#ingilislər
Explore tagged Tumblr posts
1muradxan · 11 months ago
Text
İngilislər Çəkdiyim fotoları RB'ləyir Allahım neden xoşbextim🕺🦦
8 notes · View notes
metbuat · 2 years ago
Text
Konte VAR-a qarşı çıxdı:
Konte VAR-a qarşı çıxdı:
Premyer Liqanın 5-ci turunda səfərdə “Vest Hem”lə 1:1 bərabərə qalan “Tottenhem”in baş məşqçisi Antonio Konte matçdan sonra ingilis hakimləri sərt tənqid edib. Metbuat.org xəbər verir ki, 11-ci dəqiqədə hakim Piter Benks əllə oyuna görə “Tottenhem”in lehinə penalti təyin etsə də, VAR-ın müdaxiləsindən sonra qərarı ləğv olunub. Konte VAR hakimlərinin müdaxiləsi ilə razılaşmayıb: “Məşqçilər və…
Tumblr media
View On WordPress
0 notes
goyushov · 6 years ago
Text
Deyir ki, həm Kenya, həm də Uqanda ekvator xətti boyu yerləşdiyi üçün hər iki ölkədə ilboyu günəş saat səhər 6-da çıxaraq, axşam 6-da qürub edir. Belə bir unikal xüsusiyyət tarix boyu bu ölkələrdə maraqlı bir adətin yaranmasına səbəb olub. Belə ki ölkələrin xalqları saatı demək üçün aydınlıq və qaranlıq anlayışlarından istifadə ediblər. Məsələn səhər saat 7 əvəzinə 1, (saa moja və ya aydınlığın bir saatı.) 11 əvəzinə 5 deyiblər. (saa tano və ya aydınlığın 5 saatı) (moja 1, tano 5 deməkdi Suaxili dilində.) Axşam saatları da uyğun olaraq belə adlandırılıb.
Son dövrlər məndə də buna bənzər bir xüsusiyyət əmələ gəlib. Saat 11-də kimsə saatı soruşanda "yemək yediyimin üçüncü saatı" və ya "nahara 2 saat qalıb" filan demək istəyirəm. O dəfə saat 5-də kimsə saatı soruşanda istədim deyim ki, ingilislər bu vaxtı qəşəng çay içirlər.
Məsələn bu dəqiqə saat neçədi desəniz, "Utah-də obed vaxtı"dı və ya səhər yeməyinə 8 saat qalıb deyərəm.
34 notes · View notes
aliibrahimovofficial · 3 years ago
Photo
Tumblr media
29 may 29-cu Osmanlı və 116-cı İslam xəlifəsi Əbdülməcid Əfəndinin doğum günüdür. Allah Sultanımıza rəhmət etsin inşallah. Atası Sultan Əbdüləziz, anası Heyranıdil Qadındır. 29 may 1868-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atasının 1876-cı ildə taxtdan endirilməsindən sonra ikinci məşrutiyyətə qədər sarayda qapalı bir həyat yaşadı. Bu əsnada əcnəbi dillər öyrəndi. İncəsənətə, xüsusilə də rəsmə marağı vardı. Əmisinin oğlu Mehmed Vahidəddinin 4 iyul 1918-ci ildə taxta çıxmasıyla vəliəhd elan olundu. Birinci Dünya müharibəsindən sonra İstanbulun işğalı illərində Sultan Vahidəddinin bəzi hərəkətlərini açıqca tənqid etməyə başladı. O illərdə işğalçılara qarşı mübarizə aparan milli ordunun lehinə bəyanatlar verirdi. Hətta bir müddət sonra Ankaraya getmək istəsə də, azadlıq hərəkatının başında Osmanlı sülaləsindən birinin olmasını istəməyən ingilislər onu nəzarət altına aldılar. TBMM 1 noyabr 1922-ci ildə 431 saylı iki maddədən ibarət bir qanunla səltənət və xilafəti bir-birindən ayıraraq səltənəti ləğv etdi. Beləliklə, Osmanlı sülaləsinə qarşı ilk addım atıldı. Həmin qanunun ikinci maddəsində xəlifəliyin Osmanlı ailəsinə məxsus olduğu, TBMM tərəfindən bu ünvanın Osmanlı ailəsindən ən layiqli şəxsə veriləcəyi qeyd edildi. Ancaq 3 noyabrda baş tutan cümə salamlığına Sultan Vahidəddinin həm padşah, həm də xəlifə olaraq qatılması vəziyyəti gərginləşdirdi. Nəhayət, Sultan Vahidəddin 16 noyabrda “vətən xaini” elan edildi və həmin gecə ingilis zirehli gəmisiylə ölkəni tərk etdi. Bu hadisədən sonra xəlifəliyin boş qaldığını elan edən TBMM 19 noyabrda Əbdülməcid Əfəndini xəlifə seçdi. “Xəlifeyi-müslimin” ünvanıyla 24 noyabr günü Topqapı sarayındakı Hırka-ı Şərif otağında keçirilən mərasimlə xəlifə elan olundu. Bu mərasimə TBMM-nin təmsilçisi olaraq Rüfət Paşa və Xoca Müfid Əfəndi də qatılmışdı. İlk dəfə ərəbcə deyil, türkcə dua edildi. Fateh məscidində yeni xəlifənın adına Xoca Müfid Əfəndi tərəfindən ilk dəfə türkcə xütbə oxundu. Yeni xəlifə İslam aləminə bir bəyannamə nəşr etdirərək onu seçən məclisə təşəkkür etdi. Səltənətsiz bir xilafətin necə idarə olunacağı bilinmədiyi üçün o illərdə güclü müxalif qüvvələr yarandı. Cumhuriyyətin elanına qədərki dövrdə, xəlifənin ölk https://www.instagram.com/p/CeIfttGtH1w/?igshid=NGJjMDIxMWI=
0 notes
nergizcamal · 5 years ago
Text
Mən heç vaxt öyünməyi sevmədim.Özünü öyən və bəyənən insanları da hər zaman kənarımda saxladım.Sahib olduğum hər nə varsa,heç birinin qalıcı olmadığını dərk etdiyim üçün onlarla öyünmədim...
