#belə xəstəxana olar?!
Explore tagged Tumblr posts
Text
ÜZÜN GÖRÜNMƏZ... ... Bu necə bir dərddir, dərmanı yoxdur, Asta-asta gəzər, özü görünməz. Canlı deyil, amma, zərəli çoxdur, Hardan gəldin belə, izin bilinməz, Lənət olsun sənə, üzün görünməz... ... Nə yeyib-içərsən, harda qalarsan...? Yüzlərlə, minlərlə, canlar alarsan. Maskalar taxdırdın, necə solarsan, Hardan gəldin belə, bezin bilinməz, Lənət olsun sənə, üzün görünməz.. ... Yaşlı-gənc seçmədin, girdin bədənə, Milçək kimi qondun, gəlib-gedənə. Baharı görmədik, indi bu da nə...? Hardan gəldin belə, yazın bilinməz, Lənət olsun sənə, üzün görünməz... ... Asya-Avropanı pərişan etdin, Artıq, bu millətin canına yetdin, Havadanmı gəldin, yerdənmi bitdin...? Hardan gəldin belə, özün bilinməz, Lənət olsun sənə, üzün görünməz... ... Dərdimiz min idi, dağ kimi oldu, Neçə ocaq söndü, üzləri soldu, Xəstəxana morqları cəsədlə doldu, Hardan gəldin belə, nazın bilinməz, Lənət olsun sənə, üzün görünməz... ... Aclıq-yoxluq deyərkən, birdə sən çıxdın, Neçə canlar aldın, ümidlər yıxdın, Uzaqdan-yaxından sakitcə baxdın, Hardan gəldin belə, tozun bilinməz, Lənət olsun sənə, üzün görünməz.. ... Çıx get yurdumuzdan, murada enmə, Kor olsun gözlərin, artıq heç görmə, Ciyərlərin yansın, keyfini sürmə, Hardan gəldin belə, közün bilinməz, Lənət olsun sənə, üzün görünməz... ... Yusifqızı deyər, ağrı bizlərə dolar Rəbbimiz böyükdür, dediyi olar, "Tibbi spirt" bizləri nə qədər qoruyar...? Hardan gəldin belə, sözün bilinməz, Lənət olsun sənə, üzün görünməz............06.04.2020..(İlhamə Abbas Yusifqızı...)
0 notes
Text
2015 də başlayıb 2021 də bitirməyimiz, dünyada yoluxucu xəstəlik tufanı varkən bizi məzun etməmələri, girdiyimiz işdə bizə referans və normal maaş verməmələri, axırıncı semestrdə sırf işləmişik deyə immunitet qazandığımızı düşünüb dərsə çağırmaları, dərsdə bizə müəllimlərimiz tərəfindən “istiliyin varsa gəlmə, qayıbını al” cümlələri eşidib, bizə vəbalı kimi baxmaları, ixtisas üçün hazırlaşmağımıza hər növ əngəl olmaları, heç bir halda güzəşt etməmələri bir qırağa
İndi də bacarıq və dövlət imtahanları bütün universitetlərə hədiyyə olunmasına baxmayaraq sadəcə ali baza tibb təhsilinə ənənəvi olmağına tapşırıq verən şəxslərin mən…
Sonra hər hansı bir universitet bitirən şəxs qarşımda siz də bakalavrı Azərbaycanda oxumusunuz deyibb mız qoysa onda ağzının hansı tərəfə seçsə o tərəfə derive olmasına icazə verəcəm öz adımdan bəxşeyş olar. -bu ilə qədərki bütün Azərbaycan universitetlərini nəzərdə tuturam-
#hələ dərsə gələrək həm də özlərini məhv edib bir iki manatdan ötrü gecələri növbə qalan tələbələri də qorxutnala#qorxutmaları və dərsdən çıxarmaları üstünə heçnə demək olmur#hamınızı spirtləyərəm#mikrob oğlu mikroblar#dərslərin dərə və təpə arasında olması ayrı#birinə ümumiyyətlə gedib çatmamışdım yarıyolda dərs bitdi#azərsutikinti xəstəxanası#belə xəstəxana olar?!#bizim evdən daha uzaqdı hər yerə#müəllimlər aşağı kursda ağlaşırdılar#bizim dərslər uzaqda olurdu fart furt#al sənə uzaq#ramazan ayında#uzaqx2 yolu hər sabah get#qayıt kursa#ordan axşam evə gəl#sabah yenə eyni
0 notes