#həqiqətdir
Explore tagged Tumblr posts
evezysf · 6 months ago
Text
Bu da bir həqiqətdir ki, bir sabah oyandığımızda o şəxs ya həyatınızda olmayacaq ya da həyatda. Özümüz də daxil olmaqla.
48 notes · View notes
miss-ays · 2 months ago
Text
Əvvəl bir şeylərin bitməsi fəlakət kimi gəlirdi. Niyə deyə düşünərək yeyib bitirirdim özümü. İndi isə qurtuluşmuş kimi gəlir. " İstəsəydin bitməzdi, demək lazım deyilmiş " deyirəm özümə. Ya həqiqətdir , ya da təsəlli.. 🤷🏻‍♀️
13 notes · View notes
jacob77 · 1 year ago
Text
Qəzadan bəri Loren bir şeyi dəqiq anlamışdı:çox az adam ötən günün fərqindədir və ona dəyər verir.Beləcə,Loren Artura sözlərinin mənasını izah elədi.
- Əgər həyatın bir ilinin nə demək olduğunu anlamaq istəyirsənsə,bu sualı ilin sonunda imtahandan kəsilən tələbəyə ver.Həyatın bir ayını uşağını vaxtından əvvəl doğan və onu qucağına ala bilmək üçün inkubatordan çıxmasını gözləyən anadan soruş.Həyatın bir həftəsini ailəsinə çörək pulu qazanmaq üçün zavodda və ya şaxtada işləyən fəhlədən soruş.Həyatın bir gününü bir-birilə görüşəcək sevgililərdən soruş.Həyatın bir saatını liftdə qalmış klaus trofobiyadan əziyyət çəkən adamdan soruş. Həyatın bir anını maşın qəzasından salamat qurtarmış adamdan və ya bütün həyatını qızıl medal qazanmaq üçün idmanla məşğul olmuş ,ancaq olimpiada yarışları zamanı gümüş medal qazanmış idmançıdan soruş.Həyat özü bir sehrdir.Artur,mən bilirəm nə deyirəm,çünki qəzaya düşdüyümdən bəri hər anın dəyərini bilirəm.
Odur ki,səndən xahiş edirəm,gəl bizim olan bu dəqiqələri boşa xərcləməyək..
"Marc Levy Bəlkə də bu,həqiqətdir "
16 notes · View notes
aysafhar · 2 years ago
Text
Gerçəklik, cinsiyyətsiz həqiqətdir.
21 notes · View notes
arcieree · 1 year ago
Text
İmkanımız olsa əllərimizi uzadıb keçmiş günlərimizi möhkəmcə qucaqlayarıq.Yanlış anlamayın.Hansısa yarım qalmış sevgi münasibətindən bəhs etmirəm.Uşaqlığımızdan, xatirələrdən danışıram.Yemək süfrəsində doyunca güldüyümüz günləri deyirəm.Xatırladıqca darıxdığımız, darıxdıqca qəhərləndiyimiz qayğısız günlərimiz. Darıxırıq amma nə faydası?Bəli həyat tez tələsik bizi böyüdüb atdı dünyanın nabələd olduğumuz küçələrinə.Çiynimizə də yüklədi ağır həyat yüklərini.Ara bir dönüb həsrət ilə baxırsan ötüb keçən o günlərə. Acıda olsa həqiqətdir ki, uşaqlığımız və məsumiyyətimiz çıxdı əlmizdən.Yaşayırıq adı altında həyatın qayğıları içində itib batırığ.İnsanlar ilə münasibət bağları bərbad.Gülüşlər isə qeyri səmimi… 🥀
15 notes · View notes
aysdeluna · 1 year ago
Text
İlk yalandan sonra bütün həqiqətlər şübhəlidir. İkinci yalandan sonra bütün şübhələr həqiqətdir.
(c)
18 notes · View notes
huseynkarimli · 10 months ago
Note
Sevgi sənin üçün nədi?
Sevgi, şəhvətdir!
Acı həqiqətdir!
Sevgi, saatın neçə olduğunu bilə-bilə heç kimi və heç nəyi vecə almamaqdır!