Di gəl ki:
Dünənə qədər-"Gələjəm" deyən;2 eşşəyə arpa bölə bilməyən;Kənddən başqa bir yer görməyən-ADAMlar
Bugün-"CƏM,CÜM" edir;Olmayan 2qramlıq savadıyla "dahiyanə" fikirlər sərgiləyir;Dünya ölkələrindən xəbər verir...Amma,başa düşmürlər ki,bu onları gülünc hala salır.Hər xarici dil bilən insan savadlı deyil(Necə ki:Bütün ingilislər öz dillərini bildiklərinə görə alim sayılmırlar)Doğulduğunuz yeri və ailəni biz seçmirik.Onları sevməyi öyrənin.Bildiklərinizi sərgiləməkçün canfəşanlıq etməyin...Sizdən:CAHİLİ alim edən olmaz,Uzağı ALİMİ cahil edərsiz...#Nərgiz Camal
0 notes
hafizakhmedov · 6 years ago
Text
EKSKLÜZİV MÜSAHİBƏ⚽️ 🏆🇦🇿Azərbaycanın əfsanəvi futbol hakimi, 1966-cı ildə keçirilən Dünya Çempionatının finalında verdiyi qərarla tarixə düşən Tofiq Bəhramovun oğlu Bəhram Bəhramov və nəvəsi Tofiq Bəhramov suallarımızı cavablandırıblar: “Çelsi” “Arsenalı” 2-1 məğlub edəcək”. “Bakı sülh şəhəridir. Burada ingilislər üçün heç bir təhlükə ola bilməz”. “Bakı həmişə sakit şəhər olub. İngilislər narahat olmasınlar, Bakıda onlar üçün heç bir təhkükə ola bilməz. Çünki Azərbaycan indiyə qədər bir çox mötəbər oyunlara, müsabiqələrə ev sahibliyi edib:Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, Formula 1 üzrə Azərbaycan Qran-Prisi. Bakı dünyanın ən təhlükəsiz şəhərdir. Hamı bunu yaxşı bilir. Yəqin ki, Azərbaycanı istəmiyən adamlar belə məlumatlar yayırlar. Final oyunu da çox sakit keçəcək....."🇦🇿#TofiqBəhramov #BəhramBəhramov #TofiqBahramov #England #Azerbaijan #Arsenal #Chelsea #final #bakuolympicstadium #May29 #ArsenalChelsea #UEFA #HafizTimes #HafizAhmadov #Football #Match #Baku #English #interview #Peace #Azərbaycan https://hafiztimes.com/celsi-qalib-g%C9%99l%C9%99c%C9%99k-tofiq-b%C9%99hramov-ingilisl%C9%99r-baki-ucun-narahat-olmasinlar-ekskluziv/
0 notes
hafiztimes-com · 6 years ago
Text
EKSKLÜZİV MÜSAHİBƏ⚽️ 🏆🇦🇿Azərbaycanın əfsanəvi futbol hakimi, 1966-cı ildə keçirilən Dünya Çempionatının finalında verdiyi qərarla tarixə düşən Tofiq Bəhramovun oğlu Bəhram Bəhramov və nəvəsi Tofiq Bəhramov suallarımızı cavablandırıblar: “Çelsi” “Arsenalı” 2-1 məğlub edəcək”. “Bakı sülh şəhəridir. Burada ingilislər üçün heç bir təhlükə ola bilməz”. “Bakı həmişə sakit şəhər olub. İngilislər narahat olmasınlar, Bakıda onlar üçün heç bir təhkükə ola bilməz. Çünki Azərbaycan indiyə qədər bir çox mötəbər oyunlara, müsabiqələrə ev sahibliyi edib:Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, Formula 1 üzrə Azərbaycan Qran-Prisi. Bakı dünyanın ən təhlükəsiz şəhərdir. Hamı bunu yaxşı bilir. Yəqin ki, Azərbaycanı istəmiyən adamlar belə məlumatlar yayırlar. Final oyunu da çox sakit keçəcək....."🇦🇿#TofiqBəhramov #BəhramBəhramov #TofiqBahramov #England #Azerbaijan #Arsenal #Chelsea #final #bakuolympicstadium #May29 #ArsenalChelsea #UEFA #HafizTimes #HafizAhmadov #Football #Match #Baku #English #interview #Peace #Azərbaycan https://hafiztimes.com/celsi-qalib-g%C9%99l%C9%99c%C9%99k-tofiq-b%C9%99hramov-ingilisl%C9%99r-baki-ucun-narahat-olmasinlar-ekskluziv/
0 notes
bilinmeyen-heqiqetler · 6 years ago
Video
