#göstəricilərə
Explore tagged Tumblr posts
metbuat · 2 years ago
Text
İki şahmatçımız Olimpiadanın medalçısı oldu
İki şahmatçımız Olimpiadanın medalçısı oldu
Hindistanın Çennay şəhərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın iki qadın şahmatçısı fərdi göstəricilərə görə mükafatlandırılıb. Metbuat.org xəbər verir ki, 2-ci lövhədə çıxış edən Xanım Balacayeva bürünc, ehtiyat – 5-ci lövhədə yer almış Ülviyyə Fətəliyeva gümüş medala layiq görülüb. Qeyd edək ki, kişilərdə Özbəkistan, qadınlar arasında isə Ukrayna Olimpiadanın qalibi olub.…
Tumblr media
View On WordPress
0 notes
aliibrahimovofficial · 5 years ago
Photo
Tumblr media
31 May-ümumdünya tütünlə mübarizə, siqaret və tütündən imtina Günüdür. 1988-ci ildə Dünya Səhiyyə Təşkilatı (DST) Assambleyasının 42-ci sessiyasının 19 saylı qətnaməsi ilə 31 may Ümumdünya tütünlə mübarizə, siqaret və tütündən imtina Günü elan edilmişdir. Bu gün tütün epidemiyasına və onun yaratdığı qarşısı alına bilən xəstəliklərə və ölüm hallarına diqqəti artırmaq məqsədilə qeyd edilir. Hər il 31 may tarixində tütündən istifadənin təhlükələrindən, ona qarşı aparılan mübarizədən, gələcək nəsillərin qorunması və sağlam həyat hüquqlarının təmin olunması məqsədilə ayrı-ayrı ölkələrin ictimaiyyətinin fəaliyyətindən geniş söhbət açılır. Dünyada ən çox yayılmış zərərli vərdişlərdən biri siqaret çəkməkdir. Yaratdığı fəsadlardan ölüm səbəblərinə görə bu zərərli vərdiş ikinci yerdə durur. Tütün insan orqanizminə böyük ziyanlar vurur və onun normal fəaliyyətinə ciddi maneə törədir. İndiyə kimi alimlər siqaretdən azad olmağın müxtəlif üsullarını araşdırmış və ictimaiyyətə təqdim etmişlər. Çox təəssüf ki, bunun hələ də elə bir kəskin müsbət nəticəsi olmamış, insanlar zərərin nə qədər böyük və təhlükəli olduğunu dərindən dərk etmədiklərindən siqaretdən imtina edə bilmirlər. Hər il siqaretin törətdiyi xəstəliklərdən ölən insanların sayı 5 milyon nəfərə çatır. Orta hesabla dünyada hər 6 saniyədə tütünçəkmə səbəbindən 1 nəfər həlak olur. Bu təhlükəli vərdiş qanda yüksək şəkərin və təzyiqin yaranmasına, erkən ölüm riskinin artmasına, artıq çəki problemlərinin və digər bir çox fəsadların yaranmasına gətirib çıxarır. Orta statistik hesablamalara görə, 2030-cu ildə tütündən istifadə səbəbindən dünyasını dəyişənlərin sayı 8 mln. nəfərə çatacaq. Erkən ürək-damar xəstəliklərinin, şəkərli diabet və beyin qansızmalarının 80%-i, xərçəng xəstəliklərinin 40%-inin qarşısı bu təhlükəli vərdişdən imtina edərək, sağlam həyat tərzinə yönəlməklə alına bilər. Təbii ki, kifayət qədər həyəcan, qorxu doğuran bu rəqəmlər və arqumentlər bizim xalqımızdan da yan keçməyib. Azərbaycanda da bugünkü reallıqlar heç də ürəkaçan deyildir. Statistik göstəricilərə əsasən, ölkəmizdə kişilərin 37.9% -i, qadınların isə 1% -ə qədəri sıqaret cəkir. Tütündən istifadə edənlərin 90%-i gün ərzində orta hesabla https://www.instagram.com/p/CA1wlH8hpBG/?igshid=6vrxmdvnnz69
0 notes
kamu365 · 4 years ago
Text
ASA Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası məhsulunun sığorta şirkətləri üçün zərərli qiymətləndirilməsi səbəblərini şərh edir
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) məhsulu uzun illərdir ki, ölkə ərazisində tətbiq olunur və “İcbari sığortalar haqqında“ qanunla tənzimlənir. Hazırda İcbari Sığorta Bürosuna üzv olan və icbari sığorta məhsullarının satışını həyata keçirən 11 sığorta şirkəti fəaliyyət göstərir. Lakin demək olmaz ki, sığorta bazarında yüksək paya malik olan bu məhsul vasitəsilə şirkətlər mənfəət əldə edirlər. Bunun səbəbi isə sığorta şirkətlərinin həyata keçirmiş olduqları toplam ödənişlərin yığımlara nisbətən daha yüksək paya malik olmasıdır.