Sevgi, tanıdığımızı hesab etdiyimiz insanda hər görüşdə yeni xasiyyətlər kəşf etməkdir!
Sevgi, gecələri səhərədək gözləməkdir!
Sevgi, ən zəif nöqtəmiz, ən güclu yerimizdir!
Deyim ki, sevgi, qəbul edə bilmə gücünü hiss etməkdir!Sevgi, səbrdir!
Hər toxunuşda ayaqdan başa qədər barmaqların xoşbəxt səyahətidir!
Sevgi, səni sevirəm demədən sevmekdir!
Gel, sevişək demədən sevişməkdir!
Sevgi, qarşındakını hiss etmək ve baxışlarından nə dediyini duymaqdır!
Sevgi, qorumaqdır, mesuliyyetdir, incəlikdir
3 notes · View notes
azraasblog · 2 years ago
Text
Təsəvvür edə bilməzsiniz, heç kimlə danışmamaq, tamamilə görünməz olmaq və kiminsə həyatında artıq mövcud olmamaq nə deməkdir. Bunun səbəbini bilmirəm... ancaq heç bitməməyini diləyirəm, sizinlə saatlarla danışa bilərəm. Danışmağa o qədər ehtiyacım var ki. Daha ehtiyatda yüzlərlə sözüm var.
Bəlkə də Bu, Həqiqətdir, Marc Levy
12 notes · View notes
gunayagamali · 1 month ago
Text
Tumblr media
"Qız övladlarını özlərinə yük hesab edən valideynlərə Azərbaycan qanunvericiliyi çərçivəsində güzəşt edilməməlidir" - DEPUTAT
Hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nikahlardır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa, həmçinin 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyaya görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Bu gün təəssüf ki, bu gün bəzi valideynlər maddi vəziyyətin aşağı olmasını bəhanə edərək qızlarını təhsildən yayındırıb, erkən yaşda nikah qurmağa məcbur edirlər.
Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib ki, toxunulan mövzu aktual olmaqla yanaşı, təəssüf ki, həm də acı həqiqətdir:
"Hesab edirəm ki, maddi durumu əsas gətirib qız övladlarını təhsildən kənarda saxlayan valideynlər haqlı deyillər. Sual meydana çıxır: qızlarını erkən nigaha məcbur edən valideynlər bəs cehiz almaq üçün maliyyə vəsaitini necə tapırlar? Yəni burada məntiq yoxdur, yanaşma da kökündən yalnışdır. Zənn edirəm ki, maariflənmə işini gücləndirməliyik. Qız övladlarını özlərinə yük hesab edən bu tip valideynlərə Azərbaycan qanunvericiliyi çərçivəsində güzəşt edilməməli, eyni zamanda ən müxtəlif platformalarda bu cür hallara qarşı təsirli tədbirləri həyata keçirməliyik. Əlbətdə ki, öz imkanları çərçivəsində bu qeyri-insani hərəkətlərə qarşı prinsipial mövqe tutmalı və öz töhfəsini verməlidir.
Olduqca ibrətamiz bir məsələni xatırlatmaq istərdim. 1901 - ci ildə Zeynəlabdin Tağıyevin təşəbbüsü ilə Qızlar məktəbi yaradıldı. Zeynəlabdin Tağıyevdən məktəbin yaranmasının səb��bini soruşduqda o, çox tutarlı cavab verib: "Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə". Bu həqiqətən də belədir".
Uşaqların tərbiyəsi ilə məşğul olmaqda daha çox yük anaların üzərinə düşür. Unutmayaq ki, fidanlarımızın həm tərbiyəsi, həm də təhsilinin ağırlığı anaların üzərinə düşür. Valideynlər bütün bu meyarları nəzərə alaraq qız övladlarını təhsildən yayınmasına imkan verməməli və erkən nigaha imkan verməməli, və gələcəyin övladlarını yüksək səviyyədə formalaşdıracaq qızlarının qayğısına qalmalıdırlar".