Darvinin Türklərə qarşı apardığı sözdə elmi təbliğatlardan sonra Avropalılar və İngilislər arasında Türklərlə bağlı yayılan fikirlərin qısa xülasəsi belə idi; "Türklər sarı irqdəndir. Köçəri və zalım bir güruhdur. Hər cür dəyişikliyə və inkişafa düşməndirlər." (Qaynaq; Enver Ziya Karal, Osmanlı Tarihi, 8-ci Cild, 3-cu nesr., Ankara: Türk Tarih Kurumu Basımevi, 1988, seh. 552) #instagram #aztagram #instamoment #instalik #instagood #instagrammers #igers #vsoco #vsocam #vsocoazerbaijan #science #like4like #like4follow #yaradilis #god #creation #Allahvar #elm #gozelmovzular #din #islam #tekamul #Repost #tbt #follow #baku #azerbaycan #baki #darvin https://www.instagram.com/p/BuRhwTCATzN/?utm_source=ig_tumblr_share&igshid=1lp3sqfrngb3r
0 notes
listeliyi · 8 years ago
Link
via Bəşəriyyəti öz zəkası ilə heyrətləndirən 10 GƏNC DAHİ http://ift.tt/eA8V8J . Gənc yaşlarında bəşəriyyəti heyrətləndirmiş 10 dahini təqdim edir. Motsart Klassik musiqinin dahilərindən biri. 35 illik ömrünə 626 əsər sığdırmışdır. 15 yaşından operaları ilə hər kəsin qəlbində taxt qurmuşdur. Artur Rembo 37 il yaşayıb. Qısa həyatı kasıblıqla keçib. Cəmi 3 il şeir yazıb. 20 yaşından sonra səyahətlərə çıxıb. Dünya bu 3 illik yaradıcılığına görə ona hər zaman minnətdardır. Evaris Qalua Müasir cəbrin və qrup nəzəriyyəsinin banisidir. Özü də bu kəşfi gənc yaşlarında edib. Qaluanın qrup nəzəriyyəsi müasir kvant mexanikasında, kristalloqrafiyada və təbiətşünaslıqda öz tətbiqlərini tapmışdır. Son yüzillikdə riyaziyyatın bütün sahələrində Qaluanın ideyaları bu və ya digər şəkildə tətbiqini tapmışdır. 20 yaşında dueldə öldürülüb. Nikolay Dobrolyubov 25 yaşında gözlərini əbədiyyən yumub. Bu qısa ömürdə rus nəsrinin ən parlaq simalarından biri olmağı bacarıb. Tənqiddə, poeziyada qələmini sınayıb. İvan Qonçarovun "Oblamov" romanı haqqında yazdığı təhlil yazısı əsərin özü qədər məşhurdur. Mixail Lermontov "Zəmanəmizin qəhrəmanı" kimi mükəmməl bir romanın müəllifi. Böyük rus şairi. 26 yaşında dueldə öldürüldü. Geriyə onun hər kəsin könlündə taxt quracaq əsərləri qaldı. Otto Veyninger Avstiraya filosofu. 23 yaşında vəfat edib. "Cins və xarakter" adlı məşhur kitabı 22 yaşında yazmışdır. Şah İsmayıl Xətai Yəqin ki, heç kim onun qədər şanslı olmayacaq. 15 yaşında imperiya qurub özünü şah elan etmək hər adamın qismətinə düşmür. Albert Eynşteyn Düzdü, çox yaşayıb. 76 yaşında vəfat edib. Ancaq dünyaya səs salan Nisbilik nəzəriyyəsini 26 yaşında ortaya çıxarıb. Janna Dark Cəmi 19 illik həyat... Uşaqlıq illəri Fransa və İngiltərənin 100 illik müharibəsinə təsadüf etmişdi. 16 yaşından ingilislərə qarşı vuruşub. 19 yaşında ingilislər tərəfindən əsir götürülüb və diri-diri yandırılıb. Şellinq Klassik alman fəlsəfəsində obyektiv idealizmin görkəmli nümayəndələrindən biridir. 79 il ömür sürsə də, əsas əsərlərindən sayılan "Transsendental idealizm sistemi"ni 25 yaşında yazıb. Silviya Plat 30 illik bir ömür. 8 yaşında ilk şeirini yazıb. Həyatı boyu manik depressiyadan əziyyət çəkib. İntihara cəhd etdiyi üçün ruhi xəstəxanaya yerləşdirilib. Sonra evlənir, ərinin qısqanclıqları onun həyatını zəhərə çevirir. 1963-cü ildə ikinci mərtəbədə yatan uşaqlarına süd və şirniyyat qoyduqdan sonra başını sobaya soxaraq intihar edib. Geriyə onun bir-birindən gözəl əsərləri qaldı. BONUS Mark Zukerberg 20 yaşında Facebook kimi nəhəng sosial şəbəkə yaratmaq ağlasığmazdır. 32 yaşındadır və hələ də dünyanı heyrətləndirməkdə davam edir...
