#Zülfüqarov
Explore tagged Tumblr posts
mahmudayne · 3 years ago
Text
Vətən müharibəsində Xüsusi təyinatlı qüvvələrin ən çox şəhid verən və əfsanələşən taboru-Əfsanə Tabor.Rəsmi ad verilməsə də 13 şəhidin hər biri ayrı-ayrılıqda vətən müharibəsi qəhrəmanıdı.Bu taborun 15 üzvü və digər xüsusi təyinatlıların 40a yaxın mənsubu birlikdə 5 erməni taboruna (təxminən 500ə yaxın şəxsi heyyət) qarşı vuruşmuş və qanları ilə səlnamə yazmışlar
Əfsanə taborun əfsanə 13 şəhidi:
Kapitan Şirinov Kamil 🇦🇿
Baş leytenant Abbasbəyli Həmid 🇦🇿
Baş leytenant Əzizov Xəyyam 🇦🇿
Leytenant Qənbərli Elton 🇦🇿
Baş gizir Cəbrayılov Sübhan 🇦🇿
Baş gizir İsmayılov Camal 🇦🇿
Gizir Vəliyev Elyar 🇦🇿
Gizir Quliyev Şəhriyar 🇦🇿
Gizir Haşımov Tarzan 🇦🇿
Gizir Əliyev Kərim 🇦🇿
Kiçik gizir Tağıyev Ramiq 🇦🇿
Kiçik gizir Zülfüqarov İlkin 🇦🇿
Kiçik gizir Fezullayev Beyrək 🇦🇿
2 notes · View notes
aliibrahimovofficial · 3 years ago
Photo
Tumblr media
3 iyul Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda şəhidlik zirvəsini fəth etmiş fateh Samir Zülfüqarovun doğum günüdür. Allah bütün Qəhrmanlarımıza rəhmət etsin inşallah. Samir Xəlil oğlu Zülfüqarov 3 iyul 1976-cı ildə Şabran rayonunda anadan olmuşdur. Səkkizinci sinfə qədər burada təhsil alan Samir, ailə vəziyyətləri ağır olduğu üçün təhsilini yarımçıq qoyaraq işləmiş, ailələrinə dayaq olmuşdu. 1994-cü il Şabran rayonundan hərbi xidmətə çağırılır. Samir qısa müddətə "N" saylı hərbi hissədə silahların çoxundan istifadə etməyi öyrənmişdi. Nizam intizamı, ciddiliyi ona böyük hörmət qazandırmışdı. Komadirləri bütün bunları nəzərə alaraq Samirə qısa müddətli məzuniyyət verdilər. 1995-ci il mart hadisəsi xəbərini eşidən cəsur əsgər döyüşçü dostlarının yanına qayıtdı. Milli Ordu silahlı dəstəni zərərsizləşdirərkən Samir də əməliyyatda iştirak edirdi. O, ömrünün ən gözəl bir zamanında, dövlətçiliyimiz, suverenliyimiz uğrunda gənc ömrünü qurban verdi. 17 mart 1995-ci il Samir əbədiyyətə qovuşdu. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Zülfüqarov Samir Xəlil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdi. Şabran rayonunun Ağbaş kəndində dəfn edilib. Şabran rayonu 3 saylı orta məktəb onun adını daşıyır. https://www.instagram.com/p/CQ3HQ2rhqSV/?utm_medium=tumblr
0 notes
politiciansstuff · 4 years ago
Text
Deputatdan Ramiz Mehdiyev və kürəkəni İlham Əliyevə sərt ittihamlar-MİLLƏT VƏKİLİ MAKSİM MUSAYEVİN AÇIQLADIĞI FAKTIN PROKURORLUQ TƏRƏFİNDƏN ARAŞDIRILMASINI TƏLƏB EDİR…
Fəzail Ağamalı:”Bu yaxınlarda, adını çəkmək istəmirəm, hörmətli bir insanla söhbət edəndə belə bir fikir söylədi ki, Xaçmazda olan qanuni torpaqlarını Mehdiyevin kürəkəni, Xaçmazın keçmiş deputatı zorla onun əlindən alıb, özününküləşdirib, özəlləşdirib…”
Maksim Musayevi çox yaxşı tanıyıram. O, kifayət qədər ciddi, obyektiv, sözün düzünü deyən bir insandır. Uzun illər boyu-həm sovet dönəmində, həm də sonrakı illərdə Azərbaycan dövlətinin ayrı-ayrı qollarında rəhbər vəzifələrdə çalışıb, millət vəkili olub və onun söyləmiş olduğu fikirlərin hər biri özündə həqiqəti ifadə edir. Dedikləri, şübhəsiz ki, doğrudur.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı sabiq deputat Maksim Musayevin mətbuata (“Yeni Müsavat”a) son açıqlamasında Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev haqqında fikirlərinə, onun Xızıda uşaq baxçasını mənimsəməsinə münasibətini bildirərkən deyib.
