salındıqdan sonra inqilabçı yoldaşları olan gənc türklərin dəvətilə 1910-cu ildə Türkiyəyə gedib, İstanbul Universitetində professor vəzifəsində pedaqoji fəaliyyətini davam etdirib.
Məhəmməd Əmin Rəsulzadə ilə “Türk ocağı” dərnəyində çalışıb, I Dünya müharibəsi (1914-1918) illərində “Turan” türk birliyinin tərkibində Qərbi Avropa dövlətlərinə gedərək, türkçülük təbliğatı aparıb. Görkəmli türkoloq alim kimi,
1916-cı ildə Berlində “Türk qövmləri konqresi”ndə, 1926-cı ildə Bakıda türkoloji qurultayda iştirak edib.
Ə.Hüseynzadə geniş yaradıcılıq diapazonuna malik mütəfəkkir alim və yazıçıdır.
O, müxtəlif elm sahələrində çalışıb, tibbə, fəlsəfəyə, tarixə, siyasətə, sosiologiyaya, ədəbiyyatşünaslığa dair zəngin irs yaradıb.
Onun geniş ədəbi-publisistik və elmi irsi Azərbaycan milli təfəkkürünün böyük nailiyyətidir.
Əli bəy Hüseynzadə çoxsahəli fəaliyyəti ilə Azərbaycan ədəbi-elmi fikir tarixində M.F.Axundovun ardınca yeni mərhələnin əsasını qoyub, “füyuzatçı”lar adlı orijinal ədəbi-fəlsəfi məktəb yaradıb. Onun əsərlərində təbliğ etdiyi «türkçülük, çağdaşlıq və islamiyyət» fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.
XIX əsrin sonu - XX əsrin əvvəllərində türk-müsəlman dünyasının yetirdiyi nadir siyasi və ədəbi simalarından biri olan
Əli bəy Hüseynzadə 1940-cı il martın 17-də İstanbulda vəfat edib.
2 notes
·
View notes
Text
Həyatında olan kişinin təkcə sənə nə verdiyinə deyil, ilk öncə səndən nə aldığına baxmalısan. Öz eqosu oxşansın deyə qadını qurban edən kişinin yanında ömür boyu gözü yaşlı qadın gəzir. Qadınını xoşbəxt edən kişinin yanında isə gözləri gülən qadın gəzir. Çünki uğurlu qadındır. Bir şeyə səy etdikdə qanadları qırılmayıb, bacarıqları kiçik görülməyib, addım atdıqda qarşısı kəsilməyib. Oxumaq istədiyi üçün oxuyub, işləmək istədiyi üçün işləyib, özünə iş qurmaq istədikdə iş qurub. O qadının yanında qürurlu kişi dayanır. O ailə sağlam köklər üzərində dayanıb sağlam da övladlar yetişdirir.
Seçdiyin kişinin səndən nə aldığını özün üçün, sabahın üçün sorğula.
7 notes
·
View notes
Text
Ünsiyyət qura bilmirəm deyə heç yerdə yer edinə bilmirəm. Heç vaxt sağlam münasibətlər qura bilmirəm amma kimsə də "Niyə?" demir. Səbəbini bilmir, bilmədən yarğılayır. Başa düşürəm əslində hər birini, heç kim istəməz danışmayan, yazmayan, axtarmayan birini. Amma bunlara səbəb bunları bacarmamağımdır. Bacara bilmirəm. Alınmır. Bəzən çox istəyirəm hər kəs kimi olum amma olmur. Buna da uşaqlıqdan içinə qapanıq, hər problemini özü həll edən, danışa biləcək bir ətrafımın olmamasıdır. Mən bu şəkildə böyütmüşəm özümü. Necə dəyişim? Artıq hər şey keçib, dəyişməyim mümkün deyil. Xarakterimə işləyib bunlar. Mən buyam artıq. Bunu istəmirəm olaraq başa düşüb hər kəs bir bir uzaqlaşır məndən. 2 ildir hər şey o qədər gözəl idi ki, düşünə bilməyəcəyim qədər mükkəmməl idi. Amma yenə mən mənlə qaldım. Yenə hər kəsi, hər şeyimi itirdim. Məni bağışlayın amma mən dəyişə bilmirəm.
8 notes
·
View notes
Text
bəzən deyirəm ki, valideynlərimə çox yük oluram, perevod etdim deyə səhərdən axşama kimi unidə oluram və part time işlərdə işləyə bilmirəm. Buna görə heç vaxt pul istəməyə üzüm gəlmir deyə bilmirəm ki, qızlarla gəzməyə gedəcəm falan. Həmişə ləğv etmişəm görüşmək şeylərini. Bufet üçün pulum qutaranda demirəm pulum olmadığını, həftəni bir təhər yola verirəm ki, gələn həftə onsuz verəcəklər. + ödənişli unidə oxuduğuma görə dilim qısadı, indi qardaşım da ödənişliyə qəbul oldu. Ama o ən azından özü işləyib, idarə edəcək deyə düşünürəm. Bəzən də deyirəm ki, məni dünyaya gətirəndə məndən soruşmamışdılar bu olacaq şeyləri, özləri də nəzərə almalı idilər. Sonra da deyirəm ki, bu onların da ilk yaşamıdı, onlar da nəylə qarşılaşacaqlarını bilmirdilər. Nəysə e gedim yatım, keçər
11 notes
·
View notes
Note
Bir dostum yadıma düşdü o da jurnalistika oxuyurdu . İndi gəldiyi nöktə yaxşıdı müəyyən izləyici kütləsi var . Yaxşı kanallarda işləyib .
Lap yaxşı, sağ əli mənim başıma :D Tanıyırıq?
11 notes
·
View notes
Text
Yazıram:
15.04.2023.
0:06
Elmira:
Hə,indi tək qalmışam. Sevdiklərimin hamısını itirmişəm,hər iki valideynimi də. Bacım qardaşım isə çoxdan unudublar məni. Amma onlardan qalan xatirələr isə məni çox incidir. Çarəsizəm acizəm. Sadəcə işləyib,özümü bir təhər dolandırıb"yaşayıram".Həə birdə məni yalandan sevənlər də var, Ümid verib gedənlərdə. Hamınız bir gün elədiklərinizi çekəcəksiniz,bundan əmin olun. İndi tək dostum bura və yazdığlarımdı. Yazmaq məncə ən sadiq dostdu.Çünki heç vaxt getmir nədə səni unutmur) Dəftər dəftər yazıram əsla yorulmuram. Bir gün öləndə heçkimi marağlandırmayacaq o dəftərlər, o yazılar amma vaz keçmirəm. Tək qalıram təklik bəzən çox yaxşıdı bəzəndə çox pis...
Qorxuram çünki şərəfsiz çoxdu. Amma bacardığım qədər güclüyəm.
Hə,burda çoxdan tandığım insanlar var bəlkədə onlar məni unudub ama olsun.)
Bura yenidən qayıtmaq əladı, yaxşıki varsız.
Bir sözüm var mənim "Yalan dünyanın yalançıları" Hə çalışın sizdə o yalançılardan olmayın...
°√
7 notes
·
View notes