0 notes
aliibrahimovofficial · 3 years ago
Photo
Tumblr media
18 mart Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət etsin inşallah! ✊🇦🇿🇹🇷 Çanaqqala Birinci Dünya müharibəsi zamanı, yəni, 1915-1916-ci illərdə Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşüdür. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu almaq məqsədilə boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına girmiş, ancaq hücumları müvəffəqiyyətsiz olmuş və iki tərəf də çox ağır itkilər vermişdir. 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək olan dövrdə baş verən bu döyüşün Türkiyə tarixi üçün çox böyük əhəmiyyəti var. Osmanlı dövlətinə məxsus boğazlar strateji baxımdan Antanta dövlətləri üçün ən əlverişli şans sayılırdı. Boğazları tutmaqla onların məqsədi Almaniya ilə Osmanlı Türkiyəsini bir-birindən təcrid etmək və İstanbulu ələ keçirməklə Osmanlı Türkiyəsinin Qara dənizdə hökmranlığına birdəfəlik son qoymaq idi. İstanbulu ələ keçirməyin ən real qapısı olan Çanaqqala boğazının təhlükəsizliyi hələ 1914-ci ilin avqustundan nəzarətə götürülmüşdü. 1914-cü il noyabrın 3-də ingilis və fransız qüvvələri boğazın ağzına doğru yaxınlaşdılar. İngilislər Seddülbahir və Ərtoğrul qalalarını, fransızlar da Anadolu yaxtasında Qumqala və Orhaniyə qalalarını topa tutdular. İngilis sualtı qayıqları dekabrın 2-də boğaza girdi və 750 metr irəlidə yerləşən “Mesudiye” zirehli gəmisinə mərmi ataraq gəmini batırdı. Bu iddialarla İngiltərə 1915-ci il yanvarın 28-də Osmanlı dövləti ilə döyüş qərarı verdi və bu qərara Fransa da qoşuldu. Fevralın 19-da düşmən döyüş gəmiləri amansız bombardmanla xeyli irəlilədi. Martın 18-də ingilis-fransız gəmiləri şiddətli atəşə başladılar. Mecidiyye və Hamidiyy�� istehkamları ardıcıl atəşə tutuldu. Dünyanın böyük bir ərazisini ədalətlə idarə edən Osmanlı dövlətinin tənəzzülündən yararlanmağa çalışan Avropa dövlətlərinin məqsədi Türkiyəni İstanbuldan vurub çıxarmaq, ümumilikdə Anadolu ərazisini türk etnonimindən təmizləmək idi. Lakin azlıqda və çətinlikdə qalmasına baxmayaraq türk xalqı bu döyüşdən alnıaçıq və şərəflə çıxa bildi. Daha doğru https://www.instagram.com/p/CbOmcdyKWmj/?utm_medium=tumblr
0 notes
aliibrahimovofficial · 3 years ago
Photo
Tumblr media
Sovet ordusunda xidmət edən, ancaq bir gün təyyarə ilə İrana qaçan azərbaycanlı pilot Məmməd Altunbay. O, 1911-ci ildə Gəncədə (o zaman Yelizavetpol) anadan olub. Orta məktəbi bitirdikdən sonra Odessa hərbi aviasiya məktəbində təhsil alıb. 1933-cü ildən qırmızı orduda xidmət etməyə başlayıb. SSRİ-nin müxtəlif yerlərində olub, sonra yenə Azərbaycana göndərilib. SSRİ-də repressiyaların tüğyan etdiyi bir zamanda iki yoldaşı ilə birlikdə təyyarə ilə birlikdə Türkiyəyə uçmaq qərarına gəlirlər. Planı 1939-cu ildə həyata keçirmək mümkün olur. Sovet-İran sərhədini keçərkən təyyarə atəşə tutulur. Xəsarət və ya başqa səbəbdənmi, İranda eniş etməli olurlar. Burada onlar 9 ay həbsxanada saxlanılırlar. İran hökuməti pilotların Türkiyəyə getmək istəyi və sovet hökumətinin pilotları təhvil vermək tələbi arasında götür-qoy edir. Nəhayət, bir türk diplomatının köməyi ilə həbsdən qaça bilirlər. Bu zaman onun yoldaşlarından biri həlak olur. Deyilənlərə görə, cənubdakı kommunistlər qətlə yetirir. Səkkiz həftə sürən sərgərdanlıqdan sonra Məmməd və bir yoldaşı Bağdada yetişirlər. Amma burada da macəra bitmir. Onların alman casusu olmasından şübhələnən ingilislər tərəfindən həbs olunurlar və hətta güllələnmə təhlükəsinə məruz qalırlar. Onları xilas edən yenə də Türkiyə səfiri olur. Nəhayət, 1941-ci ildə Türkiyəyə yetişir. Burada yenidən imtahan verən Mehmet Altınbay pilotluq lisenziyası əldə edir və 1960-cı ilə kimi aviasiya sahəsində çalışır. 1960-63-cü illərdə Münhendə yaşayır və “Azadlıq”radiosu ilə əməkdaşlır edir. O, Türkiyədə Məlahət Tiftikçizadə ilə ailə qurur, onların Oqtay adlı oğulları olur. 1967-ci ildə Mehmet Altunbayın həyatından bəhs edən “501 numaralı hücre” adlı film çəkilir. Baş rolu Cüneyt Gökçer ifa edir. Rejissor işi zəif olduğundan film yaxşı alınmır. Mehmet Altunbay 1987-ci il dekabrın 27də İstanbulda vəfat edir. 1989-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyi tərəfindən “Hürriyətə uçan türk” adlı xatirələri çap olundu. https://www.instagram.com/p/Cao2cDkA39I/?utm_medium=tumblr
1 note · View note
aliibrahimovofficial · 4 years ago
Photo
Tumblr media