“İndi siz təsəvvür edin ki, tamahın miqyası nə qədər genişdir. Dörd hektar bir sahədə böyük bir villa…Özü də özü tikməyib, onu heç şübhəsiz ki, icra başçısının yığmış olduğu rüşvətin və dövlətdən oğurladığı pulların hesabına tikdirdib, ancaq görünür, həmin villanın dörd hektarlıq sahəsi də buna kifayət etməyib. Gör nə qədər mənəvi cəhətdən aşağı olasan ki, uşaqların təhsil, tərbiyə aldığı bir müqəddəs yeri, mən belə deyərdim ki, ocağı öz ailə üzvlərinin birinə təqdim edəsən, onun mülkiyyətinə çevirəsən…Ona görə də mənə elə gəlir ki, Respublika Prokurorluğu bununla bağlı ciddi araşdırma aparmalıdır”-deyən millət vəkilinin sözlərinə görə, bu, birmənalıdır.
Qeyd edib ki, bu qanunsuz əməli edənlər, bu cinayətə yol verənlər məsuliyyətə cəlb olunmalı və həmin uşaq bağçası da Mehdiyevin ailəsindən, qızından alınmalı və yenidən uşaqların ixtiyarına təqdim olunmalıdır.
“Bax bu olardı ədalətli bir yanaşma. Bax gör hələ bir fakt elə bu formada üzə çıxdı. Hər kəsə bəllidir ki, Ramiz Mehdiyevin təkcə Abşeronda min hektarlarla torpaq sahəsi var. Hətta bu yaxınlarda, adını çəkmək istəmirəm, hörmətli bir insanla söhbət edəndə belə bir fikir söylədi ki, Xaçmazda olan qanuni torpaqlarını Mehdiyevin kürəkəni, Xaçmazın keçmiş deputatı zorla onun əlindən alıb, özününküləşdirib, özəlləşdirib… Həmçinin, bu adamın Bankı var…Zülfüqarov qardaşları deyirdilər, ölkədə armatur istehsalı ilə məşğul olurdular, onların başına nə oyunlar gətirildi.
Onların hamısı müflisləşdirildi, həbsxanaya qədər onlar salındı, haqlarında ədalətsiz qərarlar qəbul edildi… Nə üçün? Çünki onlar alın tərləri ilə, əziyyətlə qazandıqları o sahəni kiməsə vermək istəmirdilər… İndi həmin müəssisə başqa müəssisələrlə birləşdirilib, Azərbaycanda artıq armatur və digər bu tip avadanlıqlar istehsal edən böyük bir zavoda cevrilib. Onlarla, yüzlərlə belə müəssisələr var ki, çox sahələrdə o monopoliya, imreriya yaratmışdı. İndi bilmirəm bu monopoliya, imperiya qalıb-qalmayıb, amma təsəvvür edin, bu adam həm də uşaq bağçasına göz tikibsə, baxın, görün ki, hansı mənəviyyatın daşıy��cısıdır…Mən heç nə demirəm, siz özünüz qiymət verin”- deyə, o, sözlərinə əlavə edib.
P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
“Etikxeber.az” saytı
Kamil Həmzəoğlu
5 İyul 2020-ci il
https://etikxeber.az/deputatdan-ramiz-mehdiyev-və-kurəkəni…/
Tumblr media
0 notes
yeniemlak · 5 years ago
Photo
Tumblr media
Satılır 16000 AZN Həyət evi / Villa 2 otaq 30 m2 1 Mərtəbəli Kupçasız Heyetsiz evdi.Orta temirli. 📌 Xətai rayonu Nobel prospekti Güneş marketin arxa hissesinde İlqar Zülfüqarov küçesi 📲 0559164951 (Ətraflı məlumat bu nömrə ilə əlaqə saxlayın) Elan no 871842 (Elanın linki üçün Directə yazın) Ətraflı ➡ https://yeniemlak.az/elan/871842 @yeniemlak.az #satilir #heyetevi #villa #bina #inşaat #tecili #yeni #emlak #dasinmaz #gayrimenkul #elan #house #bakı #azerbaycan #baku #azerbaijan #aztagram #instagram #realestate #forsale #property #apartment #ads #realty #вилла #Недвижимость #продажа #instahome #instagood #Азербайджан https://www.instagram.com/p/B23QgfkFZAM/?igshid=4vvemyqij21s
0 notes
listeliyi · 8 years ago
Link