2018-ci ildə AVSMMİS məhsulu üzrə toplanan 95 milyon manat sığorta haqqının 53 milyon manatı, yəni 56%-nin, 2019-cu ildə isə 100 milyon manat yığımın 67 milyon manatı, yəni 66%-nin sığorta ödənişinin payına düşməsi məhsul üzrə ödənişlərin ildən ilə sürətli tempdə artdığını göstərir.
2018-ci illə müqayisədə 2019 –cu ildə yığımlarda 5% -lik artım müşahidə edildiyi halda ödənişlərdə 25% artım baş vermişdir. Əgər qeyri-həyat sığortası üzrə il ərzində ümumi göstəricilərə nəzər salsaq AVSMMİS məhsulunun xüsusilədə ödənişlərdə yüksək paya malik olduğunu aşağıdakı qrafikdə aydın şəkildə görə bilərik:
Göründüyü kimi 2018-ci ildə toplanan haqların 24%-i AVSMMİS üzrə olduğu halda, ödənişlər 38% təşkil etmişdir. Analoji vəziyyət 2019-cu il üçün də müşahidə edilmişdir, yəni sığorta haqlarının 25%-i bu məhsulun payına düşdüyü halda ödənişlər də 38% təşkil etmişdir.
Göstəricilərin bu şəkildə olmasına və bu məhsulun zərərli olaraq qiymətləndirilməsinə müxtəlif amillər səbəb olur:
Məhsulunun icbari sığortalar içərisində (həyat sığortası istisna ) hadisə baş vermə tezliyi nisbətən yüksəkdir. Hər il sürücülərin ehtiyatsızlığı, təcrübəsizliyi, yüksək sürət və s. bu kimi səbəblərdən minlərə hadisə baş verir. Hadisələrin şiddətindən asılı olaraq bəzilərinə dəyən zərər az olsa da, bəzi hadisələrdə yüksək məbləğdə zərərlə yanaşı, insan özü də xəsarət alır.  Bu isə nəticə etibarilə sığorta şirkətlərinin il üzrə 10 milyonlarla manat sığorta ödənişi etməsinə gətirib çıxarır.
Hal-hazırda qanuna əsasən heç bir sığorta şirkəti sürücülərə İcbari Sığorta Bürosunun təyin etdiyi qiymətdən əlavə endirim edə bilməz və endirim sistemi xüsusi qayda ilə tənzimlənir. Bu gün ölkəmizdə bəzi sürücülərin sığorta haqlarında 40%-ə qədər endirim mövcuddur. Bu isə 50 AZN sığorta haqqının 30AZN-ə enməsi deməldir. Lakin iri sığorta hadisəsi baş verdiyi zaman şirkət tərəfindən üçüncü şəxsə sığorta haqqının 5,10 qatı mislində sığorta ödənişi verilir. Bu isə toplanan sığorta haqları ilə ödənişlər arasında balansın pozulmasına səbəb olur.
Bu gün AVSMMİS məhsulu üzrə əmlaka dəyən zərərin maksimum məbləği 5000 AZN – dir. Lakin bahalı avtomobillərin sayının gündən-günə artması, iqtisadi təsirlərlə bağlı olaraq ehtiyat hissələrinin qiymətinin qalxması hadisə nəticəsində dəyən zərərin miqdarının yüksək olmasına gətirib çıxarır. Nəticədə bəzən maksimum ödəniş olan 5000 AZN belə kifayət etmir,bu isə sığortalı və sığortaçı arasında mübahisələrin yaranmasına gətirib çıxaran amillərdəndir. 
2019-cu ilin noyabr ayında Maliyə Bazarlarına Nəzarət Palatasının Prezidentin sərəncamı ilə ləğv edilməsindən sonra sığorta bazarına nəzarət Mərkəzi Banka həvalə edildi. Mərkəzi Bank nəzarət orqanı təyin edildikdən sonra sığorta sektorunun qiymətləndirilməsinə və təhlilinin həyata keçirilməsinə başladı. Qurumun təşəbbüsü ilə əhalinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirildi və bunun nəticəsində sığorta bazarında artımın müşahidə edilməsinə baxmayaraq AVSMMİS zərərli bir məhsul olaraq qaldı.