29 may 29-cu Osmanlı və 116-cı İslam xəlifəsi Əbdülməcid Əfəndinin doğum günüdür. Allah Sultanımıza rəhmət etsin inşallah. Atası Sultan Əbdüləziz, anası Heyranıdil Qadındır. 29 may 1868-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atasının 1876-cı ildə taxtdan endirilməsindən sonra ikinci məşrutiyyətə qədər sarayda qapalı bir həyat yaşadı. Bu əsnada əcnəbi dillər öyrəndi. İncəsənətə, xüsusilə də rəsmə marağı vardı. Əmisinin oğlu Mehmed Vahidəddinin 4 iyul 1918-ci ildə taxta çıxmasıyla vəliəhd elan olundu. Birinci Dünya müharibəsindən sonra İstanbulun işğalı illərində Sultan Vahidəddinin bəzi hərəkətlərini açıqca tənqid etməyə başladı. O illərdə işğalçılara qarşı mübarizə aparan milli ordunun lehinə bəyanatlar verirdi. Hətta bir müddət sonra Ankaraya getmək istəsə də, azadlıq hərəkatının başında Osmanlı sülaləsindən birinin olmasını istəməyən ingilislər onu nəzarət altına aldılar. TBMM 1 noyabr 1922-ci ildə 431 saylı iki maddədən ibarət bir qanunla səltənət və xilafəti bir-birindən ayıraraq səltənəti ləğv etdi. Beləliklə, Osmanlı sülaləsinə qarşı ilk addım atıldı. Həmin qanunun ikinci maddəsində xəlifəliyin Osmanlı ailəsinə məxsus olduğu, TBMM tərəfindən bu ünvanın Osmanlı ailəsindən ən layiqli şəxsə veriləcəyi qeyd edildi. Ancaq 3 noyabrda baş tutan cümə salamlığına Sultan Vahidəddinin həm padşah, həm də xəlifə olaraq qatılması vəziyyəti gərginləşdirdi. Nəhayət, Sultan Vahidəddin 16 noyabrda “vətən xaini” elan edildi və həmin gecə ingilis zirehli gəmisiylə ölkəni tərk etdi. Bu hadisədən sonra xəlifəliyin boş qaldığını elan edən TBMM 19 noyabrda Əbdülməcid Əfəndini xəlifə seçdi. “Xəlifeyi-müslimin” ünvanıyla 24 noyabr günü Topqapı sarayındakı Hırka-ı Şərif otağında keçirilən mərasimlə xəlifə elan olundu. Bu mərasimə TBMM-nin təmsilçisi olaraq Rüfət Paşa və Xoca Müfid Əfəndi də qatılmışdı. İlk dəfə ərəbcə deyil, türkcə dua edildi. Fateh məscidində yeni xəlifənın adına Xoca Müfid Əfəndi tərəfindən ilk dəfə türkcə xütbə oxundu. Yeni xəlifə İslam aləminə bir bəyannamə nəşr etdirərək onu seçən məclisə təşəkkür etdi. Səltənətsiz bir xilafətin necə idarə olunacağı bilinmədiyi üçün o illərdə güclü müxalif qüvvələr yarandı. Cumhuriyyətin elanına qədərki dövrdə, xəlifənin ölk https://www.instagram.com/p/CPdcEmWhrva/?utm_medium=tumblr
0 notes
aliibrahimovofficial · 4 years ago
Photo
Tumblr media
18 mart Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilmişdir. Hüquqşünas: Əli İbrahimov Çanaqqala Birinci Dünya müharibəsi zamanı, yəni, 1915-1916-ci illərdə Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşüdür. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu almaq məqsədilə boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına girmiş, ancaq hücumları müvəffəqiyyətsiz olmuş və iki tərəf də çox ağır itkilər vermişdir. 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək olan dövrdə baş verən bu döyüşün Türkiyə tarixi üçün çox böyük əhəmiyyəti var. Osmanlı dövlətinə məxsus boğazlar strateji baxımdan Antanta dövlətləri üçün ən əlverişli şans sayılırdı. Boğazları tutmaqla onların məqsədi Almaniya ilə Osmanlı Türkiyəsini bir-birindən təcrid etmək və İstanbulu ələ keçirməklə Osmanlı Türkiyəsinin Qara dənizdə hökmranlığına birdəfəlik son qoymaq idi. İstanbulu ələ keçirməyin ən real qapısı olan Çanaqqala boğazının təhlükəsizliyi hələ 1914-ci ilin avqustundan nəzarətə götürülmüşdü. 1914-cü il noyabrın 3-də ingilis və fransız qüvvələri boğazın ağzına doğru yaxınlaşdılar. İngilislər Seddülbahir və Ərtoğrul qalalarını, fransızlar da Anadolu yaxtasında Qumqala və Orhaniyə qalalarını topa tutdular. İngilis sualtı qayıqları dekabrın 2-də boğaza girdi və 750 metr irəlidə yerləşən “Mesudiye” zirehli gəmisinə mərmi ataraq gəmini batırdı. Bu iddialarla İngiltərə 1915-ci il yanvarın 28-də Osmanlı dövləti ilə döyüş qərarı verdi və bu qərara Fransa da qoşuldu. Fevralın 19-da düşmən döyüş gəmiləri amansız bombardmanla xeyli irəlilədi. Martın 18-də ingilis-fransız gəmiləri şiddətli atəşə başladılar. Mecidiyye və Hamidiyyə istehkamları ardıcıl atəşə tutuldu. Dünyanın böyük bir ərazisini ədalətlə idarə edən Osmanlı dövlətinin tənəzzülündən yararlanmağa çalışan Avropa dövlətlərinin məqsədi Türkiyəni İstanbuldan vurub çıxarmaq, ümumilikdə Anadolu ərazisini türk etnonimindən təmizləmək idi. Lakin azlıqda və çətinlikdə qalmasına baxmayaraq türk xalqı bu döyüşdən alnıaçıq və şərəflə çıxa bildi. Daha doğrusu xeyli əraziləri əldən getmiş O https://www.instagram.com/p/CMi9xciBLiN/?igshid=94csdutkyq9x
0 notes
aliibrahimovofficial · 4 years ago
Photo
Tumblr media