"Sonxeber.az" saytı
30 Oktyabr 2024-cü il
1 note · View note
shahinelected · 4 months ago
Text
🇦🇿 Bu həqiqətdir, yoxsa yalan? Bu barədə nə düşünürsünüz?
🇺🇸 Is this true or false? What do you think about it?
🇷🇺 Это реальность, или обман? Что вы об этом думаете?
🇹🇷 Bu gerçek mi, yoksa yalan mı? Bu konuda ne düşünüyorsunuz?
#shahinelected #paranormal #paranormalactivity #паранормальное #мистика #мистическиеистории #mistik #mystic #mistika
1 note · View note
m1eman · 6 months ago
Text
Amma bu da həqiqətdir ki,mən hələ heçkəsi səni sevdiyim kimi sevməmişəm.
0 notes
samidgarayev · 11 months ago
Text
Qəzadan bəri Loren bir şeyi dəqiq anlamışdı: çox az adam ötən günün fərqindədir və ona dəyər verir. Beləcə, Loren Artura sözlərinin mənasını izah elədi.
- Əgər həyatın bir ilinin nə demək olduğunu anlamaq istəyirsənsə, bu sualı ilin sonunda imtahandan kəsilən tələbəyə ver. Həyatın bir ayını uşağını vaxtından əvvəl doğan və onu qucağına ala bilmək üçün inkubatordan çıxmasını gözləyən anadan soruş. Həyatın bir həftəsini ailəsinə çörək pulu qazanmaq üçün zavodda və ya şaxtada işləyən fəhlədən soruş. Həyatın bir gününü bir-birilə görüşəcək sevgililərdən soruş. Həyatın bir saatını liftdə qalmış klaustrofobiyadan əziyyət çəkən adamdan soruş. Həyatın bir anını maşın qəzasından salamat qurtarmış adamdan və ya bütün həyatını qızıl medal qazanmaq üçün idmanla məşğul olmuş, ancaq olimpiada yarışları zamanı gümüş medal qazanmış idmançıdan soruş. Həyat özü bir sehrdir. Artur, mən bilirəm nə deyirəm, çünki qəzaya düşdüyümdən bəri hər anın dəyərini bilirəm.
Odur ki, səndən xahiş edirəm, gəl bizim olan bu dəqiqələri boşa xərcləməyək…
"Marc Levy Bəlkə də bu, həqiqətdir"
0 notes
famn1s · 1 year ago
Text
Dünənin xəyalları bugünün gerçəyidir...
Bugünün xəyalları isə sabahın həqiqətdir...
0 notes
jacob77 · 2 years ago
Text
Çox güman ki, siz də indiyə qədər ən az bir dəfə də olsun öz "Bürc"ünüzlə maraqlanmış və ya gündəlik qoroskop paylaşımlarına diqqət yetirmisiniz. Təbii ki , buna skeptik yanaşanlar da olub. Amma,heyrət içərisində "Bu necə mümkün ola bilər,axı bu qədər dəqiqliklə mənə aid məlumatları necə müəyyən edirlər?!" düşünənlər də yetəri qədərdir . Qoroskop digər adla, "Horoscope" Astronomiyada rast gəldiyimiz əksər sözlər kimi Latın dilindən alınmadır və "Horo" (saat) " Scope" görünüş sözlərindən ibarət olub "Saatlıq görünüş " mənasına gəlir. Qoroskop'un digər növü ilə bağlı məlumatların hesablanması 3 əsas faktordan aslıdır : Doğum tarixi,zamanı və məkanı. Bu tip xarakteristikalar ümumi olmadığına görə, bir növ , hər bir fərd spesifikləşmiş "informasiya"ya malik olur və hətta bunun barmaq izi qədər spesifik olduğunu iddia edənlər də az deyil. Məlum məsələdir ki , bu tip informasiyaların heç bir elmi əsası yoxdur . Bəs bu necə mümkün olur? Necə ola bilər ki , bir insan barəsində verilən məlumat bu qədər doğru olsun ?! Deməli elm adamları bunu izah edə bilmir? 😦 O zaman onların " Mif" adlandırdıqları əksər qavramlar həqiqətdir?! - Əlbəttə YOX! Niyə?