via Heydər Əliyevin toxunulmazlıq verdiyi generalın maşınını, 10-AA-102 cərimə meydançasına saldı http://ift.tt/eA8V8J Azərbaycanın keçmiş xarici işlər nazirinin avtomobili Azərbaycanın keçmiş xarici işlər naziri, Azərbaycan Respublikasının Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, general Tofiq Zülfüqarovun avtomobili cərimə meydançasına aparılıb. Bu barədə sabiq XİN rəhbəri, fövqəladə və səlahiyyətli səfir bu barədə özü məlumat verib. T.Zülfüqarov bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinin hansısa generalına məxsus 10-AA-102 nömrəli avtomobilə yol vermədiyini əsas gətirərək onun avtomobili DYP əməkdaşları tərəfindən saxlanılıb. İçərisində ailəsi olan səfirə qaydaları pozduğunu bildiriblər və avtomobili cərimə meydançasına aparılıb. Qeyd edək ki, Zülfüqarov Tofiq Nadir oğlu Azərbaycanın keçmiş xarici işlər naziri (05.03.1998 – 26.10.1999), Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri (2005-2015) vəzifələrində çalışıb. Nazirlikdə şöbə müdiri, idarə rəisi, nazir müavini və 1998-ci ilin martından 1999-cu ilin oktyabrına qədər Xarici İşlər naziri işləmişdir. Fövqəladə və səlahiyyətli səfir ranqı verilib. Xarici İşlər Nazirliyində işlədiyi dövrdə əsasən Qarabağ probleminin həlli ilə məşğul olub. Tofiq Zülfüqarov 2005-ci ildən Azərbaycan Respublikasının Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub. Rus, ərəb və ingilis dillərini bilir.
0 notes
aliibrahimovofficial · 3 years ago
Photo
Tumblr media
29 iyun Azərbaycan kəşfiyyatçısı, Kapitan, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Elxan Zülfüqarovun doğum günüdür. Allah bütün Qəhramanlarımıza rəhmət etsin inşallah. Elxan Qaçay oğlu Zülfüqarov 29 iyun 1954-cü ildə Füzuli rayonunun Üçbulaq kəndində anadan olmuşdur. 1969-cu ildə Bünyad Sərdarov adına 1 saylı məktəbin səkkizinci sinfini bitirmişdir. Daha sonra Yevlax rayonunda orta təhsilini davam etdirmişdir. 1971-ci ildə texnikuma daxil olmuşdur. 1972-ci ildə hərbi xidmətə çağırılmışdır. 1974-cü ildə Ukrayna SSR-də xidmətini başa vurmuş və yarımçıq qalmış təhsilini davam etdirmişdir. 1975-ci ildə təyinatla Novosibirsk şəhərinə göndərilmişdir. Milis işçisi olaraq fəaliyyətə başlamış, baş leytenant rütbəsi almışdır. 1988-ci ildə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya edildiyini və Qarabağ hadisələrinin başlandığını bilən kimi Azərbaycana qayıtmışdır. 1992-ci ildə könüllü olaraq Milli Orduya qoşulmuşdur. Laçın, Qubadlı, Zəngilan, Füzuli rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. Оnu "Edik" kimi tanıyan ermənilər başına mükafat qоymuşdular. 40-dan çox hərbi əməliyyatda iştirak etmişdir. Qısa müddətdə ona kapitan rütbəsi verilmiş və kəşfiyyat qrupunun komandir müavini vəzifəsinə təyin olunmuşdur. Erməni, rus dillərini səlis bildiyi üçün ən mühüm məlumatlar əldə etməyi bacarırdı. 4 yanvar 1994-cü ildə kəşfiyyat zamanı əldə etdiyi məlumatlar sayəsində 19 kənd azad edilmiş, düşmənin onlarla canlı qüvvəsi məhv edildikdən sonra saysız silah-sursat, ağır hərbi texnika ələ keçirilmişdir. Elxan Zülfüqarov 5 yanvar 1994-cü ildə Şükürbəyli kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Zülfüqarov Elxan Qaçay oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. https://www.instagram.com/p/CQsj-sHBLWr/?utm_medium=tumblr
0 notes
aliibrahimovofficial · 4 years ago
Photo
Tumblr media
3 iyul Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda şəhidlik zirvəsini fəth etmiş fateh Samir Xəlil oğlu Zülfüqarovun doğum günüdür. Allah bütün şəhidlərimizə rəhmət etsin inşallah. Samir Zülfüqarov 3 iyul 1976-cı ildə Şabran rayonunda anadan olmuşdur. Səkkizinci sinfə qədər burada təhsil alan Samir, ailə vəziyyətləri ağır olduğu üçün təhsilini yarımçıq qoyaraq işləmiş, ailələrinə dayaq olmuşdu. 1994-cü il Şabran rayonundan hərbi xidmətə çağırılır. Samir qısa müddətə "N" saylı hərbi hissədə silahların çoxundan istifadə etməyi öyrənmişdi. Nizam intizamı, ciddiliyi ona böyük hörmət qazandırmışdı. Komadirləri bütün bunları nəzərə alaraq Samirə qısa müddətli məzuniyyət verdilər. 