1 dekabr 1920 - Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilmişdir. Zəngəzur — Ermənistanın cənub hissəsini və Azərbaycan ərazilərinin kiçik bir hissəsini əhatə edən tarixi mahal. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri) Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk, 91 kürd və 81 erməni kəndi var idi. İşğalın başlanğıcı Zəngəzur Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon yerli əhali öldürülüb. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silindi. 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirildi. Mudros müqaviləsi əsasında osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər AXC tərkibində yaradılan Qarabağ general-qubernatorluğunu tanıdılar və Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Zəngəzur qəzası da bura daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərilməsini qərara aldı. Dəstə oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndindən Zəngəzura doğru hərəkətə başladı. Dığ kəndinin erməni silahlı qüvvələrindən təmizlənməsi həm Qarabağa aparan strateji yolu, həm də bölgəni nəzarət altında saxlamaq üçün böyük əhəmiyyət daşıyırdı. Dığ istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, onu əldə saxlamaq mümkün olmadı. Zəngəzurun Ermənistana “bağışlanması” 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etdi. 1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar https://www.instagram.com/p/CIPeY3CBiBT/?igshid=17eb7q7by6kmj
0 notes
aliibrahimovofficial · 5 years ago
Photo
Tumblr media
18 mart Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilmişdir. Hüquqşünas: Əli İbrahimov Çanaqqala Birinci Dünya müharibəsi zamanı, yəni, 1915-1916-ci illərdə Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşüdür. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu almaq məqsədilə boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına girmiş, ancaq hücumları müvəffəqiyyətsiz olmuş və iki tərəf də çox ağır itkilər vermişdir. 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək olan dövrdə baş verən bu döyüşün Türkiyə tarixi üçün çox böyük əhəmiyyəti var. Osmanlı dövlətinə məxsus boğazlar strateji baxımdan Antanta dövlətləri üçün ən əlverişli şans sayılırdı. Boğazları tutmaqla onların məqsədi Almaniya ilə Osmanlı Türkiyəsini bir-birindən təcrid etmək və İstanbulu ələ keçirməklə Osmanlı Türkiyəsinin Qara dənizdə hökmranlığına birdəfəlik son qoymaq idi. İstanbulu ələ keçirməyin ən real qapısı olan Çanaqqala boğazının təhlükəsizliyi hələ 1914-ci ilin avqustundan nəzarətə götürülmüşdü. 1914-cü il noyabrın 3-də ingilis və fransız qüvvələri boğazın ağzına doğru yaxınlaşdılar. İngilislər Seddülbahir və Ərtoğrul qalalarını, fransızlar da Anadolu yaxtasında Qumqala və Orhaniyə qalalarını topa tutdular. İngilis sualtı qayıqları dekabrın 2-də boğaza girdi və 750 metr irəlidə yerləşən “Mesudiye” zirehli gəmisinə mərmi ataraq gəmini batırdı. Bu iddialarla İngiltərə 1915-ci il yanvarın 28-də Osmanlı dövləti ilə döyüş qərarı verdi və bu qərara Fransa da qoşuldu. Fevralın 19-da düşmən döyüş gəmiləri amansız bombardmanla xeyli irəlilədi. Martın 18-də ingilis-fransız gəmiləri şiddətli atəşə başladılar. Mecidiyye və Hamidiyyə istehkamları ardıcıl atəşə tutuldu. Dünyanın böyük bir ərazisini ədalətlə idarə edən Osmanlı dövlətinin tənəzzülündən yararlanmağa çalışan Avropa dövlətlərinin məqsədi Türkiyəni İstanbuldan vurub çıxarmaq, ümumilikdə Anadolu ərazisini türk etnonimindən təmizləmək idi. Lakin azlıqda və çətinlikdə qalmasına baxmayaraq türk xalqı bu döyüşdən alnıaçıq və şərəflə çıxa bildi. Daha doğrusu xeyli əraziləri əldən getmiş O https://www.instagram.com/p/B93f1DgD-l9/?igshid=xvgnt3lmvo6r
0 notes
listeliyi · 8 years ago
Link
via İrəvan və Zəngəzur Azərbaycana qaytarıla bilər - Müqavilə QÜVVƏSİNİ İTİRİB http://ift.tt/eA8V8J Beynəlxalq platforma olan saytında başladılan “Zəngəzuru Azərbaycana qaytarın” adlı petisiyaya səsvermə davam edir. Petisiyada tarixi Azərbaycan torpağı olan Zəngəzurun da azad olunması, azərbaycanlı qaçqınların Dağlıq Qarabağ və digər rayonlarla yanaşı, bu bölgəyə də qayıdışının təmin olunması tələb olunur. “Daşnaksütyunun diktatorluğu dönəmində (1918-1920) qeyri-erməni əhalisinə qarşı qanunsuzluqlar baş verirdi. Daşnaksütyunun “fikri” erməni torpaqlarında yaşayan azərbaycanlıları və kürdləri məhv edərək ölkəni “erməniləşdirməkdi”. İki il yarımlıq hökmranlıqları dövründə daşnaksütyun Ermənistanda yaşayan azərbaycanlıları öldürüb yağmalayaraq, kənd və qəsəbələrə od vurub yandırdılar. 1918-1919-cu illərdə daşnak hökuməti “dövlətin tələblərini yerinə yetirmədilər” bəhanəsi ilə azərbaycanlı və kürd kəndlərinin insanlarını bombaladı (həmçinin erməni kəndlərini də bombaladı). 