Son 3 ilin ilk 3 ayının göstəricilərinə nəzər saldıqda bu məhsul üzrə eyni analoji vəziyyətin hökm sürdüyünü müşahidə edə bilərik. Belə ki, 2018-ci ilin ilk 3 ayında toplanan 18 milyom manat sığorta haqqının 11 milyonu yəni 63%-i, 2019-cu ildə toplanan 20 mln manatın 13 milyonu yəni 68%-i, 2020 -ci ildə isə toplanan 19 milyon manatın 16 milyonu yəni 84%-i dəyərində ödəniş olunmuşdur. Yığımlarda yaranan artım dinamikası bu il üçün də davam etməkdədir. 2020-ci ilin ilk 3 ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə ödənişlərdə 20%-lik artım baş vermişdir. Ödənişlərdə artımın yüksək olmasına baxmayaraq eyni vəziyyət yığımlarda müşahidə edilməmişdir və 2020-ci ildə yığımlarda 4%-lik bir azalma baş vermişdir. Yığımlarda azalma baş verməsinə təsir edən ən mühüm amil isə bonus- malusa uyğun olaraq hər il sürücülərə endirimlərin tətbiq edilməsidir.
AVSMMİS nın qeyri-həyat sığortası üzrə yığımlarda və ödənişlərdəki payına nəzər salaq:
AVSMMİS üzrə sığorta ödənişlərinin hər il kəskin atması ilin sonunda şirkətlər üçün 115-125% zərəli bir məhsul olmasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, şirkətlər bu gün 30- dan çox məhsulun satışını həyata keçirirlər və digər məhsullarla müqayisədə avtonəqliyyatın icbari sığortasında hadisə başvermə ehtimalı hər zaman daha yüksəkdir.
Sığorta şirkətləri biznes fəaliyyəti həyata keçirən qurumlardır və hər birinin əsas məqsədi müştəri məmnuniyyətini və maliyyə dayanıqlığını qoruyub saxlamaqla ili zərərsiz başa vurmaqdan ibarətdir. Sığorta şirkətlərinin hər il milyonlarla manat infrastruktur xərcləri ilə yanaşı, vergi, əməkdaşlarının əmək haqqı, kommunal xərclər, icarə haqları, reklam və s. kimi xərcləri yaranır. Hesablanma ilini mənfəətlə başa vurmaq üçün şirkətlər daima könüllü məhsulların satışına daha çox diqqət yetirirlər.
AVSMMİS məhsulu üzrə bütün prosedurlar, eyni zamanda sığorta ödənişləri qanunun tələblərinə uyğun olaraq həyata keçirilir. Lakin sığorta ödənişləri və qaydaları müəyyənləşərkən həmin dövrün tələbləri və mövcud iqtisadi vəziyyəti nəzərə alınır. İllər keçdikcə insanların tələblərinin və gözləntilərinin dəyişməsi, baş verən devalivasiya və digər iqtisadi amillərin təsiri altında qiymətlərdə yaranan artım, demoqrafik dəyişikliklər avtomobillərinin sayının artması və paralel olaraq avtonəqliyyat hadisələrinin də artması və s. kimi amillər məhsul üzrə dəyişikliklərin həyata keçirilməsini, xüsusilə sığorta haqlarının və ödənişlərinin mövcud vəziyyətin tələblərinə uyğunlaşdırılmasını zəruri edir.
  Hibya Haber Ajansı
The post ASA Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası məhsulunun sığorta şirkətləri üçün zərərli qiymətləndirilməsi səbəblərini şərh edir appeared first on Kamu365 | Dünya Gündemi.
from WordPress https://ift.tt/2U182vA via IFTTT
0 notes
todaysazerbaijan · 5 years ago
Text
Noyabr ayında Azərbaycana 241 min xarici vətəndaş gəlib
Noyabr ayında Azərbaycana 241 min xarici vətəndaş gəlib
Noyabr ayında Azərbaycana səyahət edən xarici vətəndaşların sayı 2018-ci ilin eyni ayı ilə müqayisədə 13.3% artaraq 241 minə çatıb.
Dövlət Turizm Agentliyindən Qazet.az-a verilən məlumatda bu haqda bildirilib.
Məlumata əsasən, gələnlərin sayına görə 69 minlə Rusiya, 68 minlə Gürcüstan ən yüksək göstəricilərə malikdirlər. Qeyd edilib ki, gələnlərin yarıdan çoxunu, yəni 56.7%-ni bu iki…
View On WordPress
0 notes