1995-ci il mart hadisəsi xəbərini eşidən cəsur əsgər döyüşçü dostlarının yanına qayıtdı. Milli Ordu silahlı dəstəni zərərsizləşdirərkən Samir də əməliyyatda iştirak edirdi. O, ömrünün ən gözəl bir zamanında, dövlətçiliyimiz, suverenliyimiz uğrunda gənc ömrünü qurban verdi. 17 mart 1995-ci il Samir əbədiyyətə qovuşdu. Subay idi. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Zülfüqarov Samir Xəlil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdi. Şabran rayonunun Ağbaş kəndində dəfn edilib. Şabran rayonu 3 saylı orta məktəb onun adını daşıyır. https://www.instagram.com/p/CCKoX1phxKP/?igshid=en39rb5c0i0b
0 notes
aliibrahimovofficial · 4 years ago
Photo
Tumblr media
29 iyun Azərbaycan kəşfiyyatçısı, Kapitan, Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Elxan Qaçay oğlu Zülfüqarovun doğum günüdür. Allah bütün şəhidlərimizə rəhmət etsin inşallah. Elxan Zülfüqarov 29 iyun 1954-cü ildə Füzuli rayonunun Üçbulaq kəndində anadan olmuşdur. 1969-cu ildə Bünyad Sərdarov adına 1 saylı məktəbin səkkizinci sinfini bitirmişdir. Daha sonra Yevlax rayonunda orta təhsilini davam etdirmişdir. 1971-ci ildə texnikuma daxil olmuşdur. 1972-ci ildə hərbi xidmətə çağırılmışdır. 1974-cü ildə Ukrayna SSR-də xidmətini başa vurmuş və yarımçıq qalmış təhsilini davam etdirmişdir. 1975-ci ildə təyinatla Novosibirsk şəhərinə göndərilmişdir. Milis işçisi olaraq fəaliyyətə başlamış, baş leytenant rütbəsi almışd��r. 1988-ci ildə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya edildiyini və Qarabağ hadisələrinin başlandığını bilən kimi Azərbaycana qayıtmışdır. 1992-ci ildə könüllü olaraq Milli Orduya qoşulmuşdur. Laçın, Qubadlı, Zəngilan, Füzuli rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. Оnu "Edik" kimi tanıyan ermənilər başına mükafat qоymuşdular. 40-dan çox hərbi əməliyyatda iştirak etmişdir. Qısa müddətdə ona kapitan rütbəsi verilmiş və kəşfiyyat qrupunun komandir müavini vəzifəsinə təyin olunmuşdur. Erməni, rus dillərini səlis bildiyi üçün ən mühüm məlumatlar əldə etməyi bacarırdı. 4 yanvar 1994-cü ildə kəşfiyyat zamanı əldə etdiyi məlumatlar sayəsində 19 kənd azad edilmiş, düşmənin onlarla canlı qüvvəsi məhv edildikdən sonra saysız silah-sursat, ağır hərbi texnika ələ keçirilmişdir. Elxan Zülfüqarov 5 yanvar 1994-cü ildə Şükürbəyli kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur. Ailəli idi, dörd övladı qalıb. Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Zülfüqarov Elxan Qaçay oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. https://www.instagram.com/p/CCAM7Orhl1n/?igshid=1lhlml7qtnel8
0 notes
yeniemlak · 6 years ago
Photo
Tumblr media
Kirayə 300 AZN Obyekt 1 otaq 25 m2 1 / 1 Mərtəbə Həzi Aslanov metrosuna yaxın ərazidə, İlqar Zülfüqarov küçəsində obyekt uzunmüddətli icarəyə verilir. Obyekt yolun kənarındadı, gediş-gəliş çox olan yerdir. Sahəsi 22 kvadrat metrdir. 📲 0508425258 Elan no 652430 (Elanın linki üçün Directə yazın) Ətraflı ➡ https://yeniemlak.az/elan/kiraye-1-otaqli-obyekt-xetai-rayonu-hezi-aslanov-metrosu-yaxinl-652430 @yeniemlak.az #kirayə #obyekt #ofis #icare #arenda #yeni #gayrimenkul #emlak #elan #reklam #azerbaycan #bakı #azerbaijan #aztagram #instagram #baku #realestate #property #shop #kiralık #office #аренда #магазин #объект #офисы #instahome #instagood #Квартиры #Недвижимость #Азербайджан https://www.instagram.com/p/Bu-5LoRg-NI/?utm_source=ig_tumblr_share&igshid=10vlrwjq3nlnl
0 notes