Professor B.Forer (amerikan psixoloqu ( 1914-2000) ) 1949-cu ildə öz şagirdləri arasında test etməyi qərara alır. O, şagirdlərinə absurd suallardan ibarət test verir və bunu şəxsiyyət testi (personality test) adlandırır. Həmçinin iddia edir ki , verilən cavablara uygun hər şagirdə öz'ləri barədə individual xarakteristikalarını bildirəcək. Şagirdlər də professor dediyi kimi suallara cavab verir. Bir müddət sonra Forer bütün şagirdlərə eyni xarakteristikalar olan vərəqlər paylayır ,həmçinin onlara bunun sırf onların verdiyi cavablara uygun hazırlandığını və burada neçə xüsusiyyətin onlara uygun olduğunu qeyd etməklərini tapşırır. Dərsin sonunda bütün cavabların uyğunluğu 1 və 5 aralığında olan şkala üzrə qiymətləndirilir. Nəticə inanılmaz idi ! Ortalama 4.35 nəticə alınmışdı. Təcrübənin maraqlı və gülünc tərəfi onda idi ki, professor verdiyi vərəqlərdə olan məlumatlar hansısa qoroskop jurnalından kopyalanmışdı və üstünlük təşkil edən ifadələr təxminən belə idi : " Sən özünü tənqid etməyə meyillisən " , "Digər insanların səni sevməsi və sənə heyran olmasına ehtiyacın var" , "Sən bunu kəşf etmisən ki, digərlərinə qarşı çox səmimi olmaq ağılsızlıqdır" və s.
Əslində Forer'in keçirdiyi təcrübə P. T. Barnum'un ( amerikan şoumeni) adı ilə bağlı olan (çünki Barnum bu effektin təsirlərindən istifadə edib insanlara onlar barədə məlumatlarını hiss edə bildiyini deyirdi ) fenomen idi. Bəs nədir bu Barnum effekti ? Bu effektin məğzi bundan ibarətdir ki, insanlar arzusunda olduqları iddiaları qəbul edir ,nəinki təcrübəyə əsaslanan , həqiqi olan digərlərini. Başqa sözlə desək, sənin beynin nəyi istəyirsə ,arzulayırsa ona da inanır.Və biz hər birimiz "heç bir zaman istifadə etmədiyimiz gücümüzün olduğuna " qətiyyətlə inanırıq .
Təəssüf ki, bu psixoloji fenomen-effekt əvvəlki dövrlərdən fərqli olaraq təkcə astrologiyada deyil, marketing , reklam sahəsində də geniş istifadə olunur və alıcı hansısa bir məhsulun sırf onun üçün istehsal edildiyini, alan şəxsin daha üstün olduğuna görə bu məhsulu almalı olduğu inandırılır. Təbii ki, bu alıcının xoşuna gəlir və budur , marketing qazandı.Əslində,sadaladığım sahələr bu fenomenin istifadə olunduğu sahələrin bir neçəsi idi. Yəni, gündəlik həyatımızda psixoloji zəyifliyimizdən istifadə edənlər kifayət qədər ola bilər.
Bu informasiyanı bölüşmək istədiyim də əsas məqsəd az da olsa bir kütlənin bəzi durumlarda qərar verərkən ibtidai mənlik'dən realist mənliy'ə keçid etməyə çalışması,buna cəhd etməsidir.Beynimiz mükəmməl deyil və bundan sui istifadə edənlərlə mübarizədə hər birinizə bol-bol zülal diləyirəm. )
14 notes · View notes
aysafhar · 2 years ago
Text
Müharibə - sülhdür!
Azadlıq - köləlikdir!
Cəhalət - qüvvədir!
Yalan - həqiqətdir!
Məhəbbət - ölümdür!
Bəs "işığın olmadığı yerdə" yaşamağa ümid edən insan kimdir?
30 notes · View notes
patixyo · 1 year ago
Text
Qadınlar bir həqiqətdir və faktlar müzakirə edilmir.
1 note · View note