1920-ci ildə isə ermənilər fəhlə və kəndlilərinin may qiyamının yatırdılmasından sonra daşnaksütyun “müsəlmanlar bizim düşmənimizdir” şüarı altında azərbaycanlı və kürd kəndlərini bombalayaraq sadə insanları məhv etdi.” (A.A.Lalayan, “Kontrrevolyutsionnaya rol partii daşnaksutyun”, istoriçeskie Zapiski, N. 2, s. 101, 1928.) Ermənilərin özləri də azərbaycanlılara qarşı soyqırımını etiraf edirlər. T.Haçikoğlyanın Sovet Ermənistanı Qızıl Ordu atıcı diviziyasının 10-cu il dönümü münasibətli ilə Qızıl Ordu tərəfindən nəşr edilən kitabçasında belə deyilir: “Şərəfsiz daşnak “cümhuriyyəti”nin qısa dövründə Azərbaycan, Gürcüstan və Türkiyə ilə aparılan döyüşlərdə daşnakların qanlı əlləri ilə minlərlə türkü məhv etdikləri, kəndlərini yandırıb külə çevirdikləri Zəngəzur, Şərur, Dərələyəz, Meğri, Ağbaba, Zəngibasar, Böyük Vedidəki türk kəndlərində yaşanan vəhşiliklər, qətliamlar, soyğunçuluqlar hələ də yaddaşlardan silinməyib. Əsgərlərdə yaltaqlıq, keyfiyyətsizlik, çalıb-çapmaq, başqasının hesabına yaşama, günahsız və çarəsiz insanları öldürmə psixologiyası kök atmışdı. (T.Haçikoğlyan, 10 let Armyanskoy Streklovoy Divizii, s. 4-6, iz datelstvo Polit Uprav. KKA, Tiflis, 1930). “Daşnaksütyun” partiyasının təhdidləri də dolayısı ilə soyqırımı faktlarını təsdiq edir. Partiyanın orqanı olan “Orizon” qəzetində 1912-ci ildə nəşr edilən məqalədə deyilir: “Türk dövlətinin səlahiyyətliləri və iqtidar sahibləri bilsinlər ki, nə bir türk, nə də bir Türk dövləti bundan sonra erməni üçün heç bir dəyər daşımır. Varlıqlarını qorumaq üçün başqa yollar düşünsünlər...” (“Orizon” N-196, 1912-ci il. Yazan K.N.Karamyan, Polojenie Zapadnıy Armyan, “Armyanskiy Vopros”i Mejdunarodnaya Diplomatiya v Poslednıy Çetverti XIX veka i naçala XX veka, s. 81, Yerevanski qosudardtennıy universitet, Erivan, 1972.) Bu soyqırımının nəticəsi olaraq ermənilər Zəngəzuru, İrəvanı və digər tarixi Azərbaycan torpaqlarını işğal etdilər. Zəngəzurun ermənilərə verilməsi Erməni soyqırımı nəticəsində təkcə Zəngəzur mahalında 115 müsəlman kəndi yer üzündən silindi, yarım milyon insan həlak oldu. Bu ərazilər Osmanlı İmperiyası ilə bağlanan müqaviləyə görə, fevral inqilabından sonra yaranan Ermənistan Demokratik Respublikası ərazisinə daxil deyildi. Lakin müqaviləni tanımayan Andraniz Ozanyan bölgəni işğal etdi və qətliamlar törətdi. Mudros müqaviləsi əsasında Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər AXC tərkibində yaradılan Qarabağ general-qubernatorluğunu tanıdılar və Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Zəngəzur qəzası da bura daxil idi. Andranik bölgəni tərk etsə də Dronun qoşunları ərazinin bir hissəsini öz nəzarəti altında saxlaya bildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərilməsini qərara aldı. Bu məqsədlə hərbi nazirlik 1919-cu il oktyabr ayının 30-da xüsusi Zəngəzur dəstəsi yaratdı. Dəstənin rəhbəri 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlınski idi. Dəstə oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndindən Zəngəzura doğru hərəkətə başladı. Müxtəlif istiqamətlərlə hərəkət edən birinci, habelə sağ və sol dəstələr Dığ yaşayış məntəqəsinə doğru irəliləməli idilər. Dığın erməni silahlı qüvvələrindən təmizlənməsi həm Qarabağa aparan strateji yolu, həm də bölgəni nəzarət altında saxlamaq üçün böyük əhəmiyy��t daşıyırdı. Dəstənin rəisi Şıxlınskinin əmrinə əsasən, 1-ci dəstə noyabrın 3-də hücuma başlamalı, dəstənin piyada bölmələri 2 ədəd topla Sultanlar kəndi, suvari bölmələri isə Sadınlar kəndi istiqamətində irəliləməli və orada döyüşqabağı mövqe tutmalı idi. Hücum zamanı dəstənin sağdan mühafizəsi Sultan bəy Sultanovun rəhbərliyi ilə yerli partizanlara tapşırıldı. Dığ istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, onu əldə saxlamaq mümkün olmadı. 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi. 1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu. Lakin bölgədə daşnaklar fəaliyyətini dayandırmadılar. 1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərəlyəzdə, İrəvanda, Vedidə - indiki Ermənistan adlanan torpaqlarda Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib. Prezident İlham Əliyev də bildirib ki, nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. “XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər. Bizim bağlılığımız, təbii ki, gündən-günə güclənir. Amma coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq... Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur”. İrəvanın verilməsi Bu gün ermənilərin özlərinə paytaxt etdikləri İrəvanın 1918-ci ilin 11 may-4 iyun tarixlərində imzalanan Batum müqaviləsinə əsasən onlara verildiyi tarixi faktdır. AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bu barədə yazır: “Batum danışıqlarının lap başlanğıcındaca məlum oldu ki, həqiqətən də, Osmanlı Türkiyəsi “erməni təhlükəsini” özündən uzaqlaşdırmaq üçün gələcək erməni dövlətinin Azərbaycan ərazisində yaradılması siyasətini yeridir. Bununla bağlı olaraq, Batum konfransında aparılan danışıqların gedişi barədə danışıqlarda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Nəsib bəy Usubbəyov Zaqafqaziya seyminin sabiq üzvlərinin 27 may 1918-ci il tarixli fövqəladə iclasında məlumat verdi. Batumdan yenicə qayıdan Nəsib bəy Usubbəyov fövqəladə iclas iştirakçılarına bildirdi ki, “Türkiyə nümayəndə heyətinin fikrinə görə Zaqafqaziyanın tərəqqisi üçün ən başlıca təminat Zaqafqaziya xalqlarının həmrəyliyi və birliyidir ki, buna nail olmaq üçün Azərbaycan tərəfi ermənilərə müəyyən qədər ərazi güzəştə getməlidir”. Onu da qeyd etmək lazımdır ki, Türkiyənin hakim siyasi dairələrində Cənubi Qafqazda erməni dövləti yaradılması məsələsində fikir ayrılığı vardı. Sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövləti yaradılmasının əleyhinəydilər və bu məsələdə “çibanı kökündən təmizləmək” tərəfdarı idilər. Bu mümkün olmadıqda “Ermənistanın çox zəif və yaşaya bilməyəcək bir dövlət şəklində təşəkkül etməsini” təklif edirdilər. Lakin, Tələt paşa və Ənvər paşadan fərqli olaraq, Batum danışıqlarında Türkiyə nümayəndə heyətinə başçılıq edən Dövlət Şurasının sədri və Ədliyyə naziri Xəlil bəy Menteşə və Osmanlı Orduları Qafqaz Cəbhəsinin komandanı Ferik Mehmed Vehib paşa Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına ermənilərə dövlət yaratmaq tərəfdarı idilər. Onlar güman edirdilər ki, bununla ermənilər həm Anadoludan uzaqlaşdırılacaq, həm Türkiyə-erməni münasibətləri biryolluq nizama salınacaq, həm də “erməni məsələsi” ilə bağlı Türkiyəyə qarşı beynəlxalq qınağa son qoyulacaqdır. Yeri gəlmişkən, Azərbaycan tərəfi də Tələt paşa və Ənvər paşanın “çibanı kökündən təmizləmək” siyasətinin əleyhinə idi və “kiçik bir erməni kantonunun” yaradılmasını təklif edirdi. Belə bir təkliflə Batumda danışıqlar aparan Azərbaycan nümayəndələri M.H.Hacınski və M.Ə.Rəsulzadə hələ 1918-ci il mayın 23-də Ənvər Paşaya xüsusi müraciətnamə göndərmişdilər. Azərbaycan tərəfi belə bir təkliflə çıxış edərkən inanırdı ki, bu güzəşt müqabilində, yəni ermənilərə Azərbaycan torpaqları hesabına “kiçik bir kanton” yaradılacağı halda ermənilərin Türkiyə ərazilərindən Azərbaycan torpaqlarına, o cümlədən Bakıya axınının qarşısı alınacaq, ermənilər Azərbaycan xalqına qarşı soyqırımılarını dayandıracaqlar və bir daha ölkəmizə qarşı ərazi iddiaları irəli sürməyəcəklər. Azərbaycan tərəfi güman edirdi ki, bu addım, həm də, böyük dövlətlər tərəfindən rəğbətlə qarşılanacaqdır”. Bütün bunların qarşılığında ermənilər üzərlərinə öhdəliklər götürmüşdü. 1. Ermənilərlə müsəlmanlar arasında düşmənçilik aradan qaldırılacaq və erməni tərəfi Stepan Şaumyanla əlaqəyə girib Bakının müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcək, bununla azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaqdır. Erməni tərəfinin üzərinə götürdüyü bu öhdəlik Osmanlı imperiyası ilə yenicə yaradılmış Ermənistan Respublikası arasında 1918-ci il iyunun 4-də Batumda bağlanmış "Sülh və Dostluq" müqaviləsində təsbit olundu. Batum müqaviləsinin 11-ci maddəsinə əsasən Ermənistan Respublikası hökuməti erməni silahlı qüvvələrinin ən tez bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyini öhdəsinə götürdü. 2. Erməni tərəfi öhdəsinə götürdü ki, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınlar dayandırılacaqdır. 3. Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürdü. 4. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər. 5. Bundan başqa, İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər. Lakin İrəvanı və digər əraziləri alandan sonra ermənilər öhdəliklərindən imtina etdilər və Azərbaycan torpaqlarının işğalı prosesini davam etdirdilər. 1918-ci il mayın 29-da 9 min kvadrat kilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti sonradan digər ərazilərin işğalına başladı: 1920-ci ilin dekabrından başlayaraq 10 il ərzində Moskvanın birbaşa köməyi ilə Zəngəzur qəzasından 405.000 desyatin (4414,5 km2), Qazax qəzasından 535096 desyatin (5832,82 km2) , Naxçıvan MSSR-dən 657 km2, Cəbrayıl qəzasından Nüvədi, Eynəzir və Tuğut kəndlərini əhatə edən Azərbaycan torpaqları Ermənistan ərazisinə qatıldı. Sovet rejiminin sonrakı illərində də Ermənistan ərazisi Azərbaycan torpaqları hesabına daha da genişləndirildi və 29,743 km2-ə çatdırıldı. Y. Mahmudov qeyd edir ki, ermənilər məqsədlərinə nail olduqdan sonra üzərilərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozdu, işğalçılıq siyasətini davam etdirdilər: “Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itiribdir. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır”.
0 notes